Ey Allahım, Öz vəlin Həsənin övladı Hüccət üçün
صَلَوَاتُكَ عَلَيْهِ وَعَلٰى اٰبَآئِهِ
Sənin salamların olsun ona və onun atalarına
فِي هٰذِهِ السَّاعَةِ وَفِيْ كُلِّ سَاعَةٍ
bu saatda və bütün saatlarda
وَلِيًّا وَحَافِظًا
kömək və mühafiz,
وَقَآئِدًا وَنَاصِرًا
rəhbər və yavər,
وَدَلِيْلًا وَعَيْنًا
bələdçi və gözətçi ol,
حَتّٰى تُسْكِنَهُ اَرْضَكَ طَوْعًا
o vaxtadək ki, insanların rəğbəti ilə onu yer üzündə məskunlaşdırasan
وَتُمَتِّعَهُ فِيْهَا طَوِيْلًا۔
və onu orada uzun müddət bəhrələndirəsən.
5) Bu duanı oxuyun:
اَللّٰهُمَّ امْدُدْ لِي فِي عُمْرِيْ،
Ey Allahım, ömrümü uzat,
وَاَوْسِعْ لِي فِي رِزْقِي،
ruzimi bol et,
وَاَصِحَّ لِي جِسْمِيْ،
bədənimi sağlam et,
وَبَلِّغْنِيْ اَمَلِيْ،
məni arzuma çatdır;
وَاِنْ كُنْتُ مِنَ الْاَشْقِيَاۤءِ فَامْحُنِيْ مِنَ الْاَشْقِيَاۤءِ،
əgər bədbəxtlərdənəmsə, Sən mənim adımı onların siyahısından sil
وَاكْتُبْنِيْ مِنَ السُّعَدَاۤءِ،
və xoşbəxtlərin siyahısında yaz,
فَاِنَّكَ قُلْتَ فِيْ كِتَابِكَ الْمُنْزَلِ
çünki Sən nazil etdiyin Kitabda buyurmusan:
عَلٰى نَبِيِّكَ الْمُرْسَلِ صَلَوٰتُكَ عَلَيْهِ وَاٰلِهِ :
göndərdiyin Peyğəmbərinə Sənin salamın olsun ona və xanidanına
يَمْحُو اللهُ مَا يَشَاۤءُ وَيُثْبِتُ وَعِنْدَهُ اُمُّ الْكِتَابِ۔
Allah hər nəyi istəsə məhv edər və hər nəyi istəsə səbt edər, əsas kitab Onun yanındadır.
6) İmam Sadiqin (ə) buyurduğu bu duanı oxuyun:
اَللّٰهُمَّ اجْعَلْ فِيْمَا تَقْضِيْ وَفِيْمَا تُقَدِّرُ
Ey Allahım, hökm verdiyin və müqəddər etdiyində qərar ver,
مِنَ الْاَمْرِ الْمَحْتُوْمِ،
qəti əmrlərdən,
وَفِيْمَا تَفْرُقُ مِنَ الْاَمْرِ الْحَكِيْمِ
hikmətli əmrlərdən ayırdıqlarından
فِيْ لَيْلَةِ الْقَدْرِ،
Qədr gecəsində,
مِنَ الْقَضَاۤءِ الَّذِيْ لَا يُرَدُّ وَلَا يُبَدَّلُ
o hökm ki, artıq geri qaytarılmır və dəyişməz qalır,
اَنْ تَكْتُبَنِيْ مِنْ حُجَّاجِ بَيْتِكَ الْحَرَامِ
məni Öz evinin hacılarının sırasında yaz:
فِيْ عَامِيْ هٰذَا
bu il,
الْمَبْرُوْرِ حَجُّهُمْ
o hacılar ki, həccləri qəbuldur,
الْمَشْكُوْرِ سَعْيُهُمُ،
və səyləri qiymətləndirilmişdir,
الْمَغْفُوْرِ ذُنُوْبُهُمُ،
günahları bağışlanmış
الْمُكَفَّرِ عَنْهُمْ سَيِّئَاتُهُمْ،
və xətalarının üstü örtülmüşdür;
وَاجْعَلْ فِيْمَا تَقْضِيْ وَتُقَدِّرُ
mənim barəmdə hökm ver və müqəddər et,
اَنْ تُطِيْلَ عُمْرِيْ
uzun ömür
وَتُوَسِّعَ لِي فِيْ رِزْقِيْ۔
və bol ruzini.
7) İmam Həsənin (ə) buyurduğu bu duanı oxuyun:
يَا بَاطِنًا فِيْ ظُهُوْرِهِ،
Ey aşkar olduğu halda gizlin olan,
وَيَا ظَاهِرًا فِيْ بُطُوْنِهِ
və gizlin olduğu halda aşkar olan;
وَيَا بَاطِنًا لَيْسَ يَخْفٰى،
ey o gizlin ki, məxfi deyilsən,
وَيَا ظَاهِرًا لَيْسَ يُرٰى،
və ey o aşkar ki, görünmürsən;
يَا مَوْصُوْفًا لَا يَبْلُغُ بِكَيْنُوْنَتِہِ مَوْصُوْفٌ
ey o kəs ki, Səni vəsf edirlər, lakin heç bir vəsf Sənin zatının həqiqətini çatdırmır,
وَلَا حَدٌّ مَحْدُوْدٌ،
və heç bir hədd Səni hüdudlandırmır;
وَيَا غَآئِبًا غَيْرَ مَفْقُوْدٍ،
ey o kəs ki, qaibsən, lakin itməmisən,
وَيَا شَاهِدًا غَيْرَ مَشْهُوْدٍ،
və ey o kəs ki, hazırsan, lakin müşahidə olunmursan!
يُطْلَبُ فَيُصَابُ،
Səni çağırırlar və istəklərinə nail olurlar;
وَلَمْ يَخْلُ مِنْهُ السَّمَاوَاتُ وَالْاَرْضُ وَمَابَيْنَهُمَا طَرْفَةَ عَيْنٍ،
göylər və yer, onların arasında olanlar bir göz qırpımı belə Sənsiz olmur;
لَا يُدْرِكُ بِكَيْفٍ
Sən necəliklə tanınmırsan,
وَلَا يُؤَيَّنُ بِاَيْنٍ وَلَا بِحَيْثِ،
bir məkana və cəhətə sığmırsan;
اَنْتَ نُوْرُ النُّوْرِ
Sən nurun nurusan
وَرَبَّ الْاَرْبَابِ،
və rəbblərin Rəbbisən;
اَحَطْتَ بِجَمِيْعِ الْاُمُوْرِ،
Sənin hər şeyə əhatən vardır,
سُبْحَانَ مَنْ لَيْسَ كَمِثْلِهِ شَيْءٌ
bənzəri olmayan Allah pak və münəzzəhdir,
وَهُوَ السَّمِيْعُ الْبَصِيْرُ
O, eşidən və görəndir;
سُبْحَانَ مَنْ هُوَ هٰكَذَا وَلَا هٰكَذَا غَيْرُهُ۔
münəzzəhdir o kəs ki, belədir və Ondan qeyrisi əsla belə olmayacaqdır.
Sonra Allahdan öz istəklərini dilə.
8) Ramazan ayının iyirmi üçüncü gecəsi qüsl etmək, əhya saxlamaq və İmam Hüseyni (ə) ziyarət etməyin böyük fəziləti vardır. Həmçinin Qədr gecələrində qılınan yüz rəkət namazın da böyük savabını əldən verməyin. Şeyx Tusi "Təhzib" kitabında Əbu Bəsirdən nəql edir ki, İmam Sadiq (ə) belə buyurdu: "Qədr gecəsi olmasına ümid bəslənilən həmin gecədə yüz rəkət namaz qılın. Hər rəkətdə (Fatihədən sonra) on dəfə İxlas surəsini oxuyun." Əbu Bəsir soruşur: "Əgər namazı ayaq üstə qıla bilməsəm, nə edim?" İmam (ə) buyurur: "Oturan halda qıl." Əbu Bəsir yenə soruşur: "Əgər oturan halda qıla bilməsəm, nə edim?" İmam (ə) buyurur: "Yatağında uzandığın halda qıl."
9) Mərhum Əllamə Məclisi "Zadul-məad" kitabında yazır: Bu gecədə bacardığın qədər Quran oxu, həmçinin "Səhifeyi Səccadiyyə"nin dualarından oxu, xüsusilə də, "Məkarimul-əxlaq", "Tövbə" dualarını.
Qədr gecələrinin gündüzlərini də ibadət və dua etməklə məşğul olmaq lazımdır. Hədislərdə buyurulur ki, Qədr gecələrinin gündüzləri Qədr gecələri qədər fəzilətlidir.