ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
RAMAZANIN İYİRMİ ALTİNCI GECƏSİNİN DUASI
يَا جَاعِلَ اللَّيْلِ وَالنَّهَارِ اٰيَتَيْنِ،
Ey gecəni və gündüzü iki ayət (qüdrətinin nişanələri) qərar verən! Ey gecənin nişanəsini qaranlıq və gündüzün nişanəsini aydınlıq qərar verən! Ta ki, Rəbbin fəzl və razılığından bəhrələnsinlər. Ey hər şeyi yaxşı ayıran! Ey şövkət sahibi, ey çox bəxş edən! Ey Allah, ey səxavətli! Ey Allah, ey Allah, ey Allah! Sənə məxsusdur gözəl adlar, uca misallar, böyüklük və nemətlər! Səndən istəyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən, bu gecədə mənim adımı xoşbəxtlərin zümrəsində qərar verəsən, ruhumu şəhidlərlə birlikdə edəsən, yaxşı əməllərimi cənnətin uca dəcələrində qərar verəsən, günahlarımı bağışlayasan; mənə elə bir yəqin əta edəsən ki, daim qəlbimlə birgə olsun və mənə elə bir iman əta edəsən ki, şəkk-şübhəni məndən uzaqlaşdırsın; mənə qismət etdiklərinə məni razı et; dünya və axirətdə mənə gözəl nemət ver, məni yanar odun əzabından qoru; bu gecədə Öz zikrini və şükrünü, Sənə tərəf rəğbəti, qayıdışı və tövbəni mənə ruzi et; mənə ruzi et o işlərə müvəffəq olmağı ki, Məhəmmədi və Ali-Məhəmmədi – Allahın salamı olsun ona və onlara - bu işlərə müvəffəq etmisən.
يَا مَنْ مَحَا اٰيَةَ اللَّيْلِ
وَجَعَلَ اٰيَةَ النَّهَارِ مُبْصِرَةً
لِتَبْتَغُوْا فَضْلًا مِنْهُ وَرِضْوَانًا،
يَا مُفَصِّلَ كُلِّ شَيْءٍ تَفْصِيْلًا،
يَا مَاجِدُ يَا وَهَّابُ،
يَا اَللهُ يَا جَوَادُ،
يَا اَللهُ يَا اَللهُ يَا اَللهُ،
لَكَ الْاَسْمَاۤءُ الْحُسْنٰى،
وَالْاَمْثَالُ الْعُلْيَا،
وَالْكِبْرِيَاۤءُ وَالْاٰلَاۤءُ،
اَسْاَلُكَ اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ،
وَاَنْ تَجْعَلَ اسْمِيْ فِيْ هٰذِهِ اللَّيْلَةِ فِي السُّعَدَاۤءِ،
وَرُوْحِيْ مَعَ الشُّهَدَاۤءِ
وَاِحْسَانِيْ فِيْ عِلِّيِّيْنَ،
وَاِسَاۤءَتِيْ مَغْفُوْرَةً،
وَاَنْ تَهَبَ لِيْ يَقِيْنًا تُبَاشِرُ بِهِ قَلْبِيْ،
وَاِيْمَانًا يُذْهِبُ الشَّكَّ عَنِّيْ،
وَتُرْضِيَنِيْ بِمَا قَسَمْتَ لِيْ،
وَاٰتِنَا فِي الدُّنْيَا حَسَنَةً
وَفِي الْاٰخِرَةِ حَسَنَةً،
وَقِنَا عَذَابَ النَّارِ الْحَرِيْقِ،
وَارْزُقْنِيْ فِيْهَا ذِكْرَكَ وَشُكْرَكَ وَالرَّغْبَةَ اِلَيْكَ
وَالْاِنَابَةَ وَالتَّوْبَةَ وَالتَّوْفِيْقَ لِمَا وَفَّقْتَ لَهُ مُحَمَّدًا وَاٰلَ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَعَلَيْهِمُ السَّلَامُ۔