Ey Allahım, yeddi göyün və onların arasında olanların Rəbbi,
وَ رَبَّ الْعَرْشِ الْعَظِيْمِ
və əzəmətli Ərşin Rəbbi,
وَ رَبَّ جَبْرَئِيْلَ وَ مِيْكَاۤئِيْلَ وَ اِسْرَافِيْلَ
və Cəbrail, Mikayıl və İsrafilin Rəbbi,
وَ رَبَّ الْقُرْاٰنِ الْعَظِيْمِ
və əzəmətli Quranın Rəbbi,
وَ رَبَّ مُحَمَّدٍ خَاتَمِ النَّبِيِّيْنَ
və peyğəmbərlərin sonuncusu Məhəmmədin Rəbbi!
اِنِّىْ اَسْئَلُكَ بِالَّذِىْ تَقُوْمُ بِهِ السَّمَاۤءُ
Səndən istəyirəm, o şeyə (ada) xatir ki, göy onunla ayaqda durur,
وَ بِهِ تَقُوْمُ الْاَرْضُ
və yer onunla ayaqda durur (bərqərardır),
وَ بِهِ تُفَرِّقُ بَيْنَ الْجَمْعِ
və onunla cəm olanı ayırırsan,
وَ بِهِ تَجْمَعُ بَيْنَ الْمُتَفَرِّقِ
və onunla ayrı olanları cəm edirsən,
وَ بِهِ تَرْزُقُ الْاَحْياۤءَ
və onunla dirilərə ruzi verirsən,
وَ بِهِ اَحْصَيْتَ عَدَدَ الرِّمَالِ
və onunla qumların sayını,
وَ وَزْنَ الْجِبَالِ
və dağların çəkisini,
وَكَيْلَ الْبُحُوْرِ۔
və dənizlərin həcmini (ölçüsünü) saymısan (bilmisən).
Məhəmməd (s) və onun Əhli-Beytinə (ə) salavat göndər və öz istəklərini de.
2. İmam Sadiqin (ə) tanınmış səhabələrindən biri bu ali məzmunlu duanı o həzrətdən nəql etmişdir
اَللّٰهُمَّ امْلَاءْ قَلْبِىْ حُبًّا لَكَ وَ خَشْيَةً مِنْكَ وَ تَصْدِيْقًا وَ اِيْمَانًا بِكَ وَ فَرَقًا مِنْكَ وَ شَوْقًا اِلَيْكَ يَاذَاالْجَلَالِ وَالْاِكْرَامِ اَللّٰهُمَّ حَبِّبْ اِلَیَّ لِقَاۤئَكَ وَاجْعَلْ لِىْ فِىْ لِقَاۤئِكَ خَيْرَ الرَّحْمَةِ وَالْبَرَكَةِ وَ اَلْحِقْنِىْ بِالصَّالِحِيْنَ وَلَاتُؤَخِّرْنِىْ مَعَ الْاَشْرَارِ وَ اَلْحِقْنِىْ بِصَالِحِ مَنْ مَضٰى وَاجْعَلْنِىْ مَعَ صَالِحِ مَنْ بَقِىَ وَ خُذْبِىْ سَبِيْلَ الصَّالِحِيْنَ وَ اَعِنِّىْ عَلٰى نَفْسِىْ بِمَا تُعِيْنُ بِهِ الصَّالِحِيْنَ عَلٰۤى اَنْفُسِهِمْ وَلَاتَرُدَّنِىْ فِىْ سُوْۤءٍ ۟اِسْتَنْقَذْتَنِىْ مِنْهُ يَا رَبَّ الْعَالَمِيْنَ اَسْئَلُكَ اِيْمَانًا لَاۤ اَجَلَ لَهُ دُوْنَ لِقَاۤئِكَ تُحْيِيْنِىْ وَ تُمِيْتُنِىْ عَلَيْهِ وَ تَبْعَثُنِىْ عَلَيْهِ اِذَا بَعَثْتَنِىْ وَاَبْرِءْ قَلْبِىْ مِنَ الرِّيَاۤءِ وَالسُّمْعَةِ وَالشَّكِّ فِىْ دِيْنِكَ، اَللّٰهُمَّ اَعْطِنِىْ نَصْرًا فِىْ دِيْنِكَ وَ قُوَّةً فِىْ عِبَادَتِكَ وَ فَهْمًا فِىْ خَلْقِكَ وَ كِفْلَيْنِ مِنْ رَحْمَتِكَ وَ بَيِّضْ وَجْهِىْ بِنُوْرِكَ وَاجْعَلْ رَغْبَتِىْ فِيْمَا عِنْدَكَ وَ
Ey Allahım, qəlbimi Sənin sevginlə, Sənin qorxunla, təsdiq etməklə, Sənə imanla, Səndən ehtiyat etməklə və Sənə olan şövqlə doldur, ey cəlalət və ikram sahibi! Ey Allahım, Öz görüşünü mənə sevdir və Səninlə görüşümdə rəhmət və bərəkətin ən xeyirlisini qərar ver. Məni salehlərə qovuşdur, məni pislərlə birlikdə (əzabda) gecikdirmə, məni keçmiş salehlərə qovuşdur, qalan salehlərlə birlikdə et, məni salehlərin yoluna yönəlt və salehlərin öz nəfslərinə qalib gəlməkdə kömək etdiyin kimi mənə də öz nəfsimə qalib gəlməkdə kömək et. Məni xilas etdiyin pisliyə qaytarma, ey aləmlərin Rəbbi! Səndən elə bir iman istəyirəm ki, Səninlə görüşənə qədər sonu olmasın, məni onun üzərində yaşat, onun üzərində öldür və məni diriltdiyin zaman onun üzərində dirilt. Qəlbimi riyadan, özünü göstərməkdən və Sənin dinində şəkk etməkdən təmizlə. Ey Allahım, dinində mənə qələbə, ibadətində güc-qüvvət, məxluqatın barəsində anlayış və rəhmətindən iki pay ver. Öz nurunla üzümü ağ et, rəğbətimi Sənin dərgahında olanlara yönəlt və
تَوَفَّنِىْ فِىْ سَبِيْلِكَ عَلٰى مِلَّتِكَ وَ مِلَّةِ رَسُوْلِكَ اَللّٰهُمَّ اِنِّىْۤ اَعُوْذُبِكَ مِنَ الْكَسَلِ وَ الْهَرَمِ وَ الْجُبْنِ وَالْبُخْلِ وَ الْغَفْلَةِ وَالْقَسْوَةِ وَالْفَتْرَةِ وَ الْمَسْكَنَةِ وَ اَعُوْذُبِكَ يَا رَبِّ مِنْ نَفْسٍ لَا تَشْبَعُ وَ مِنْ قَلْبٍ لَا يَخْشَعُ وَ مِنْ دُعَاۤءٍ لَايُسْمَعُ وَ مِنْ صَلٰوةٍ لَاتَنْفَعُ وَ اُعِيْذُ بِكَ نَفْسِىْ وَ اَهْلِىْ وَ ذُرِّيَّتِىْ مِنَ الشَّيْطَانِ الرَّجِيْمِ اَللّٰهُمَّ اِنَّهُ لَايُجِيْرُنِىْ مِنْكَ اَحَدٌ وَلَاۤ اَجِدُ مِنْ دُوْنِكَ مُلْتَحَدًا فَلَا تَخْذُلْنِىْ وَلَاتَرُدَّنِىْ فِىْ هَلَكَةٍ وَلَاتَرُدَّنِىْ بِعَذَابٍ اَسْئَلُكَ الثَّبَاتَ عَلٰى دِيْنِكَ وَالتَّصْدِيْقَ بِكِتَابِكَ وَ اتِّبَاعَ رَسُوْلِكَ اَللّٰهُمَّ اذْكُرْنِىْ بِرَحْمَتِكَ وَلَاتَذْكُرْنِىْ بِخَطِيْئَتِىْ وَ تَقَبَّلْ مِنِّىْ وَ زِدْنِىْ مِنْ فَضْلِكَ اِنِّىْۤ اِلَيْكَ رَاغِبٌ، اَللّٰهُمَّ اجْعَلْ ثَوَابَ مَنْطِقِىْ وَ ثَوَابَ مَجْلِسِىْ رِضَاكَ عَنِّىْ وَاجْعَلْ عَمَلِىْ وَ دُعَاۤئِىْ خَالِصًا لَكَ وَاجْعَلْ ثَوَابِىَ الْجَنَّةَ بِرَحْمَتِكَ وَاجْمَعْ لِىْ جَمِيْعَ مَا
məni Öz yolunda, Sənin və Sənin elçinin dinində dünyadan apar. Ey Allahım, tənbəllikdən, qocalıqdan (əldən düşməkdən), qorxaqlıqdan, xəsislikdən, qəflətdən, qəlb sərtliyindən, süstlükdən və miskinlikdən Sənə pənah aparıram. Ey Rəbbim, doymayan nəfsdən, qorxmayan qəlbdən, eşidilməyən (qəbul olunmayan) duadan, fayda verməyən namazdan Sənə pənah aparıram. Özümü, ailəmi və nəslimi qovulmuş şeytandan Sənə tapşırıram. Ey Allahım, həqiqətən Səndən başqa mənə sığınacaq verən yoxdur və Səndən başqa heç bir pənahgah tapmıram. Elə isə, məni xar etmə, məni həlakətə atma, məni əzabla geri qaytarma. Səndən dinində sabit qalmağı, Kitabını təsdiqləməyi və elçinin ardınca getməyi istəyirəm. Ey Allahım, məni Öz rəhmətinlə xatırla, xətalarımla xatırlama. Məndən (əməllərimi) qəbul et və Öz fəzlindən mənə artır, həqiqətən, mənim rəğbətim Sənədir. Ey Allahım, mənim nitqimin və oturuşumun savabını Sənin məndən razılığın qərar ver. Əməlimi və duamı Sənin üçün xalis et, savabımı Öz rəhmətinlə Cənnət qərar ver və bütün o
سَئَلْتُكَ وَ زِدْنِىْ مِنْ فَضْلِكَ اِنِّىْ ۤاِلَيْكَ رَاغِبٌ اَللّٰهُمَّ غَارَتِ النُّجُوْمُ وَ نَامَتِ الْعُيُوْنُ وَ اَنْتَ الْحَىُّ الْقَيُّوْمُ لَا يُوَارِىْ مِنْكَ لَيْلٌ سَاجٍ وَ لَا سَمَاۤءٌ ذَاتُ اَبْرَاجٍ وَ لَاۤ اَرْضٌ ذَاتُ مِهَادٍ وَلَابَحْرٌ لُجِّىٌ وَلَا ظُلُمَاتٌ بَعْضُهَا فَوْقَ بَعْضٍ تُدْلِجُ الرَّحْمَةَ عَلٰى مَنْ تَشَاۤءُ مِنْ خَلْقِكَ تَعْلَمُ خَاۤئِنَةَ الْاَعْيُنِ وَ مَا تُخْفِىْ الصُّدُوْرُ اَشْهَدُ بِمَا شَهِدَتْ بِهِ عَلٰى نَفْسِكَ وَ شَهِدَتْ مَلَاۤئِكَتُكَ وَاُوْلُوْا الْعِلْمِ لَاۤ اِلٰهَ اِلَّاۤ اَنْتَ الْعَزِيْزُ الْحَكِيْمُ وَ مَنْ لَمْ يَشْهَدْ عَلٰى مَا شَهِدْتَ عَلٰى نَفْسِكَ وَ شَهِدَتْ مَلَاۤئِكَتُكَ وَ اُوْلُوْاالْعِلْمِ فَاكْتُبْ شَهَادَتِىْ مَكَانَ شَهَادَتِهِ اَللّٰهُمَّ اَنْتَ السَّلَامُ وَ مِنْكَ السَّلَامُ اَسْئَلُكَ يَا ذَاالْجَلَالِ وَالْاِكْرَامِ اَنْ تَفُكَّ رَقَبَتِىْ مِنَ النّارِ۔
istədiklərimi mənim üçün topla (həyata keçir) və Öz fəzlindən mənə artır, həqiqətən, rəğbətim Sənədir. Ey Allahım, ulduzlar batdı, gözlər yuxuya getdi, Sənsə Diri və Qəyyumsan (daimisən). Nə qaranlıq gecə, nə bürclü səma, nə aramlıq yeri, nə dalğalı dəniz, nə də üst-üstə olan qaranlıqlar Səndən heç nəyi gizlədə bilməz. Sən istədiyin məxluqatına rəhmət nazil edirsən, gözlərin xəyanətini və sinələrin gizlətdiyini bilirsən. Mən şəhadət verirəm ona ki, Sən Özün Özünə şəhadət vermisən, mələklərin və elm sahibləri şəhadət veriblər: Səndən başqa heç bir ilah yoxdur, Sən yenilməz (əziz) və hikmət sahibisən. Kim Sənin Özünə verdiyin şəhadətə, mələklərinin və elm sahiblərinin verdiyi şəhadətə şahidlik etmirsə, mənim şəhadətimi onun şəhadətinin yerinə yaz. Ey Allahım, Sən Səlamsan, salam Səndəndir. Ey cəlalət və ikram sahibi, Səndən məni (boynumu) oddan (Cəhənnəmdən) azad etməyini istəyirəm.
Şeyx Tusi "Misbahul-mutəhəccid" kitabında bu duanı gecə nafiləsinin dördüncü rəkətindən sonra qeyd etmişdir. Əllamə Məclisi yazır ki, İmam Sadiq (ə) buyurub: "Bu duanı Vətr namazında oxu."
3. Rəvayət olunur ki, bu dua Əbazərin duasıdır və cənab Cəbrail Həzrət Rəsulallaha (s) ərz etdi: "Bu dua göy əhli arasında məşhurdur." Dua budur:
اَللّٰهُمَّ اِنِّىْۤ اَسْاَلُكَ الْاَمْنَ وَ الْاِيْمَانَ
Ey Allahım, Səndən əmin-amanlıq, iman,
وَ التَّصْدِيْقَ بِنَبِيِّكَ
Sənin peyğəmbərini təsdiq etməyi,
وَ الْعَافِيَةَ مِنْ جَمِيْعِ الْبَلَاۤءِ
bütün bəlalardan afiyətdə (salamat) olmağı,
وَ الشُّكْرَ عَلَى الْعَافِيَةِ
salamatlığa görə şükür etməyi
وَ الْغِنٰى عَنْ شِرَارِ النَّاسِ۔
və pis insanlardan ehtiyacsız olmağı istəyirəm.
4. Əbu Həmzə deyir: "Mən bu duanı İmam Məhəmməd Baqirdən (ə) aldım və o Həzrət bu duanı "Cami" (maddi və mənəvi istəklərin həyata keçməsində təsirli olan) adlandırırdı." Dua budur:
بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِيْمِ اَشْهَدُ اَنْ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ وَحْدَهُ لَاشَرِيْكَ لَهُ وَ اَشْهَدُ اَنَّ مُحَمَّدًا عَبْدُهُ وَ رَسُوْلُهُ اٰمَنْتُ بِاللّٰهِ وَ بِجَمِيْعِ رُسُلِهِ وَ بِجَمِيْعِ مَاۤ اُنْزِلَ بِهِ عَلٰى جَمِيْعِ الرُّسُلِ وَ اَنَّ وَعْدَاللّٰهِ حَقٌّ وَ لِقَاۤئَهُ حَقٌّ وَ صَدَقَ اللّٰهُ وَ بَلَّغَ الْمُرْسَلُوْنَ وَالْحَمْدُ لِلّٰهِ رَبِّ الْعَالَمِيْنَ وَ سُبْحَانَ اللّٰهِ كُلَّمَا سَبَّحَ اللّٰهَ شَيْئٌ وَ كَمَا يُحِبُّ اللّٰهُ اَنْ يُسَبَّحَ وَالْحَمْدُ لِلّٰهِ كُلَّمَا حَمِدَ اللّٰهَ شَيْئٌ وَ كَمَا يُحِبُّ اللّٰهُ اَنْ يُحْمَدَ وَ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ كُلَّمَا هَلَّلَ اللّٰهَ شَيْى ءٌ وَ كَمَا يُحِبُّ اللّٰهُ اَنْ يُهَلَّلَ وَاللّٰهُ اَكْبَرُ كُلَّمَا كَبَّرَاللّٰهَ شَيْى ءٌ وَ كَمَا يُحِبُّ اللّٰهُ اَنْ يُكَبَّرَ اَللّٰهُمَّ اِنِّىْۤ اَسْئَلُكَ مَفَاتِيْحَ الْخَيْرِ وَ خَوَاتِيْمَهُ وَ سَوَابِغَهُ وَ فَوَاۤئِدَهُ وَ بَرَكَاتِهِ وَ مَا بَلَغَ عِلْمَهُ عِلْمِىْ وَ مَا قَصَرَ عَنْ اِحْصَاۤئِهِ حِفْظِىْۤ، اَللّٰهُمَّ انْهَجْ لِىْۤ
Rəhman və Rəhim Allahın adı ilə. Şəhadət verirəm ki, Allahdan başqa heç bir ilah yoxdur, O, təkdir və şəriki yoxdur. Və şəhadət verirəm ki, Məhəmməd Onun qulu və elçisidir. Allaha, Onun bütün elçilərinə və bütün elçilərinə nazil etdiklərinə iman gətirdim. Həqiqətən, Allahın vədi haqqdır, Onunla görüşmək haqqdır, Allah doğru buyurmuş və elçilər onu çatdırmışlar. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Hər hansı bir şey Allaha təsbih edəndə və Allah necə təsbih edilməyi sevirsə, Allaha təsbih olsun. Hər hansı bir şey Allaha həmd edəndə və Allah necə həmd edilməyi sevirsə, Allaha həmd olsun. Hər hansı bir şey "La ilahə illəllah" deyəndə və Allah bu kəlmənin necə deyilməsini sevirsə, o cür "La ilahə illəllah". Hər hansı bir şey Allaha təkbir deyəndə və Allah necə təkbir edilməyi sevirsə, Allah o cür ən ucadır. Ey Allahım, Səndən xeyrin açarlarını, xeyrin sonlarını, onun kamilliyini, faydalarını, bərəkətlərini, elmimin çatdığı və yaddaşımın aciz qaldığı şeyləri istəyirəm. Ey Allahım, mənim üçün aydınlat (aç)
اَسْبَابَ مَعْرِفَتِهِ وَافْتَحْ لِىْۤ اَبْوَابَهُ وَ غَشِّنِىْ بَرَكَاتِ رَحْمَتِكَ وَ مُنَّ عَلَىَّ بِعِصْمَةٍ عَنِ الْاِزَالَةِ عَنْ دِيْنِكَ وَ طَهِّرْ قَلْبِىْ مِنَ الشَّكِّ وَلَاتَشْغَلْ قَلْبِىْ بِدُنْيَاىَ وَ عَاجِلِ مَعَاشِىْ عَنْ اٰجِلِ ثَوَابِ اٰخِرَتِىْ وَاشْغَلْ قَلْبِىْ بِحِفْظِ مَالَا تَقْبَلُ مِنِّىْ جَهْلَهُ وَ ذَلِّلْ لِكُلِّ خَيْرٍ لِسَانِىْ وَ طَهِّرْ قَلْبِىْ مِنَ الرِّيَاۤءِ وَلَاتُجْرِهِ فِىْ مَفَاصِلِىْ وَاجْعَلْ عَمَلِىْ خَالِصًا لَكَ اَللّٰهُمَّ اِنِّىْ اَعُوْذُبِكَ مِنَ الشَّرِّ وَ اَنْوَاعِ الْفَوَاحِشِ كُلِّهَا ظَاهِرِهَا وَ بَاطِنِهَا وَ غَفَلَاتِهَا وَ جَمِيْعِ مَا يُرِيْدُنِىْ بِهِ الشَّيْطَانُ الرَّجِيْمُ وَ مَا يُرِيْدُنِىْ بِهِ السُّلْطَانُ الْعَنِيْدُ مِمَّاۤ اَحَطْتَ بِعِلْمِهِ وَ اَنْتَ الْقَادِرُ عَلٰى صَرْفِهِ عَنِّىْۤ، اَللّٰهُمَّ اِنِّىْۤ اَعُوْذُ بِكَ مِنْ طَوَارِقِ الْجِنِّ وَالْاِنْسِ وَ زَوَابِعِهِمْ وَ بَوَاۤئِقِهِمْ وَ مَكَايِدِهِمْ وَ مَشَاهِدِ الْفَسَقَةِ مِنَ الْجِنِّ وَالْاِنْسِ وَ اَنْ اُسْتَزَلَّ عَنْ دِيْنِىْ فَتَفْسُدَ عَلَىَّ
Öz mərifətinin səbəblərini (yollarını), onun qapılarını üzümə aç, məni Öz rəhmətinin bərəkətləri ilə ört. Dinindən dönməkdən qorunmağım üçün mənə minnət qoy, qəlbimi şəkkdən təmizlə. Qəlbimi dünyamla və axirət savabımın gecikməsi hesabına dünyəvi yaşayışımın tezləşməsi ilə məşğul etmə. Qəlbimi cəhalətini qəbul etməyəcəyin şeyləri qorumaqla məşğul et. Dilimi hər bir xeyir iş üçün ram et, qəlbimi riyadan pakla, onu (riyanı) mənim damarlarımda axıtma və əməlimi Sənin üçün xalis et. Ey Allahım, bütün şər və hər növ pisliklərdən (fahişəlikdən) – istər aşkar, istər gizli, onların qəflətindən və qovulmuş şeytanın mənim barəmdə iradə etdiyi hər bir şeydən, inadkar sultanın mənə qarşı iradə etdiyi, Sənin elminlə əhatə etdiyin və Sənin məndən uzaqlaşdırmağa qadir olduğun hər bir şeydən Sənə pənah aparıram. Ey Allahım, cinlərin və insanların gecə gələn bəlalarından, onların qasırğalarından, fəlakətlərindən, məkr-hiylələrindən, cin və insanlardan olan fasiqlərin gözü önündə olmaqdan Sənə pənah aparıram ki, dinimdən azdırım və beləliklə mənim
اٰخِرَتِىْ وَ اَنْ يَكُوْنَ ذٰلِكَ مِنْهُمْ ضَرَرًا عَلَىَّ فِىْ مَعَايِشِىْ اَوْ يَعْرِضَ بَلَاۤءٌ يُصِيْبُنِىْ مِنْهُمْ لَاقُوَّةَ لِىْ بِهِ وَلَا صَبْرَ لِىْ عَلَى احْتِمَالِهِ فَلَا تَبْتَلِيَنِّىْ يَاۤ اِلٰهِىْ بِمُقَاسَاتِهِ فَيَمْنَعُنِىْ ذٰلِكَ عَنْ ذِكْرِكَ وَ يَشْغَلُنِىْ عَنْ عِبَادَتِكَ اَنْتَ الْعَاصِمُ الْمَانِعُ الدَّافِعُ الْوَاقِىْ مِنْ ذٰلِكَ كُلِّهِ اَسْئَلُكَ اللّٰهُمَّ الرَّفَاهِيَةَ فِىْ مَعِيْشَتِىْ مَاۤ اَبْقَيْتَنِىْ مَعِيْشَةً اَقْوٰى بِهَا عَلٰى طَاعَتِكَ وَاَبْلُغُ بِهَا رِضْوَانَكَ وَاَصِيْرُ بِهَاۤ اِلٰى دَارِ الْحَيَوَانِ غَدًا وَ لَا تَرْزُقْنِىْ رِزْقًا يُطْغِيْنِىْ وَ لَاتَبْتَلِيَنِّىْ بِفَقْرٍ اَشْقٰى بِهِ مُضَيَّقًا عَلَىَّ اَعْطِنِىْ حَظًّا وَافِرًا فِىْۤ اٰخِرَتِىْ وَ مَعَاشًا وَاسِعًا هَنِيْۤئًا مَرِیْۤئًا فِىْ دُنْيَاىَ وَ لَاتَجْعَلِ الدُّنْيَا عَلَىَّ سِجْنًا وَلَاتَجْعَلْ فِرَاقَهَا عَلَىَّ حُزْنًا اَجِرْنِىْ مِنْ فِتْنَتِهَا وَاجْعَلْ عَمَلِىْ فِيْهَا مَقْبُوْلًا وَ سَعْيِىْ فِيْهَا مَشْكُوْرًا، اَللّٰهُمَّ وَ مَنْ اَرَادَنِىْ بِسُوْۤءٍ فَاَرِدْهُ بِمِثْلِهِ وَ مَنْ
axirətim fəsad olsun. Və yaxud yaşayışımda onlardan mənə bir zərər yetişsin və ya onlardan elə bir bəla mənə üz versin ki, mənim ona nə gücüm çatar, nə də səbrim olar. Elə isə, ey İlahim, məni bu əziyyətlərə dözməklə mübtəla etmə ki, bu məni Səni zikr etməkdən saxlayar və ibadətindən qafil edər. Bütün bunlardan qoruyan, qarşısını alan, dəf edən və saxlayan Sənsən! Ey Allahım, Səndən məni yaşatdığın müddətcə yaşayışımda elə bir rifah istəyirəm ki, onunla Sənin itaətinə gücüm çatsın, Sənin razılığına nail olum və sabah onunla əbədi diyara (Cənnətə) gedim. Mənə məni tüğyana salacaq ruzi vermə və mənə darısqallıq gətirəcək, məni bədbəxt edəcək bir fəqirliklə də məni imtahan etmə. Axirətimdə mənə böyük bir pay, dünyamda isə geniş, nuş və bərəkətli bir yaşayış əta et. Dünyanı mənim üçün bir zindan, ondan ayrılmağı isə mənim üçün kədər qərar vermə. Məni onun fitnəsindən qoru, oradakı əməlimi qəbul olunmuş və səyimi təqdir edilmiş qərar ver. Ey Allahım, kim mənə pislik iradə edərsə, Sən də ona onun kimi (pislik) iradə et, kim
كَادَنِىْ فِيْهَا فَكِدْهُ وَاصْرِفْ عَنِّىْ هَمَّ مَنْ اَدْخَلَ عَلَىَّ هَمَّهُ وَامْكُرْ بِمَنْ مَكَرَ بِىْ فَاِنَّكَ خَيْرُ الْمَاكِرِيْنَ وَافْقَاْعَنِّىْ عُيُوْنَ الْكَفَرَةِ الظَّلَمَةِ وَالطُّغَاةِ الْحَسَدَةِ اَللّٰهُمَّ وَ اَنْزِلْ عَلَىَّ مِنْكَ السَّكِيْنَةَ وَ اَلْبِسْنِىْ دِرْعَكَ الْحَصِيْنَةَ وَاحْفَظْنِىْ بِسِرِّكَ الْوَاقِىْ وَ جَلِّلْنِىْ عَافِيَتَكَ النَّافِعَةَ وَ صَدِّقْ قَوْلِىْ وَ فِعَالِىْ وَ بَارِكْ لِىْ فِىْ وَلَدِىْ وَ اَهْلِىْ وَ مَالِىْ اَللّٰهُمَّ مَا قَدَّمْتُ وَ مَاۤ اَخَّرْتُ وَ مَاۤ اَغْفَلْتُ وَمَا تَعَمَّدْتُ وَ مَا تَوَانَيْتُ وَ مَاۤ اَعْلَنْتُ وَ مَاۤ اَسْرَرْتُ فَاغْفِرْلِىْ يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔
bu dünyada mənə hiylə qurarsa, Sən ona hiylə qur. Mənə qəm-qüssə daxil edənin qəmini məndən uzaqlaşdır. Mənə məkr (hiylə) edənə Sən məkr et, həqiqətən Sən məkr edənlərin ən xeyirlisisən. Zalım kafirlərin və həsəd aparan tüğyankarların gözlərini məndən kor et. Ey Allahım, Öz tərəfindən mənə bir səkinə (aramlıq) nazil et, Öz möhkəm zirehini mənə geyindir, Öz qoruyucu örtüyünlə məni qoru, məni faydalı afiyətinə bürü, sözümü və əməlimi təsdiqlə. Övladımda, ailəmdə və malımda mənə bərəkət ver. Ey Allahım, əvvəl etdiklərimi, sonraya saxladıqlarımı, qafil olduqlarımı, qəsdən etdiklərimi, təxirə saldıqlarımı, aşkar etdiklərimi və gizlətdiklərimi mənə bağışla, ey rəhimlilərin ən rəhimlisi.
5. İmam Məhəmməd Baqirin (ə) səhabələrindən biri deyir: "O həzrət buyurdu ki, bu duanı oxu."
اَللّٰهُمَّ اَوْسِعْ عَلَىَّ فِىْ رِزْقِىْ
Ey Allahım, ruzimi mənə geniş (bol) et,
وَامْدُدْلِىْ فِىْ عُمْرِىْ
ömrümü mənim üçün uzat,
وَاغْفِرْلِىْ ذَنْبِىْ
günahımı bağışla,
وَاجْعَلْنِىْ مِمَّنْ تَنْتَصِرُ بِهِ لِدِيْنِكَ
məni o kəslərdən qərar ver ki, onların vasitəsilə Öz dininə yardım edirsən,
وَلَا تَسْتَبْدِلْ بِى غَيْرِىْ
və mənim yerimə başqasını gətirmə (məni əvəz etmə).
6. Rəvayət olunur ki, İmam Sadiq (ə) daim bu duanı oxuyarmış:
يَا مَنْ يَشْكُرُ الْيَسِيْرَ
Ey az əməli qəbul edən,
وَ يَعْفُوْ عَنِ الْكَثِيْرِ
və çox (günahı) əfv edən!
وَ هُوَ الْغَفُوْرُ الرَّحِيْمُ
Və O, çox bağışlayan və rəhmlidir!
اِغْفِرْلِىَ الذُّنُوْبَ الَّتِىْ
Mənim o günahlarımı bağışla ki,
ذَهَبَتْ لَذَّتُهَا وَ بَقِيَتْ تَبِعَتُهَا
ləzzəti gedib (bitib), amma məsuliyyəti (cəzası) qalıb.
7. Həmçinin o həzrət bu duanı oxuyarmış:
يَا نُوْرُ يَا قُدُّوْسُ
Ey Nur, ey Qüddus (pak)!
يَاۤ اَوَّلَ الْاَوَّلِيْنَ
Ey əvvəlkilərin əvvəli!
وَ يَاۤ اٰخِرَ الْاٰخِرِيْنَ
Və ey sonuncuların sonuncusu!
يَا رَحْمٰنُ يَا رَحِيْمُ
Ey Rəhman, ey Rəhim!
اِغْفِرْ لِىَ الذُّنُوْبَ الَّتِىْ تُغَيِّرُ النِّعَمَ
Nemətləri dəyişən (əldən alan) günahlarımı bağışla.
وَاغْفِرْ لِىَ الذُّنُوْبَ الَّتِىْ تُحِلُّ النِّقَمَ
Bəlaları (nəqaməti) nazil edən günahlarımı bağışla.
وَاغْفِرْ لِىَ الذُّنُوْبَ الَّتِىْ تَهْتِكُ الْعِصَمَ
İsməti (pərdələri) yırtan günahlarımı bağışla.
وَاغْفِرْ لِىَ الذُّنُوْبَ الَّتِىْ تُنْزِلُ الْبَلَاۤءَ
Bəlanı nazil edən günahlarımı bağışla.
وَاغْفِرْ لِىَ الذُّنُوْبَ الَّتِىْ تُدِيْلُ الْاَعْدَاۤءَ
Düşmənləri sevindirən (qələbə çalmasına səbəb olan) günahlarımı bağışla.
وَاغْفِرْ لِىَ الذُّنُوْبَ الَّتِىْ تُعَجِّلُ الْفَنَاۤءَ
Fənanı (ölümü) tezləşdirən günahlarımı bağışla.
وَاغْفِرْ لِىَ الذُّنُوْبَ الَّتِىْ تَقْطَعُ الرَّجَاۤءَ
Ümidi kəsən günahlarımı bağışla.
وَاغْفِرْ لِىَ الذُّنُوْبَ الَّتِىْ تُظْلِمُ الْهَوَاۤءَ
Havanı (həyatı) zülmətə (qaralığa) boğan günahlarımı bağışla.
وَاغْفِرْ لِىَ الذُّنُوْبَ الَّتِىْ تَكْشِفُ الْغِطَاۤءَ
Örtüyü kəşf edən (pərdəni açan) günahlarımı bağışla.
وَاغْفِرْ لِىَ الذُّنُوْبَ الَّتِىْ تَرُدُّ الدُّعَاۤءَ
Duanı geri qaytaran günahlarımı bağışla.
وَاغْفِرْ لِىَ الذُّنُوْبَ الَّتِىْ تَرُدُّ غَيْثَ السَّمَاۤءِ
Göyün yağışını geri qaytaran (qarşısını alan) günahlarımı bağışla.
8. Bu dua İmam Sadiqdən (ə) rəvayət olunub:
يَا عُدَّتِىْ فِىْ كُرْبَتِىْ
Ey qəm-qüssəm zamanı azuqəm (sığınacağım)!
وَ يَا صَاحِبِىْ فِىْ شِدَّتِىْ
Və ey çətinliyim zamanı dostum!
وَ يَاوَلِىّٖ فِىْ نِعْمَتِىْ
Və ey nemətim zamanı Vəlim (neməti bəxş edən)!
وَ يَا غِيَاثِىْ فِىْ رَغَبَتِىْ
Və ey rəğbətim zamanı dadıma çatan!
9. Bu, Əmirəl-möminin Əlinin (ə) duasıdır:
اَللّٰهُمَّ كَتَبْتَ الْاٰثَارَ
Ey Allahım, (bəndələrin) əsərlərini (izlərini) yazdın (qeyd etdin),
وَ عَلِمْتَ الْاَخْبَارَ
və xəbərləri (həqiqətləri) bildin,
وَ اطَّلَعْتَ عَلَى الْاَسْرَارِ
və sirlərdən agah oldun,
فَحُلْتَ بَيْنَنَا وَ بَيْنَ الْقُلُوْبِ
və bizimlə qəlblər (ürəklərimiz) arasına girdin.
فَالسِّرُّ عِنْدَكَ عَلَانِيَةٌ
Sirr Sənin yanında aşkardır,
وَ الْقُلُوْبُ اِلَيْكَ مُفْضَاةٌ
və qəlblər Sənə açıqdır.
وَ اِنَّمَاۤ اَمْرُكَ لِشَيْئٍ اِذَا اَرَدْتَهُ
Sən bir şeyi iradə etdiyin zaman Sənin əmrin ancaq budur:
اَنْ تَقُوْلَ لَهُ كُنْ فَيَكُوْنُ
ona "Ol" deyərsən, o da olar.
فَقُلْ بِرَحْمَتِكَ لِطَاعَتِكَ
Elə isə, rəhmətinlə Sənə itaətə "ol" de,
اَنْ تَدْخُلَ فِىْ كُلِّ عُضْوٍ مِنْ اَعْضَاۤئِىْ
ki mənim əzalarımdan hər bir əzama daxil olsun,
وَلَاتُفَارِقَنِىْ حَتّٰىۤ اَلْقَاكَ
və Səninlə görüşənə (ölənə) qədər məndən ayrılmasın.
وَ قُلْ بِرَحْمَتِكَ لِمَعْصِيَتِكَ
Və Öz rəhmətinlə itaətsizliyə (günaha) "ol" (get) de,
اَنْ تَخْرُجَ مِنْ كُلِّ عُضْوٍ مِنْ اَعْضَاۤئِىْ
ki mənim əzalarımdan hər bir əzamdan çıxsın,
فَلَا تَقْرُبَنِىْ حَتّٰىۤ اَلْقَاكَ
və Səninlə görüşənə qədər mənə yaxınlaşmasın.
وَارْزُقْنِىْ مِنَ الدُّنْيَا وَ زَهِّدْنِىْ فِيْهَا
Dünyadan mənə ruzi ver və məni ondan zahid et (dünyaya bağlama),
وَ لَا تَزْوِهَا عَنِّىْ وَ رَغْبَتِىْ فِيْهَا يَاۤ رَحْمٰنُ
amma rəğbətim (ehtiyacım) olduğu halda onu (dünyanı) məndən əsirgəmə (gizlətmə), ey Rəhman!
10. Əli ibn İbrahim mötəbər sənədlə nəql edir ki, Əbdur-Rəhman ibn Səyyabə dedi: "İmam Sadiq (ə) bu duanı mənə öyrətdi:
اَلْحَمْدُ لِلّٰهِ وَلِىِّ الْحَمْدِ وَ اَهْلِهِ وَ مُنْتَهَاهُ وَ مَحَلِّهِ اَخْلَصَ مَنْ وَحَّدَهُ وَاهْتَدٰى مَنْ عَبَدَهُ وَ فَازَ مَنْ اَطَاعَهُ وَ اَمِنَ الْمُعْتَصِمُ بِهِ اَللّٰهُمَّ يَا ذَا الْجُوْدِ وَالْمَجْدِ وَ الثَّنَاۤءِ الْجَمِيْلِ وَ الْحَمْدِ اَسْئَلُكَ مَسْئَلَةَ مَنْ خَضَعَ لَكَ بِرَقَبَتِهِ وَ رَغَمَ لَكَ اَنْفُهُ وَ غَفَّرَ لَكَ وَجْهَهُ وَ ذَلَّلَ لَكَ نَفْسَهُ وَ فَاضَتْ مِنْ خَوْفِكَ دُمُوْعُهُ وَ تَرَدَّدَتْ عَبْرَتُهُ وَاعْتَرَفَ لَكَ بِذُنُوبِهِ وَ فَضَحَتْهُ عِنْدَكَ خَطِيْئَتُهُ وَ شَاَنَتْهُ عِنْدَكَ جَرِيْرَتُهُ فَضَعُفَتْ عِنْدَ ذٰلِكَ قُوَّتُهُ وَ قَلَّتْ حِيْلَتُهُ وَ انْقَطَعَتْ عَنْهُ اَسْبَابُ خَدَايِعِهِ وَاضْمَحَلَّ عَنْهُ كُلُّ بَاطِلٍ وَ اَلْجَاَتْهُ ذُ نُوْبُهُ اِلٰى ذُلِّ مَقَامِهِ بَيْنَ يَدَيْكَ وَ خُضُوْعِهِ لَدَيْكَ وَابْتِهَالِهِ اِلَيْكَ اَسْئَلُكَ اللّٰهُمَّ سُؤَالَ مَنْ هُوَ بِمَنْزِلَتِهِ اَرْغَبُ اِلَيْكَ كَرَغْبَتِهِ وَ اَتَضَرَّعُ اِلَيْكَ كَتَضَرُّعِهِ وَاَبْتَهِلُ اِلَيْكَ كَاَشَدِّ ابْتِهَالِهِ، اَللّٰهُمَّ
Həmd olsun Allaha – həmdin sahibinə, onun əhlinə, sonuna və yerinə. Onu tək bilənlər xalis oldular, Ona ibadət edənlər hidayət tapdılar, Ona itaət edənlər nicat tapdılar, və Ona sığınanlar amanda qaldılar. Ey Allahım! Ey səxavət, şərəf, gözəl tərif və həmd sahibi! Səndən elə bir şəxsin istəyi ilə istəyirəm ki, (zəlilliklə) boynunu Sənə əyib, üzünü Sənin üçün torpağa sürtüb, üzünü Sənin üçün tozlandırıb, nəfsini Sənin üçün xar edib, Sənin qorxundan göz yaşları axıb, ah-naləsi bir-birinə qarışıb, Sənə günahlarını etiraf edib, xətası onu Sənin yanında rüsvay edib, cinayəti Sənin yanında onu eyibli edib. Bu halda onun gücü zəifləyib, çarəsi azalıb, hiylə yolları kəsilib, bütün batil şeylər ondan uzaqlaşıb, günahları onu Sənin qarşında zəlil bir məqama, Sənin dərgahında xüzuya və Sənə yalvarışa sürükləyib. Ey Allahım, Səndən onun məqamında olan birinin istəyi ilə istəyirəm, onun rəğbəti kimi Sənə rəğbət edirəm, onun kimi Sənə ah-nalə edirəm və onun ən şiddətli yalvarışı kimi Sənə yalvarıram. Ey Allahım,
فَارْحَمِ اسْتِكَانَةَ مَنْطِقِىْ وَذُلَّ مَقَامِىْ وَ مَجْلِسِىْ وَ خُضُوْعِىْ اِلَيْكَ بِرَقَبَتِىْ اَسْئَلُكَ اللّٰهُمَّ الْهُدٰى مِنَ الضَّلَالَةِ وَالْبَصِيْرَةَ مِنَ الْعَمٰى وَالرُّشْدَ مِنَ الْغِوَايَةِ وَاَسْئَلُكَ اللّٰهُمَّ اَكْثَرَ الْحَمْدِ عِنْدَ الرَّخَاۤءِ وَاَجْمَلَ الصَّبْرِ عِنْدَ الْمُصِيْبَةِ وَ اَفْضَلَ الشُّكْرِ عِنْدَ مَوْضِعِ الشُّكْرِ وَ التَّسْلِيْمَ عِنْدَ الشُّبُهَاتِ وَ اَسْئَلُكَ الْقُوَّةَ فِىْ طَاعَتِكَ وَالضَّعْفَ عَنْ مَعْصِيَتِكَ وَالْهَرَبَ اِلَيْكَ مِنْكَ وَ التَّقَرُّبَ اِلَيْكَ رَبِّ لِتَرْضٰى وَالتَّحَرِّىَ لِكُلِّ مَا يُرْضِيْكَ عَنِّىْ فِىْ اِسْخَاطِ خَلْقِكَ اِلْتِمَاسًا لِرِضَاكَ رَبِّ مَنْ اَرْجُوْهُ اِنْ لَمْ تَرْحَمْنِىْ اَوْ مَنْ يَعُوْدُ عَلَىَّ اِنْ اَقْصَيْتَنِىْ اَوْ مَنْ يَنْفَعُنِىْ عَفْوُهُ اِنْ عَاقَبْتَنِىْ اَوْ مَنْ اٰمُلُ عَطَايَاهُ اِنْ حَرَمْتَنِىْ اَوْ مَنْ يَمْلِكُ كَرَامَتِىْۤ اِنْ اَهَنْتَنِىْ اَوْ مَنْ يَضُرُّنِىْ هَوَانُهُ اِنْ اَكْرَمْتَنِىْ، رَبِّ مَاۤ اَسْوَءَ فِعْلِىْ وَ اَقْبَحَ عَمَلِىْ وَ اَقْسٰى قَلْبِىْ وَ اَطْوَلَ
mənim nitqimin acizliyinə, məqamımın zəlilliyinə və boynumun (Sənin qarşında) əyilərək xüzu etməsinə rəhm et. Ey Allahım, zəlalətdən (sonra) Səndən hidayət, korluqdan (sonra) bəsirət, azğınlıqdan (sonra) rüşd (doğru yol) istəyirəm. Ey Allahım, rifah (firavanlıq) anında ən çox həmddi, müsibət anında ən gözəl səbri, şükür məqamında ən üstün şükrü və şübhələr anında (Sənə) təslim olmağı Səndən istəyirəm. Səndən itaətində güc, asi olmaqda zəiflik (taqətsizlik), Özündən Özünə qaçmağı, ey Rəbbim məndən razı qalasan deyə Sənə yaxınlaşmağı, Sənin razılığını istəyərək xəlqinin qəzəbi qarşılığında da olsa Sənin məndən razı qalacağın hər bir şeyi axtarmağı istəyirəm. Ey Rəbbim, əgər mənə rəhm etməsən, kimə ümid edə bilərəm? Və ya məni uzaqlaşdırsan, kim mənə tərəf qayıdar? Əgər mənə cəza versən, kimin əfvi mənə fayda verər? Və ya məni məhrum etsən, kimin ətasını arzu edim? Və ya məni xar etsən, mənim kəramətimə kim sahib olar? Yaxud mənə ikram etsən, kimin təhqiri mənə zərər verə bilər?! Ey Rəbbim, mənim felim necə də pisdir, əməlim necə də çirkindir, qəlbim necə də sərtdir, arzularım necə də
اَمَلِىْ وَ اَقْصَرَ اَجَلِىْ وَ اَجْرَاَنِىْ عَلٰى عِصْيَانِ مَنْ خَلَقَنِىْ رَبِّ وَ مَاۤ اَحْسَنَ بَلَاۤئَكَ عِنْدِىْ وَ اَظْهَرَ نَعْمَاۤئَكَ عَلَىَّ كَثُرَتْ عَلَىَّ مِنْكَ النِّعَمُ فَمَاۤ اُحْصِيْهَا وَ قَلَّ مِنِّىْ الشُّكْرُ فِيْمَاۤ اَوْلَيْتَنِيْهِ فَبَطِرْتُ بِالنِّعَمِ وَ تَعَرَّضْتُ لِلنِّقَمِ وَ سَهَوْتُ عَنِ الذِّكْرِ وَ رَكِبْتُ الْجَهْلَ بَعْدَ الْعِلْمِ وَ جُزْتُ مِنَ الْعَدْلِ اِلَى الظُّلْمِ وَ جَاوَزْتُ الْبِرَّ اِلَى الْاِثْمِ وَ صِرْتُ اِلَى اللَّهْوِ مِنَ الْخَوْفِ وَ الْحُزْنِ فَمَاۤ اَصْغَرَ حَسَنَاتِىْ وَ اَقَلَّهَا فِىْ كَثْرَةِ ذُ نُوْبِىْ وَاَعْظَمَهَا عَلٰى قَدْرِ صِغَرِ خَلْقِىْ وَ ضَعْفِ رُكْنِىْ رَبِّ وَ مَاۤ اَطْوَلَ اَمَلِىْ فِىْ قِصَرِ اَجَلِىْ وَ اَقْصَرَ اَجَلِىْ فِىْ بُعْدِ اَمَلِىْ وَ مَاۤ اَقْبَحَ سَرِيْرَتِىْ فِىْ عَلَانِيَتِىْ رَبِّ لَا حُجَّةَ لِىْۤ اِنِ احْتَجَجْتُ وَلَا عُذْرَلِىْ اِنِ اعْتَذَرْتُ، وَلَا شُكْرَ عِنْدِىْۤ اِنِ ابْتَلَيْتُ وَ اُوْلِيْتُ اِنْ لَمْ تُعِنِّىْ عَلٰى شُكْرِ مَا اَوْلَيْتَ رَبِّىْ مَاۤ اَخَفَّ مِيْزَانِىْ غَدًا
uzundur, əcəlim necə də qısadır, məni yaradana qarşı necə də cürətliyəm. Ey Rəbbim, Sənin mənim barəmdə olan imtahanın (və ya lütfün) necə də gözəldir, mənə verdiyin nemətlərin necə də aşkardır. Sənin nemətlərin mənim üzərimdə o qədər çoxdur ki, onları saya bilmirəm, mənə verdiklərinə qarşı isə mənim şükrüm necə də azdır. Nemətlərinlə qürurlandım, cəzaya tuş gəldim, zikr etməkdən qafil oldum, elmdən sonra cəhalətə mindim, ədalətdən zülmə keçdim, yaxşılıqdan günaha aşdım, qorxu və hüzn yerinə əyləncəyə üzd tutdum. Mənim günahlarımın çoxluğunda yaxşılıqlarım necə də kiçik və necə də azdır. Və (o günahlar) mənim xilqətimin kiçikliyi və dayağımın zəifliyi müqabilində necə də böyükdür. Ey Rəbbim, əcəlimin qısalığı içində arzularım necə də uzundur, və arzularımın uzaqlığı içində əcəlim necə də qısadır. Aşkardakı halımla müqayisədə daxilim necə də çirkindir. Ey Rəbbim, əgər etiraz etsəm mənim heç bir hüccətim (dəlilim) yoxdur, üzr istəsəm üzrüm yoxdur. Əgər mənə verdiklərinə görə Sən kömək etməsən, əta etdiklərinə qarşı məndə şükür yoxdur. Ey Rəbbim, mənim tərəzim sabah necə də yüngül olar, əgər Sən
اِنْ لَمْ تُرَجِّحْهُ وَ اَزَلَّ لِسَانِىْ اِنْ لَمْ تُثَبِّتْهُ وَ اَسْوَدَ وَجْهِىْۤ اِنْ لَمْ تُبَيِّضْهُ رَبِّ كَيْفَ لِىْ بِذُنُوْبِىَ الَّتِىْ سَلَفَتْ مِنِّىْ قَدْ هُدَّتْ لَهَاۤ اَرْكَانِىْ رَبِّ كَيْفَ اَطْلُبُ شَهَوَاتِ الدُّنْيَا وَ اَبْكِىْ عَلٰى خَيْبَتِىْ فِيْهَا وَ لَاۤ اَبْكِىْ وَ تَشْتَدُّ حَسَرَاتِىْ عَلٰى عِصْيَانِىْ وَ تَفْرِيْطِىْ رَبِّ دَعَتْنِىْ دَوَاعِىْ الدُّنْيَا فَاَجَبْتُهَا سَرِيْعًا وَ رَكَنْتُ اِلَيْهَا طَاۤئِعًا وَ دَعَتْنِىْ دَوَاعِىْ الْاٰخِرَةِ فَتَثَبَّطْتُ عَنْهَا وَ اَبْطَاْتُ فِى الْاِجَابَةِ وَالْمُسَارَعَةِ اِلَيْهَا كَمَا سَارَعْتُ اِلٰى دَوَاعِىْ الدُّنْيَا وَ حُطَامِهَا الْهَامِدِ وَ هَشِيْمِهَا الْبَاۤئِدِ وَ سَرَابِهَا الذَّاهِبِ رَبِّ خَوَّفْتَنِىْ وَ شَوَّقْتَنِىْ وَاحْتَجَجْتَ عَلَىَّ بِرِقِّىْ وَ تَكَفَّلْتَ لِىْ بِرِزْقِىْ فَاَمِنْتُ خَوْفَكَ وَ تَثَبَّطْتُ عَنْ تَشْوِيْقِكَ وَ لَمْ اَتَّكِلْ عَلٰى ضَمَانِكَ وَ تَهَاوَنْتُ بِاحْتِجَاجِكَ، اَللّٰهُمَّ فَاجْعَلْ اَمْنِىْ مِنْكَ فِىْ هٰذِهِ الدُّنْيَا خَوْفًا وَ حَوِّلْ تَثَبُّطِىْ شَوْقًا وَ
onu ağırlaşdırmasan. Dilim necə də büdrəyər, əgər Sən onu sabit etməsən. Üzüm necə də qapqara olar, əgər Sən onu ağartmasan. Ey Rəbbim, məndən keçən bu qədər günahla mən necə edəcəyəm, ki onlar mənim sütunlarımı sındırıb. Ey Rəbbim, necə dünya şəhvətlərini axtararam və onda uğursuzluğa uğradığımda ağlayaram, lakin itaətsizliyimə və laqeydliyimə görə ağlamıram və həsrətlərim şiddətlənmir?! Ey Rəbbim, dünyanın dəvətləri məni çağırdı və mən ona dərhal cavab verdim, könüllü şəkildə ona tərəf meyl etdim. Axirətin dəvətləri isə məni çağırdı, lakin mən ondan geri qaldım, onu cavablamaqda və ona tərəf tələsməkdə ləngidim, eynilə dünyanın dəvətlərinə, onun sönmüş zibillərinə, məhv olmuş çör-çöplərinə və gedici ilğımına tələsdiyim kimi. Ey Rəbbim, Sən məni qorxutdun və Sən məni həvəsləndirdin, mənə qarşı Öz dəlillərini gətirdin, mənim ruzimi Öz öhdənə götürdün, amma mən Sənin qorxundan amanda qaldım, Sənin həvəsləndirməyindən uzaq düşdüm, Sənin zəmanətinə təvəkkül etmədim və Sənin dəlilinə qarşı səhlənkarlıq etdim. Ey Allahım, elə isə, bu dünyada mənim Səndən olan arxayınlığımı qorxuya çevir, mənim ləngiməyimi şövqə çevir və
تَهَاوُنِىْ بِحُجَّتِكَ فَرَقًا مِنْكَ ثُمَّ رَضِّنِىْ بِمَا قَسَمْتَ لِىْ مِنْ رِزْقِكَ يَا كَرِيْمُ اَسْئَلُكَ بِاسْمِكَ الْعَظِيْمِ رِضَاكَ عِنْدَ السُّخْطَةِ وَ الْفُرْجَةَ عِنْدَ الْكُرْبَةِ وَالنُّوْرَ عِنْدَ الظُّلْمَةِ وَالْبَصِيْرَةَ عِنْدَ تَشَبُّهِ الْفِتْنَةِ رَبِّ اجْعَلْ جُنَّتِىْ مِنْ خَطَايَاىَ حَصِيْنَةً وَ دَرَجَاتِىْ فِى الْجِنَانِ رَفِيْعَةً وَاَعْمَالِىْ كُلَّهَا مُتَقَبَّلَةً وَ حَسَنَاتِىْ مُضَاعَفَةً زَاكِيَةً اَعُوْذُبِكَ مِنَ الْفِتَنِ كُلِّهَا مَا ظَهَرَ مِنْهَا وَ مَا بَطَنَ وَ مِنْ رَفِيْعِ الْمَطْعَمِ وَالْمَشْرَبِ وَ مِنْ شَرِّ مَاۤ اَعْلَمُ وَ مِنْ شَرِّ مَا لَاۤ اَعْلَمُ وَ اَعُوْذُ بِكَ مِنْ اَنْ اَشْتَرِىَ الْجَهْلَ بِالْعِلْمِ وَ الْجَفَا بِالْحِلْمِ وَالْجَوْرَ بِالْعَدْلِ وَالْقَطِيْعَةَ بِالْبِرِّ وَالْجَزَعَ بِالصَّبْرِ اَوِ الْهُدٰى بِالضَّلَالَةِ اَوِ الْكُفْرَ بِالْاِيْمَانِ
Sənin hüccətinə qarşı olan səhlənkarlığımı Sənin qarşında qorxuya (çəkinməyə) çevir. Sonra isə mənə ayırdığın ruzinlə məni razı sal, ey Kərim! Səndən, o böyük adınla qəzəb anında razılığını, qəm-qüssə anında fərəc (açılış), zülmət anında nur, fitnələrə bənzər vəziyyətlərdə bəsirət istəyirəm. Ey Rəbbim, günahlarımdan mənim üçün möhkəm bir qalxan qərar ver, cənnətlərdə dərəcələrimi uca elə, bütün əməllərimi qəbul olunmuş elə, yaxşılıqlarımı isə qat-qat artırılmış və pak qərar ver. Bütün fitnələrdən – onların həm aşkar, həm də gizli olanından, yeməyin və içməyin haram (şübhəli) olanından, bildiyim şərrdən və bilmədiyim şərrdən Sənə pənah aparıram. Elmlə cəhalət almaqdan, helmin əvəzində cəfa almaqdan, ədalətin əvəzinə zülm, yaxşılığın əvəzinə qohumluq əlaqələrini kəsmək, səbrin əvəzinə səbirsizlik etmək, hidayətin əvəzinə azğınlıq, yaxud imanın əvəzinə küfr almaqdan Sənə pənah aparıram.