ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
QURBAN BAYRAMI GÜNÜ
Qurban bayramı İslamın mühüm bayramlarından biridir. Bu gün Həzrət İbrahimin (ə) Öz Rəbbi qarşısında ixlas və bəndəliyini nümayiş etdirdiyi gündür. Belə ki, Həzrət Haqq ona oğlu İsmailin başını kəsməsini əmr etdi və Allahın müti bəndəsi İbrahim (ə) bu əmri icra etməyə hazırlaşdı. O, oğlu İsmaili qurbangaha aparır bıcağı onun boğazına qoyduqda ona nida gəldi: "Ey İbrahim, sən Allahın bu imtahanından da başıuca çıxdın. Əl saxla, sən öz itaətkarlığını layiqincə sübut etdin." Cənab Cəbrail bir qoç ilə yerə endi və İbrahim (ə) bu qoçu qurban kəsdi. Həmin vaxtdan Minada qurban kəsmək ənənəsinin təməli qoyuldu. Bu gün bayram və sevinc günüdür, çünki Allahın ixlaslı bəndəsi bu çətin ilahi sınaqdan başıuca çıxdı və uca Allah qarşısında öz bəndəliyini, köləliyini sübuta yetirdi. Bundan əlavə bu gündə Allahın bir qrup ixlaslı bəndələri də Allah evini ziyarət edir, Minada qurban kəsib bu ənənəni yaşadırlar. Qurban bayramında bir neçə əməl yerinə yetirilir:
1) Qüsl etmək: Mərhum Əllamə Məclisi qeyd edir ki, bu gündə qüsl etmək təkid olunan müstəhəb əməldir, hətta bəzi alimlər bunu vacib hesab etmişlər.
2) Qurban bayramı namazını qılmaq: Bu namaz eynilə Fitr bayramı namazı kimi qılınır (bu namazı Şəvval ayının əməllərində "Bayram namazı" adı altında qeyd etmişik). Qurban bayramı namazı İmam Zamanın (ə.f) qeyb dövründə böyük fəqihlərin məşhur fətvalarına görə təkid olunan müstəhəb əməlldir (sunnəti-muəkkəd), həm camaatla, həm də təklikdə qılına bilər.
3) Bayram namazından qabaq bir sıra duaları oxumaq müstəhəbdir. Mərhum Əllamə Məclisi qeyd edir ki, bu gündə oxunan ən yaxşı dualardan biri də "Səhifeyi Səccadiyyə"nin 48-ci duasıdır, 46-cı duanı da oxumaq tövsiyə olunur.
4) Bu gündə və başqa bayram günlərində Nüdbə duasını oxumaq müstəhəbdir.
5) Bu gündə qurban kəsmək hamı üçün təkid olunan müstəhəb əməldir, hətta bəzi alimlər bunu imkanlı şəxslərə vacib hesab etmişlər. Bayram namazından sonra qurban ətindən bir az yemək müstəhəbdir. Yaxşı olar ki, imkanlı şəxslər bu gündə qurban kəsib onun böyük hissəsini yoxsullara və ehtiyaclılara pay versinlər, həmçinin qonşulara və tanışlara da pay versinlər. Hədislərin birində İmam Sadiq (ə) buyurur: "İmam Əli ibn Hüseyn (ə) və İmam Baqir (ə) qurban ətini üç hissəyə bölərdilər: bir hissəni qonşulara, bir hissəni ehtiyalılara və bir hissəni də ev əhlinə paylayardılar.
6) Aşağıdakı məşhur təkbirləri deyin: bu günlərdə həcc əməllərini yerinə yetirən və Mina səhrasında olan şəxslər on beş namazdan sonra – bayram gününün zöhr namazından başlayıb on üçüncü günün sübh namazınadək - bu təkbirləri desinlər. Orada olmayanlar isə on namazdan sonra – bayram gününün zöhr namazından başlayıb on ikinci günün sübh namazınadək – bu təkbirləri desinlər. Həmin təkbirlər "Usuli-kafi" kitabına istinadən belədir:
اَللّٰهُ اَكْبَرُ اَللّٰهُ اَكْبَرُ
Allah böyükdür, Allah böyükdür, Allahdan qeyri İlah yoxdur, Allah böyükdür. Allah böyükdür və həmd-səna Allaha məxsusdur. Bizi hidayət etdiyinə görə Allah böyükdür, dördayaqlı heyvanlardan bizə ruzi verdiyinə görə Allah böyükdür və bizi sınağa çəkdiyinə görə həmd-səna Allaha məxsusdur.
لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
وَ اللّٰهُ اَكْبَرُ اَللّٰهُ اَكْبَرُ
وَ لِلّٰهِ الْحَمْدُ
وَاللّٰهُ اَكْبَرُ عَلٰى مَا هَدَانَا
اَللّٰهُ اَكْبَرُ عَلٰى مَا رَزَقَنَا مِنْ بَهِيْمَةِ الْاَنْعَامِ
وَ الْحَمْدُ لِلّٰهِ عَلٰى مَاۤ اَبْلَانَا۔
Bu təkbirləri ən azı bu günlərdə namazdan sonra bir dəfə deyin, lakin təkrar etmək daha yaxşıdır, hətta nafilələrdən sonra da demək tövsiyə olunur.