Ey Allahım, Səndən istəyirəm bu gündə dünyaya gələn övladın haqqına xatir:
الْمَوْعُوْدِ بِشَهَادَتِهِ قَبْلَ اسْتِهْلَالِهِ وَ وِلَادَتِهِ
o övlad ki, dünyaya gəlməzdən və göz açmazdan qabaq şəhid olacağı vəd verilmişdi;
بَكَتْهُ السَّمَاۤءُ وَ مَنْ فِيْهَا
göy və onda olanların hamısı ona ağladı;
وَ الْاَرْضُ وَ مَنْ عَلَيْهَا
və yer və onun üzərindəkilər (ona ağladı);
وَ لَمَّا يَطَأْ لَابَتَيْهَا
hələ yer üzünə qədəm basmamışdan əvvəl;
قَتِيْلِ الْعَبْرَةِ
göz yaşları ilə yad olunan məqtul (qətlə yetirilən),
وَ سَيِّدِ الْاُسْرَةِ
və öz xanidanının sərvəri,
الْمَمْدُوْدِ بِالنُّصْرَةِ يَوْمَ الْكَرَّةِ
rəcət günündə kömək olunandır;
الْمُعَوَّضِ مِنْ قَتْلِهِ اَنَّ الْاَئِمَّةَ مِنْ نَسْلِهِ
qətlə yetirilməsinin mükafatı imamların onun nəslindən olması,
وَ الشِّفَاۤءَ فِيْ تُرْبَتِهِ
və şəfanın onun türbətində olması
وَ الْفَوْزَ مَعَهُ فِيْۤ اَوْبَتِهِ
və rəcətdə qələbənin onunla olması oldu;
وَ الْاَوْصِيَاۤءَ مِنْ عِتْرَتِهِ
canişinlər (vəsilər) onun xanidanındandır
بَعْدَ قَاۤئِمِهِمْ وَ غَيْبَتِهِ
Qaimin qiyamından və qeybə çəkilməsindən sonra,
حَتّٰى يُدْرِكُوْا الْاَوْتَارَ
ta intiqam alınacaq
وَ يَثْاَرُوْا الثَّارَ
و qan bahası alınacaq,
وَ يَرْضُوْا الْجَبَّارَ
və Allahın (Cabbarın) razılığı hasil olacaq vaxtadək;
وَ يَكُوْنُوْا خَيْرَ اَنْصَارٍ
və onlar ən yaxşı köməkçilərdir;
صَلَّى اللّٰهُ عَلَيْهِمْ مَعَ اخْتِلَافِ اللَّيْلِ وَ النَّهَارِ
gecə-gündüzün dövran etməsi ilə Allahın salamı olsun onlara.
اَللّٰهُمَّ فَبِحَقِّهِمْ اِلَيْكَ اَتَوَسَّلُ
Ey Allahım, onların haqqlarına xatir Sənə təvəssül edirəm
وَ اَسْاَلُ سُؤَالَ مُقْتَرِفٍ مُعْتَرِفٍ
və Səndən istəyirəm o kəs kimi ki, günahkar və etiraf edəndir,
مُسِيْۤءٍ اِلٰى نَفْسِهِ
özünə pislik etmişdir
مِمَّا فَرَّطَ فِيْ يَوْمِهِ وَ اَمْسِهِ
bugünkü və dünənki səhlənkarlıqları ilə,
يَسْاَلُكَ الْعِصْمَةَ اِلٰى مَحَلِّ رَمْسِهِ،
və dəfn olunacaq məkanınadək (Səndən) günahdan pak olmağı istəyir.
اَللّٰهُمَّ فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَ عِتْرَتِهِ
Ey Allahım, Məhəmmədə və onun xanidanına salam göndər,
وَ احْشُرْنَا فِيْ زُمْرَتِهِ
bizi onun (dostlarının) dəstəsində məhşur et,
وَ بَوِّئْنَا مَعَهُ دَارَ الْكَرَامَةِ
və bizə onunla birlikdə Cənnətdə (Kəramət evində) yer ver
وَ مَحَلَّ الْاِقَامَةِ
və əbədi mənzildə.
اَللّٰهُمَّ وَ كَمَا اَكْرَمْتَنَا بِمَعْرِفَتِهِ فَاَكْرِمْنَا بِزُلْفَتِهِ
Ey Allahım, necə ki, onu tanımaqla bizi girami etmisən, elə isə, ona yaxın olmaqla bizi girami et;
وَ ارْزُقْنَا مُرَافَقَتَهُ وَ سَابِقَتَهُ
onunla yoldaşlığı və qədim dostluğu (öndə getməyi) bizə nəsib et;
وَ اجْعَلْنَا مِمَّنْ يُسَلِّمُ لِاَمْرِهِ
bizi o kəslərdən qərar ver ki, onun əmrinə tabedirlər,
وَ يُكْثِرُ الصَّلَاةَ عَلَيْهِ عِنْدَ ذِكْرِهِ
onun adı çəkiləndə ona çoxlu salam göndərirlər
وَ عَلٰى جَمِيْعِ اَوْصِيَاۤئِهِ وَ اَهْلِ اَصْفِيَاۤئِهِ
və onun bütün canişinlərinə və seçilmişlərinə (salam göndərirlər);
الْمَمْدُوْدِيْنَ مِنْكَ بِالْعَدَدِ الْاِثْنٰي عَشَرَ
Sənin tərəfindən on iki sayında kömək olunmuşlara -
النُّجُوْمِ الزُّهَرِ
o parlaq ulduzlara,
وَ الْحُجَجِ عَلٰى جَمِيْعِ الْبَشَرِ
və bütün bəşərə olan hüccətlərə.
اَللّٰهُمَّ وَ هَبْ لَنَا فِيْ هٰذَا الْيَوْمِ خَيْرَ مَوْهِبَةٍ
Ey Allahım, bu gündə ən yaxşı bəxşişi bizə əta et,
وَ اَنْجِحْ لَنَا فِيْهِ كُلَّ طَلِبَةٍ
və hər bir istəyi onda həyata keçir,
كَمَا وَهَبْتَ الْحُسَيْنَ لِمُحَمَّدٍ جَدِّهِ
necə ki, Hüseyni babası Məhəmmədə əta etmisən;
وَ عَاذَ فُطْرُسُ بِمَهْدِهِ
Futrus onun beşiyinə pənah gətirdi,
فَنَحْنُ عَاۤئِذُوْنَ بِقَبْرِهِ مِنْ بَعْدِهِ
biz də ondan sonra onun qəbrinə pənah qətiririk;
نَشْهَدُ تُرْبَتَهُ وَ نَنْتَظِرُ اَوْبَتَهُ
onun türbəsində hazır olur və onun yenidən qayıdacağını (rəcətini) gözləyirik,
اٰمِيْنَ رَبَّ الْعَالَمِيْنَ۔
ey aləmlərin Rəbbi, qəbul et (Amin).
Bu duadan sonra İmam Hüseynin (ə) duası adı ilə tanınan aşağıdakı duanı oxu. Bu dua İmam Hüseynin (ə) oxuduğu sonuncu dua – Aşura günü oxuduğu dua – olmuşdur:
اَللّٰهُمَّ اَنْتَ مُتَعَالِيْ الْمَكَانِ
Ey Allahım, Sən məkanı ucasan,
عَظِيْمُ الْجَبَرُوْتِ
mütləq qüdrətsən (əzəmətli cəbərutsan),
شَدِيْدُ الْمِحَالِ
çox tədbirlisən,
غَنِيٌّ عَنِ الْخَلَایِقِ
məxluqatdan ehtiyacsızsan,
عَرِيْضُ الْكِبْرِيَاۤءِ
iqtidarın (kibriyan) genişdir,
قَادِرٌ عَلٰى مَا تَشَاۤءُ
istədiyinə qadirsən,
قَرِيْبُ الرَّحْمَةِ
rəhmətin yaxındır,
صَادِقُ الْوَعْدِ
vədən doğrudur,
سَابِغُ النِّعْمَةِ
nemətlərin çoxdur,
حَسَنُ الْبَلَاۤءِ
sınağın gözəldir,
قَرِيْبٌ اِذَا دُعِيْتَ
çağırıldığın zaman yaxınsan,
مُحِيْطٌ بِمَا خَلَقْتَ
xəlq etdiyinə əhatən vardır,
قَابِلُ التَّوْبَةِ لِمَنْ تَابَ اِلَيْكَ
tövbə edənlərin tövbəsini qəbul edənsən,
قَادِرٌ عَلٰى مَاۤ اَرَدْتَ
iradə etdiyinə qadirsən,
وَ مُدْرِكٌ مَا طَلَبْتَ
istədiyinə nail olursan,
وَ شَكُوْرٌ اِذَا شُكِرْتَ
Sənə şükür edildikdə şükrü qəbul edirsən,
وَ ذَكُوْرٌ اِذَا ذُكِرْتَ
yad edildiyin zaman Sən də yad edirsən.
اَدْعُوْكَ مُحْتَاجًا
Möhtac olduğumdan Səni çağırır
وَ اَرْغَبُ اِلَيْكَ فَقِيْرًا
və aciz (fəqir) olduğumdan Sənə tərəf rəğbət edirəm,
وَ اَفْزَعُ اِلَيْكَ خَاۤئِفًا
qorxu ilə Sənin dərgahına sığınır
وَ اَبْكِيْۤ اِلَيْكَ مَكْرُوْبًا
və qəm-qüssə ilə dərgahında ağlayıram,
وَ اَسْتَعِيْنُ بِكَ ضَعِيْفًا
gücsüz olduğumdan Səndən kömək istəyir
وَ اَتَوَكَّلُ عَلَيْكَ كَافِيًا
və Sən kifayət etdiyin üçün Sənə təvəkkül edirəm.
اُحْكُمْ بَيْنَنَا وَ بَيْنَ قَوْمِنَا [بِالْحَقِ]
Ey Allahım, bizimlə bizim qövmümüz arasında haqq ilə hakimlik et.
فَاِنَّهُمْ غَرُّوْنَا وَ خَدَعُوْنَا
Onlar bizi aldatdılar və bizə hiylə işlətdilər,
وَ خَذَلُوْنَا وَ غَدَرُوْا بِنَا وَ قَتَلُوْنَا
bizə kömək etmədilər, məkr yolunu tutdular və bizi öldürməyə qalxdılar,
وَ نَحْنُ عِتْرَةُ نَبِيِّكَ
bir halda ki, biz Sənin Peyğəmbərinin itrəti
وَ وَلَدُ حَبِيْبِكَ
və Sənin həbibin övladları idik;
مُحَمَّدِ بْنِ عَبْدِ اللّٰهِ
Məhəmməd ibn Abdullahın –
الَّذِيْ اصْطَفَيْتَهُ بِالرِّسَالَةِ
peyğəmbərliyə (risalətə) seçdiyin
وَ ائْتَمَنْتَهُ عَلٰى وَحْيِكَ
və vəhyinin əmanətdarı etdiyin kəsin.
فَاجْعَلْ لَنَا مِنْ اَمْرِنَا فَرَجًا وَ مَخْرَجًا
Elə isə, bizim işimizin düyünlərini aç və işimiz üçün çıxış yolu qərar ver,
بِرَحْمَتِكَ يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔
Öz rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi.
İbn Əyaş deyir ki, Hüseyn ibn Əli Bəzufərinin belə dediyini eşitdim: "İmam Sadiq (ə) bu gündə bu duanı oxuyar və buyurardı: "Bu dua şaban ayının 3-ü oxunan dualardandır və bu gün İmam Hüseynin (ə) doğum günüdür.""