اَللّٰـهُمَّ اِنَّ هٰذَا الشَّهْرَ الْمُبَارَكَ الَّذِيْ اُنْزِلَ فِيْهِ الْقُرْآنُ …
Ey Allahım, insanları hidayət edən, hidayətin qəti dəlilləri olan və haqqı batildən ayıran Quranın nazil olduğu bu mübarək ay gəlib çatmışdır....
9) Məğrib namazından sonra əlləri göyə qaldırın və İmam Cavadın (ə) buyurduğu bu duanı oxuyun:
اَللّٰهُمَّ يَا مَنْ يَمْلِكُ التَّدْبِيْرَ
Ey Allahım, ey o kəs ki, işlərin idarəçiliyi Onun əlindədir
وَهُوَ عَلٰى كُلِّ شَيْءٍ قَدِيْرٌ،
və O, hər şeyə qadirdir!
يَا مَنْ يَعْلَمُ خَآئِنَةَ الْاَعْيُنِ
Ey o kəs ki, gözlərin xəyanətini bilir,
وَمَا تُخْفِيْ الصُّدُوْرِ وَتُجِنُّ الضَّمِيْرُ
sinələrin gizlətdiklərini və ürəklərin örtdüklərini (bilir).
وَهُوَ اللَّطِيْفُ الْخَبِيْرُ،
O, lətif və xəbərdardır.
اَللّٰهُمَّ اجْعَلْنَا مِمَّنْ نَوٰى فَعَمِلَ،
Ey Allahım, bizi niyyət edən və əməl edən kəslərdən qərar ver;
وَلَا تَجْعَلْنَا مِمَّنْ شَقِيَ فَكَسِلَ،
bizi bədbəxt olan və tənbəllik edən kəslərdən qərar vermə,
وَلَا مِمَّنْ هُوَ عَلٰى غَيْرِ عَمَلِ يَتَّكِلُ،
iş-gücdən başqa bir şeyə arxalanan kəslərdən (qərar vermə).
اَللّٰهُمَّ صَحِّحْ اَبْدَانَنَا مِنَ الْعِلَلِ،
Ey Allahım, bədənlərimizi xəstəliklərdən sağlam et,
وَاَعِنَّا عَلٰى مَا افْتَرَضْتَ عَلَيْنَا مِنَ الْعَمَلِ،
bizə vacib etdiyin əməldə bizə kömək et,
حَتّٰى يَنْقَضِيَ عَنَّا شَهْرُكَ هَذَا وَقَدْ اَدَّيْنَا مَفْرُوْضَكَ فِيْهِ عَلَيْنَا،
ta Sənin bu ayın bizim üçün başa çatdıqda Sənin bizə vacib etdiklərini yerinə yetirmiş olaq.
اَللّٰهُمَّ اَعِنَّا عَلٰى صِيَامِهِ،
Ey Allahım, bu ayın orucunu tutmaqda bizə kömək et,
وَوَفِّقْنَا لِقِيَامِهِ،
bu ayın gecə ibadətini yerinə yetirməyə bizi müvəffəq et,
وَنَشِّطْنَا فِيْهِ لِلصَّلَاةِ،
bu ayda namaz qılmağa bizi şövqlü et,
وَلَا تَحْجُبْنَا مِنَ الْقِرَاۤءَةِ،
bizi Quranın qiraətindən məhrum etmə,
وَسَهِّلْ لَنَا فِيْهِ اِيْتَاۤءَ الزَّكَاةِ،
bu ayda zəkat verməyi bizə asan et.
اَللّٰهُمَّ لَا تُسَلِّطْ عَلَيْنَا وَصَبًا وَلَا تَعَبًا
Ey Allahım, bizə yorğunluq və əziyyət müsəllət etmə,
وَلَا سَقَمًا وَلَا عَطَبًا،
xəstəlik və həlakəti (müsəllət etmə).
اَللّٰهُمَّ ارْزُقْنَا الْاِفْطَارَ مِنْ رِزْقِكَ الْحَلَالِ،
Ey Allahım, halal ruzin ilə iftar etməyi bizə ruzi et.
اَللّٰهُمَّ سَهِّلْ لَنَا فِيْهِ مَا قَسَمْتَهُ مِنْ رِزْقِكَ،
Ey Allahım, bu ayda Öz ruzindən bizə qismət etdiyini bizə asan et,
وَيَسِّرْ مَا قَدَّرْتَهُ مِنْ اَمْرِكَ،
Öz əmrinlə bizim üçün müqəddər etdiyini asanlaşdır;
وَاجْعَلْهُ حَلَالًا طَيِّبًا نَقِيًّا مِنَ الْاٰثَامِ
bunu halal, pakizə, günahlardan pak
خَالِصًا مِنَ الْاٰصَارِ وَالْاَجْرَامِ،
və cinayətlərdən xalis et.
اَللّٰهُمَّ لَا تُطْعِمْنَا اِلَّا طَيِّبًا غَيْرَ خَبِيْثٍ وَلَا حَرَامٍ،
Ey Allahım, bizə yalnız pak ruzi, xəbis və haram olamayan ruzi yedirt;
وَاجْعَلْ رِزْقَكَ لَنَا حَلَالًا لَا يَشُوْبُهُ دَنَسٌ وَلَا اَسْقَامٌ
bizim ruzimizi halal, murdarlığa və xəstəliyə bulaşmamış qərar ver.
يَا مَنْ عِلْمُهُ بِالسِّرِّ كَعِلْمِهِ بِالْاِعْلَانِ،
Ey gizlini elə aşkar qədər bilən,
يَا مُتَفَضِّلًا عَلٰى عِبادِهِ بِالْاِحْسَانِ،
ey bəndələrinə ehsan edən,
يَا مَنْ هُوَ عَلٰى كُلِّ شَيْءٍ قَدِيْرٌ
ey hər şeyə qadir olan,
وَبِكُلِّ شَيْءٍ عَلِيْمٌ خَبِيْرٌ
hər şeyi bilən və hər şeydən xəbərdar olan!
اَلْهِمْنَا ذِكْرَكَ
Öz zikrini bizə ilham et,
وَجَنِّبْنَا عُسْرَكَ،
çətinliklərindən bizi uzaq et,
وَاَنِلْنَا يُسْرَكَ،
bizi asan əmrlərinə nail et,
وَاَهْدِنَا لِلرَّشَادِ،
bizi düz işlərə hidayət et,
وَوَفِّقْنَا لِلسَّدَادِ،
bizi doğru işlərə müvəffəq et,
وَاعْصِمْنَا مِنَ الْبَلَايَا،
bizi bəlalardan qoru,
وَصُنَّا مِنَ الْاَوْزَارِ وَالْخَطَايَا،
bizi günahlardan və xətalardan saxla.
يَا مَنْ لَا يَغْفِرُ عَظِيْمَ الذُّنُوْبِ غَيْرُهُ،
Ey o kəs ki, böyük günahları Səndən qeyrisi bağışlamır
وَلَا يَكْشِفُ السُّوٓءَ اِلَّا هُوَ،
və pis olanları Səndən qeyrisi aradan aparmır!
يَا اَرْحَمَ الرَّاحِمِيْنَ،
Ey rəhimlilərin ən rəhimlisi
وَاَكْرَمَ الْاََكْرَمِيْنَ،
və kərimlərin ən kərimi!
صَلِّ عَلٰى مُحَمَّدٍ وَاَهْلِ بَيْتِهِ الطَّيِّبِيْنَ،
Məhəmmədə və onun pak Əhli-beytinə salam göndər,
وَاجْعَلْ صِيَامَنَا مَقْبُوْلًا،
bizim orucumuzu qəbul et,
وَبِالْبِرِّ وَالتَّقْوٰى مَوْصُوْلًا،
yaxşı əməl və təqva ilə birgə et,
وَكَذٰلِكَ فَاجْعَلْ سَعْيَنَا مَشْكُوْرًا
həmçinin bizim səyimizi qiymətləndir,
وَقِيَامَنَا مَبْرُوْرًا،
gecə ibadətimizi yaxşı dəyərləndir,
وَقُرْاٰنَنَا مَرْفُوْعًا،
Quranı yuxarı qaldır,
وَدُعَاۤءَنَا مَسْمُوْعًا،
duamızı müstəcab et,
وَاهْدِنَا لِلْحُسْنٰى،
bizi yaxşı işlərə hidayət et,
وَجَنِّبْنَا الْعُسْرٰى،
bizi çətin işlərdən uzaq et,
وَيَسِّرْنَا لِلْيُسْرٰى،
bizi asan işlərə hazır et,
وَاَعِلْ لَنَا الدَّرَجَاتِ،
bizim dərəcələrimizi yüksəlt,
وَضَاعِفْ لَنَا الْحَسَنَاتِ،
savabımızı qat-qat artır,
وَاقْبَلْ مِنَّا الصَّوْمَ وَالصَّلَاةَ،
oruc və namazımızı qəbul et,
واسْمَعْ مِنَّا الدَّعَوَاتِ،
dualarımızı eşit,
وَاغْفِرْ لَنَا الْخَطِيْئَاتِ،
xətalarımızı bağışla,
وَتَجَاوَزْ عَنَّا السَّيِّئَاتِ،
günahlarımızdan keç,
وَاجْعَلْنَا مِنَ الْعَامِلِيْنَ الْفَاۤئِزِيْنَ،
bizi nicat tapmış əməl sahiblərindən et,
وَلَا تَجْعَلْنَا مِنَ الْمَغْضُوْبِ عَلَيْهِمْ وَلَا الضَّآلِّيْنَ،
bizi qəzəbə düçar olanlardan və azğınlardan etmə,
حَتّٰى يَنْقَضِيَ شَهْرُ رَمَضَانَ عَنَّا
ta ramazan ayı bizim üçün başa çatdıqda
وَقَدْ قَبِلْتَ فِيْهِ صِيَامَنَا وَقِيَامَنَا،
oruc və gecə ibadətlərimizi qəbul etmiş,
وَزَكَّيْتَ فِيْهِ اَعْمَالَنَا،
əməllərimizi pak etmiş,
وَغَفَرْتَ فِيْهِ ذُنُوْبَنَا،
günahlarımızı bağışlamış
وَاَجْزَلْتَ فِيْهِ مِنْ كُلِّ خَيْرٍ نَصِيْبَنَا،
və bu ayda bizə hər xeyir-bərəkətdən kamil bir pay vermiş olasan.
فَاِنَّكَ الْاِلـٰهُ الْمُجِيْبُ،
Həqiqətən Sən icabət edən Məbud
وَالرَّبُّ الْقَرِيْبُ،
və yaxın olan Rəbbsən,
وَاَنْتَ بِكُلِّ شَيْءٍ مُحِيْطٌ۔
Sənin hər şeyə əhatən vardır.
10) Ramazan ayının birinci gecəsi İmam Sadiqin (ə) buyurduğu bu duanı oxuyun:
اَللّٰہُمَّ رَبَّ شَهْرِ رَمَضَانَ،
Ey Allahım, ey ramazan ayının Rəbbi
مُنَزِّلَ الْقُرْاٰنِ،
və Quranı nazil edən!
هٰذَا شَهْرُ رَمَضَانَ
Bu, ramazan ayıdır:
الَّذِيْ اَنْزَلْتَ فِيْهِ الْقُرْاٰنَ،
bu ayda Quranı nazil etmisən,
وَاَنْزَلْتَ فِيْهِ اٰيَاتٍ بَيِّنَاتٍ مِنَ الْهُدٰى وَالْفُرْقَانِ،
hidayət dəlilləri olan və haqqı batildən ayıran ayələri nazil etmisən.
اَللّٰهُمَّ ارْزُقْنَا صِيَامَهُ،
Ey Allahım, onun orucunu bizə ruzi et,
وَاَعِنَّا عَلٰى قِيَامِهِ،
onun gecə ibadətini yerinə yetirməkdə bizə kömək et.
اَللّٰهُمَّ سَلِّمْهُ لَنَا
Ey Allahım, bu ayı bizə salamat et
وَسَلِّمْنَا فِيْهِ
və bu ayda bizi salamat et,
وَتَسَلَّمْهُ مِنَّا فِيْ يُسْرٍ مِنْكَ وَمُعَافَاةٍ،
bu ayı bizdən Sənin tərəfindən olan asanlıq və sağlamlıqla təhvil al.
وَاجْعَلْ فِيْـمَا تَقْضِيْ وَتُقَدِّرُ
Ey Allahım, hökm verdiyin və müqəddər etdiyində qərar ver,
مِنَ الْاَمْرِ الْمَحْتُوْمِ
qəti əmrlərdən,
وَفِيْـمَا تَفْرُقُ مِنَ الْاَمْرِ الْحَكِيْمِ
hikmətli əmrlərdən ayırdıqlarından
فِيْ لَيْلَةِ الْقَدْرِ
Qədr gecəsində
مِنَ الْقَضَاۤءِ الَّذِيْ لَا يُرَدُّ وَلَا يُبَدَّلُ،
o hökm ki, artıq geri qaytarılmır və dəyişməz qalır –
اَنْ تَكْتُبَنِيْ مِنْ حُجَّاجِ بَيْتِكَ الْحَرَامِ
məni Öz evinin hacılarının sırasında yazasan:
الْمَبْرُوْرِ حَجُّهُمُ،
o hacılar ki, həccləri qəbuldur,
الْمَشْكُوْرِ سَعْيُهُمُ،
və səyləri qiymətləndirilmişdir,
الْمَغْفُوْرِ ذُنُوْبُهُمُ،
günahları bağışlanmış
الْمُكَفَّرِ عَنْهُمْ سَيِّئَاتُهُمْ،
və xətalarının üstü örtülmüşdür;
وَاجْعَلْ فِيْـمَا تَقْضِيْ وَتُقَدِّرُ
hökm verdiyin və müqəddər etdiyində qərar ver:
اَنْ تُطِيْلَ فِيْ عُمْرِيْ
mənim ömrümü uzun edəsən,
وَتُوَسِّعَ عَليَّ مِنَ الرِّزْقِ الْحَلَالِ۔
halal ruzini mənə bol edəsən.
11) "Səhifeyi Səccadiyyə"nin 44-cü duasını oxuyun. Dua belə başlayır:
اَلْحَمْدُ لِلّٰهِ الَّذِيْ هَدَانَا لِحَمْدِهِ۔۔۔
Bizi öz həmdinə yönəldən və Ona həmd etməyə layiq görən Allaha həmd olsun!...
12) Seyid ibn Tavusdan "İqbalul Amal" kitabında nəql olunan uzun duanı oxuyun. Dua belə başlayır:
اَللّٰهُمَّ اِنَّ هٰذَا شَهْرُ رَمَضَانَ۔۔۔
Ey Allahım, bu Ramazan ayı...
13) Hədislərə əsasən bu duanı Həzrət Peyğəmbər (s) Ramazanın əvvəlində oxuyardı:
اَللّٰهُمَّ اِنَّهُ قَدْ دَخَلَ شَهْرُ رَمَضَانَ
Allahım! Həqiqətən, Ramazan ayı daxil oldu.
اَللّٰهُمَّ رَبَّ شَهْرِ رَمَضَانَ،
Allahım, Ramazan ayının Rəbbisən,
الَّذِيْ اَنْزَلْتَ فِيْهِ الْقُرْاٰنَ،
O ay ki, sən onda Quranı nazil etdin,
وَجَعَلْتَهُ بَيِّنَاتٍ مِنَ الْهُدٰى وَالْفُرْقَانِ،
Onu hidayət və haqq ilə batili ayıran aydın dəlillər etdin.
اَللّٰهُمَّ فَبَارِكْ لَنَا فِيْ شَهْرِ رَمَضَانَ،
Allahım, bu Ramazan ayını bizim üçün bərəkətli et,
وَاَعِنَّا عَلٰى صِيَامِهِ وَصَلَوَاتِهِ
Bizi onun orucunu tutmağa və namazlarını qılmağa müvəffəq et
وَتَقَبَّلْهُ مِنَّا۔
və bizdən qəbul buyur!
14) Həmçinin Həzrət Rəsuləllah (s) bu duanı Ramazan ayının ilk gecəsində oxumağı tövsiyə edib:
اَلْحَمْدُ لِلّٰهِ الَّذِيْ اَكْرَمَنَا بِكَ
Həmd olsun Allaha ki, bizi səninlə şərəfləndirdi,
اَيُّهَا الشَّهْرُ الْمُبَارَكُ،
Ey mübarək ay!
اَللّٰهُمَّ فَقَوِّنَا عَلٰى صِيَامِنَا وَقِيَامِنَا،
Allahım, bizi oruc tutmaqda və namaz qılmaqda güclü et,
وَثَبِّتْ اَقْدَامَنَا
Ayaqlarımızı sabit saxla
وَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِيْنَ،
və bizi kafir qövmə qarşı qalib et!
اَللّٰهُمَّ اَنْتَ الْوَاحِدُ فَلَا وَلَدَ لَكَ،
Allahım, Sən Vahid, Sənin övladın yoxdur,
وَاَنْتَ الصَّمَدُ فَلَا شِبْهَ لَكَ،
Sən Səmədsən, Sənin bənzərin yoxdur,
وَاَنْتَ الْعَزِيْزُ فَلَا يُعِزُّكَ شَيْءٌ،
Sən Əzizsən, Səni heç nə gücləndirə bilməz,
وَاَنْتَ الْغَنِيُّ وَاَنَا الْفَقِيْرُ،
Sən Zənginsən, mən isə fəqirəm,
وَاَنْتَ الْمَوْلٰى وَاَنَا الْعَبْدُ،
Sən Mövlasan, mən isə qul,
وَاَنْتَ الْغُفُوْرُ وَاَنَا الْمُذْنِبُ،
Sən Bağışlayansan, mən isə günahkar,
وَاَنْتَ الرَّحِيْمُ وَاَنَا الْمُخْطِئُ،
Sən Rəhm edənsən, mən isə xətakar,
وَاَنْتَ الْخَالِقُ وَاَنَا الْمَخْلُوْقُ،
Sən Yaradıcısan, mən isə məxluq,
وَاَنْتَ الْحَيُّ وَاَنَا الْمَيِّتُ،
Sən Dirisən, mən isə ölüyəm.
اَسْاَلُكَ بِرَحْمَتِكَ
Səndən rəhmətinlə istəyirəm
اَنْ تَغْفِرَ لِيْ وَتَرْحَمَنِيْ وَتَجَاوَزَ عَنِّي
məni bağışlamağını, Mənə mərhəmət etməyini və günahlarımı əfv etməyini diləyirəm,
اِنَّكَ عَلٰى كُلِّ شَيْءٍ قَدِيْرٌ۔
Həqiqətən, Sən hər şeyə qadirsən!
15) Mübarək ramazan ayında mühüm əməllərdən biri də Qurani-Məcidi tilavət etməkdir. Yaxşı olar ki, ramazan ayı başlandıqda Quranın tilavətinə başlayasınız.
Rəvayət olunur ki, İmam Sadiq (ə) Quranın tilavətinə başlamazdan qabaq bu duanı oxuyardı:
اَللّٰهُمَّ اِنِّي اَشْهَدُ اَنَّ هٰذَا كِتَابُكَ الْمُنْزَلُ مِنْ عِنْدِكَ
Ey Allahım, mən şəhadət verirəm ki, bu, Sənin tərəfindən nazil olan Kitabındır
عَلٰى رَسُوْلِكَ مُحَمَّدِ بْنِ عَبْدِاللهِ صَلَّى اللهُ عَلَيْهِ واٰلِهِ،
elçin Məhəmməd ibn Abdullaha – Allahın salamı olsun ona və xanidanına –
وَكَلَامُكَ النَّاطِقُ عَلٰى لِسَانِ نَبِيِّكَ،
və Peyğəmbərinin dilinə cari etdiyin danışan kəlamındır;
جَعَلْتَهُ هَادِيًا مِنْكَ اِلٰى خَلْقِكَ،
Sən onu xəlqin üçün hidayətçi qərar verdin
وَحَبْلًا مُتَّصِلًا فِيْـمَا بَيْنَكَ وَبَيْنَ عِبَادِكَ،
və onu Özünlə bəndələrinin arasında daimi bir bağ etdin.
اَللّٰهُمَّ اِنِّي نَشَرْتُ عَهْدَكَ وَكِتابَكَ،
Ey Allahım, mən Sənin əhd-peymanını və Kitabını açdım.
اَللّٰهُمَّ فَاجْعَلْ نَظَرِيْ فِيْهِ عِبَادَةً،
Ey Allahım, mənim ona nəzər salmağımı ibadət qərar ver,
وَقِرَاۤءَتِي فِيْهِ فِكْرًا،
onu qiraət etməyimi düşüncə ilə yanaşı et,
وَفِكْرِيْ فِيْهِ اعْتِبَارًا،
düşüncəmi ondan ibrət almaqda qərar ver;
وَاجْعَلْنِيْ مِمَّنْ اِتَّعَظَ بِبَيَانِ مَوَاعِظِكَ فِيْهِ،
məni o kəslərdən qərar ver ki, Sənin bu Kitabda bəyan etdiyin moizələrdən öyüd-nəsihət alır,
وَاجْتَنَبَ مَعَاصِيْكَ،
və günahlardan çəkinirlər;
وَلَا تَطْبَعْ عِنْدَ قِرَاۤءَتِيْ عَلٰى سَمْعِيْ،
onu oxuduğum vaxt mənim qulağıma möhür vurma,
وَلَا تَجْعَلْ عَلٰى بَصَرِيْ غِشَاوَةً،
gözümün önünə pərdə salma;
وَلَا تَجْعَلْ قِرَاۤءَتِي قِرَاۤءَةً لَا تَدَبُّرَ فِيْهَا،
mənim qiraətimi təfəkkürsüz qiraət etmə,
بَلِ اجْعَلْنِيْ اَتَدَبَّرُ اٰيَاتِهِ وَاَحْكَامَهُ،
əksinə, elə et ki, mən onun ayələri və hökmləri barədə təfəkkür edim,
اٰخِذًا بِشَرَايِعِ دِيْنِكَ،
Sənin dininin göstərişlərini ondan əxz edim;
وَلَا تَجْعَلْ نَظَرِيْ فِيْهِ غَفْلَةً،
mənim ona nəzər salmağımı qəflətlə yanaşı qərar vermə,
وَلَا قِرَاۤءَتِيْ هَذَرًا،
və qiraətimi bihudə qərar vermə,
اِنَّكَ اَنْتَ الرَّؤُوْفُ الرَّحِيْمُ۔
həqiqətən Sən rəuf və rəhimsən.
O həzrət Quranı qiraət etdikdən sonra bu duanı oxuyardı:
اَللّٰهُمَّ اِنِّي قَدْ قَرَأْتُ مَا قَضَيْتَ مِنْ كِتَابِكَ الَّذِيْ اَنْزَلْتَهُ عَلٰى نَبِيِّكَ الصَّادِقِ صَلَّى اللهُ عَلَيْهِ وَاٰلِهِ، فَلَكَ الْحَمْدُ رَبَّنَا، اَللّٰهُمَّ اجْعَلْنِيْ مِمَّنْ يُحِلُّ حَلَالَهُ، وَيُحَرِّمُ حَرَامَهُ، وَيُؤْمِنُ بِمُحْكَمِهِ وَمُتَشَابِهِهِ، وَاجْعَلْهُ لِيْ اُنْسًا فِيْ قَبْرِيْ، وَاُنْسًا فِيْ حَشْرِيْ، وَاجْعَلْنِيْ مِمَّنْ تُرْقِيْهِ بِكُلِّ اٰيَةٍ قَرَاهَا دَرَجَةً فِيْ اَعْلَا عِلِّيِّيْنَ، اٰمِيْنَ رَبَّ الْعَالَمِيْنَ۔
Ey Allahım, mən bu Kitabdan Sənin mənim qəzavü-qədərimə yazdığını oxudum:
الَّذِيْ اَنْزَلْتَهُ عَلٰى نَبِيِّكَ الصَّادِقِ
o Kitab ki, onu doğru danışan Peyğəmbərinə nazil etmisən,
صَلَّى اللهُ عَلَيْهِ وَاٰلِهِ،
Allahın salamı olsun ona və xanidanına;
فَلَكَ الْحَمْدُ رَبَّنَا،
odur ki, həmd-səna Sənə məxsusdur, ey Rəbbimiz.
اَللّٰهُمَّ اجْعَلْنِيْ مِمَّنْ يُحِلُّ حَلَالَهُ،
Ey Allahım, məni o kəslərdən qərar ver ki, onun halalını halal,
وَيُحَرِّمُ حَرَامَهُ،
və haramını haram bilirlər,
وَيُؤْمِنُ بِمُحْكَمِهِ وَمُتَشَابِهِهِ،
onun "möhkəm" və "mütəşabih" ayələrinə imanları vardır;
وَاجْعَلْهُ لِيْ اُنْسًا فِيْ قَبْرِيْ،
onu qəbirdə mənim həmdəmim qərar ver,
وَاُنْسًا فِيْ حَشْرِيْ،
və məhşərdə mənim həmdəmim qərar ver;
وَاجْعَلْنِيْ مِمَّنْ تُرْقِيْهِ بِكُلِّ اٰيَةٍ قَرَاهَا دَرَجَةً فِيْ اَعْلَا عِلِّيِّيْنَ،
məni o kəslərdən qərar ver ki, onun hər ayəsini oxumaqla o kəsi cənnətin ən ali dərəcələrinə qaldırırsan;
اٰمِيْنَ رَبَّ الْعَالَمِيْنَ۔
qəbul et, ey aləmlərin Rəbbi.