ZİL-HİCCƏNİN AXIRINCI GÜNÜ
Bu gün İslami qəməri təqvimin axırıncı günüdür. Buna görə də Mərhum Seyid İbn Tavus nəql edir ki, bu gündə iki rəkət namaz qıl: hər rəkətdə bir dəfə Fatihə surəsini, on dəfə İxlas surəsini və on dəfə "Ayətəl-kürsi"ni oxu. Namazı qılıb qurtardıqdan sonra de:
Ey Allahım, bu ildə yerinə yetirdiyim,
مِنْ عَمَلٍ نَهَيْتَنِيْ عَنْهُ وَ لَمْ تَرْضَهُ
Sənin qadağan etdiyin və razı olmadığın əməllərdən,
وَ نَسِيْتُهُ وَ لَمْ تَنْسَهُ
mənim unutduğum və Sənin isə unutmadığın,
وَ دَعَوْتَنِيْۤ اِلَى التَّوْبَةِ بَعْدَ اجْتِرَاۤئِيْ عَلَيْكَ
Sənə qarşı cürət etdikdən sonra məni Özünə tərəf qayıdışa (tövbəyə) çağırdığın əməllərə görə,
اَللّٰهُمَّ فَاِنِّيْۤ اَسْتَغْفِرُكَ مِنْهُ فَاغْفِرْ لِيْ
ey Allahım, Səndən bağışlanma diləyirəm, elə isə, onları bağışla;
وَ مَا عَمِلْتُ مِنْ عَمَلٍ يُقَرِّبُنِيْۤ اِلَيْكَ
məni Sənə yaxınlaşdıran əməllərdən yerinə yetirdiklərimi
فَاقْبَلْهُ مِنِّيْ وَ لَا تَقْطَعْ رَجَاۤئِيْ مِنْكَ يَا كَرِيْمُ
məndən qəbul et və ümidimi Özündən qırma, ey Kərim.
Sən bu əməli yerinə yetirdikdə şeytan deyər: "Vay olsun mənə! Bu il ərzində çəkdiyim zəhməti bu əməl ilə məhv etdi və ilini xeyirlə başa vurdu." Bu namazı şəmsi təqvimin axırıncı günü "qəsdi-istihbab" (müstəhəb olma niyyəti ilə) qılmaq tövsiyə olunur.