⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
NOVRUZ BAYRAMININ ƏMƏLLƏRİ
Mərhum Əllamə Məclisi "Zadul-məad" kitabında yazır ki, İmam Sadiq (ə) novruz günü yerinə yetirilən bir neçə əməli Muəlla ibn Xuneysə təlim edib buyurdu: "Novruz günü olduqda qüsl et, ən yaxşı geyimini geyin və ətirlən. (Əgər bacarsan) bu günü oruc tut, zöhr və əsr namazlarını və onların nafilələrini qıldıqdan sonra dörd rəkət (iki rəkət-iki rəkət) namaz qıl. Birinci rəkətdə Fatihədən sonra on dəfə Qədr surəsini, ikinci rəkətdə Fatihədən sonra on dəfə Kafirun surəsini, üçüncü rəkətdə Fatihədən sonra on dəfə İxlas surəsini və dördüncü rəkətdə Fatihədən sonra on dəfə Fələq və Nas surələrini oxu. Namazdan sonra şükür səcdəsi et və bu duanı oxu:
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
۟اِلْاَوْصِيَاۤءِ الْمَرْضِيِّيْنَ
o razı qaldığın canişinlərə,
وَ عَلٰى جَمِيْعِ اَنْبِيَاۤئِكَ وَ رُسُلِكَ
və bütün peyğəmbərlərinə və elçilərinə
بِاَفْضَلِ صَلَوَاتِكَ
ən yaxşı salamlarını göndər,
وَ بَارِكْ عَلَيْهِمْ بِاَفْضَلِ بَرَكَاتِكَ
onlara ən üstün bərəkətlərinlə bərəkət ver,
وَ صَلِّ عَلٰۤى اَرْوَاحِهِمْ وَ اَجْسَادِهِمْ
onların ruhlarına və bədənlərinə salam göndər.
اَللّٰهُمَّ بَارِكْ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə bərəkət ver,
وَ بَارِكْ لَنَا فِيْ يَوْمِنَا هٰذَا
və bu gündə bizə də bərəkət ver,
الَّذِيْ فَضَّلْتَهُ وَ كَرَّمْتَهُ
o gün ki, onu üstün və girami etdin,
وَ شَرَّفْتَهُ وَ عَظَّمْتَ خَطَرَهُ
şərafət verdin və məqamını uca tutdun.
اَللّٰهُمَّ بَارِكْ لِيْ فِيْمَاۤ اَنْعَمْتَ بِهِ عَلَيَّ
Ey Allahım, mənə verdiyin nemətlərə bərəkət ver,
حَتّٰى لَا اَشْكُرَ اَحَدًا غَيْرَكَ
ta ki Səndən başqa kimsəyə təşəkkür etməyim,
وَ وَسِّعْ عَلَيَّ فِيْ رِزْقِيْ
və ruzimi bol et,
يَا ذَا الْجَلَالِ وَ الْاِكْرَامِ
ey cəlalət və ikram sahibi.
اَللّٰهُمَّ مَا غَابَ عَنِّيْ فَلَا يَغِيْبَنَّ عَنِّيْ عَوْنُكَ وَ حِفْظُكَ
Ey Allahım, məndən gizli qalan işlərdə Sənin köməyin və mühafizən məndən gizli qalmasın,
وَ مَا فَقَدْتُ مِنْ شَيْ‏ءٍ فَلَا تُفْقِدْنِيْ عَوْنَكَ عَلَيْهِ
itirdiyim şeydə Öz köməyini məndən əskik etmə,
حَتّٰى لَاۤ اَتَكَلَّفَ مَا لَاۤ اَحْتَاجُ اِلَيْهِ
ta ki ehtiyacım olmayan şeyə görə özümü zəhmətə salmayım,
يَا ذَا الْجَلَالِ وَ الْاِكْرَامِ۔
ey cəlalət və ikram sahibi.
Bacardığın qədər bu zikri de:
يَا ذَالْجَلَالِ وَ الْاِكْرَامِ‏
Ey cəlal və ikram sahibi!