⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
SƏFƏR AYININ İYİRMİ SƏKKİZİ
Hicri-qəməri 11-ci ildə belə bir gündə sevimli Peyğəmbərimiz (s) vəfat etdi. Bütün tarixçilər eyni fikirdədirlər ki, o həzrət çərşənbə axşamı günü vəfat etmişdir. Vafat edərkən o həzrətin altmış üç yaşı var idi.
Həzrət Rəsulallah (s) qırx yaşında peyğəmbər seçildi. On üç il Məkkədə camaatı yeganəpərəstliyə çağırdı. Əlli üç yaşında Mədinəyə hicrət etdi və orada İslam hökuməti quraraq on il şirk, küfr və zülm ilə mübarizə apardı. Bu illər ərzində müxtəlif məntəqələrin camaatı o həzrətə iman gətirdilər və İslam günü-gündən yayıldı. Ta ki, hicri-qəməri 11-ci ildə səfər ayının 28-də o həzrət dünyasını dəyişdi. Həzrət Əmirəl-möminin (ə) Peyğəmbərə (s) qüsl verdi, onu kəfənlədi və ona namaz qıldı. Sonra camaat dəstə-dəstə o həzrətin mübarək cənazəsinə namaz qıldılar. Əmirəl-möminin (ə) o həzrəti vəfat etdiyi hücrəsində dəfn etdi.
Ənəs ibn Malik nəql edir ki, Rəsulallahı (s) torpağa tapşırdıqdan sonra Xanım Fatimə (s.ə) mənə yaxınlaşıb dedi: "Ey Ənəs, necə razı oldunuz ki, Rəsulallahın (s) üzünə torpaq töksünlər?!" Sonra o xanım ağladı. Rəvayətə əsasən, o xanım atasının qəbrindən bir qədər torpaq götürüb gözlərinin üstünə qoydu və dedi:
مَا ذَا عَلَى الْمُشْتَمِّ تُرْبَةَ اَحْمَدٍ
Əhmədin pak türbətinin ətrini iyləyən kəs nə üstündə məzəmmət olunar?
اَنْ لَا يَشَمَّ مَدَى الزَّمَانِ غَوَالِيَا
ki, ömründə başqa bir ətri iyləməsin.
صُبَّتْ عَلَيَّ مَصَاۤئِبٌ لَوْ اَنَّهَا
Mənim başıma elə müsibətlər gəldi ki, əgər onlar
صُبَّتْ عَلَى الْاَيَّامِ صِرْنَ لَيَالِيَا
işıqlı gündüzlərin başına gəlsəydi, qaranlıq gecələrə çevrilərdi.
Şeyx Yusuf Şami "Durrul Nazim" kitabında qeyd edir ki, Xanım Zəhra (s.ə) bu beytləri dedi:
قُلْ لِلْمُغَيَّبِ تَحْتَ اَثْوَابِ الثَّرٰى
Torpaq libasları altında gizlənənə de:
اِنْ كُنْتَ تَسْمَعُ صَرْخَتِيْ وَ نِدَاۤئِيَا
Əgər mənim fəryadımı və nida mı eşidirsənsə
صُبَّتْ عَلَيَّ مَصَاۤئِبٌ لَوْ اَنَّهَا
Mənim başıma elə müsibətlər gəldi ki, əgər onlar
صُبَّتْ عَلَى الْاَيَّامِ صِرْنَ لَيَالِيَا
işıqlı gündüzlərin başına gəlsəydi, qaranlıq gecələrə çevrilərdi.
قَدْ كُنْتُ ذَاتَ حِمًى بِظِلِّ مُحَمَّدٍ
Mən Məhəmmədin kölgəsində himayə sahibi idim,
لَاۤ اَخْشَ مِنْ ضَيْمٍ وَ كَانَ حِمٰی لِيَا
zülmdən qorxmurdum, çünki o mənə himayəçi idi.
فَالْيَوْمَ اَخْضَعُ لِلذَّلِيْلِ وَ اَتَّقِيْ
Lakin bu gün zəlilə boyun əyirəm, çəkinirəm
ضَيْمِيْ وَ اَدْفَعُ ظَالِمِيْ بِرِدَاۤئِيَا
zülmdən və zalımı (yalnız) örtüyüm (rida) ilə dəf edirəm.
فَاِذَا بَكَتْ قُمْرِيَّةٌ فِيْ لَيْلِهَا
Əgər bir qumru quşu öz gecəsində
شَجَنًا عَلٰى غُصْنٍ بَكَيْتُ صَبَاحِيَا
bir budaq üstündə qəmlə ağlayarsa, mən səhərlər ağlaram.
فَلَاَجْعَلَنَّ الْحُزْنَ بَعْدَكَ مُوْنِسِيْ
Səndən sonra hüznü (qəmi) özümə munis (həmdəm) edəcəyəm
وَ لَاَجْعَلَنَّ الدَّمْعَ فِيْكَ وَشَاحِيَا
və sənin üçün göz yaşını özümə libas edəcəyəm.