⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
RAMAZANIN AXIRINCI GÜNÜ
Seyid ibn Tavus axırıncı gün üçün bir dua nəql edir. Dua belə başlayır:
اَللّٰهُمَّ اِنَّكَ اَرْحَمُ الرَّاحِمِيْنَ۔
Allahım heç şübhəsiz ki, Sən mərhəmətlilərin ən mərhəmətlisisən...
Nəzərə alsaq ki, ramazan ayının axırıncı günü Quran oxuyanların əksəriyyəti Quranı xətm edirlər, yaxşı olar ki, Quranı xətm etdikdən sonra "Səhifeyi Səccadiyyə"nin 42-ci duasını oxusunlar.
Həmçinin Əmirəl-möminin Əlinin (ə) buyurduğu bu müxtəsər duanı oxuya bilərlər:
اَللّٰهُمَّ اشْرَحْ بِالْقُرْاٰنِ صَدْرِيْ،
Ey Allahım, qəlbimi Quran vasitəsilə aç,
وَاسْتَعْمِلْ بِالْقُرْاٰنِ بَدَنِيْ،
bədənimə Quran göstərişlərini əməl etdir,
وَنَوِّرَ بِالْقُرْاٰنِ بَصَرِيْ،
gözlərimi Quran vasitəsilə nurlandır,
وَاطْلِقْ بِالْقُرْاٰنِ لِسَانِي،
dilimi Quran ilə aç,
وَاَعِنِّي عَلَيْهِ مَا اَبْقَيْتَنِيْ
nə qədər ki sağam, ona əməl etməkdə mənə kömək et,
فَاِنَّهُ لَا حَوْلَ وَلَا قُوَّةَ اِلَّا بِكَ۔
çünki Səndən başqa güc və qüvvət yoxdur.
Həmçinin Həzrət Rəsulallahın (s) buyurduğu başqa bir duanı oxuya bilərlər:
اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ اِخْبَاتَ الْمُخْبِتِيْنَ،
Ey Allahım, Səndən istəyirəm xüşu sahiblərinin yəqinliyini,
وَاِخْلَاصَ الْمُوْقِنِيْنَ،
yəqin sahiblərinin ixlasını,
وَمُرَافَقَةَ الْاَبْرَارِ،
yaxşı əməl sahibləri ilə dostluğu,
وَاسْتِحْقَاقَ حَقَاۤئِقِ الْاِيْمَانِ،
imanın həqiqətlərini dərk etmək ləyaqətini,
وَالْغَنِيْمَةَ مِنْ كُلِّ بِرٍّ،
hər xeyirdən bir payı,
وَالسَّلَامَةَ مِنْ كُلِّ اِثْمٍ،
hər günahdan salamatlığı,
وَوُجُوْبَ رَحْمَتِكَ،
rəhmətinin vacib olmasını,
وَعَزَآئِمَ مَغْفِرَتِكَ،
məğfirətinin səbəblərini,
وَالْفَوْزَ بِالْجَنَّةِ،
Cənnətə çatmağı
وَالنَّجَاةَ مِنَ النَّارِ۔
və Cəhənnəmdən nicatı.