⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
Şeyx Tusi "Misbahul-mutəhəccid"də qeyd edir ki, İmam Sadiq (ə) belə buyurdu: "Rəcəb ayında bu duanı oxu:
اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ صَبْرَ الشَّاكِرِيْنَ لَكَ
Ey Allahım, mən Səndən Sənə şükür edənlərin səbrini,
وَ عَمَلَ الْخَاۤئِفِيْنَ مِنْكَ
Səndən qorxanların əməlini
وَ يَقِيْنَ الْعَابِدِيْنَ لَكَ
və Sənə ibadət edənlərin yəqinini istəyirəm.
اَللّٰهُمَّ اَنْتَ الْعَلِيُّ الْعَظِيْمُ
Ey Allahım, Sən uca və əzəmətlisən,
وَ اَنَا عَبْدُكَ الْبَاۤئِسُ الْفَقِيْرُ
mən isə Sənin möhtac bəndənəm;
اَنْتَ الْغَنِيُّ الْحَمِيدُ
Sən ehtiyacsız və həmd olunansan,
وَ اَنَا الْعَبْدُ الذَّلِيْلُ
mən isə bəndə və qulam.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ
Ey Allahım, Məhəmmədə və onun xanidanına salam göndər;
وَ امْنُنْ بِغِنَاكَ عَلَى فَقْرِيْ
Öz ehtiyacsızlığınla mənim ehtiyacımı,
وَ بِحِلْمِكَ عَلٰى جَهْلِيْ
Öz səbrinlə mənim cəhalətimi
وَ بِقُوَّتِكَ عَلٰى ضَعْفِيْ
və Öz qüvvətinlə mənim zəifliyimi aradan qaldır;
يَا قَوِيُّ يَا عَزِيْزُ
ey qüvvətli, ey izzətli!
اَللّٰهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ اٰلِهِ
Ey Allahım, Məhəmmədə və onun
الْاَوْصِيَاءِ الْمَرْضِيِّيْنَ
bəyənilən canişinlər olan xanidanına salam göndər,
وَ اكْفِنِيْ مَا اَهَمَّنِيْ مِنْ اَمْرِ الدُّنْيَا وَ الْآخِرَةِ
məni zəhmətə salan dünya və axirət işlərində mənə kifayət et,
يَا اَرْحَمَ الرَّاحِمِينَ۔
ey rəhimlilərin ən rəhimlisi.
Seyid İbn Tavus da bu duanı "İqbal" kitabında qeyd etmişdir. Onun dediklərindən əldə olunur ki, bu dua hər vaxt oxuna bilər.