QURBAN BAYRAMI GECƏSİ
Bu gecənin əməlləri aşağıdakılardan ibarətdir: 1) Bu mübarək gecəni əhya saxlamaq: Nəql olunur ki, Həzrət Əmirəl-möminin Əli (ə) bu gecəni əhya saxlayarmış; 2) Qüsl etmək; 3) Bu gecədə İmam Hüseyni (ə) ziyarət etmək müstəhəbdir. Hədislərin birində İmam Sadiq (ə) buyurur ki, hər kim bu gecə İmam Hüseyni (ə) ziyarət etsə, günahları bağışlanar; 4) Bu duanı oxuyun:
Ey fəzl və bəxşişi xəlqə daimi olan,
يَا بَاسِطَ الْيَدَيْنِ بِالْعَطِيَّةِ
ey əlləri əta etməyə açıq olan,
يَا صَاحِبَ الْمَوَاهِبِ السَّنِيَّةِ
ey qiymətli bəxşişlərin sahibi,
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ
Məhəmmədə və onun xanidanına salam göndər,
خَيْرِ الْوَرٰى سَجِيَّةً
xilqətdə insanların ən üstünü olan (Peyğəmbər və xanidanına),
وَ اغْفِرْ لَنَا يَا ذَا الْعُلٰى
ey uca Allah, bizi bağışla
فِي هٰذِهِ الْعَشِيَّةِ۔
bu gecədə.