⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
MÜŞTƏRƏK TƏQİBAT
Müştərək təqibat dedikdə, hər namazdan sonra oxunan dua və zikrlər nəzərdə tutulur. Müştərək təqibatın bəziləri bunlardır:
1- Namaz tamamlanandan sonra üç dəfə təkbir demək müstəhəbdir. Hər təkbiri deyərkən əlləri üzün səviyəsində yuxarı qaldır, sonra dizə yaxınlaşdır. İmam Sadiq (ə) buyurub: "Namazın salamını dedikdən sonra təkbir demək üçün əllərini üç dəfə yuxarı qaldır." İbn Babuvəyh mötəbər sənədlə nəql edir ki, Müfəzzəl ibn Ömər İmam Sadiqdən (ə) soruşdu: "Nə üçün namaz qılan şəxs salamı dedikdən sonra əllərini yuxarı qaldıraraq üç dəfə təkbir deməlidir?" İmam Sadiq (ə) buyurdu: "Həzrət Rəsulallah (s) Məkkəni fəth etdikdə səhabələri ilə birlikdə "Həcərul-əsvəd"in kənarında namaz qıldı. Namazın salamını dedikdən sonra üç dəfə əllərini yuxarı qaldırdı və təkbir dedi. Daha sonra isə dedi:
لَاۤ اِلٰهَ اِلَّا اللهُ
Allahdan qeyri İlah yoxdur.
اِلٰهًا وَاحِدًا
Tək bir İlahdır
وَ نَحْنُ لَهُ مُسْلِمُوْنَ
və biz Ona təslim olanlarıq.
لَاۤ اِلٰهَ اِلَّا اللهُ
Allahdan qeyri İlah yoxdur
وَ لَا نَعْبُدُ اِلَّا اِيَّاهُ
və yalnız Ona ibadət edirik,
مُخْلِصِيْنَ لَهُ الدِّيْنَ
dini yalnız Ona məxsus edərək,
وَ لَوْ كَرِهَ الْمُشْرِكُوْنَ
müşriklərin xoşuna gəlməsə belə.
لَاۤ اِلٰهَ اِلَّا اللهُ
Allahdan qeyri İlah yoxdur,
رَبُّنَا وَ رَبُّ اٰباۤئِنَا الْاَوَّلِيْنَ
Rəbbimiz və keçmiş atalarımızın Rəbbidir.
لَاۤ اِلٰهَ اِلَّا اللهُ
Allahdan qeyri İlah yoxdur.
وَحْدَهُ وَحْدَهُ وَحْدَهُ
Təkdir, təkdir, təkdir.
اَنْجَزَ وَعْدَهُ
O, Öz vədinə vəfa etdi,
وَ نَصَرَ عَبْدَهُ
bəndəsinə kömək etdi,
وَ اَعَزَّ جُنْدَهُ
qoşununa izzət və qüdrət bəxş etdi,
وَ هَزَمَ الْاَحْزَابَ وَحْدَهُ
tək Özü bütün dəstələrə qələbə çaldı.
فَلَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ
Elə isə hökmdarlıq və sitayiş Ona məxsusdur,
يُحْيِىْ وَ يُمِيْتُ
dirildir və öldürür,
وَ يُمِيْتُ وَ يُحْيِىْ
öldürür və dirildir.
وَ هُوَ حَىُّ لَايَمُوْتُ
O, diridir və heç vaxt ölməz,
بِيَدِهِ الْخَيْرُ
Xeyir (yalnız) Onun əlindədir
وَ هُوَ عَلٰى كُلِّشَىْءٍ قَدِيْرٌ۔
və O hər şeyə qadirdir.
2) Mərhum Kuleyni mötəbər sənədlə nəql edir ki, İmam Baqir (ə) buyurdu: Hər kim, vacib namazdan sonra ayaqlarını döndərmədən üç dəfə bu duanı oxuyarsa, Allah onun günahlarını bağışlayar, hətta çox olsa belə:
اَسْتَغْفِرُ اللهَ الَّذِىْ لَا ۤ اِلٰهَ اِلَّا هُوَ
Allahdan bağışlanma diləyirəm: o Allah ki, Ondan qeyri İlah yoxdur,
الْحَىُّ الْقَيُّوْمُ وَ اَتُوْبُ اِلَيْهِ
diri və əbədidir və Onun dərgahına tövbə edirəm.
3) Tusi "Misbahul-mutəhəccid"də müştərək təqibatda bu duanı qeyd etmişdir:
اَللّٰهُمَّ اهْدِنِىْ مِنْ عِنْدِكَ
Ey Allahım, məni Öz tərəfindən hidayət et,
وَ اَفِضْ عَلَىَّ مِنْ فَضْلِكَ
mənə Öz fəzlindən endir,
وَ انْشُرْ عَلَىَّ مِنْ رَحْمَتِكَ
mənə Öz rəhmətini aç,
وَ اَنْزِلْ عَلَىَّ مِنْ بَرَكَاتِكَ
mənə Öz bərəkətlərini nazil et;
سُبْحَانَكَ لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ
Sən münəzzəhsən, Səndən qeyri İlah yoxdur,
اِغْفِرْ لِىْ ذُنُوْبِىْ كُلَّهَا جَمِيْعًا
mənim bütün günahlarımı bağışla,
فَاِنَّهُ لَا يَغْفِرُ الذُّنُوْبَ كُلَّهَا جَمِيْعًا اِلَّا اَنْتَ
çünki Səndən qeyri kimsə bütün günahları bağışlamır.
اَللّٰهُمَّ اِنِّى اَسْئَلُكَ مِنْ كُلِّ خَيْرٍ اَحَاطَ بِهِ عِلْمُكَ
Ey Allahım, elminin əhatə etdiyi hər xeyri Səndən istəyirəm
وَ اَعُوْذُ بِكَ مِنْ كُلِّ شَرٍّ اَحَاطَ بِهِ عِلْمُكَ۔
və elminin əhatə etdiyi hər şərdən Sənə pənah aparıram.
اَللّٰهُمَّ اِنِّى اَسْئَلُكَ عَافِيَتَكَ فِىْ اُمُوْرِىْ كُلِّهَا
Ey Allahım, bütün işlərimdə Səndən salamatlıq istəyirəm;
وَ اَعُوْذُ بِكَ مِنْ خِزْىِ الدُّنْيَا وَعَذَابِ الْاٰخِرَةِ
dünya rüsvayçılığından və axirət əzabından Sənə pənah aparıram;
وَاَعُوْذُ بِوَجْهِكَ الْكَرِيْمِ
Sənin kərim zatına, (pənah aparıram)
وَ عِزَّتِكَ الَّتِىْ لَا تُرَامُ
cavidan izzətinə
وَ قُدْرَتِكَ الَّتِىْ لَا يَمْتَنِعُ مِنْهَا شَىْءٌ
və heç nəyin kənara çıxa bilmədiyi qüdrətinə
مِنْ شَرِّ الدُّنْيَا وَ الْاٰخِرَةِ
dünya və axirət şərindən,
وَ مِنْ شَرِّ الْاَوْجَاعِ كُلِّهَا
bütün dərdlərin şərindən
وَمِنْ شَرِّ كُلِّ دَآبَّةٍ اَنْتَ اٰخِذٌ بِنَاصِيَتِهَا
və Sənin ixtiyarında olan hər bir hərəkət edənin şərindən.
اِنَّ رَبِّىْ عَلٰى صِرَاطٍ مُّسْتَقِيْمٍ
Həqiqətən mənim Rəbbim düz yoldadır,
وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللهِ الْعَلِىِّ الْعَظِيْمِ
uca və əzəmətli Allahdan başqa qüvvə və sığınacaq yoxdur,
تَوَّكَلْتُ عَلَى الْحَىِّ الَّذِىْ لَا يَمُوْتُ
heç vaxt ölməyən bir diriyə təvəkkül etdim,
وَ الْحَمْدُ لِلّٰهِ الَّذِىْ لَمْ يَتَّخِذْ وَلَدًا
həmd-səna o Allaha məxsusdur ki, Özünə övlad götürməmişdir,
وَ لَمْ يَكُنْ لَهُ شَرِيْكٌ فِى الْمُلْكِ
hökmdarlıqda şəriki yoxdur,
وَ لَمْ يَكُنْ لَهُ وَلِىٌّ مِّنَ الذُّلِّ
zəif və aciz olmadığından hamiyə ehtiyacı yoxdur,
وَ كَبِّرْهُ تَكْبِيْرًا۔
Onu çox-çox uca tut.
4) Namazdan sonra Xanım Fatimə-Zəhra (s.ə) təsbihini deməyin çox böyük fəziləti vardır. İmam Sadiq (ə) buyurmuşdur: "Biz uşaqlarımıza namaz qılmağı əmr etdiyimiz kimi, Xanım Zəhranın (s.ə) təsbihini deməyi də əmr edirik. Bu təsbihi tərk etmə. Hər kim onu davamlı deyərsə, səadətdən məhrum qalmayacaq." Mötəbər bir hədisdə buyurulur ki, "Ey iman gətirənlər, Allahı çoxlu zikr edin!" ayəsindəki "çoxlu zikr" ifadəsində bu təsbih nəzərdə tutulur və hər kim onu davamlı deyərsə, Allahı çox yad etmiş və bu ayəyə əməl etmişdir. Mötəbər bir hədisdə İmam Baqir (ə) buyurur: "Hər kim, Xanım Zəhranın (s.ə) desə və ondan sonra bağışlanma diləsə, Allah onu bağışlayar. Bu təsbih dildə yüz dənə olsa da, lakin əməl tərəzisində min dənə hesab olunur. Bu təsbih şeytanı insandan qovur və Rəhman Allahı razı edir." Başqa bir mötəbər hədisdə İmam Sadiq (ə) buyurur: "Hər vacib namazdan sonra Xanım Fatimə-Zəhranın (s.ə) təsbihini demək mənim üçün hər gün min rəkət namaz qılmaqdan daha sevimlidir." Xanım Fatimə-Zəhranın (s.ə) təsbihinin qaydasına gəlincə, bu barədə olan hədislər bir qədər fərqlidir. Lakin məşhur və vazeh olan budur: 34 dəfə: "Əllahu Əkbər" 33 dəfə: "Əlhəmdu lilləh" 33 dəfə: "Subhanəllah". Həmçinin Xanım Fatimə-Zəhranın (s.ə) təsbihindən sonra bir dəfə "Lə iləhə illəllah" demək sünnədir.
5) Mötəbər bir hədisdə İmam Sadiq (ə) buyurub: "Hər kim namazdan sonra dizlərini tərpətməmiş və ayağa qalxmamış on dəfə bu zikri deyərsə, onun çoxlu günahları bağışlanar və əməl dəftərinə çoxlu savab yazılar:
اَشْهَدُ اَنْ لَاۤ اِلٰهَ اِلَّا اللهُ
Şəhadət verirəm ki, Allahdan qeyri İlah yoxdur,
وَحْدَهُ لَا شَرِيْكَ لَهُ
yeganədir və şəriki yoxdur,
اِلٰهًا وَاحِدًا
yeganə İlahdır,
اَحَدًا فَرْدًا صَمَدًا
tək və ehtiyacsızdır,
لَمْ يَتَّخِذْ صَاحِبَةً وَ لَا وَلَدًا۔
Özünə yoldaş və övlad götürməmişdir.
Hədislərdə bu zikr üçün çoxlu fəzilətlər bəyan olunmuşdur, xüsusilə də bu zikri sübh və işa namazından sonra, günəş doğarkən və qürub edərkən oxumağın böyük fəziləti vardır.
6) Şeyx Tusi "Misbahul-mutəhəccid"də namazın təqibatında bu duanı qeyd etmişdir:
سُبْحَانَ اللهِ كُلَّمَا سَبَّحَ اللهَ شَىْءٌ
Allah münəzzəhdir: hər hansı varlıq Allahı münəzzəh tutduğu (Ona təsbih dediyi) hər bir zamanda.
وَ كَمَا يُحِبُّ اللهُ اَنْ يُّسَبَّحَ
Allah münəzzəhdir: Allah necə münəzzəh tutulmasını sevirsə.
وَ كَمَا هُوَ اَهْلُهُ
Allah münəzzəhdir: Ona necə bir münəzzəhlik layiqdirsə.
وَ كَمَا يَنْبَغِىْ لِكَرَمِ وَجْهِهِ وَ عِزِّ جَلَالِهِ
Allah münəzzəhdir: Onun kərim zatına və uca izzətinə necə bir münəzzəhlik layiqdirsə.
وَ الْحَمْدُ لِلّٰهِ كُلَّمَا حَمِدَ اللهَ شَىْءٌ
Həmd-səna Allaha məxsusdur: hər hansı varlıq Allaha həmd-səna dediyi hər bir zamanda.
وَ كَمَا يُحِبُّ اللهُ اَنْ يُحْمَدَ
Həmd-səna Allaha məxsusdur: Allah necə həmd-səna olunmasını sevirsə.
وَ كَمَا هُوَ اَهْلُهُ
Həmd-səna Allaha məxsusdur: Ona necə bir həmd-səna layiqdirsə.
وَ كَمَا يَنْبَغِىْ لِكَرَمِ وَجْهِهِ وَ عِزِّ جَلَالِهِ
Həmd-səna Allaha məxsusdur: Onun kərim zatına və uca izzətinə necə bir həmd-səna layiqdirsə.
وَ لَاۤ اِلٰهَ اِلَّا اللهُ كُلَّمَا هَلَّلَ اللهَ شَىْءٌ
Allahdan qeyri İlah yoxdur: hər hansı varlıq Allahı yeganə İlah olaraq yad etdiyi hər bir zamanda.
وَ كَمَا يُحِبُّ اللهُ اَنْ يُّهَلَّلَ
Allahdan qeyri İlah yoxdur: Allah necə yeganə İlah olaraq yad edilməsini sevirsə.
وَ كَمَا هُوَ اَهْلُهُ
Allahdan qeyri İlah yoxdur: O, necə bir ""təhlil""ə layiqdirsə.
وَ كَمَا يَنْبَغِىْ لِكَرَمِ وَجْهِهِ وَ عِزِّ جَلَالِهِ۔
Allahdan qeyri İlah yoxdur: Onun kərim zatına və uca izzətinə necə bir ""təhlil"" layiqdirsə.
وَ اللهُ اَكْبَرُ كُلَّمَا كَبَّرَ اللهَ شَىْءٌ
Allah böyükdür: hər hansı varlıq Allahı böyük tutduğu hər bir zamanda.
وَ كَمَا يُحِبُّ اللهُ اَنْ يُّكَبَّرَ
Allah böyükdür: Allah necə böyük tutulmasını sevirsə.
وَ كَمَا هُوَ اَهْلُهُ
Allah böyükdür: O, necə bir ""təkbir""ə layiqdirsə.
وَ كَمَا يَنْبَغِىْ لِكَرَمِ وَجْهِهِ وَ عِزِّ جَلَالِهِ
Allah böyükdür: Onun kərim zatına və uca izzətinə necə bir ""təkbir"" layiqdirsə.
سُبْحَانَ اللهِ
Allah münəzzəhdir,
وَ الْحَمْدُ لِلّٰهِ
həmd-səna Allaha məxsusdur,
وَ لَاۤ اِلٰهَ اِلَّا اللهُ
Allahdan qeyri İlah yoxdur
وَ اللهُ اَكْبَرُ
və Allah böyükdür
عَلٰى كُلِّ نِعْمَةٍ اَنْعَمَ بِهَا عَلَىَّ
mənə verdiyi hər nemətin müqabilində.
وَ عَلٰى كُلِّ اَحَدٍ مِّنْ خَلْقِهِ
və məxluqatından hər birinə -
مِمَّنْ كَانَ اَوْ يَكُوْنُ اِلٰى يَوْمِ الْقِيَامَةِ
indiyədək olmuş və Qiyamət gününədək olacaq hər bir məxluqa.
اَللّٰهُمَّ اِنِّى اَسْئَلُكَ اَنْ تُصَلِّىَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Səndən istəyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən;
وَ اَسْئَلُكَ مِنْ خَيْرِ مَا اَرْجُوْ
ümid etdiklərimin ən yaxşısını Səndən istəyirəm;
وَ خَيْرِ مَا لَا اَرْجُوْ
və ümid etmədiklərimin ən yaxşısını;
وَ اَعُوْذُ بِكَ مِنْ شَرِّ مَا اَحْذَرُ
qorxduğum şeyin şərindən Sənə pənah aparıram
وَ مِنْ شَرِّ مَا لَا اَحْذَرُ۔
və qorxmadığım şeyin şərindən.
7) Vacib namazdan sonra bəzi surələri və ayələri oxumaq müstəhəbdir:
a) Fatihə surəsi:
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ(1)
1. Rəhman və Rəhim olan Allahın adı ilə.
اَلْحَمْدُ لِلّٰهِ رَبِّ الْعٰلَمِيْنَۙ‏(2)
2. Həmd və sitayiş aləmlərin (mələklər, insanlar, cinlər, heyvanlar və cansız əşyalar aləminin) idarə edəni, mütləq hökmdarı və yaradaraq nəzmə salanı olan Allaha məxsusdur.
الرَّحْمٰنِ الرَّحِيْمِۙ‏(3)
3. (Rəhmət və mehribanlığı bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə şamil olan) Rəhimli və mehriban Allaha.
مٰلِكِ يَوْمِ الدِّيْنِؕ‏(4)
4. Cəza gününün sahib və hökmdarına.
اِيَّاكَ نَعْبُدُ وَاِيَّاكَ نَسْتَعِيْنُؕ‏(5)
5. (Pərvərdigara!) Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
اِهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيْمَۙ‏(6)
6. Bizi (əqidə, elm, əxlaq və əməllərdə) doğru yola hidayət (və həmin yolda dayanıqlı) et.
صِرَاطَ الَّذِيْنَ اَنْعَمْتَ عَلَيْهِمْ ۙ‏ غَيْرِ الْمَغْضُوْبِ عَلَيْهِمْ وَلَا الضَّآلِّيْنَ‏(7)
7. (Peyğəmbərlər və onların həqiqi ardıcılları kimi) nemət verdiyin kəslərin – (Sənin) qəzəb(in)ə düçar olmamış və azmamışların yoluna!
b) Ayətəl-kürsi (Bəsqərə, 255-257):
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Rəhman və Rəhim olan Allahın adı ilə.
اللّٰهُ لَاۤ اِلٰهَ اِلَّا هُوَ الْحَىُّ الْقَيُّوْمُۚ  لَا تَاْخُذُهٗ سِنَةٌ وَّلَا نَوْمٌ‌ؕ لَهٗ مَا فِى السَّمٰوٰتِ وَمَا فِى الْاَرْضِ‌ؕ مَنْ ذَا الَّذِىْ يَشْفَعُ عِنْدَهٗۤ اِلَّا بِاِذْنِهٖ‌ؕ يَعْلَمُ مَا بَيْنَ اَيْدِيْهِمْ وَمَا خَلْفَهُمْ‌ۚ وَلَا يُحِيْطُوْنَ بِشَىْءٍ مِّنْ عِلْمِهٖۤ اِلَّا بِمَا شَآءَ ۚ وَسِعَ كُرْسِيُّهُ السَّمٰوٰتِ وَالْاَرْضَ‌‌ۚ وَلَا يَئُوْدُهٗ حِفْظُهُمَا ‌ۚ وَ هُوَ الْعَلِىُّ الْعَظِيْمُ‏(255)
255. Allahdan başqa heç bir məbud yoxdur. Əbədi, əzəli varlıq Odur. O, nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Allahın izni olmadan qiyamətdə onun hüzurunda kim şəfaət edə bilər?! O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Yaranmışlar Allahın elmindən, Onun özünün istədiyindən başqa, heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək onun üçün heç də çətin deyil. Ən uca, ən böyük varlıq da Odur!
لَاۤ اِكْرَاهَ فِى الدِّيْنِ‌ۙ  قَد تَّبَيَّنَ الرُّشْدُ مِنَ الْغَىِّ‌ۚ فَمَنْ يَّكْفُرْ بِالطَّاغُوْتِ وَيُؤْمِنْۢ بِاللّٰهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقٰى لَا انْفِصَامَ لَهَا‌‌ ؕ وَاللّٰهُ سَمِيْعٌ عَلِيْمٌ‏(256)
256. Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Kim Şeytanı inkar edib Allaha inam gətirsə, o, artıq qırıla bilməyən ipdən yapışmış olur. Allah eşidəndir, biləndir.
اَللّٰهُ وَلِىُّ الَّذِيْنَ اٰمَنُوْا يُخْرِجُهُمْ مِّنَ الظُّلُمٰتِ اِلَى النُّوْرِ‌ؕ  وَالَّذِيْنَ كَفَرُوْۤا اَوْلِيٰٓئُهُمُ الطَّاغُوْتُۙ يُخْرِجُوْنَهُمْ مِّنَ النُّوْرِ اِلَى الظُّلُمٰتِ‌ؕ اُولٰٓئِكَ اَصْحٰبُ النَّارِ‌‌ۚ هُمْ فِيْهَا خٰلِدُوْنَ‏(257)
257. Allah ona iman gətirənlərin dostudur, onları zülmətdən çıxardıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Şeytandır. Onları işıqdan ayırıb, zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada əbədi olaraq qalacaqlar.
c) "Şəhadət" ayəsi (Ali-İmran, 18-19):
شَهِدَ اللّٰهُ اَنَّهٗ لَاۤ اِلٰهَ اِلَّا هُوَۙ وَالْمَلٰٓئِكَةُ وَاُولُوا الْعِلْمِ قَآئِمًا ۢ بِالْقِسْطِ‌ؕ لَاۤ اِلٰهَ اِلَّا هُوَ الْعَزِيْزُ الْحَكِيْمُؕ‏(18)
18. Allah ədalətə əsaslanaraq ondan başqa bir məbudun olmamasına şəhadət verdi. Həmçinin mələklər və elm sahibləri. Ondan başqa bir məbud yoxdur. Yenilməz qüdrət və hikmət sahibidir.
اِنَّ الدِّيْنَ عِنْدَ اللّٰهِ الْاِسْلَامُ وَمَا اخْتَلَفَ الَّذِيْنَ اُوْتُوا الْكِتٰبَ اِلَّا مِنْۢ بَعْدِ مَا جَآءَهُمُ الْعِلْمُ بَغْيًا ۢ بَيْنَهُمْ‌ؕ وَمَنْ يَّكْفُرْ بِاٰيٰتِ اللّٰهِ فَاِنَّ اللّٰهَ سَرِيْعُ الْحِسَابِ‏(19)
19. Həqiqətən, Allah yanında din İslamdır! Kitab verilmiş kəslər yalnız onlara elm gəldikdən sonra aralarındakı həsəd və hikkə üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, (bilsin ki) Allah tezliklə haqq-hesab çəkəndir.
ç) "Mülk" ayəsi (Ali-İmran 26-27):
قُلِ اللّٰهُمَّ مٰلِكَ الْمُلْكِ تُؤْتِى الْمُلْكَ مَنْ تَشَآءُ وَتَنْزِعُ الْمُلْكَ مِمَّنْ تَشَآءُ وَتُعِزُّ مَنْ تَشَآءُ وَتُذِلُّ مَنْ تَشَآءُ‌ ؕ بِيَدِكَ الْخَيْرُ‌ؕ اِنَّكَ عَلٰى كُلِّ شَىْءٍ قَدِيْرٌ‏(26)
26. De: "Allahım! Ey hər mülkün həqiqi sahibi! Ey bütün hökümətlər üzərində mütləq hakim! İstədiyin kəsə hökmdarlıq verir və istədiyin kəsdən hökmdarlığı alırsan, istədiyinə izzət verir və istədiyini xar edirsən! Xeyir Sənin əlindədir. Doğrudan da Sən hər bir şeyə qadirsən".
تُوْلِجُ الَّيْلَ فِى النَّهَارِ وَتُوْلِجُ النَّهَارَ فِى الَّيْلِ‌ وَتُخْرِجُ الْحَىَّ مِنَ الْمَيِّتِ وَتُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَىِّ‌ وَتَرْزُقُ مَنْ تَشَآءُ بِغَيْرِ حِسَابٍ‏(27)
27. "Gecəni gündüzə və gündüzü gecəyə qatırsan və ölüdən diri və diridən ölü çıxarırsan və istədiyinə ruzi verirsən".
d) "Səxrə" ayəsi (Əraf, 54-56):
اِنَّ رَبَّكُمُ اللّٰهُ الَّذِىْ خَلَقَ السَّمٰوٰتِ وَ الْاَرْضَ فِىْ سِتَّةِ اَيَّامٍ ثُمَّ اسْتَوٰى عَلَى الْعَرْشِ يُغْشِى الَّيْلَ النَّهَارَ يَطْلُبُهٗ حَثِيْثًا ۙ وَّالشَّمْسَ وَالْقَمَرَ وَالنُّجُوْمَ مُسَخَّرٰتٍۢ بِاَمْرِهٖ ؕ اَلَا لَهُ الْخَلْقُ وَالْاَمْرُ‌ ؕ تَبٰرَكَ اللّٰهُ رَبُّ الْعٰلَمِيْنَ‏(54)
54. Həqiqətən, sizin Rəbbiniz göyləri və yeri altı gündə (altı günə bərabər bir müddət ərzində, yaxud altı gecə-gündüzdə, yaxud da altı mərhələdə) yaratmış Allahdır. Sonra (varlıq aləminin idarə) taxt(ın)a hakim oldu. O, gecəni (pərdə kimi) gündüzə bürüyür. Belə ki, gecə daim gündüzü tələb edir və gündüz daim gecəni axtarır. (Sonsuz fəzada) Onun əmrinə ram və təslim olan gecəni, ayı və ulduzları yaratdı. Bil ki, yaradılış və (bütün yaradılmışlara ən təsirli) əmr Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah sabit, əbədi və çox bərəkətlidir.
اُدْعُوْا رَبَّكُمْ تَضَرُّعًا وَّخُفْيَةً‌ ؕ اِنَّهٗ لَا يُحِبُّ الْمُعْتَدِيْنَ‌ ۚ‏(55)
55. Rəbbinizi yalvarıb-yaxararaq və gizlin çağırın (və istəməkdə ağıl çərçivəsindən çıxıb həddi aşmayın). Həqiqətən, O, həddi aşanları sevmir.
وَلَا تُفْسِدُوْا فِى الْاَرْضِ بَعْدَ اِصْلَاحِهَا وَادْعُوْهُ خَوْفًا وَّطَمَعًا‌ ؕ اِنَّ رَحْمَتَ اللّٰهِ قَرِيْبٌ مِّنَ الْمُحْسِنِيْنَ‏(56)
56. Yer üzündə onun (peyğəmbərlər və səmavi şəriətlər vasitəsilə) düzəlməsindən sonra (küfr və fisqlə) fəsad törətməyin və Onu qorxu və ümidlə çağırın ki, həqiqətən, Allahın rəhməti yaxşılara və yaxşılıq edənlərə yaxındır.
8) Üç dəfə bu ayəni oxuyun (Əl-Səffat,180-182):
سُبْحٰنَ رَبِّكَ رَبِّ الْعِزَّةِ عَمَّا يَصِفُوْنَ‌ۚ‏(180)
180. Sənin Rəbbin - izzət Rəbbi onların vəsf etdiklərindən münəzzəhdir.
وَسَلٰمٌ عَلَى الْمُرْسَلِيْنَ‌ۚ‏(181)
181. Salam olsun elçilərə.
وَالْحَمْدُ لِلّٰهِ رَبِّ الْعٰلَمِيْنَ‌‏(182)
182. Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur.
9) Şeyx Kuleyni, Şeyx Səduq və başqaları səhih sənədlərlə nəql etmişlər ki, İmam Sadiq (ə) buyurub: Cəbrail zindanda Həzrət Yusifin (ə) yanına gəlib dedi: Hər namazdan sonra de:
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
وَ اجْعَلْ لِىْ مِنْ اَمْرِىْ فَرَجًا وَ مَخْرَجًا
və işimdə mənim üçün həll və çıxış yolu qərar ver,
وَ ارْزُقْنِىْ مِنْ حَيْثُ اَحْتَسِبُ وَ مِنْ حَيْثُ لَاۤ اَحْتَسِبُ۔
bildiyim və bilmədiyim yerdən mənə ruzi ver.
Bu dua Cəbrayıl tərəfindən Yusif peyğəmbərə (ə) o, zindanda olarkən öyrədilmişdir.
10) Sağ əlinlə saqqalından tut və sol əlini göyə qaldırıb yeddi dəfə yeddi dəfə bu duanı de:
يَا رَبَّ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Məhəmməd və ali Məhəmmədin rəbbi,
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Məhəmməd və ali Məhəmmədə salavat göndər
وَ عَجِّلْ فَرَجَ اٰلِ مُحَمَّدٍ
və ali Məhəmmədin fərəcini tezləşdir.
Sonra üç dəfə de:
يَا ذَا الْجَلَالِ وَ الْاِكْرَامِ
Ey cəlalət və ikram sahibi,
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Məhəmməd və Ali-Məhəmmədə salavat göndər,
وَ ارْحَمْنِىْ وَ اَجِرْنِىْ مِنَ النَّارِ۔
və mənə rəhm edib cəhənnəm odundan qoru.
11) Mərhum Şeyx Səduq, Şeyx Tusi və başqaları mötəbər sənədlərlə nəql etmişlər ki, Əmirəl-möminin Əli (ə) buyurub: "Kim istəyirsə ki, qarışıqdan təmizlənmiş qızıl kimi bütün günahlardan təmizlənərək bu dünyadan köçsün və heç kim də ondan haqq tələb etməsin, gündəlik beş namazdan sonra Allahın sifətlərini bəyan edən surəni (yəni İxlas surəsini) oxusun, sonra əllərini göyə qaldırıb bu duanı öxusun." Daha sonra o həzrət buyurdu: "Bu dua gizli sirlərdəndir və Rəsulallah (s) onu mənə təlim etmişdir. Mənə tapşırdı ki, bu duanı Həsən və Hüseynə də öyrədim. Dua belədir:
اَللّٰهُمَّ اِنِّىْ اَسْئَلُكَ بِاسْمِكَ الْمَكْنُوْنِ الْمَخْزُوْنِ
Ey Allahım, Səndən istəyirəm örtülü, gizlin adına xatir,
الطَّاهِرِ الطُّهْرِ الْمُبَارَكِ
pak, pakizə və mübarək (adına),
وَ اَسْئَلُكَ بِاسْمِكَ الْعَظِيْمِ
Səndən istəyirəm əzəmətli adına
وَ سُلْطَانِكَ الْقَدِيْمِ
və qədim hökmdarlığına xatir,
يَا وَاهِبَ الْعَطَايَا
ey nemətlər bəxş edən,
وَ يَا مُطْلِقَ الْاُسَارٰى
ey əsirləri azad edən,
وَ يَا فَكَّاكَ الرِّقَابِ مِنَ النَّارِ
ey insanları oddan xilas edən,
اَسْئَلُكَ اَنْ تُصَلِّىَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Məhəmməd və Ali-Məhəmmədə salam göndər,
وَ اَنْ تُعْتِقَ رَقَبَتِىْ مِنَ النَّارِ
məni oddan xilas et,
وَ اَنْ تُخْرِجَنِىْ مِنَ الدُّنْيَا سَالِمًا
məni dünyadan imanlı apar
وَ [اَنْ] تُدْخِلَنِى الْجَنَّةَ اٰمِنًا
və salamatlıqla Cənnətə daxil et,
وَ اَنْ تَجْعَلَ دُعَاۤئِىْ اَوَّلَهُ فَلَاحًا
duamın əvvəlini nicat,
وَ اَوْسَطَهُ نَجَاحًا
ortasını uğur
وَ اٰخِرَهُ صَلَاحًا
və sonunu ləyaqət qərar ver,
اِنَّكَ اَنْتَ عَلَّامُ الْغُيُوْبِ
həqiqətən Sən qeybi bilənsən.
12) Mərhum Şeyx Mufid "Əmali" kitabında yazır ki, Məhəmməd ibn Hənəfiyyə dedi: "Bir gün atam Əmirəl-möminini (ə) təvaf edərkən gördüm. Bu vaxt o, bir kişi gördü ki, Kəbənin pərdəsindən tutub bir dua oxuyurdu. O kişi Əmirəl-mömininə (ə) dedi: "Bu duanı hər namazdan sonra oxu. And olsun Allaha, bu duanı hər namazdan sonra oxuyan möminin Allah çox günahlarını bağışlayar." Əmirəl-möminin (ə) buyurdu: "Mən bu duanı bilirəm və o kişi Həzrət Xızır idi." Dua belədir:
يَا مَنْ لَا يَشْغَلُهُ سَمْعٌ عَنْ سَمْعٍ
Ey o kəs ki, bir sözü eşitmək Onu başqa bir sözü eşitməkdən saxlamır.
وَ يَا مَنْ لَا يُغَلِّطُهُ السَّاۤئِلُوْنَ
Ey o kəs ki, diləyənlərin çoxluğu Onu səhvə salmır.
وَ يَا مَنْ لَايُبْرِمُهُ اِلْحَاحُ الْمُلِحِّيْنَ
Ey o kəs ki, israrla istəyənlərin israrı Onu yormur.
اَذِقْنِىْ بَرْدَ عَفْوِكَ
Əfv və məğfirətinin ləzzətini,
وَ حَلَاوَةَ رَحْمَتِكَ وَ مَغْفِرَتِكَ۔
rəhmətinin və məğfirətinin şirinliyini mənə dadızdır.
13) Əmirəl-möminin əli (ə) buyurub: Hər namazdan sonra bu duanı oxu:
اِلٰهِىْ هٰذِهِ صَلٰوتِىْ صَلَّيْتُهَا
Ey mənim Məbudum, bu, mənim namazımdır və mən onu qıldım,
لَا لِحَاجَةٍ مِنْكَ اِلَيْهَا
nəinki Sənin ona ehtiyacın
وَ لَا رَغْبَةٍ مِنْكَ فِيْهَا
və rəğbətin vardır,
اِلَّا تَعْظِيْمًا وَ طَاعَةً
əksinə bu, Səni təzim etmək, Sənə itaət etmək
وَاِجَابَةً لَكَ اِلٰى مَا اَمَرْتَنِىْ بِهِ
və Sənin əmrini qəbul etməkdən ötrüdür.
اِلٰهِىْ اِنْ كَانَ فِيْهَا خَلَلٌ اَوْ نَقْصٌ
Ey mənim Məbudum, əgər onun nöqsanı varsa,
مِنْ رُكُوْعِهَا اَوْ سُجُوْدِهَا
rüku və səcdələrində,
فَلَا تُؤَ اخِذْنِىْ
məni buna görə cəzalandırma;
وَ تَفَضَّلْ عَلَىَّ بِالْقَبُوْلِ وَ الْغُفْرَانِ ۔
onu qəbul etməklə və məni bağışlamaqla mənə minnət qoy.
14) Namazın təqibatında bu duanı oxu. Həzrət Rəsulallah (s) onu yaddaşın güclənməsi üçün Həzrət Əliyə (ə) təlim etmişdir:
سُبْحَانَ مَنْ لَايَعْتَدِىْ عَلٰى اَهْلِ مَمْلَكَتِهِ
Münəzzəhdir o kəs ki, hökmdarlığı altında olanlara zülm etmir.
سُبْحَانَ مَنْ لَا يَاْخُذُ اَهْلَ الْاَرْضِ بِاَلْوَانِ الْعَذَابِ
Münəzzəhdir o kəs ki, yer əhlini müxtəlif əzablarla cəzalandırmır.
سُبْحَانَ الرَّؤُفِ الرَّحِيْمِ
Mehriban və mərhəmətli (Allah) münəzzəhdir!
اَللّٰهُمَّ اجْعَلْ لِىْ فِىْ قَلْبِىْ نُوْرًا وَ بَصَرًا
Ey Allahım, qəlbimdə nur, bəsirət,
وَ فَهْمًا وَ عِلْمًا
dərk və elm qərar ver,
اِنَّكَ عَلٰى كُلِّشَىْ ءٍ قَدِيْرٌ ۔
həqiqətən Sən hər şeyə qadirsən.
15) "Bələdul-əmin" kitabında qeyd olunur ki, namazdan sonra üç dəfə bu duanı de:
اُعِيْذُ نَفْسِىْ وَ دِيْنِىْ
Özümü, dinimi,
وَ اَهْلِىْ وَ مَالِىْ
ailəmi, malımı,
وَ وَلَدِىْ وَ اِخْوَانِىْ فِىْ دِيْنِىْ
övladımı, din qardaşlarımı,
وَ مَا رَزَقَنِىْ رَبِّىْ وَ خَوَاتِيْمَ عَمَلِىْ
Rəbbimin mənə ruzi etdiklərini, işimin aqibətini
وَ مَنْ يَعْنِيْنِىْ اَمْرُهُ
və mənə bağlı olan kəsləri tapşırıram
بِاللهِ الْوَاحِدِ
yeganə,
الْاَحَدِ الصَّمَدِ
tək və ehtiyacsız Allaha:
الَّذِىْ لَمْ يَلِدْ وَ لَمْ يُوْلَدْ
o Allah ki, doğmamış və doğulmamışdır,
وَ لَمْ يَكُنْ لَهُ كُفُوًا اَحَدٌ
Onun bənzəri və tayı-bərabəri yoxdur;
وَ بِرَبِّ الْفَلَقِ
(o Allaha sığınıram ki,) sübhün Rəbbidir,
مِنْ شَرِّ مَا خَلَقَ
yaratdığı bütün məxluqatın şərindən,
وَ مِنْ شَرِّ غَاسِقٍ اِذَا وَقَبَ
gecə daxil olduğu vaxt hər şər varlığın şərindən,
وَ مِنْ شَرِّ النَّفَّاثَاتِ فِى الْعُقَدِ
düyünlərə ofsun üfürən kəslərin şərindən,
وَ مِنْ شَرِّ حَاسِدٍ اِذَا حَسَدَ
həsəd aparanın həsəd apardığı vaxt şərindən;
وَ بِرَبِّ النَّاسِ
(o Allaha sığınıram ki,) insanların Rəbbidir,
مَلِكِ النَّاسِ
insanların hökmdarıdır,
اِلٰهِ النَّاسِ
insanların Məbududur,
مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ
gizlin vəsvəsə edənin şərindən:
الَّذِىْ يُوَسْوِسُ فِىْ صُدُوْرِ النَّاسِ
o vəsvəsə edən ki, insanların sinəsinə vəsvəsə edir,
مِنَ الْجِنَّةِ وَ النَّاسِ۔
istər cinlərdən olsun, istərsə də insanlardan.
16) Hədislərin birində Həzrət Rəsulallah (s) buyurub: "Kim istəyirsə ki, Allah Qiyamət günü pis əməllərini ona xatırlatmasın və günahları üçün məhkəmə qurmasın, hər namazdan sonra bu duanı oxusun:
اَللّٰهُمَّ اِنَّ مَغْفِرَتَكَ اَرْجٰى مِنْ عَمَلِىْ
Ey Allahım, həqiqətən Sənin məğfirətin mənim əməlimdən daha ümidvericidir
وَ اِنَّ رَحْمَتَكَ اَوْسَعُ مِنْ ذَنْبِىْ
və Sənin rəhmətin mənim günahımdan daha vüsətlidir.
اَللّٰهُمَّ اِنْ كَانَ ذَنْبِىْ عِنْدَكَ عَظِيْمًا
Ey Allahım, əgər mənim günahım Sənin dərgahında böyükdürsə,
فَعَفْوُكَ اَعْظَمُ مِنْ ذَنْبِىْ
lakin Sənin əfvin mənim günahımdan daha böyükdür.
اَللّٰهُمَّ اِنْ لَمْ اَكُنْ اَهْلًا اَنْ اَبْلُغَ رَحْمَتَكَ
Ey Allahım, əgər mən Sənin rəhmətinə layiq deyiləmsə,
فَرَحْمَتُكَ اَهْلٌ اَنْ تَبْلُغَنِىْ وَ تَسَعَنِىْ
lakin Sənin rəhmətin mənə çatmağa və məni bürüməyə layiqdir.
لِاَنَّهَا وَسِعَتْ كُلَّشَىْءٍ
Çünki Sənin rəhmətin hər şeyi bürümüşdür,
بِرَحْمَتِكَ يَاۤاَرْحَمَ الرَّاحِمِيْنَ۔
rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi.
17) Şeyx Səduq qeyd edir ki, namazın təqibatında Xanım Fatimə-Zəhra (s.ə) təsbihindən sonra bu salamı de:
اَللّٰهُمَّ اَنْتَ السَّلَامُ
Ey Allahım, Sən salamsan,
وَ مِنْكَ السَّلَامُ
Sənin tərəfindəndir salam,
وَ لَكَ السَّلَامُ
Sənə aiddir salam,
وَ اِلَيْكَ يَعُوْدُ السَّلَامُ
Sənə tərəf qayıdır salam.
سُبْحَانَ رَبِّكَ رَبِّ الْعِزَّةِ عَمَّا يَصِفُوْنَ
Sənin Rəbbin – izzət Rəbbi onların vəsf etdiklərindən pak və münəzzəhdir,
وَ سَلَامٌ عَلَى الْمُرْسَلِيْنَ
salam olsun elçilərə,
وَ الْحَمْدُ لِلّٰهِ رَبِّ الْعَالَمِيْنَ
həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusudur.
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا النَّبِىُّ
Salam olsun sənə ey Peyğəmbər,
وَ رَحْمَةُ اللهِ وَ بَرَكَاتُهُ
Allahın rəhməti və bərəkəti olsun sənə.
اَلسَّلَامُ عَلَى الْاَئِمَّةِ الْهَادِيْنَ الْمَهْدِيِّيْنَ
Salam olsun hidayət edən hidayət olunmuş imamlara.
اَلسَّلَامُ عَلٰى جَمِيْعِ اَنْبِيَاۤءِ اللهِ وَ رُسُلِهِ وَ مَلَاۤئِكَتِهِ
Salam olsun Allahın bütün peyğəmbərlərinə, elçilərinə və mələklərinə.
اَلسَّلَامُ عَلَيْنَا وَ عَلٰى عِبَادِ اللهِ الصَّالِحِيْنَ
Salam olsun bizə və Allahın layiqli qullarına.
اَلسَّلَامُ عَلٰى عَلِىٍّ اَمِيْرِ الْمُؤْمِنِيْنَ،
Salam olsun Əmirəl-möminin Əliyə.
اَلسَّلَامُ عَلَى الْحَسَنِ وَ الْحُسَيْنِ
Salam olsun Həsən və Hüseynə,
سَيِّدَىْ شَبَابِ اَهْلِ الْجَنَّةِ اَجْمَعِيْنَ
bütün cənnət cavanlarının ağaları.
اَلسَّلَامُ عَلٰى عَلِىِّ بْنِ الْحُسَيْنِ زَيْنِ الْعَابِدِيْنَ
Salam olsun Zeynul-abidin Əli ibn Hüseynə.
اَلسَّلَامُ عَلٰى مُحَمَّدِ بْنِ عَلِىٍّ بَاقِرِ عِلْمِ النَّبِيِّيْنَ
Salam olsun Baqirul-elm Məhəmməd ibn Əliyə.
اَلسَّلَامُ عَلٰى جَعْفَرِ بْنِ مُحَمَّدٍ ۟اِلصَّادِقِ
Salam olsun əs-Sadiq Cəfər ibn Məhəmmədə.
اَلسَّلَامُ عَلٰى مُوْسَى بْنِ جَعْفَرٍ ۟اِلْكَاظِمِ
Salam olsun Kazimul-ğeyz Musa ibn Cəfərə.
اَلسَّلامُ عَلٰى عَلِىِّ بْنِ مُوْسَى الرِّضَا
Salam olsun ər-Rza Əli ibn Musaya.
اَلسَّلَامُ عَلٰى مُحَمَّدِ بْنِ عَلِىٍّ ۟اِلْجَوَادِ
Salam olsun əl-Cavad Məhəmməd ibn Əliyə.
اَلسَّلَامُ عَلٰى عَلِىٍّ بْنِ مُحَمَّدٍ ۟اِلْهَادِىْ
Salam olsun əl-Hadi Əli ibn Məhəmmədə.
اَلسَّلَامُ عَلَى الْحَسَنِ بْنِ عَلِي ۟اِلزَّكِىِّ الْعَسْكَرِىِّ
Salam olsun əz-Zəki əl-Əskəri Həsən ibn Əliyə.
اَلسَّلَامُ عَلَى الْحُجَّةِ بْنِ الْحَسَنِ الْقَاۤئِمِ الْمَهْدِىِّ
Salam olsun əl-Qaim əl-Məhdi Hüccət ibn Həsənə.
صَلَوَاتُ اللهِ عَلَيْهِمْ اَجْمَعِيْنَ۔
Allahın salamı olsun onların hamısına.
Sonra Allahdan öz istəklərini dilə.
18) Şeyx Kəf`əmi "Misbah" kitabında qeyd edir ki, hər namazdan sonra de:
رَضِيْتُ بِاللهِ رَبًّا
Allahın Rəbb,
وَبِالْاِسْلَامِ دِيْنًا
İslamın din,
وَ بِمُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَاٰلِهِ نَبِيًّا
Məhəmmədin – Allahın salamı olsun ona və xanidanına – peyğəmbər,
وَ بِعَلِىٍّ اِمَامًا
Əlinin imam,
وَ بِالْحَسَنِ وَ الْحُسَيْنِ
Həsənin və Hüseynin,
وَ عَلِىٍّ وَ مُحَمَّدٍ
Əlinin, Məhəmmədin,
وَ جَعْفَرٍ وَ مُوْسٰى
Cəfərin, Musanın,
وَ عَلِىٍّ وَ مُحَمَّدٍ
Əlinin, Məhəmmədin,
وَ عَلِىٍّ وَ الْحَسَنِ
Əlinin, Həsənin
وَ الْخَلَفِ الصَّالِحِ عَلَيْهِمُ السَّلَامُ
və Xələfil-salehin – salam olsun onlara –
اَئِمَّةً وَ سَادَةً وَ قَادَةً
imam, ağa və rəhbər olmalarından razıyam;
بِهِمْ اَتَوَلّىٰ وَ مِنْ اَعْدَاۤئِهِمْ اَتَبَرَّءُ۔
onları dost tutur və onların düşmənlərindən uzağam.
Sonra üç dəfə de:
اَللّٰهُمَّ اِنِّى اَسْئَلُكَ الْعَفْوَ وَالْعَافِيَةَ
Ey Allahım, mən Səndən əfv, salamatlıq
وَ الْمُعَافَاةَ فِى الدُّنْيَا وَ الْاٰخِرَةِ ۔
və dünya və axirətdə sağlamlıq istəyirəm.