⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
ÜMMİ-DAVUD ƏMƏLİ
Rəcəbin on beşinci gününün ən mühüm əməllərindən biri "Ummi-Davud" əməlidir. Əllamə Məclisi qeyd edir ki, bu əməli Şeyx Səduq, Şeyx Tusi və Seyid İbn Tavus mötəbər sənədlərlə nəql etmişlər. Bu əməl istəklərin həyata keçməsi, qəm-qüssənin aradan qalxması, çətinliklərin həlli və zalımın zülmünün dəf edilməsində olduqca təsirlidir. (Əllamə Məclisi "Zadul-məad"da qeyd edir ki, bu dua dəfələrlə sınanmışdır.)
Şeyx Tusinin "Misbahul-mutəhəccid" kitabına istinadən (səh.808) bu əməlin qaydası belədir: Rəcəb ayının 13, 14 və 15-ci günlərini oruc tut. On beşinci gün zöhrə yaxın qüsl et. Zöhr olduqda zöhr və əsr namazlarını qıl, rüku və səcdələri layiqincə yerinə yetir. Yaxşı olar ki, Ummi-Davud əməlini xəlvət bir məkanda – heç kimin sənə mane olmayacağı və səninlə danışmayacağı bir məkanda - yerinə yetirəsən. Namazları qılıb qurtardıqdan sonra üzü qibləyə əyləşdiyin halda yüz dəfə Fatihə surəsini, yüz dəfə İxlas surəsini, on dəfə "Ayətəl-kürsi"ni, Ənam, İsra, Kəhf, Loğman, Yasin, Saffat, Fussilət, Şura, Duxan, Fəth, Vaqiə, Mulk, Qələm surələrini və İnşiqaq surəsindən başlayaraq Quranın sonuncu surəsinədək oxu.
Surələri oxuduqdan sonra üzü qibləyə əyləşdiyin vəziyyətdə bu duanı oxu:
صَدَقَ اللّٰهُ الْعَظِيْمُ
Əzəmətli Allah doğru dedi:
الَّذِيْ لَا اِلٰهَ اِلَّا هُوَ
o Allah ki, Ondan qeyri ilah yoxdur,
الْحَيُّ الْقَيُّوْمُ
diri və əbədidir,
ذُو الْجَلَالِ وَ الْاِكْرَامِ
cəlalət və ikram sahibidir,
الرَّحْمٰنُ الرَّحِيْمُ
rəhman və rəhimdir,
الْحَلِيْمُ الْكَرِيْمُ
helmli və kərimdir;
الَّذِيْ لَيْسَ كَمِثْلِهِ شَيْ‏ءٌ
o Allah ki, Onun bənzəri yoxdur,
وَ هُوَ السَّمِيْعُ الْعَلِيْمُ
eşidən və biləndir,
الْبَصِيْرُ الْخَبِيْرُ
görən və xəbərdardır.
شَهِدَ اللّٰهُ اَنَّهُ لَا اِلٰهَ اِلَّا هُوَ
Allah şəhadət verir (şahidlik edir) ki, Ondan qeyri ilah yoxdur,
وَ الْمَلَاۤئِكَةُ وَ اُوْلُوا الْعِلْمِ
mələklər və elm sahibləri də (şəhadət verirlər) ki, Ondan qeyri ilah yoxdur;
قَاۤئِمًا بِالْقِسْطِ
O, daim ədalətlə rəftar edir,
لَا اِلٰهَ اِلَّا هُوَ الْعَزِيْزُ الْحَكِيْمُ
Ondan qeyri ilah yoxdur, izzətli və hikmətlidir;
وَ بَلَّغَتْ رُسُلُهُ الْكِرَامُ
Onun girami peyğəmbərləri bunu (bu şahidliyi) çatdırmışlar
وَ اَنَا عَلٰى ذَالِكَ مِنَ الشَّاهِدِيْنَ
və mən də buna şəhadət verirəm.
اَللّٰهُمَّ لَكَ الْحَمْدُ
Ey Allahım, həmd-səna Sənə aiddir,
وَ لَكَ الْمَجْدُ
alicənablıq Sənə aiddir,
وَ لَكَ الْعِزُّ
izzət Sənə aiddir,
وَ لَكَ الْفَخْرُ
fəxr Sənə aiddir,
وَ لَكَ الْقَهْرُ
üstün olmaq (qəhr) Sənə aiddir,
وَ لَكَ النِّعْمَةُ
nemət bəxş etmək Sənə aiddir,
وَ لَكَ الْعَظَمَةُ
əzəmət Sənə aiddir,
وَ لَكَ الرَّحْمَةُ
rəhmət Sənə aiddir,
وَ لَكَ الْمَهَابَةُ
şöhrət (heybət) Sənə aiddir,
وَ لَكَ السُّلْطَانُ
səltənət Sənə aiddir,
وَ لَكَ الْبَهَاءُ
cəlalət Sənə aiddir,
وَ لَكَ الْاِمْتِنَانُ
lütf Sənə aiddir,
وَ لَكَ التَّسْبِيْحُ
təsbih Sənə aiddir,
وَ لَكَ التَّقْدِيْسُ
təqdis Sənə aiddir,
وَ لَكَ التَّهْلِيْلُ
təhlil (Lə iləhə illəllah) Sənə aiddir,
وَ لَكَ التَّكْبِيْرُ
və təkbir (Əllahu əkbər) Sənə aiddir;
وَ لَكَ مَا يُرَىٰ
görünənlər Sənindir,
وَ لَكَ مَا لَا يُرَىٰ
və görünməyənlər Sənindir,
وَ لَكَ مَا فَوْقَ السَّمَاوَاتِ الْعُلَىٰ،
uca asimanlarda olanlar Sənindir,
وَ لَكَ مَا تَحْتَ الثَّرَىٰ
yerin altında olanlar Sənindir,
وَ لَكَ الْاَرَضُوْنَ السُّفْلٰى
yerin alt qatlarında olanlar Sənindir,
وَ لَكَ الْآخِرَةُ وَ الْأُوْلٰى
axirət və dünya Sənindir;
وَ لَكَ مَا تَرْضَىٰ بِهِ مِنَ الثَّنَاءِ وَ الْحَمْدِ
Səni razı salan həmd-səna,
وَ الشُّكْرِ وَ النَّعْمَاءِ
şükür və nemət bəxş etmə Sənə aiddir.
اَللّٰهُمَّ صَلِّ عَلٰى جَبْرَئِيْلَ
Ey Allahım, salam göndər Cəbrailə -
اَمِيْنِكَ عَلٰى وَحْيِكَ
Sənin vəhyinin əmanətdarına,
وَ الْقَوِيِّ عَلٰى اَمْرِكَ
Sənin əmrlərinə itaətə qadir olana,
وَ الْمُطَاعِ فِي سَمَاوَاتِكَ وَ مَحَالِّ كَرَامَاتِكَ
Sənin asimanlarında və böyüklük məqamlarında itaət olunana,
الْمُتَحَمِّلِ لِكَلِمَاتِكَ
kəlamını gətirənə,
النَّاصِرِ لِاَنْبِيَاۤئِكَ
peyğəmbərlərinin yavərinə
الْمُدَمِّرِ لِاَعْدَاۤئِكَ
və düşmənlərini məhv edənə.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مِيْكَاۤئِيْلَ
Ey Allahım, salam göndər Mikailə -
مَلَكِ رَحْمَتِكَ
Sənin rəhmət mələyinə,
وَ الْمَخْلُوْقِ لِرَأْفَتِكَ
Sənin mehribanlığını (zahir etmək) üçün yaradılana,
وَ الْمُسْتَغْفِرِ الْمُعِيْنِ لِاَهْلِ طَاعَتِكَ
Sənə müti bəndələrə bağışlanma diləyənə və onlara kömək edənə.
اَللّٰهُمَّ صَلِّ عَلَى اِسْرَافِيْلَ
Ey Allahım, salam göndər İsrafilə -
حَامِلِ عَرْشِكَ
Sənin ərşini daşıyana,
وَ صَاحِبِ الصُّوْرِ
Surun sahibinə,
الْمُنْتَظِرِ لِاَمْرِكَ
Sənin əmrini gözləyənə
الْوَجِلِ الْمُشْفِقِ مِنْ خِيْفَتِكَ
və Sənin xofundan qorxuya düşənə.
اَللّٰهُمَّ صَلِّ عَلٰى حَمَلَةِ الْعَرْشِ الطَّاهِرِيْنَ،
Ey Allahım, salam göndər Sənin ərşini daşıyan pak məxluqlara,
وَ عَلَى السَّفَرَةِ الْكِرَامِ
Sənin girami səfirlərinə,
الْبَرَرَةِ الطَّيِّبِيْنَ
yaxşı əməl sahibi və pakizə olanlara,
وَ عَلٰى مَلَاۤئِكَتِكَ الْكِرَامِ الْكَاتِبِيْنَ
(yazıları) yazan girami mələklərinə,
وَ عَلٰى مَلَاۤئِكَةِ الْجِنَانِ
cənnət mələklərinə,
وَ خَزَنَةِ النِّيْرَانِ
cəhənnəmin gözətçilərinə,
وَ مَلَكِ الْمَوْتِ وَ الْاَعْوَانِ
ölüm mələyinə və onun köməkçilərinə,
يَا ذَا الْجَلَالِ وَ الْاِكْرَامِ
ey cəlalət və ikram sahibi!
اَللّٰهُمَّ صَلِّ عَلٰى اَبِيْنَا آدَمَ
Ey Allahım, salam göndər atamız Adəmə:
بَدِيْعِ فِطْرَتِكَ
Sənin heyrətamiz məxluquna (yaradılış xariqənə),
الَّذِيْ كَرَّمْتَهُ بِسُجُوْدِ مَلَاۤئِكَتِكَ
o kəs ki, onu mələklərinin səcdəsi ilə girami etdin
وَ اَبَحْتَهُ جَنَّتَكَ
və Cənnətini ona mübah etdin.
اَللّٰهُمَّ صَلِّ عَلٰى اُمِّنَا حَوَّاءَ
Ey Allahım, salam göndər anamız Həvvayə -
الْمُطَهَّرَةِ مِنَ الرِّجْسِ
çirkinliklərdən pakizə olana,
الْمُصَفَّاةِ مِنَ الدَّنَسِ
günahlardan pak olana,
الْمُفَضَّلَةِ مِنَ الْاِنْسِ
insanlardan üstün olana,
الْمُتَرَدِّدَةِ بَيْنَ مَحَالِّ الْقُدْسِ
qüdsilərin məqamlarında get-gəl edənə.
اَللّٰهُمَّ صَلِّ عَلٰى هَابِيْلَ وَ شَيْثٍ
Ey Allahım, salam göndər Habilə və Şeysə,
وَ اِدْرِيْسَ وَ نُوْحٍ
İdrisə və Nuha,
وَ هُوْدٍ وَ صَالِحٍ
Huda və Salehə,
وَ اِبْرَاهِيْمَ وَ اِسْمَاعِيْلَ
İbrahimə və İsmailə,
وَ اِسْحَاقَ وَ يَعْقُوْبَ
İshaqa və Yəquba,
وَ يُوْسُفَ وَ الْاَسْبَاطِ
Yusifə və əsbata (Yəqubun övladlarından olan peyğəmbərlərə),
وَ لُوْطٍ وَ شُعَيْبٍ
Luta və Şueybə,
وَ اَيُّوْبَ وَ مُوْسَىٰ
Əyyuba və Musaya,
وَ هَارُوْنَ وَ يُوْشَعَ
Haruna və "Yuşə"yə,
وَ مِيْشَا وَ الْخِضْرِ
"Mişa"ya və Xızıra,
وَ ذِي الْقَرْنَيْنِ وَ يُوْنُسَ
Zul-qərneynə və Yunisə,
وَ اِلْيَاسَ وَ الْيَسَعِ
İlyasa və əl-Yəsəyə,
وَ ذِي الْكِفْلِ وَ طَالُوْتَ
Zil-Kiflə və Taluta,
وَ دَاوُدَ وَ سُلَيْمَانَ
Davuda və Suleymana,
وَ زَكَرِيَّا وَ شَعْيَا
Zəkəriyaya və "Şə`ya"ya,
وَ يَحْيَىٰ وَ تُوْرَخَ
Yəhyaya və Turəxə,
وَ مَتَّى وَ اِرْمِيَا
Məttaya və İrmiyaya,
وَ حَيْقُوْقَ وَ دَانِيَالَ
Həyquqəyə və Daniyala,
وَ عُزَيْرٍ وَ عِيْسَىٰ
Uzeyrə və İsaya,
وَ شَمْعُوْنَ وَ جِرْجِيْسَ
Şəm`una və Circisə,
وَ الْحَوَارِيِّيْنَ وَ الْاَتْبَاعِ
onların köməkçilərinə və ardıcıllarına,
وَ خَالِدٍ وَ حَنْظَلَةَ وَ لُقْمَانَ
Xalidə, Hənzələyə və Loğmana.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
وَ ارْحَمْ مُحَمَّدًا وَ آلَ مُحَمَّدٍ
Məhəmmədə və Ali-Məhəmmədə rəhmət göndər,
وَ بَارِكْ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Məhəmmədə və Ali-Məhəmmədə bərəkət ver,
كَمَا صَلَّيْتَ وَ رَحِمْتَ [وَ تَرَحَّمْتَ‏] وَ بَارَكْتَ عَلٰى اِبْرَاهِيْمَ وَ اٰلِ اِبْرَاهِيْمَ
necə ki, İbrahimə və onun xanidanına salam və rəhmət göndərib bərəkət vermisən,
اِنَّكَ حَمِيْدٌ مَجِيْدٌ
həqiqətən Sən həmd olunan və sitayişə layiqsən.
اَللّٰهُمَّ صَلِّ عَلَى الْاَوْصِيَاءِ وَ السُّعَدَاءِ
Ey Allahım, salam göndər canişinlərə, səadətlilərə,
وَ الشُّهَدَاءِ وَ اَئِمَّةِ الْهُدَىٰ،
şəhidlərə və hidayət edən imamlara.
اَللّٰهُمَّ صَلِّ عَلَى الْاَبْدَالِ وَ الْاَوْتَادِ
Ey Allahım, salam göndər seçilən kişilərə və övtadlara,
وَ السُّيَّاحِ وَ الْعُبَّادِ
camaatın xidmətində olan ibadətkarlara və abidlərə,
وَ الْمُخْلِصِيْنَ وَ الزُّهَّادِ
muxlislərə və zahidlərə,
وَ اَهْلِ الْجِدِّ وَ الْاِجْتِهَادِ
və çalışanlara;
وَ اخْصُصْ مُحَمَّدًا وَ اَهْلَ بَيْتِهِ بِاَفْضَلِ صَلَوَاتِكَ
Məhəmmədə və onun Əhli-beytinə ən üstün salamları məxsus et,
وَ اَجْزَلِ كَرَامَاتِكَ
və ən böyük kəramətləri;
وَ بَلِّغْ رُوْحَهُ وَ جَسَدَهُ مِنِّي تَحِيَّةً وَ سَلَامًا
mənim tərəfimdən onun ruhuna və cisminə salam çatdır,
وَ زِدْهُ فَضْلًا وَ شَرَفًا وَ كَرَمًا
onun fəzilətini, şərafətini və kərəmini artır,
حَتَّىٰ تُبَلِّغَهُ اَعْلٰى دَرَجَاتِ اَهْلِ الشَّرَفِ
ta onu çatdırasan şərafətlilərin ən uca dərəcələrinə:
مِنَ النَّبِيِّيْنَ وَ الْمُرْسَلِيْنَ
peyğəmbərlərin və elçilərin,
وَ الْاَفَاضِلِ الْمُقَرَّبِيْنَ
və müqərrəblərdən olan fəzilətlilərin.
اَللّٰهُمَّ وَ صَلِّ عَلٰى مَنْ سَمَّيْتُ وَ مَنْ لَمْ اُسَمِّ
Ey Allahım, adını çəkdiyim və çəkmədiyim (hər kəsə) salam göndər:
مِنْ مَلَاۤئِكَتِكَ وَ اَنْبِيَاۤئِكَ
mələklərinə və peyğəmbərlərinə,
وَ رُسُلِكَ وَ اَهْلِ طَاعَتِكَ
elçilərinə və Sənə itaət edənlərə;
وَ اَوْصِلْ صَلَوَاتِي اِلَيْهِمْ وَ اِلٰى اَرْوَاحِهِمْ
mənim salamlarımı onlara və onların ruhuna çatdır,
وَ اجْعَلْهُمْ اِخْوَانِي فِيْكَ
onları Sənin yolunda mənim din qardaşlarım qərar ver
وَ اَعْوَانِي عَلٰى دُعَاۤئِكَ
və duada köməkçilərim qərar ver.
اَللّٰهُمَّ اِنِّي اَسْتَشْفِعُ بِكَ اِلَيْكَ
Ey Allahım, Səni Özünə şəfaətçi qərar verirəm;
وَ بِكَرَمِكَ اِلٰى كَرَمِكَ
kərəminə çatmaq üçün kərəmini,
وَ بِجُوْدِكَ اِلٰى جُوْدِكَ
səxavətinə çatmaq üçün səxavətini,
وَ بِرَحْمَتِكَ اِلٰى رَحْمَتِكَ،
rəhmətinə çatmaq üçün rəhmətini,
وَ بِاَهْلِ طَاعَتِكَ اِلَيْكَ
və dərgahına çatmaq üçün bəndələrini şəfaətçi qərar verirəm.
وَ اَسْاَلُكَ اَللّٰهُمَّ بِكُلِّ مَا سَاَلَكَ بِهِ اَحَدٌ مِنْهُمْ
Ey Allahım, onların Səndən istədiklərinin hamısını Səndən istəyirəm:
مِنْ مَسْاَلَةٍ شَرِيْفَةٍ غَيْرِ مَرْدُوْدَةٍ
o dəyərli istəklər ki, rədd olunmayıb,
وَ بِمَا دَعَوْكَ بِهِ مِنْ دَعْوَةٍ مُجَابَةٍ غَيْرِ مُخَيَّبَةٍ
və o dualar ki, onunla Səni çağırıblar, qəbul olunmuş və ümid yaradandır.
يَا اللّٰهُ يَا رَحْمَانُ يَا رَحِيْمُ
Ey Allah, ey rəhman, ey rəhim,
يَا حَلِيْمُ يَا كَرِيمُ يَا عَظِيْمُ
ey helmli, ey kərim, ey əzəmətli,
يَا جَلِيْلُ يَا مُنِيْلُ يَا جَمِيْلُ
ey cəlalətli, ey ehsan edən, ey gözəl,
يَا كَفِيْلُ يَا وَكِيْلُ يَا مُقِيْلُ
ey hami, ey vəkil, ey bağışlayan,
يَا مُجِيْرُ يَا خَبِيْرُ
ey pənah verən, ey xəbərdar,
يَا مُنِيْرُ يَا مُبِيْرُ
ey nurlu, ey həlak edən,
يَا مَنِيْعُ يَا مُدِيْلُ يَا مُحِيْلُ
ey əlçatmaz, ey geri döndərən, ey yerbəyer edən,
يَا كَبِيْرُ يَا قَدِيْرُ يَا بَصِيْرُ
ey böyük, ey qüdrətli, ey görən,
يَا شَكُوْرُ يَا بَرُّ
ey şükrü qəbul edən, ey yaxşılıq edən,
يَا طُهْرُ يَا طَاهِرُ
ey pak, ey pakizə,
يَا قَاهِرُ يَا ظَاهِرُ
ey qalib, ey aşkar,
يَا بَاطِنُ يَا سَاتِرُ
ey gizlin, ey örtən,
يَا مُحِيْطُ يَا مُقْتَدِرُ
ey əhatəsi olan, ey qadir,
يَا حَفِيْظُ يَا مُتَجَبِّرُ
ey qoruyan, ey şəni uca,
يَا قَرِيْبُ يَا وَدُوْدُ
ey yaxın, ey mehriban,
يَا حَمِيْدُ يَا مَجِيْدُ
ey bəyənilən, ey alicənab,
يَا مُبْدِئُ يَا مُعِيْدُ يَا شَهِيْدُ
ey başlayan, ey geri qaytaran, ey şahid,
يَا مُحْسِنُ يَا مُجْمِلُ
ey ehsan sahibi, ey gözəllik bəxş edən,
يَا مُنْعِمُ يَا مُفْضِلُ
ey nemət verən, ey artıran,
يَا قَابِضُ يَا بَاسِطُ
ey alan, ey açan,
يَا هَادِيْ، يَا مُرْسِلُ
ey hidayət edən, ey göndərən,
يَا مُرْشِدُ يَا مُسَدِّدُ
ey yol göstərən, ey möhkəm edən,
يَا مُعْطِي يَا مَانِعُ
ey əta edən, ey məhrum edən,
يَا دَافِعُ يَا رَافِعُ
ey dəf edən, ey ucaldan,
يَا بَاقِي ْيَا وَاقِيْ
ey baqi, ey saxlayan,
يَا خَلَّاقُ يَا وَهَّابُ
ey xaliq, ey bəxş edən,
يَا تَوَّابُ يَا فَتَّاحُ
ey tövbəni qəbul edən, ey açan,
يَا نَفَّاحُ يَا مُرْتَاحُ
ey nemət verən (nəffah), ey fərəh bəxş edən,
يَا مَنْ بِيَدِهِ كُلُّ مِفْتَاحٍ
ey o kəs ki, açarlar Onun əlindədir,
يَا نَفَّاعُ يَا رَءُوْفُ يَا عَطُوْفُ
ey fayda çatdıran, ey mehr-məhəbbətli, ey mehriban,
يَا كَافِيْ يَا شَافِيْ
ey kifayət edən, ey şəfa verən,
يَا مُعَافِيْ يَا مُكَافِيْ
ey əvf edən, ey cəza verən,
يَا وَفِيُّ يَا مُهَيْمِنُ
ey vəfa edən, ey iqtidar sahibi,
يَا عَزِيْزُ يَا جَبَّارُ
ey girami, ey qadir,
يَا مُتَكَبِّرُ يَا سَلَامُ يَا مُؤْمِنُ
ey iqtidarlı, ey səlamətlik səbəbi, ey aman verən,
يَا اَحَدُ يَا صَمَدُ
ey yeganə, ey ehtiyacsız,
يَا نُوْرُ يَا مُدَبِّرُ
ey nur, ey idarə edən,
يَا فَرْدُ يَا وِتْرُ
ey tək, ey yeganə,
يَا قُدُّوْسُ يَا نَاصِرُ
ey pakizə, ey yavər,
يَا مُوْنِسُ يَا بَاعِثُ يَا وَارِثُ
ey həmdəm, ey (ölüləri) ayağa qaldıran, ey varis,
يَا عَالِمُ يَا حَاكِمُ
ey alim, ey hakim,
يَا بَادِيْ يَا مُتَعَالِي
ey aşkar edən, ey uca,
يَا مُصَوِّرُ يَا مُسَلِّمُ يَا مُتَحَبِّبُ
ey surət verən, ey salamatlıq bəxş edən, ey sevən,
يَا قَاۤئِمُ يَا دَاۤئِمُ
ey yenilməz (qaim), ey əbədi,
يَا عَلِيْمُ يَا حَكِيْمُ
ey elmli, ey hikmətli,
يَا جَوَادُ يَا بَارِئُ
ey bəxş edən, ey vücuda gətirən,
يَا بَارُّ يَا سَارُّ
ey yaxşılıq edən, ey sərvər yaradan,
يَا عَدْلُ يَا فَاصِلُ
ey ədalətli, ey ayırd edən,
يَا دَيَّانُ يَا حَنَّانُ يَا مَنَّانُ،
ey hökm verən, ey məhəbbətli, ey əliaçıq,
يَا سَمِيْعُ يَا بَدِيْعُ
ey eşidən, ey yaradan,
يَا خَفِيْرُ يَا مُعِينُ [مُغَيِّرُ]
ey sığınacaq verən, ey dəyişdirən (kömək edən),
يَا نَاشِرُ يَا غَافِرُ
ey yayan, ey bağışlayan,
يَا قَدِيْمُ يَا مُسَهِّلُ يَا مُيَسِّرُ
ey qədim, ey asan edən, ey rahat edən,
يَا مُمِيْتُ يَا مُحْيِيْ
ey öldürən, ey dirildən,
يَا نَافِعُ يَا رَازِقُ
ey mənfəət verən, ey ruzi verən,
يَا مُقْتَدِرُ [مُقَدِّرُ] يَا مُسَبِّبُ
ey iqtidar sahibi, ey səbəb yaradan,
يَا مُغِيْثُ يَا مُغْنِيْ يَا مُقْنِيْ
ey fəryada çatan, ey ehtiyacsız edən, ey razı salan,
يَا خَالِقُ يَا رَاصِدُ يَا وَاحِدُ
ey xəlq edən, ey rasid, ey vahid,
يَا حَاضِرُ يَا جَابِرُ
ey hazır, ey əvəz verən,
يَا حَافِظُ يَا شَدِيْدُ
ey qoruyan, ey çətin tutan,
يَا غِيَاثُ يَا عَاۤئِدُ يَا قَابِضُ
ey haraya gələn, ey aid edən, ey alan.
يَا مَنْ عَلَا فَاسْتَعْلٰى
Ey o kəs ki, ucasan və ucalığa layiqsən,
فَكَانَ بِالْمَنْظَرِ الْاَعْلٰى
uca məqamdasan;
يَا مَنْ قَرُبَ فَدَنَا
ey o kəs ki, yaxınsan və daha yaxınsan,
وَ بَعُدَ فَنَاَىٰ
(zehnlərdən) uzaqsan və daha uzaqsan,
وَ عَلِمَ السِّرَّ وَ اَخْفَى
sirləri və gizlini bilirsən;
يَا مَنْ اِلَيْهِ التَّدْبِيْرُ وَ لَهُ الْمَقَادِيْرُ
ey o kəs ki, qəzavü-qədər Sənin əlindədir (tədbir Sənə aiddir);
وَ يَا مَنِ الْعَسِيْرُ عَلَيْهِ سَهْلٌ يَسِيْرٌ
ey o kəs ki, çətinliklər sənə asan və rahatdır;
يَا مَنْ هُوَ عَلٰى مَا يَشَاءُ قَدِيْرٌ
ey o kəs ki, istədiyinə qadirsən.
يَا مُرْسِلَ الرِّيَاحِ
Ey küləyi göndərən,
يَا فَالِقَ الْاِصْبَاحِ
ey sübhü açan,
يَا بَاعِثَ الْاَرْوَاحِ
ey ruhları ayağa qaldıran,
يَا ذَا الْجُوْدِ وَ السَّمَاحِ
ey bəxşiş və güzəşt sahibi,
يَا رَادَّ مَا قَدْ فَاتَ
ey əldən çıxanları geri qaytaran,
يَا نَاشِرَ الْاَمْوَاتِ
ey ölüləri dirildən,
يَا جَامِعَ الشَّتَاتِ،
ey pərakəndə olanları bir yerə cəm edən,
يَا رَازِقَ مَنْ يَشَاءُ بِغَيْرِ حِسَابٍ
ey istədiyinə (hesabsız) ruzi verən,
وَ يَا فَاعِلَ مَا يَشَاءُ كَيْفَ يَشَاءُ
ey istədiyini istədiyi şəkildə yerinə yetirən,
وَ يَا ذَا الْجَلَالِ وَ الْاِكْرَامِ
ey cəlalət və ikram sahibi,
يَا حَيُّ يَا قَيُّوْمُ
ey diri və ey əbədi,
يَا حَيًّا حِيْنَ لَا حَيَّ
ey heç bir diri olmadığı vaxt diri olan,
يَا حَيُّ يَا مُحْيِيَ الْمَوْتٰى
ey diri və ey ölüləri dirildən,
يَا حَيُّ لَا اِلٰهَ اِلَّا اَنْتَ
ey o diri ki, Səndən qeyri ilah yoxdur,
بَدِيْعُ السَّمَاوَاتِ وَ الْاَرْضِ
ey göyləri və yeri vücuda gətirən.
يَا اِلٰهِيْ وَ سَيِّدِيْ
Ey Məbudum və Ağam,
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Məhəmməd və Ali-Məhəmmədə salam göndər,
وَ ارْحَمْ مُحَمَّدًا وَ آلَ مُحَمَّدٍ
Məhəmmədə və Ali-Məhəmmədə rəhmət göndər,
وَ بَارِكْ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Məhəmmədə və Ali-Məhəmmədə bərəkət ver,
كَمَا صَلَّيْتَ وَ بَارَكْتَ وَ رَحِمْتَ [تَرَحَّمْتَ‏] عَلٰى اِبْرَاهِيْمَ وَ اٰلِ اِبْرَاهِيْمَ
necə ki, İbrahimə və Ali-İbrahimə salam və rəhmət göndərib bərəkət vermisən,
اِنَّكَ حَمِيْدٌ مَجِيْدٌ
həqiqətən Sən həmd olunan və sitayişə layiqsən.
وَ ارْحَمْ ذُلِّي وَ فَاقَتِيْ
Sənin qarşında zillətimə, ehtiyacıma rəhm et,
وَ فَقْرِيْ وَ انْفِرَادِيْ وَ وَحْدَتِي
əliboş olmağıma, tənhalığıma, kimsəsizliyimə rəhm et,
وَ خُضُوْعِيْ بَيْنَ يَدَيْكَ
və təvazökarlığıma (baş əyməyimə),
وَ اعْتِمَادِيْ عَلَيْكَ
Sənə olan etimadıma
وَ تَضَرُّعِيْ اِلَيْكَ،
və Sənin dərgahında etdiyim ah-zara rəhm et.
اَدْعُوْكَ دُعَاءَ الْخَاضِعِ الذَّلِيْلِ
Səni çağırıram zəlil bir təvazökarın duası kimi,
الْخَاشِعِ الْخَاۤئِفِ
qorxmuş bir qəlbisınıq,
الْمُشْفِقِ الْبَاۤئِسِ
nigaran olan bir möhtac,
الْمَهِيْنِ الْحَقِيْرِ
qədir-qiyməti olmayan bir həqir,
الْجَاۤئِعِ الْفَقِيْرِ
ehtiyac içində olan bir ac,
الْعَاۤئِذِ الْمُسْتَجِيْرِ
sığınmış bir pənah axtaran,
الْمُقِرِّ بِذَنْبِهِ
günahını iqrar edən,
الْمُسْتَغْفِرِ مِنْهُ
və ona görə bağışlanma istəyən,
الْمُسْتَكِيْنِ لِرَبِّهِ
Rəbbinin dərgahında nalə çəkən bir kimsə kimi;
دُعَاءَ مَنْ اَسْلَمَتْهُ ثِقَتُهُ [نَفْسُهُ‏]
(Səni çağırıram) etimad etdiyi (dostları) onu tək qoymuş bir kimsənin duası kimi,
وَ رَفَضَتْهُ اَحِبَّتُهُ
dostları tərəfindən tərk olunmuş,
وَ عَظُمَتْ فَجِيْعَتُهُ
dərdi böyümüş bir kimsə kimi;
دُعَاءَ حَرِقٍ حَزِيْنٍ
(Səni çağırıram) qəmli bir ürəyi dağlanmışın duası kimi,
ضَعِيْفٍ مَهِيْنٍ
qədir-qiyməti olmayan bir zəif,
بَاۤئِسٍ مُسْتَكِيْنٍ
çarəsiz bir möhtac,
بِكَ مُسْتَجِيْرٍ
və Sənə sığınmış kimi.
اَللّٰهُمَّ وَ اَسْاَلُكَ بِاَنَّكَ مَلِيْكٌ
Ey Allahım, Səndən istəyirəm, çünki Sən hökmdarsan,
وَ اَنَّكَ مَا تَشَاءُ مِنْ اَمْرٍ يَكُوْنُ
istədiyin iş olur
وَ اَنَّكَ عَلٰى مَا تَشَاءُ قَدِيْرٌ
və istədiyinə qadirsən;
وَ اَسْاَلُكَ بِحُرْمَةِ هٰذَا الشَّهْرِ الْحَرَامِ
Səndən istəyirəm bu "haram ay"ın hörmətinə xatir,
وَ الْبَيْتِ الْحَرَامِ
Beytul-həramın (Kəbə evinin),
وَ الْبَلَدِ الْحَرَامِ
Bələdul-həramın (Məkkə şəhərinin),
وَ الرُّكْنِ وَ الْمَقَامِ
"Rukn" və "Məqam"ın,
وَ الْمَشَاعِرِ الْعِظَامِ
həccin əzəmətli məkanlarının hörmətinə xatir,
وَ بِحَقِّ نَبِيِّكَ مُحَمَّدٍ عَلَيْهِ وَ اٰلِهِ السَّلَامُ
peyğəmbərin Məhəmmədə - ona və xanidanına salam olsun – xatir;
يَا مَنْ وَهَبَ لِآدَمَ شَيْثًا،
ey o kəs ki, Adəmə Şeysi əta etdin,
وَ لِاِبْرَاهِيْمَ اِسْمَاعِيْلَ وَ اِسْحَاقَ
və İbrahimə İsmail ilə İshaqı əta etdin;
وَ يَا مَنْ رَدَّ يُوْسُفَ عَلٰى يَعْقُوْبَ
ey o kəs ki, Yusifi Yaquba qaytardın;
وَ يَا مَنْ كَشَفَ بَعْدَ الْبَلَاءِ ضُرَّ اَيُّوْبَ
ey o kəs ki, imtahana çəkdikdən sonra Əyyubun çətinliyini aradan qaldırdın;
يَا رَادَّ مُوْسَىٰ عَلٰى اُمِّهِ
ey Musanı anasına qaytaran
وَ زَاۤئِدَ الْخِضْرِ فِي عِلْمِهِ
və Xızırın elmini artıran;
وَ يَا مَنْ وَهَبَ لِدَاوُدَ سُلَيْمَانَ
ey o kəs ki, Davuda Suleymanı əta edən,
وَ لِزَكَرِيَّا يَحْيَىٰ
Zəkəriyyaya Yəhyanı,
وَ لِمَرْيَمَ عِيْسَىٰ
və Məryəmə İsanı əta edən;
يَا حَافِظَ بِنْتِ شُعَيْبٍ
ey Şueybin qızını qoruyan
وَ يَا كَافِلَ وَلَدِ اُمِّ مُوْسَىٰ
və Musanın anasının övladına hami olan;
اَسْاَلُكَ اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Səndən istəyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən;
وَ اَنْ تَغْفِرَ لِي ذُنُوْبِيْ كُلَّهَا
mənim bütün günahlarımı bağışlayasan,
وَ تُجِيْرَنِي مِنْ عَذَابِكَ
əzabdan mənə pənah verəsən,
وَ تُوْجِبَ لِي رِضْوَانَكَ وَ اَمَانَكَ
mənə Öz razılığını, amanını vacib edəsən,
وَ اِحْسَانَكَ وَ غُفْرَانَكَ وَ جِنَانَكَ
və ehsanını, məğfirətini (bağışlamağını) və Cənnətini vacib edəsən;
وَ اَسْاَلُكَ اَنْ تَفُكَّ عَنِّيْ كُلَّ حَلْقَةٍ
Səndən istəyirəm ki, mənimlə məni incidənlərin arasındakı düyünləri (halqaları) açasan,
بَيْنِيْ وَ بَيْنَ مَنْ يُؤْذِيْنِيْ،
(açasan) mənimlə məni incidənlərin arasında olanı,
وَ تَفْتَحَ لِيْ كُلَّ بَابٍ
bütün qapıları mənim üzümə açasan,
وَ تُلَيِّنَ لِيْ كُلَّ صَعْبٍ
hər çətinliyi mənim üçün yumşaldasan (asan edəsən),
وَ تُسَهِّلَ لِيْ كُلَّ عَسِيْرٍ
hər çətin işi mənə asanlaşdırasan,
وَ تُخْرِسَ عَنِّيْ كُلَّ نَاطِقٍ بِشَرٍّ
bədağızların dedi-qodularını məndən lal edəsən,
وَ تَكُفَّ عَنِّيْ كُلَّ بَاغٍ
bütün zalımları məndən uzaq edəsən,
وَ تَكْبِتَ [عَنِّي‏] كُلَّ عَدُوٍّ لِيْ وَ حَاسِدٍ
mənim düşmənlərimi və mənə həsəd aparanları başıaşağı edəsən,
وَ تَمْنَعَ مِنِّيْ كُلَّ ظَالِمٍ
zalımları məndən uzaqlaşdırasan;
وَ تَكْفِيَنِيْ كُلَّ عَاۤئِقٍ يَحُوْلُ بَيْنِيْ وَ بَيْنَ حَاجَتِيْ
mənimlə istəklərim arasında fasilə salan hər şeyi məndən uzaqlaşdırasan,
وَ يُحَاوِلُ اَنْ يُفَرِّقَ بَيْنِيْ وَ بَيْنَ طَاعَتِكَ
mənimlə Sənə itaət arasında ayrılıq salmağa çalışan hər şeyi (uzaqlaşdırasan),
وَ يُثَبِّطَنِيْ عَنْ عِبَادَتِكَ
və məni Sənə ibadətdən uzaqlaşdıran hər şeyi (uzaqlaşdırasan).
يَا مَنْ اَلْجَمَ الْجِنَّ الْمُتَمَرِّدِيْنَ
Ey üsyankar cinləri cilovlayan
وَ قَهَرَ عُتَاةَ الشَّيَاطِيْنِ
və itaətsizlik edən şeytanlara müsəllət olan,
وَ اَذَلَّ رِقَابَ الْمُتَجَبِّرِيْنَ
zorakılıq edən üsyankarları xar edən,
وَ رَدَّ كَيْدَ الْمُتَسَلِّطِيْنَ عَنِ الْمُسْتَضْعَفِيْنَ
və təkəbbürlülərin məkrlərini müstəzəflərdən uzaq edən!
اَسْاَلُكَ بِقُدْرَتِكَ عَلٰى مَا تَشَاءُ
Səndən istəyirəm istəyini həyata keçirməyə yetən qüdrətinə xatir,
وَ تَسْهِيْلِكَ لِمَا تَشَاءُ كَيْفَ تَشَاءُ
və istənilən istəyinin həyata keçməsinin asan olmasına xatir,
اَنْ تَجْعَلَ قَضَاءَ حَاجَتِيْ فِيْمَا تَشَاءُ۔
mənim istəyimi Özün istədiyin şəkildə həyata keçir.
Sonra torpaq üzərinə səcdə et və üzünün hər iki tərəfini torpağın (möhrün) üzərinə qoyub de:
اَللّٰهُمَّ لَكَ سَجَدْتُ
Ey Allahım, Sənə səcdə etdim
وَ بِكَ آمَنْتُ
və Sənə iman gətirdim,
فَارْحَمْ ذُلِّي وَ فَاقَتِيْ
elə isə, Sənin qarşında olan zillətimə, ehtiyacıma rəhm et,
وَ اجْتِهَادِيْ وَ تَضَرُّعِيْ
səyimə, yalvarışıma rəhm et,
وَ مَسْكَنَتِيْ وَ فَقْرِيْ اِلَيْكَ يَا رَبِّ۔
acizliyimə və Sənə olan fəqirliyimə rəhm et, ey mənim Rəbbim.
Çalış ki, az da olsa göz yaşı axıdasan. Bu, duanın qəbul olunma əlamətidir.