1. Bu ayda Peyğəmbərə (s) və onun Əhli-beytinə (ə) salavat deməyin böyük savabı vardır. İmam Sadiq (ə) buyurur ki, Həzrət Rəsulallah (s) buyurmuşdur: "Şaban mənim ayımdır. Bu ayda mənə və mənim xanidanıma çoxlu salavat deyin."
2. Şaban ayının hər cümə axşamı günü (pəncşənbə günü) iki rəkət namaz qılın: hər rəkətdə
Fatihədən sonra yüz dəfə
İxlas surəsini oxuyun. Namazın salamını dedikdən sonra yüz dəfə salavat deyin. Hədislərin birində Əmirəl-möminin (ə) Həzrət Rəsulallahın (s) belə buyurduğunu nəql edir: "Hər kim bu namazı qılsa, Allah onun din və dünya istəklərini həyata keçirər. Hər kim həmin günü oruc tutsa, Allah onun bədənini cəhənnəm oduna haram edər."
Bu hədisdə Həzrət Rəsulallah (s) buyurur: "Şaban ayının hər cümə axşamı günü asimanları bəzəyərlər və mələklər ərz edər: "Ey Allah, bu ayda oruc tutanları bağışla və onların dualarını müstəcab et.""
Şaban ayının hər günü və şaban ayının on beşinci gecəsi İmam Səccadın (ə) buyurduğu bu salavatı oxuyun:
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə (Məhəmmədin xanidanına) salam göndər: o kəslərə ki, nübüvvət (peyğəmbərlik) şəcərəsi, risalət (peyğəmbərlik vəzifəsinin) məkanı, mələklərin gəlib-getdikləri ünvan, elm mədəni və vəhy xanidanıdırlar. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər: o kəslərə ki, təlatümlü dəryalarda hərəkət edən gəmiyə bənzəyirlər: kim ona minsə, amanda qalar və kim onu tərk etsə, qərq olar; kim onlardan qabağa keçsə, dindən xaric olar və kim onlardan geri qalsa, həlak olar; kim onlarla yanaşı olsa, onlara qovuşar. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər: o kəslərə ki, möhkəm sığınacaq, çətinliyə düşən miskinin harayına çatan, (zülmdən) qaçanların pənahı və pənah gətirənləri qoruyandırlar. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə çoxlu salam göndər: elə bir salam ki, onların razılığına və Məhəmməd və Ali-Məhəmmədin haqqı xüsusunda vəzifənin yerinə yetirilməsinə bais olsun; Sənin tərəfindən olan kömək və qüvvə ilə, ey aləmlərin Rəbbi. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər: o paklara, yaxşı əməl sahiblərinə və seçilmişlərə ki, onların haqqlarına (riayət etməyi) vacib etmisən, onlara itaəti və onların rəhbərliyini lazım buyurmusan. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, qəlbimi Sənə itaət etməklə abad et, Sənə üsyan etməklə rüsvay etmə; fəzlin və ədalətinlə mənə geniş etdiyin ruzilər vasitəsilə Öz ruzini dar etdiyin kəslərə əl tutmağı və kömək etməyi mənə ruzi et; məni Özünün (lütf və kərəmin) sayəsində yaşat. Bu ay Sənin peyğəmbərinin, Sənin elçilərinin sərvərinin ayıdır; o şaban ayı ki, rəhmət və razılığınla onu əhatə etmisən; o ay ki, Rəsulallah – Allahın salamı olsun ona və xanidanına – əcəli çatanadək onun gecə və gündüzlərində Sənin qarşında əyilmək, onu (şaban ayını) uca tutmaq üçün oruc tutmaq və (ibadətə) ayağa qalxmaqda səy göstərdi. Ey Allahım, bu ayda Sənin Peyğəmbərinin sünnəsinə əməl etməkdə və onun şəfaətinə nail olmaqda bizə kömək et. Ey Allahım, onu mənim üçün şəfaəti qəbul olunmuş şəfaətçi və Sənə tərəf olan bir yol qərar ver; Qiyamət günündə məndən razı qaldığın, günahlarıma göz yumduğun, rəhmət və razılığını mənə vacib qıldığın, məni əbədi mənzilə və seçilmişlərin məkanına daxil etdiyin bir halda Səninlə görüşənədək məni onun davamçısı qərar ver.
وَ مُخْتَلَفِ الْمَلَاۤئِكَةِ
وَ اَهْلِ بَيْتِ الْوَحْيِ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
۟اِلْفُلْكِ الْجَارِيَةِ فِي اللُّجَجِ الْغَامِرَةِ
وَ يَغْرَقُ مَنْ تَرَكَهَا
اَلْمُتَقَدِّمُ لَهُمْ مَارِقٌ
وَ الْمُتَاَخِّرُ عَنْهُمْ زَاهِقٌ
وَ اللَّازِمُ لَهُمْ لَاحِقٌ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ غِيَاثِ الْمُضْطَرِّ الْمُسْتَكِيْنِ
وَ مَلْجَاِ الْهَارِبِيْنَ
وَ عِصْمَةِ الْمُعْتَصِمِيْنَ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
صَلَاةً كَثِيْرَةً تَكُوْنُ لَهُمْ رِضًى
وَ لِحَقِّ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ اَدَاۤءً وَ قَضَاۤءً
بِحَوْلٍ مِنْكَ وَ قُوَّةٍ يَا رَبَّ الْعَالَمِيْنَ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
۟اِلطَّيِّبِيْنَ الْاَبْرَارِ الْاَخْيَارِ
الَّذِيْنَ اَوْجَبْتَ حُقُوْقَهُمْ
وَ فَرَضْتَ طَاعَتَهُمْ وَ وِلَايَتَهُمْ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اعْمُرْ قَلْبِيْ بِطَاعَتِكَ
وَ لَا تُخْزِنِيْ بِمَعْصِيَتِكَ
وَ ارْزُقْنِيْ مُوَاسَاةَ مَنْ قَتَّرْتَ عَلَيْهِ مِنْ رِزْقِكَ،
بِمَا وَسَّعْتَ عَلَيَّ مِنْ فَضْلِكَ
وَ نَشَرْتَ عَلَيَّ مِنْ عَدْلِكَ
وَ اَحْيَيْتَنِيْ تَحْتَ ظِلِّكَ
وَ هٰذَا شَهْرُ نَبِيِّكَ سَيِّدِ رُسُلِكَ
شَعْبَانُ الَّذِيْ حَفَفْتَهُ مِنْكَ بِالرَّحْمَةِ وَ الرِّضْوَانِ
الَّذِيْ كَانَ رَسُوْلُ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ وَ سَلَّمَ
يَدْاَبُ فِيْ صِيَامِهِ وَ قِيَامِهِ
فِيْ لَيَالِيْهِ وَ اَيَّامِهِ
بُخُوْعًا لَكَ فِيْۤ اِكْرَامِهِ وَ اِعْظَامِهِ
اَللّٰهُمَّ فَاَعِنَّا عَلَى الْاِسْتِنَانِ بِسُنَّتِهِ فِيْهِ
وَ نَيْلِ الشَّفَاعَةِ لَدَيْهِ
اَللّٰهُمَّ وَ اجْعَلْهُ لِيْ شَفِيْعًا مُشَفَّعًا
وَ طَرِيْقًا اِلَيْكَ مَهْيَعًا
وَ اجْعَلْنِيْ لَهُ مُتَّبِعًا
حَتّٰى اَلْقَاكَ يَوْمَ الْقِيَامَةِ عَنِّيْ رَاضِيًا
وَ عَنْ ذُنُوْبِيْ غَاضِيًا
قَدْ اَوْجَبْتَ لِيْ مِنْكَ الرَّحْمَةَ وَ الرِّضْوَانَ
وَ اَنْزَلْتَنِيْ دَارَ الْقَرَارِ وَ مَحَلَّ الْاَخْيَارِ۔