Salam olsun sənə, ey Əba Əbdillah.
اَلسَّلَامُ عَلَيْكَ وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
Allahın salamı, rəhməti və bərəkəti üzərinə olsun!
4) Bu gecə Seyid İbn Tavus və Şeyx Tusinin öz kitablarında nəql etdikləri aşağıdakı duanı oxumaq: bu dua İmam Zamanı (ə.f) ziyarət etmək kimi hesab olunur.
اَللّٰهُمَّ بِحَقِّ لَيْلَتِنَا [هٰذِهِ] وَ مَوْلُوْدِهَا
Ey Allahım, bu gecənin, bu gecədə dünyaya gələnin
وَ حُجَّتِكَ وَ مَوْعُوْدِهَا
və Öz hüccətinin, vəd olunmuş o gecənin haqqına xatir ki,
الَّتِيْ قَرَنْتَ اِلٰى فَضْلِهَا فَضْلًا
onun fəzilətinə fəzilət qatdın;
فَتَمَّتْ كَلِمَتُكَ صِدْقًا وَ عَدْلًا
beləliklə, sözün doğruluq və ədalətlə tamamlandı,
لَا مُبَدِّلَ لِكَلِمَاتِكَ
bir halda ki, Sənin sözünü dəyişdirə biləcək kimsə yoxdur
وَ لَا مُعَقِّبَ لِاٰيَاتِكَ
və ayətlərini təkrarlaya (geri çevirə) biləcək kimsə yoxdur;
نُوْرُكَ الْمُتَاَلِّقُ
Sənin nurun parlaq
وَ ضِيَاۤؤُكَ الْمُشْرِقُ
və Sənin işığın aydındır;
وَ الْعَلَمُ النُّوْرُ فِيْ طَخْيَاۤءِ الدَّيْجُوْرِ
zülmət gecələrin qaranlığında nur saçan nişanə (elm) Sənsən;
الْغَاۤئِبُ الْمَسْتُوْرُ
o gizli və örtülü qalan ki,
جَلَّ مَوْلِدُهُ وَ كَرُمَ مَحْتِدُهُ
mövludu cəlalətli və soyu şərafətlidir,
وَ الْمَلَاۤئِكَةُ شُهَّدُهُ
mələklər onun şahidləridir,
وَ اللّٰهُ نَاصِرُهُ وَ مُؤَيِّدُهُ
Allah ona kömək edər və onu qüvvətləndirər;
اِذَا اٰنَ مِيْعَادُهُ وَ الْمَلَاۤئِكَةُ اَمْدَادُهُ
onun vaxtı-vədəsi çatdıqda mələklər ona kömək edərlər,
سَيْفُ اللّٰهِ الَّذِيْ لَا يَنْبُوْ
o, Allahın kütləşməyən qılıncı
وَ نُوْرُهُ الَّذِيْ لَا يَخْبُوْ
və sönməyən nurudur,
وَ ذُوْ الْحِلْمِ الَّذِيْ لَا يَصْبُوْ
səbirsizləşməyən səbirlidir;
مَدَارُ الدَّهْرِ
(o və onun ataları) dövranın hərəkətinin əsası,
وَ نَوَامِيْسُ الْعَصْرِ
hər əsrin sirlərinin sirdaşı
وَ وُلَاةُ الْاَمْرِ
və Allahın əmrlərinin valiləridir;
وَ الْمُنَزَّلُ عَلَيْهِمْ مَا يَتَنَزَّلُ فِيْ لَيْلَةِ الْقَدْرِ،
Qədr gecəsində nazil olanlar onlara nazil olur,
وَ اَصْحَابُ الْحَشْرِ وَ النَّشْرِ
onlar həşr-nəşrin (Qiyamətin) sahibləri,
تَرَاجِمَةُ وَحْيِهِ
vəhyin təfsirçiləri,
وَ وُلَاةُ اَمْرِهِ وَ نَهْيِهِ
əmrlərin və qadağaların valiləridir.
اَللّٰهُمَّ فَصَلِّ عَلٰى خَاتِمِهِمْ وَ قَاۤئِمِهِمُ
Ey Allahım, onların axırıncısına və Qaiminə salam göndər
الْمَسْتُوْرِ عَنْ عَوَالِمِهِمْ
aləmdəkilərdən gizli olana.
اَللّٰهُمَّ وَ اَدْرِكْ بِنَاۤ اَيَّامَهُ
(Ey Allahım,) bizi onun dövranına çatdır,
وَ ظُهُوْرَهُ وَ قِيَامَهُ
zühuruna və qiyamına (çatdır),
وَ اجْعَلْنَا مِنْ اَنْصَارِهِ
bizi onun dostlarından (köməkçilərindən) qərar ver,
وَ اقْرِنْ ثَارَنَا بِثَارِهِ
bizim intiqamımızı onun intiqamına yaxın et,
وَ اكْتُبْنَا فِيْۤ اَعْوَانِهِ وَ خُلَصَاۤئِهِ
bizi onun xalis dostlarının və köməkçilərinin sırasında yaz;
وَ اَحْيِنَا فِيْ دَوْلَتِهِ نَاعِمِيْنَ
bizi onun hökumətində şad (nemət içində) yaşat,
وَ بِصُحْبَتِهِ غَانِمِيْنَ
onunla birlikdə olmaq nemətindən bəhrələndir,
وَ بِحَقِّهِ قَاۤئِمِيْنَ
onun haqqını yerinə yetirməkdə (daim cəhd) göstərənlərdən et,
وَ مِنَ السُّوْۤءِ سَالِمِيْنَ
və bizi pis hadisələrdən qoru (salamat et).
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ
Ey rəhimlilərin ən rəhimlisi!
وَ الْحَمْدُ لِلّٰهِ رَبِّ الْعَالَمِيْنَ
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur.
وَ صَلَوَاتُهُ عَلٰى سَيِّدِنَا مُحَمَّدٍ
Allahın salamı olsun sərvərimiz Məhəmmədə
خَاتَمِ النَّبِيِّيْنَ وَ الْمُرْسَلِيْنَ
peyğəmbərlərin və elçilərin sonuncusuna,
وَ عَلٰى اَهْلِ بَيْتِهِ الصَّادِقِيْنَ
və onun doğru danışan Əhli-beytinə
وَ عِتْرَتِهِ النَّاطِقِيْنَ
və haqqı deyən xanidanına.
وَ الْعَنْ جَمِيْعَ الظَّالِمِيْنَ
(Ey Allahım,) bütün zalımlara lənət et,
وَ احْكُمْ بَيْنَنَا وَ بَيْنَهُمْ
bizimlə onlar arasında hökm et,
يَاۤ اَحْكَمَ الْحَاكِمِيْنَ
ey hakimlərin hakimi (ən ədalətli hakim)!
5) Şeyx Tusi nəql edir ki, İsmail ibn Fəzl Haşimi dedi: "İmam Sadiq (ə) bu duanı mənə öyrətdi ki, onu şaban ayının on beşinci gecəsi oxuyum:
اَللّٰهُمَّ اَنْتَ الْحَيُّ الْقَيُّوْمُ
Ey Allahım, Sən diri və əbədisən (qəyyumsan),
الْعَلِيُّ الْعَظِيْمُ
uca və əzəmətlisən,
الْخَالِقُ الرَّازِقُ
xəlq edən və ruzi verənsən,
الْمُحْيِيْ الْمُمِيْتُ
dirildən və öldürənsən,
الْبَدِيْۤءُ الْبَدِيْعُ
başlayan və icad edənsən;
لَكَ الْجَلَالُ
Sənə aiddir cəlalət,
وَ لَكَ الْفَضْلُ
və Sənə aiddir lütf (fəzilət),
وَ لَكَ الْحَمْدُ
Sənə aiddir həmd-səna,
وَ لَكَ الْمَنُّ
və Sənə aiddir xeyir-bərəkət (minnət),
وَ لَكَ الْجُوْدُ
Sənə aiddir səxavət,
وَ لَكَ الْكَرَمُ
və Sənə aiddir kərəm,
وَ لَكَ الْاَمْرُ
Sənə aiddir əmr,
وَ لَكَ الْمَجْدُ
Sənə aiddir böyüklük (məcd),
وَ لَكَ الشُّكْرُ
və Sənə aiddir şükür;
وَحْدَكَ لَا شَرِيْكَ لَكَ
Sən təksən və şərikin yoxdur,
يَا وَاحِدُ يَا اَحَدُ يَا صَمَدُ
ey vahid, ey əhəd, ey ehtiyacsız (səməd),
يَا مَنْ لَمْ يَلِدْ وَ لَمْ يُوْلَدْ
ey o kəs ki, doğmayıb və doğulmayıb,
وَ لَمْ يَكُنْ لَهُ كُفُوًا اَحَدٌ
onun tayı-bərabəri və bənzəri yoxdur;
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
وَ اغْفِرْ لِيْ وَ ارْحَمْنِيْ
məni bağışla və mənə rəhm et,
وَ اكْفِنِيْ مَاۤ اَهَمَّنِيْ
məni özünə məşğul edən işi həyata keçir (kifayət et),
وَ اقْضِ دَيْنِيْ
borcumu ödə,
وَ وَسِّعْ عَلَيَّ فِيْ رِزْقِيْ
ruzimi artır (genişləndir),
فَاِنَّكَ فِيْ هٰذِهِ اللَّيْلَةِ كُلَّ اَمْرٍ حَكِيْمٍ تَفْرُقُ
çünki Sən bu gecə dolaşıq (hikmətli) işləri açırsan (ayırırsan),
وَ مَنْ تَشَاۤءُ مِنْ خَلْقِكَ تَرْزُقُ
istədiyin məxluquna ruzi verirsən;
فَارْزُقْنِيْ وَ اَنْتَ خَيْرُ الرَّازِقِيْنَ
elə isə, mənə ruzi ver və Sən ən yaxşı ruzi verənsən;
فَاِنَّكَ قُلْتَ وَ اَنْتَ خَيْرُ الْقَاۤئِلِيْنَ وَالنَّاطِقِيْنَ
çünki Sən ən yaxşı natiq (və deyən) olub buyurmusan:
وَ اسْئَلُوْا اللّٰهَ مِنْ فَضْلِهِ
"Allahın lütf və kərəmindən istəyin!"
فَمِنْ فَضْلِكَ اَسْاَلُ
Elə isə, lütf və kərəmindən istəyirəm,
وَ اِيَّاكَ قَصَدْتُ
Sən mənim qəsd etdiyimsən,
وَ ابْنَ نَبِيِّكَ اعْتَمَدْتُ
Sənin Peyğəmbərinin övladına etimad etdim
وَ لَكَ رَجَوْتُ
və Sənin (rəhmətinə) ümid bəslədim,
فَارْحَمْنِيْ يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ
elə isə, mənə rəhm et, ey rəhimlilərin ən rəhimlisi.
6) Bu duanı Həzrət Rəsulallah (s) bu gecədə oxuyardı:
اَللّٰهُمَّ اقْسِمْ لَنَا مِنْ خَشْيَتِكَ
Ey Allahım, Öz qorxundan bizə o qədər qismət et ki,
مَا يَحُوْلُ بَيْنَنَا وَ بَيْنَ مَعْصِيَتِكَ
bizimlə Sənə qarşı itaətsizlik (məsiyyət) arasında maneə olsun;
وَ مِنْ طَاعَتِكَ مَا تُبَلِّغُنَا بِهِ رِضْوَانَكَ
Öz itaətindən bizə o qədər qismət et ki, bizi Sənin razılığına çatdırsın;
وَ مِنَ الْيَقِيْنِ مَا يَهُوْنُ عَلَيْنَا بِهِ مُصِيْبَاتُ الدُّنْيَا
yəqinlikdən bizə o qədər qismət et ki, dünya müsibətləri bizə asan olsun.
اَللّٰهُمَّ اَمْتِعْنَا بِاَسْمَاعِنَا وَ اَبْصَارِنَا وَ قُوَّتِنَا
Ey Allahım, bizi gözlər, qulaqlar və qüvvəmizdən bəhrələndir
مَاۤ اَحْيَيْتَنَا وَ اجْعَلْهُ الْوَارِثَ مِنَّا
nə qədər ki həyatdayıq və onu bizim varisimiz qərar ver;
وَ اجْعَلْ ثَارَنَا عَلٰى مَنْ ظَلَمَنَا
bizim qanımızı (intiqamımızı) bizə zülm edənin boynunda qərar ver,
وَ انْصُرْنَا عَلٰى مَنْ عَادَانَا
bizi düşmənlərimizə qalib et (kömək et),
وَ لَا تَجْعَلْ مُصِيْبَتَنَا فِيْ دِيْنِنَا
müsibətləri dinimizdə qərar vermə,
وَ لَا تَجْعَلِ الدُّنْيَا اَكْبَرَ هَمِّنَا وَ لَا مَبْلَغَ عِلْمِنَا
dünyanı bizim ən böyük qüssəmiz və elmimizin nəhayəti qərar vermə,
وَ لَا تُسَلِّطْ عَلَيْنَا مَنْ لَا يَرْحَمُنَا
bizə rəhm etməyən kəsi bizə müsəllət etmə,
بِرَحْمَتِكَ يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ
Öz rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi.
Bu duanı başqa vaxtlarda da oxumaq olar. "Əvali əl-Ləali" kitabına istinadən, Həzrət Rəsulallah (s) bu duanı daim oxuyarmış.
7) Şaban ayının hər günü zöhr vaxtı oxunan salavatı bu gecədə də oxuyun. Dua belədir:
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər:
شَجَرَةِ النُّبُوَّةِ
o kəslərə ki, nübüvvət (peyğəmbərlik) şəcərəsidir,
وَ مَوْضِعِ الرِّسَالَةِ
risalət (peyğəmbərlik vəzifəsinin) məkanıdır,
وَ مُخْتَلَفِ الْمَلَاۤئِكَةِ
mələklərin gəlib-getdikləri ünvandır,
وَ مَعْدِنِ الْعِلْمِ
elm mədəni (xəzinəsidir),
وَ اَهْلِ بَيْتِ الْوَحْيِ
və vəhy xanidanıdırlar.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər:
۟اِلْفُلْكِ الْجَارِيَةِ فِي اللُّجَجِ الْغَامِرَةِ
o kəslərə ki, dərin və təlatümlü dəryalarda hərəkət edən gəmiyə bənzəyirlər:
يَأْمَنُ مَنْ رَكِبَهَا
kim ona minsə, amanda qalar
وَ يَغْرَقُ مَنْ تَرَكَهَا
və kim onu tərk etsə, qərq olar;
اَلْمُتَقَدِّمُ لَهُمْ مَارِقٌ
onlardan qabağa keçən dindən xaric olar (azğınlaşar)
وَ الْمُتَاَخِّرُ عَنْهُمْ زَاهِقٌ
və onlardan geri qalan həlak olar;
وَ اللَّازِمُ لَهُمْ لَاحِقٌ
onlarla yanaşı (birgə) olan onlara qovuşar.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər:
۟اِلْكَهْفِ الْحَصِيْنِ
o kəslərə ki, möhkəm sığınacaq,
وَ غِيَاثِ الْمُضْطَرِّ الْمُسْتَكِيْنِ
çətinliyə düşən miskinin harayına çatan,
وَ مَلْجَاِ الْهَارِبِيْنَ
(zülmdən) qaçanların pənahı
وَ عِصْمَةِ الْمُعْتَصِمِيْنَ
və pənah gətirənləri qoruyandırlar.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə çoxlu salam göndər:
صَلَاةً كَثِيْرَةً تَكُوْنُ لَهُمْ رِضًى
elə bir salam ki, onların razılığına bais olsun,
وَ لِحَقِّ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ اَدَاۤءً وَ قَضَاۤءً
və Məhəmməd və Ali-Məhəmmədin haqqı xüsusunda vəzifənin yerinə yetirilməsinə (bais olsun);
بِحَوْلٍ مِنْكَ وَ قُوَّةٍ يَا رَبَّ الْعَالَمِيْنَ
Sənin tərəfindən olan kömək və qüvvə ilə, ey aləmlərin Rəbbi.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər:
۟اِلطَّيِّبِيْنَ الْاَبْرَارِ الْاَخْيَارِ
o paklara, yaxşı əməl sahiblərinə və seçilmişlərə ki,
الَّذِيْنَ اَوْجَبْتَ حُقُوْقَهُمْ
onların haqqlarına (riayət etməyi) vacib etmisən,
وَ فَرَضْتَ طَاعَتَهُمْ وَ وِلَايَتَهُمْ
onlara itaəti və onların rəhbərliyini lazım buyurmusan.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
وَ اعْمُرْ قَلْبِيْ بِطَاعَتِكَ
qəlbimi Sənə itaət etməklə abad et,
وَ لَا تُخْزِنِيْ بِمَعْصِيَتِكَ
və Sənə üsyan etməklə məni rüsvay etmə;
وَ ارْزُقْنِيْ مُوَاسَاةَ مَنْ قَتَّرْتَ عَلَيْهِ مِنْ رِزْقِكَ،
Öz ruzini dar etdiyin kəslərə əl tutmağı və kömək etməyi mənə ruzi et;
بِمَا وَسَّعْتَ عَلَيَّ مِنْ فَضْلِكَ
Öz fəzlinlə mənə geniş etdiyin ruzilər vasitəsilə,
وَ نَشَرْتَ عَلَيَّ مِنْ عَدْلِكَ
və ədalətinlə mənə yaydığın (nemətlərlə);
وَ اَحْيَيْتَنِيْ تَحْتَ ظِلِّكَ
və məni Öz kölgən (lütfün) altında yaşatdığın üçün.
وَ هٰذَا شَهْرُ نَبِيِّكَ سَيِّدِ رُسُلِكَ
Bu ay Sənin peyğəmbərinin, Sənin elçilərinin sərvərinin ayıdır;
شَعْبَانُ الَّذِيْ حَفَفْتَهُ مِنْكَ بِالرَّحْمَةِ وَ الرِّضْوَانِ
o şaban ayı ki, Öz tərəfindən onu rəhmət və razılığınla əhatə etmisən;
الَّذِيْ كَانَ رَسُوْلُ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ وَ سَلَّمَ
o ay ki, Rəsulallah – Allahın salamı və salavatı olsun ona və xanidanına –
يَدْاَبُ فِيْ صِيَامِهِ وَ قِيَامِهِ
oruc tutmaq və (ibadətə) ayağa qalxmaqda səy göstərirdi,
فِيْ لَيَالِيْهِ وَ اَيَّامِهِ
onun gecə və gündüzlərində,
بُخُوْعًا لَكَ فِيْۤ اِكْرَامِهِ وَ اِعْظَامِهِ
Sənin qarşında əyilmək (təvazökarlıq etmək), onu uca tutmaq və əzəmətli bilmək üçün,
اِلٰى مَحَلِّ حِمَامِهِ
əcəli (ölümü) çatanadək.
اَللّٰهُمَّ فَاَعِنَّا عَلَى الْاِسْتِنَانِ بِسُنَّتِهِ فِيْهِ
Ey Allahım, bu ayda Sənin Peyğəmbərinin sünnəsinə əməl etməkdə bizə kömək et,
وَ نَيْلِ الشَّفَاعَةِ لَدَيْهِ
və onun şəfaətinə nail olmaqda (bizə kömək et).
اَللّٰهُمَّ وَ اجْعَلْهُ لِيْ شَفِيْعًا مُشَفَّعًا
Ey Allahım, onu mənim üçün şəfaəti qəbul olunmuş şəfaətçi qərar ver,
وَ طَرِيْقًا اِلَيْكَ مَهْيَعًا
və Sənə tərəf aydın bir yol qərar ver;
وَ اجْعَلْنِيْ لَهُ مُتَّبِعًا
və məni onun davamçısı qərar ver,
حَتّٰى اَلْقَاكَ يَوْمَ الْقِيَامَةِ عَنِّيْ رَاضِيًا
Qiyamət günündə Səninlə görüşənədək məndən razı qaldığın bir halda,
وَ عَنْ ذُنُوْبِيْ غَاضِيًا
və günahlarıma göz yumduğun bir halda;
قَدْ اَوْجَبْتَ لِيْ مِنْكَ الرَّحْمَةَ وَ الرِّضْوَانَ
rəhmət və razılığını mənə vacib qıldığın bir halda,
وَ اَنْزَلْتَنِيْ دَارَ الْقَرَارِ وَ مَحَلَّ الْاَخْيَارِ۔
və məni əbədi mənzilə və seçilmişlərin məkanına daxil etdiyin bir halda.
8) Bu gecədə Həzrət Əli (ə) Kumeyl ibn Ziyada "Kumeyl" adi ilə tanınan həmin duanı təlim etmişdir və bu gecə həmin duanı oxuyun.
9) Bu gecə bu zikrlərin hər birini yüz dəfə deyin. İmam Baqirin (ə) buyurduğu bir hədisə istinadən, hər kim bu zikrləri desə, Allah onun keçmiş günahlarını bağışlayar, onun dünya və axirət istəklərini həyata keçirər. Zikrlər bunlardır:
سُبْحَانَ اللهِ
Allah pak və təmizdir,
وَ الْحَمْدُ لِلّٰهِ
həmd olsun Allaha,
وَ اللهُ اَكْبَرُ
Allah böyükdür,
وَ لَاۤ اِلٰهَ اِلَّا اللهُ
və Allahdan başqa məbud yoxdur.
10) Şeyx Tusi nəql edir ki, Əbu Yəhya belə dedi: "Mən mövlam İmam Sadiqə (ə) ərz etdim: "Bu gecə ən yaxşı dua hansı duadır?" İmam Sadiq (ə) buyurdu:
İşa namazını qıldıqdan sonra iki rəkət namaz qıl. Birinci rəkətdə Fatihədən sonra Kafirun surəsini, ikinci rəkətdə Fatihədən sonra İxlas surəsini oxu. Namazdan sonra 33 dəfə "Subhanəllah", 33 dəfə "əl-Ḥəmdu lilləh" və 34 dəfə "Əllahu əkbər" de. Sonra de:
يَا مَنْ اِلَيْهِ مَلْجَاُ الْعِبَادِ فِي الْمُهِمَّاتِ
Ey o kəs ki, giriftarlıqlarda (mühüm işlərdə) bəndələrin pənahısan
وَ اِلَيْهِ يَفْزَعُ الْخَلْقُ فِي الْمُلِمَّاتِ
və çətinliklərdə məxluqat Sənə sığınır (fəryad edir)!
يَا عَالِمَ الْجَهْرِ وَ الْخَفِيَّاتِ
Ey aşkarı və gizlini bilən!
يَا مَنْ لَا تَخْفٰى عَلَيْهِ خَوَاطِرُ الْاَوْهَامِ وَ تَصَرُّفُ الْخَطَرَاتِ
Ey o kəs ki, düşüncələrin (röyaların) xatirləri və onların dəyişilməsi Sənə gizlin deyil!
يَا رَبَّ الْخَلَاۤئِقِ وَ الْبَرِيَّاتِ
Ey məxluqatın və yaradılmışların Rəbbi!
يَا مَنْ بِيَدِهِ مَلَكُوْتُ الْاَرَضِيْنَ وَ السَّمَاوَاتِ
Ey o kəs ki, yerlərin və göylərin padşahlığı Sənin əlindədir!
اَنْتَ اللّٰهُ لَاۤ اِلٰهَ اِلَّاۤ اَنْتَ
Sənsən o Allah ki, Səndən qeyri ilah yoxdur;
اَمُتُّ اِلَيْكَ بِلَاۤ اِلٰهَ اِلَّاۤ اَنْتَ
"Səndən qeyri ilah yoxdur" kəlməsi ilə Sənə üz tuturam (qəsd edirəm),
فَيَا لَاۤ اِلٰهَ اِلَّاۤ اَنْتَ
elə isə, ey "Səndən qeyri ilah yoxdur" (deyə çağırdığım)!
اجْعَلْنِيْ فِيْ هٰذِهِ اللَّيْلَةِ مِمَّنْ نَظَرْتَ اِلَيْهِ فَرَحِمْتَهُ
Məni bu gecədə o kəslərdən qərar ver ki, ona nəzər qılıb rəhm etmisən,
وَ سَمِعْتَ دُعَاۤءَهُ فَاَجَبْتَهُ
duasını eşidib cavab vermisən,
وَ عَلِمْتَ اسْتِقَالَتَهُ فَاَقَلْتَهُ
bağışlanma diləməsini bilib onu bağışlamısan,
وَ تَجَاوَزْتَ عَنْ سَالِفِ خَطِيْۤئَتِهِ وَ عَظِيْمِ جَرِيْرَتِهِ
və keçmiş günahlarını və böyük cinayətlərini bağışlamısan (güzəştə getmisən);
فَقَدِ اسْتَجَرْتُ بِكَ مِنْ ذُنُوْبِيْ
elə isə, (mən də) günahlarımdan Sənə pənah gətirirəm
وَ لَجَأْتُ اِلَيْكَ فِيْ سَتْرِ عُيُوْبِيْۤ
və eyiblərimin örtülməsində Sənə sığınıram (kömək istəyirəm).
اَللّٰهُمَّ فَجُدْ عَلَيَّ بِكَرَمِكَ وَ فَضْلِكَ
Ey Allahım, Öz kərəm və fəzlin ilə mənə bəxş et,
وَ احْطُطْ خَطَايَايَ بِحِلْمِكَ وَ عَفْوِكَ
Öz helm və əfvin ilə mənim xətalarımı (günahlarımı) tök (sil),
وَ تَغَمَّدْنِيْ فِيْ هٰذِهِ اللَّيْلَةِ بِسَابِغِ كَرَامَتِكَ
bu gecədə məni bol ehsan (kəramətinə) qərq et;
وَ اجْعَلْنِيْ فِيْهَا مِنْ اَوْلِيَاۤئِكَ الَّذِيْنَ اجْتَبَيْتَهُمْ لِطَاعَتِكَ
və məni bu gecədə o dostlardan qərar ver ki, Öz itaətinə seçmisən,
وَ اخْتَرْتَهُمْ لِعِبَادَتِكَ
onları ibadətinə ixtiyar etmisən (seçmisən),
وَ جَعَلْتَهُمْ خَالِصَتَكَ وَ صَفْوَتَكَ۔
və onları Öz xalislərindən və seçilmişlərindən qərar vermisən.
اَللّٰهُمَّ اجْعَلْنِيْ مِمَّنْ سَعَدَ جَدُّهُ
Ey Allahım, məni o kəslərdən qərar ver ki, göstərdiyi səy (bəxti) səadət gətirmiş
وَ تَوَفَّرَ مِنَ الْخَيْرَاتِ حَظُّهُ
və xeyirlərdən olan payı çoxalmışdır;
وَ اجْعَلْنِيْ مِمَّنْ سَلِمَ فَنَعِمَ
məni o kəslərdən qərar ver ki, salamat olub nemətə çatmış,
وَ فَازَ فَغَنِمَ
nicat tapıb bəhrələnmiş (qənimət əldə etmişdir);
وَ اكْفِنِيْ شَرَّ مَاۤ اَسْلَفْتُ
məni (əvvəlcədən) etdiyim pisliklərin şərindən qoru (kifayət et),
وَ اعْصِمْنِيْ مِنَ الْاِزْدِيَادِ فِيْ مَعْصِيَتِكَ
məni Sənə qarşı üsyankarlıqda həddi aşmaqdan (artırmaqdan) çəkindir;
وَ حَبِّبْ اِلَيَّ طَاعَتَكَ وَ مَا يُقَرِّبُنِيْ مِنْكَ وَ يُزْلِفُنِيْ عِنْدَكَ
Sənə itaəti, həmçinin məni Sənə yaxınlaşdıran və dərgahına müqərrəb edən işləri mənə sevimli et.
سَيِّدِيْۤ اِلَيْكَ يَلْجَاُ الْهَارِبُ
Ey Ağam, fərari bəndə Sənə sığınar,
وَ مِنْكَ يَلْتَمِسُ الطَّالِبُ
diləyən (tələb edən) bəndə Səndən acizanə diləyər,
وَ عَلٰى كَرَمِكَ يُعَوِّلُ الْمُسْتَقِيْلُ التَّاۤئِبُ
üzrxahlıq edib tövbə edən bəndə Sənin kərəminə söykənər;
اَدَّبْتَ عِبَادَكَ بِالتَّكَرُّمِ وَ اَنْتَ اَكْرَمُ الْاَكْرَمِيْنَ
Sən bəndələrini mehribanlıqla (kərəmlə) ədəbləndirdin, Sən giramilərin ən giramisisən,
وَ اَمَرْتَ بِالْعَفْوِ عِبَادَكَ وَ اَنْتَ الْغَفُوْرُ الرَّحِيْمُ
Sən bəndələrinə əfv etməyi əmr etmisən, Sən bağışlayan və rəhimsən.
اَللّٰهُمَّ فَلَا تَحْرِمْنِيْ مَا رَجَوْتُ مِنْ كَرَمِكَ
Ey Allahım, məni Sənin kərəminə olan ümiddən məhrum etmə,
وَ لَا تُؤْيِسْنِيْ مِنْ سَابِغِ نِعَمِكَ
məni Sənin çoxlu (bol) nemətlərindən naümid etmə,
وَ لَا تُخَيِّبْنِيْ مِنْ جَزِيْلِ قِسَمِكَ فِيْ هٰذِهِ اللَّيْلَةِ لِاَهْلِ طَاعَتِكَ
bu gecədə itaətkar bəndələrin üçün olan böyük qismətlərdən (paylardan) məni binəsib etmə,
وَ اجْعَلْنِيْ فِيْ جُنَّةٍ مِنْ شِرَارِ بَرِيَّتِكَ
məxluqatının pislərinin şərindən məni bir sığınacaqda (sipərdə) qərar ver.
رَبِّ اِنْ لَمْ اَكُنْ مِنْ اَهْلِ ذٰلِكَ
Ey Rəbbim, əgər mən bunlara layiq (əhl) deyiləmsə,
فَاَنْتَ اَهْلُ الْكَرَمِ وَ الْعَفْوِ وَ الْمَغْفِرَةِ،
lakin Sən kərəm, əfv və məğfirət əhlisən (bunlara layiqsən);
وَ جُدْ عَلَيَّ بِمَاۤ اَنْتَ اَهْلُهُ لَا بِمَاۤ اَسْتَحِقُّهُ
mənim layiq olduğumu (müstəhəqqimi) deyil, Özünün layiq olduğunu mənə bəxş et;
فَقَدْ حَسُنَ ظَنِّيْ بِكَ
heç şübhəsiz, mənim Sənin barəndə olan zənnim gözəldir,
وَ تَحَقَّقَ رَجَاۤئِيْ لَكَ
Sənə olan ümidim gerçəkləşmişdir,
وَ عَلِقَتْ نَفْسِيْ بِكَرَمِكَ
canım (nəfsim) Sənin kərəmindən asılıdır,
فَاَنْتَ اَرْحَمُ الرَّاحِمِيْنَ
Sən rəhimlilərin ən rəhimlisi
وَ اَكْرَمُ الْاَكْرَمِيْنَ
və giramilərin ən giramisisən.
اَللّٰهُمَّ وَ اخْصُصْنِيْ مِنْ كَرَمِكَ بِجَزِيْلِ قِسَمِكَ
Ey Allahım, Öz kərəmindən böyük qismətləri (payı) mənə nəsib et (məxsus et),
وَ اَعُوْذُ بِعَفْوِكَ مِنْ عُقُوْبَتِكَ
mən Sənin cəzandan Sənin əfvinə pənah aparıram;
وَ اغْفِرْ لِيَ الذَّنْبَ الَّذِيْ يَحْبِسُ عَلَيَّ الْخُلُقَ
məxluqatımdan məni məhrum edən (pis rəftarları məndə saxlayan) günahlarımı bağışla,
وَ يُضَيِّقُ عَلَيَّ الرِّزْقَ
və ruzimi daraldan (günahlarımı bağışla),
حَتّٰىۤ اَقُوْمَ بِصَالِحِ رِضَاكَ
ta Sənin layiqli razılığını əldə etməyə cəhd göstərim (qalxım),
وَ اَنْعَمَ بِجَزِيْلِ عَطَاۤئِكَ
Sənin böyük nemətlərinə (ətana) nail olum
وَ اَسْعَدَ بِسَابِغِ نَعْمَاۤئِكَ
və Sənin bol nemətlərinlə xoşbəxt (səadətli) olum;
فَقَدْ لُذْتُ بِحَرَمِكَ
odur ki, Sənin dərgahına (hərəminə) pənah gətirmişəm,
وَ تَعَرَّضْتُ لِكَرَمِكَ
Sənin kərəminə sarılmışam (özümü Sənə təqdim etmişəm),
وَ اسْتَعَذْتُ بِعَفْوِكَ مِنْ عُقُوْبَتِكَ
Sənin cəzandan əfvinə pənah gətirmişəm
وَ بِحِلْمِكَ مِنْ غَضَبِكَ
və qəzəbindən helminə (pənah gətirmişəm);
فَجُدْ بِمَا سَاَلْتُكَ
elə isə, Səndən istədiklərimi mənə bəxş et,
وَ اَنِلْ مَا الْتَمَسْتُ مِنْكَ
məni Səndən dilədiklərimə nail et;
اَسْاَلُكَ بِكَ لَا بِشَيْءٍ هُوَ اَعْظَمُ مِنْكَ۔
Səndən Sənə xatir istəyirəm, çünki Səndən böyük heç nə yoxdur.
Sonra səcdəyə get və iyirmi dəfə de:
يَا رَبِّ
Ey rəbbim!
Yeddi dəfə de:
يَا اَللهُ
Ey Allah!
Sonra yeddi dəfə de:
لَاحَوْلَ وَلَا قُوَّةَ اِلَّا بِاللهِ
Allahdan başqa güc və qüvvət sahib yoxdur!
On dəfə de:
مَاشَااَللهُ
Maşallah.
Daha sonra on dəfə de:
لَاقُوَّةَ اِلَّا بِاللهِ
Allahdan başqa qüvvət sahibi yoxdur.
Daha sonra Peyğəmbərə (s) və onun Əhli-beytinə (ə) salavat de və Allahdan öz istəyini dilə.
And olsun Allaha, hər kim bu əməli yerinə yetirib Allahdan öz istəyini diləsə, nə qədər çox olsa belə, Allah Öz geniş kərəm və fəzli ilə onu həyata keçirər."
11) Şeyx Tusi və Seyid İbn Tavus qeyd etmişlər ki, bu gecə aşağıdakı duanı oxuyun:
اِلٰهِيْ تَعَرَّضَ لَكَ فِي هٰذَا اللَّيْلِ الْمُتَعَرِّضُوْنَ
İlahi, bu gecə (dərgahına) gələnlər Sənin dərgahına gəlmiş (özünü Sənə təqdim etmiş),
وَ قَصَدَكَ الْقَاصِدُوْنَ
qəsd edənlər Səni qəsd etmiş,
وَ اَمَّلَ فَضْلَكَ وَ مَعْرُوْفَكَ الطَّالِبُوْنَ
istəyənlər (tələb edənlər) Sənin fəzl və ehsanını arzu etmişlər;
وَ لَكَ فِيْ هٰذَا اللَّيْلِ نَفَحَاتٌ وَ جَوَاۤئِزُ
və Sənin bu gecədə hədiyyələrin və mükafatların (caizələrin) vardır,
وَ عَطَايَا وَ مَوَاهِبُ
ətaların və bəxşişlərin (məvahibin vardır);
تَمُنُّ بِهَا عَلٰى مَنْ تَشَاۤءُ مِنْ عِبَادِكَ
onların vasitəsilə bəndələrindən istədiyinə minnət qoyursan,
وَ تَمْنَعُهَا مَنْ لَمْ تَسْبِقْ لَهُ الْعِنَايَةُ مِنْكَ
və (bundan qabaq) nəzər qılmadığın (inayət etmədiyin) bəndədən isə əsirgəyirsən;
وَ هَاۤ اَنَا ذَا عُبَيْدُكَ الْفَقِيْرُ اِلَيْكَ
indi mən Sənin bu kiçik və möhtac (fəqir) bəndən
الْمُؤَمِّلُ فَضْلَكَ وَ مَعْرُوْفَكَ
Sənin fəzl və kərəmini (ehsanını) arzulayıram,
فَاِنْ كُنْتَ يَا مَوْلَايَ
elə isə, əgər Sən (istəsən), ey mənim Mövlam,
تَفَضَّلْتَ فِيْ هٰذِهِ اللَّيْلَةِ
bu gecədə təfəzzül edərsən (ehsan edərsən)
عَلٰىۤ اَحَدٍ مِنْ خَلْقِكَ
məxluqatından hər hansı birinə,
وَ عُدْتَ عَلَيْهِ بِعَاۤئِدَةٍ مِنْ عَطْفِكَ
və Öz mehribanlığından (şəfqətindən) ona bir şey aid edərsən;
فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
elə isə, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
۟اِلطَّيِّبِيْنَ الطَّاهِرِيْنَ
pak və pakizə,
الْخَيِّرِيْنَ الْفَاضِلِيْنَ
yaxşı əməl və fəzilət sahiblərinə (salam göndər);
وَ جُدْ عَلَيَّ بِطَوْلِكَ وَ مَعْرُوْفِكَ
Öz fəzl (bəxşiş) və ehsanın ilə mənə bəxş et,
يَا رَبَّ الْعَالَمِيْنَ
ey aləmlərin Rəbbi!
وَ صَلَّى اللّٰهُ عَلٰى مُحَمَّدٍ خَاتَمِ النَّبِيِّيْنَ
Allahın (çoxlu) salamı olsun peyğəmbərlərin sonuncusu Məhəmmədə
وَ اٰلِهِ الطَّاهِرِيْنَ
və onun pak xanidanına,
وَ سَلَّمَ تَسْلِيْمًا
və çoxlu salam olsun.
اِنَّ اللّٰهَ حَمِيْدٌ مَجِيْدٌ
Həqiqətən Allah həmd olunan və şəni ucadır (məciddir).
اَللّٰهُمَّ اِنِّيْۤ اَدْعُوْكَ كَمَاۤ اَمَرْتَ
Ey Allahım, Sən necə əmr etmisənsə, mən Səni o cür çağırdım,
فَاسْتَجِبْ لِيْ كَمَا وَعَدْتَ
elə isə, mənim duamı vəd verdiyin kimi qəbul et,
اِنَّكَ لَا تُخْلِفُ الْمِيْعَادَ۔
həqiqətən Sən vədinə xilaf çıxmarsan.
Bu dua sübhə yaxın "Şəf" namazından sonra oxunan duadır.
12) Gecə namazının hər iki rəkətindən və şəf` namazından sonra, vətr namazının dualarından sonra mərhum Şeyx Tusi və Seyid İbn Tavusun nəql etdikləri duaları oxuyun.
13) Həzrət Rəsulallahın (s) etdiyi səcdələri və duaları edin. O cümlədən, hədislərin birində Əban ibn Təğlib İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: "Şaban ayının on beşinci gecəsi oldu və həmin gecə Rəsulallah (s) zövcələrinin birinin yanında idi. Gecə yarı olduqda o həzrət ibadət etmək üçün yatağından qalxdı. Zövcəsi onun dalınca düşdü və çadrasına bürünüb o həzrəti axtarırdı ki, birdən Rəsulallahı (s) səcdədə gördü. Rəsulallah (s) bir örtük kimi yerə sərilmişdi. O, Rəsulallaha (s) yaxınlaşdı və səcdədə onun bu sözləri dediyini eşitdi:
سَجَدَ لَكَ سَوَادِيْ وَ خَيَالِيْ
Bütün varlığım (bədənim) və xəyalım Sənə səcdə etmiş,
وَ اٰمَنَ بِكَ فُؤَادِيْ
qəlbim Sənə iman gətirmişdir.
هٰذِهِ يَدَايَ وَ مَا جَنَيْتُهُ عَلٰى نَفْسِيْ
Budur mənim əllərim və özümə etdiyim cəfalar (cinayətlər).
يَا عَظِيْمُ تُرْجٰى لِكُلِّ عَظِيْمٍ
Ey o böyük (əzəmətli) ki, böyük (işlərdə/günahlarda) Sənin əfvinə ümid bəslənilir,
اِغْفِرْ لِيَ الْعَظِيْمَ
mənim böyük günahlarımı bağışla,
فَاِنَّهُ لَا يَغْفِرُ الذَّنْبَ الْعَظِيْمَ اِلَّا الرَّبُّ الْعَظِيْمُ۔
çünki böyük günahları böyük Rəbbdən qeyrisi bağışlamır.
Sonra Rəsulallah (s) başını səcdədən qaldırdı və yenidən səcdəyə gedib dedi:
اَعُوْذُ بِنُوْرِ وَجْهِكَ
Pənah aparıram Sənin cəmalının nuruna (üzünün nuruna):
الَّذِيْۤ اَضَاۤءَتْ لَهُ السَّمَاوَاتُ وَ الْاَرَضُوْنَ
o nur ki, göyləri və yerləri işıqlandırmış,
وَ انْكَشَفَتْ لَهُ الظُّلُمَاتُ
və onunla qaranlıqlar aradan qalxmış (aşkar olmuşdur);
وَ صَلَحَ عَلَيْهِ اَمْرُ الْاَوَّلِيْنَ وَ الْاٰخِرِيْنَ
o nurun vasitəsilə əvvəlkilərin və sonrakıların işləri islah olmuşdur.
مِنْ فُجْاَةِ نَقِمَتِكَ
(Pənah aparıram) Sənin qəfil əzabından (intiqamından),
وَ مِنْ تَحْوِيْلِ عَافِيَتِكَ
səlamətliyin (afiyətin) dəyişməsindən,
وَ مِنْ زَوَالِ نِعْمَتِكَ
və nemətlərinin əldən getməsindən (zəvalından).
اَللّٰهُمَّ ارْزُقْنِيْ قَلْبًا تَقِيًّا نَقِيًّا
Ey Allahım, mənə təqvalı və pakizə qəlb ruzi et,
وَ مِنَ الشِّرْكِ بَرِيْئًا
şirkin (hər növündən) uzaq qərar ver,
لَا كَافِرًا وَ لَا شَقِيًّا
kafir və bədbəxt (şəqi) olmayım.
Daha sonra Rəsulallah (s) üzünün hər iki tərəfini torpağa qoyub dedi:
عَفَّرْتُ وَجْهِيْ فِيْ التُّرَابِ
Üzümü torpağa qoydum (sürtdüm)
وَ حُقَّ لِيْۤ اَنْ اَسْجُدَ لَكَ۔
və Sənə səcdə etmək mənim boynumda haqqdır.
Rəsulallah (s) yatağına qayıtmaq istədikdə zövcəsi tələsik öz yatağına qayıtdı. O həzrət zövcəsinin yanına gəldikdə onun tövşədiyini eşitdi və buyurdu: "Nə olub, tez-tez nəfəs alırsan? Bilmirsənmi ki, bu gecə hansı gecədir? Bu gecə şaban ayının on beşinci gecəsidir. Bu gecə ruzilər bölünür, əcəllər yazılır, hacıların adları müəyyən olunur, Allah çoxlu insanları bağışlayır və Öz mələklərini göydən Məkkəyə tərəf göndərir".
14) Cəfər Təyyar namazını qılın. Belə ki, hədislərin birində İmam Rza (ə) bu əməli şaban ayının on beşinci gecəsində yerinə yetirməyi qeyd etmişdir.
15) Şaban ayının on beşinci gecəsi üçün çoxlu namazlar nəql olunubdur və bu namazları qılın. Bir qrup etibarlı ravi İmam Baqir (ə) və İmam Sadiqin (ə) belə buyurduqlarını nəql edirlər: "Şaban ayının on beşinci gecəsi olduqda dörd rəkət (iki rəkət-iki rəkət) namaz qıl. Hər rəkətdə bir dəfə Fatihə və yüz dəfə İxlas surəsini oxu. Dörd rəkət namazı qılıb qurtardıqdan sonra de:
اَللّٰهُمَّ اِنِّيْۤ اِلَيْكَ فَقِيْرٌ
Ey Allahım, mən Sənə möhtacam (fəqirəm),
وَ مِنْ عَذَابِكَ خَاۤئِفٌ مُسْتَجِيْرٌ
Sənin əzabından qorxuram və Sənə sığınıram.
اَللّٰهُمَّ لَا تُبَدِّلْ اِسْمِيْ
Ey Allahım, məni allahpərəstlərin zümrəsindən xaric etmə (adımı dəyişmə),
وَ لَا تُغَيِّرْ جِسْمِيْ
cismimi(n sağlamlığını) dəyişdirmə,
وَ لَا تَجْهَدْ بَلَاۤئِيْ
imtahanımı (bəlamı) çətin etmə
وَ لَا تُشْمِتْ بِيْۤ اَعْدَاۤئِيْۤ
və məni düşməni sevindirən kəslərdən etmə (düşmənlərimi mənə güldürmə).
اَعُوْذُ بِعَفْوِكَ مِنْ عِقَابِكَ
Sənin cəzandan Sənin əfvinə pənah aparıram,
وَ اَعُوْذُ بِرَحْمَتِكَ مِنْ عَذَابِكَ
Sənin əzabından Sənin rəhmətinə pənah aparıram,
وَ اَعُوْذُ بِرِضَاكَ مِنْ سَخَطِكَ
Sənin qəzəbindən (səxətindən) Sənin razılığına pənah aparıram,
وَ اَعُوْذُ بِكَ مِنْكَ
və Sənin Özündən Sənə pənah gətirirəm.
جَلَّ ثَنَاۤؤُكَ
Sənin sitayişin böyükdür (uca və cəlalətlidir),
اَنْتَ كَمَا اَثْنَيْتَ عَلٰى نَفْسِكَ
Sən Özünü sitayiş etdiyin kimisən
وَ فَوْقَ مَا يَقُوْلُ الْقَاۤئِلُوْنَ۔
və vəsf edənlərin (danışanların) dediklərindən ucasan.