Uca və əzəmətli Allahdan qeyri hərəkət və qüvvə yoxdur.
Sonra ehtiyaclarının yerinə yetirilməsi üçün Uca Allaha dua etmək və ardınca aşağıdakı duanı oxumaq olar:
يَا مُقِيْلَ الْعَثَرَاتِ اَقِلْنِيْ عَثْرَتِيْ
Ey sapqınlıqlara göz yuman, mənim sapqınlıqlarıma göz yum!
يَا مُجِيْبَ الدَّعَوَاتِ اَجِبْ دَعْوَتِيْ
Ey duaları qəbul edən, mənim duamı qəbul et!
يَا سَامِعَ الْاَصْوَاتِ اسْمَعْ صَوْتِيْ
Ey səsləri eşidən, mənim səsimi eşit!
وَ ارْحَمْنِيْ وَ تَجَاوَزْ عَنْ سَيِّئَاتِيْ وَ مَا عِنْدِيْ
Mənə rəhm et, günahlarımdan və pis əməllərimdən keç,
يَا ذَا الْجَلَالِ وَ الْاِكْرَامِ۔
ey cəlalət və ikram sahibi.
3) Şeyx Tusi yazır: Bu gün aşağıdakı duanı oxumaq müstəhəbdir:
اَللّٰهُمَّ دَاحِيَ الْكَعْبَةِ
Ey Allahım, ey Kəbə evini üzə çıxaran,
وَ فَالِقَ الْحَبَّةِ
dəni yaran,
وَ صَارِفَ اللَّزْبَةِ
çətinliyi aradan qaldıran,
وَ كَاشِفَ كُلِّ كُرْبَةٍ
hər qəm-qüssəni dağıdan!
اَسْاَلُكَ فِيْ هٰذَا الْيَوْمِ مِنْ اَيَّامِكَ
Sənin günlərindən olan bu gündə Səndən istəyirəm ki,
الَّتِيْ اَعْظَمْتَ حَقَّهَا
o gün ki, haqqını əzəmətli etdin,
وَ اَقْدَمْتَ سَبْقَهَا
öndə olmaq baxımından önə keçirdin,
وَ جَعَلْتَهَا عِنْدَ الْمُؤْمِنِيْنَ وَدِيْعَةً
möminlərin yanında əmanət qoydun,
وَ اِلَيْكَ ذَرِيْعَةً
Sənə tərəf vasitə qərar verdin
وَ بِرَحْمَتِكَ الْوَسِيْعَةِ
və Öz geniş rəhmətinə xatir (Səndən istəyirəm)
اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ
Məhəmmədə salam göndərəsən,
عَبْدِكَ الْمُنْتَجَبِ فِي الْمِيْثَاقِ الْقَرِيْبِ
o bəndənə ki, yaxın əhd-peymanında seçilmişdir
يَوْمَ التَّلَاقِ
görüş günü (üçün);
فَاتِقِ كُلِّ رَتْقٍ
o (bəndə) ki, hər bağlı qapını açdı
وَ دَاعٍ اِلٰى كُلِّ حَقٍّ
və hər haqqa dəvət etdi;
وَ عَلٰىۤ اَهْلِ بَيْتِهِ الْاَطْهَارِ
və salam göndərəsən onun pak Əhli-beytinə,
الْهُدَاةِ الْمَنَارِ
o kəslər ki, yolu işıqlandıran bələdçilərdirlər,
دَعَاۤئِمِ الْجَبَّارِ
Cabbar Allahın dininin sütunlarıdırlar,
وَ وُلَاةِ الْجَنَّةِ وَ النَّارِ
Cənnət və Cəhənnəmin valiləridirlər;
وَ اَعْطِنَا فِيْ يَوْمِنَا هٰذَا مِنْ عَطَاۤئِكَ الْمَخْزُوْنِ
bu gündə xəzinəndə olan ətalarından bizə əta edəsən,
غَيْرَ مَقْطُوْعٍ وَ لَا مَمْنُوْعٍ
tükənməyən və minnətsiz ətalardan,
تَجْمَعُ لَنَا بِهِ التَّوْبَةَ وَ حُسْنَ الْاَوْبَةِ،
bununla bizi tövbə və gözəl qayıdış üçün bir yerə cəm edəsən.
يَا خَيْرَ مَدْعُوٍّ
Ey çağırılanların ən yaxşısı,
وَ اَكْرَمَ مَرْجُوٍّ
ümid bəslənilənlərin ən alicənabı,
يَا كَفِيُّ يَا وَفِيُّ
ey kifayət edən, ey vəfadar,
يَا مَنْ لُطْفُهُ خَفِيٌّ
ey o kəs ki, lütfü gizlindir!
اُلْطُفْ لِيْ بِلُطْفِكَ
Öz lütfünlə mənə lütf et,
وَ اَسْعِدْنِيْ بِعَفْوِكَ
Öz əfvinlə məni səadətlilərdən et,
وَ اَيِّدْنِيْ بِنَصْرِكَ
Öz köməyinlə mənə kömək et,
وَ لَا تُنْسِنِيْ كَرِيْمَ ذِكْرِكَ بِوُلَاةِ اَمْرِكَ
məni Öz kərim yadından çıxarma işinin valilərinə xatir
وَ حَفَظَةِ سِرِّكَ
və sirrini qoruyanlara xatir.
وَ احْفَظْنِيْ مِنْ شَوَاۤئِبِ الدَّهْرِ
Məni dövranın yaramaz əməllərindən qoru
اِلٰى يَوْمِ الْحَشْرِ وَ النَّشْرِ
həşr və nəşr gününə qədər.
وَ اَشْهِدْنِيْۤ اَوْلِيَاۤءَكَ عِنْدَ خُرُوْجِ نَفْسِيْ
Can verdiyim vaxt Öz övliyalarını mənə şahid et,
وَ حُلُوْلِ رَمْسِيْ
qəbrə endirildiyim,
وَ انْقِطَاعِ عَمَلِيْ
əməllərimin sona çatdığı
وَ انْقِضَاۤءِ اَجَلِيْۤ
və ömrümün başa çatdığı vaxt.
اَللّٰهُمَّ وَ اذْكُرْنِيْ عَلٰى طُوْلِ الْبِلٰىۤ
Ey Allahım, o uzun sürən müddətdə məni yada sal
اِذَا حَلَلْتُ بَيْنَ اَطْبَاقِ الثَّرٰى
qalaq-qalaq torpaq altında çürüdüyüm
وَ نَسِيَنِيَ النَّاسُوْنَ مِنَ الْوَرٰى
və unutqan insanlar məni birdəfəlik unutduqları vaxt;
وَ اَحْلِلْنِيْ دَارَ الْمُقَامَةِ
məni qalıcı evə endir
وَ بَوِّئْنِيْ مَنْزِلَ الْكَرَامَةِ،
və kəramət mənzilində mənə yer ver;
وَ اجْعَلْنِيْ مِنْ مُرَافِقِيْ اَوْلِيَاۤئِكَ
məni Sənin övliyalarının dostlarından qərar ver,
وَ اَهْلِ اجْتِبَاۤئِكَ وَ اصْطِفَاۤئِكَ
seçilmişlərinin və xüsusi bəndələrinin;
وَ بَارِكْ لِيْ فِيْ لِقَاۤئِكَ
Səninlə görüşü mənə mübarək et,
وَ ارْزُقْنِيْ حُسْنَ الْعَمَلِ قَبْلَ حُلُوْلِ الْاَجَلِ
ömrüm başa çatmamışdan qabaq gözəl əməli mənə ruzi et,
بَرِيْئًا مِنَ الزَّلَلِ وَ سُوْۤءِ الْخَطَلِ
sapqınlıqlardan və pis əməllərdən pak olmuş bir halda.
اَللّٰهُمَّ وَ اَوْرِدْنِيْ حَوْضَ نَبِيِّكَ مُحَمَّدٍ
Ey Allahım, məni Öz peyğəmbərin Məhəmmədin hovuzu başına gətir,
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
Allahın salamı olsun ona və Əhli-beytinə,
وَ اسْقِنِيْ مِنْهُ مَشْرَبًا رَوِيًّا
o hovuzdan mənə sirab edən bir içki içizdir,
سَاۤئِغًا هَنِيْۤئًا
axıcı və ləziz,
لَاۤ اَظْمَاُ بَعْدَهُ وَ لَاۤ اَحْلَاُ وِرْدَهُ
ki, daha əsla susuz olmayım və bu hovuzun başına gəlməyimə mane olmasınlar
وَ لَا عَنْهُ اُذَادُ
və qabağımı kəsməsinlər;
وَ اجْعَلْهُ لِيْ خَيْرَ زَادٍ
bunu mənim üçün ən yaxşı azuqə et
وَ اَوْفٰى مِيْعَادٍ يَوْمَ يَقُوْمُ الْاَشْهَادُ
şahidlərin ayağa qalxacaqları gün ən mükəmməl vədəgah et.
اَللّٰهُمَّ وَ الْعَنْ جَبَابِرَةَ الْاَوَّلِيْنَ وَ الْاٰخِرِيْنَ
Ey Allahım, əvvəlkilərdən və sonrakılardan olan zülmkarlara lənət et,
وَ بِحُقُوْقِ اَوْلِيَاۤئِكَ الْمُسْتَأْثِرِيْنَ
Sənin dostlarının haqqlarına təcavüz edənlərə.
اَللّٰهُمَّ وَ اقْصِمْ دَعَاۤئِمَهُمْ
Ey Allahım, onların hökumətlərini çökdür,
وَ اَهْلِكْ اَشْيَاعَهُمْ وَ عَامِلَهُمْ
onların davamçılarını və məmurlarını həlak et,
وَ عَجِّلْ مَهَالِكَهُمْ
onların həlakətini tezləşdir,
وَ اسْلُبْهُمْ مَمَالِكَهُمْ
onların məmləkətlərini əllərindən al,
وَ ضَيِّقْ عَلَيْهِمْ مَسَالِكَهُمْ
yolları onlar üçün dar et,
وَ الْعَنْ مُسَاهِمَهُمْ وَ مُشَارِكَهُمْ۔
onlarla şərik olanlara və ortaqlarına lənət et.
اَللّٰهُمَّ وَ عَجِّلْ فَرَجَ اَوْلِيَاۤئِكَ
Ey Allahım, Öz övliyalarının fərəcini tezləşdir,
وَ ارْدُدْ عَلَيْهِمْ مَظَالِمَهُمْ
onların tapdalanan haqqlarını özlərinə qaytar,
وَ اَظْهِرْ بِالْحَقِّ قَاۤئِمَهُمْ
onların qaimini haqq ilə zahir et,
وَ اجْعَلْهُ لِدِيْنِكَ مُنْتَصِرًا
onu dininə köməkçi et
وَ بِاَمْرِكَ فِيْۤ اَعْدَاۤئِكَ مُؤْتَمِرًا
və Sənin əmrinlə düşmənlərinin arasında hökmdar et.
اَللّٰهُمَّ احْفُفْهُ بِمَلَاۤئِكَةِ النَّصْرِ
Ey Allahım, onun ətrafını köməkçi mələklərlə bürü,
وَ بِمَاۤ اَلْقَيْتَ اِلَيْهِ مِنَ الْاَمْرِ
ona göndərdiyin əmr ilə
فِيْ لَيْلَةِ الْقَدْرِ
Qədr gecəsində
مُنْتَقِمًا لَكَ حَتّٰى تَرْضٰى
onu Öz intiqam alanın et, ta ki, Sən razı qalasan,
وَ يَعُوْدَ دِيْنُكَ بِهِ وَ عَلٰى يَدَيْهِ جَدِيْدًا غَضًّا
Sənin dinin onun vasitəsilə və onun əli ilə yeni bir şəkil alsın,
وَ يَمْحَضَ الْحَقَّ مَحْضًا
haqq kamil şəkildə xalisləşsin
وَ يَرْفِضَ الْبَاطِلَ رَفْضًا
və batil birdəfəlik aradan getsin.
اَللّٰهُمَّ صَلِّ عَلَيْهِ وَ عَلٰى جَمِيْعِ اٰبَاۤئِهِ
Ey Allahım, ona və onun bütün atalarına salam göndər,
وَ اجْعَلْنَا مِنْ صَحْبِهِ وَ اُسْرَتِهِ
bizi onun səhabələrində və yaxınlarından et,
وَ ابْعَثْنَا فِي كَرَّتِهِ
onun rəcəti zamanı bizi də dünyaya geri qaytar ki,
حَتّٰى نَكُوْنَ فِيْ زَمَانِهِ مِنْ اَعْوَانِهِ
onun dövranında biz onun köməkçilərindən olaq.
اَللّٰهُمَّ اَدْرِكْ بِنَا قِيَامَهُ
Ey Allahım, onun qiyamını görməyi bizə nəsib et,
وَ اَشْهِدْنَا اَيَّامَهُ
onun zühur etdiyi dövrdə bizi hazır et,
وَ صَلِّ عَلَيْهِ [عَلٰى مُحَمَّدٍ] وَ ارْدُدْ اِلَيْنَا سَلَامَهُ
ona salam göndər və onun salamını bizə qaytar,
وَ السَّلَامُ عَلَيْهِ [عَلَيْهِمْ] وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ۔
salam olsun ona, Allahın rəhməti və bərəkəti olsun ona.