Rəhman və rəhim Allahın adı ilə.
بِسْمِ اللهِ كَلِمَةُ الْمُعْتَصِمِيْنَ
Pənah aparanların kəlməsi
وَ مَقَالَةُ الْمُتَحَرِّزِيْنَ
və sığınanların sözü olan Allahın adı ilə;
وَ اَعُوْذُ بِاللهِ تَعَالٰى مِنْ جَوْرِ الْجَاۤئِرِيْنَ
sitəmkarların sitəmindən Allaha pənah aparıram,
وَ كَيْدِ الْحَاسِدِيْنَ
həsəd aparanların məkrindən
وَ بَغْـىِ الظَّالِمِيْنَ
və zalımların zülmündən;
وَ اَحْمَدُهٗ فَوْقَ حَمْدِ الْحَامِدِيْنَ
mən həmd edənlərin həmdindən Onu daha çox həmd edirəm.
اَللّٰهُمَّ اَنْتَ الْوَاحِدُ بِلَا شَرِيْكٍ
Ey Allahım, Sən şəriki olmayan yeganə
وَالْمَلِكُ بِلَا تَمْلِيْكٍ
və hökmdarlıq verilməyən hökmdarsan,
لَا تُضَآدُّ فِىْ حُكْمِكَ
Sənin hökmünə müxalif olan yoxdur
وَ لَا تُنَازَعُ فِىْ مُلْكِكَ
və hökmdarlığında Sənə qarşı çıxan yoxdur;
اَسْئَلُكَ اَنْ تُصَلِّىَ عَلٰى مُحَمَّدٍ وَاٰلِهِ
Səndən istəyirəm ki, Məhəmmədə və xanidanına salam göndərəsən,
عَبْدِكَ وَ رَسُوْلِكَ
(o ki,) Sənin bəndən və elçindir,
وَ اَنْ تُوْزِعَنِىْ مِنْ شُكْرِ نُعْمَاكَ
Sənin nemətlərinə şükür etməyi mənə nəsib edəsən,
مَا تَبْلُغُ بِىْ غَايَةَ رِضَاكَ
məni Sənin razılığının nəhayətinə qovuşduracaq qədər
وَ اَنْ تُعِيْنَنِىْ عَلٰى طَاعَتِكَ
Sənə itaət (etməkdə),
وَ لُزُوْمِ عِبَادَتِكَ
bəndəlik, ibadət etməkdə
وَاسْتِحْقَاقِ مَثُوْبَتِكَ
və Sənin mükafatlarına layiq olmaqda
بِلُطْفِ عِنَايَتِكَ
Öz lütfünlə mənə kömək edəsən,
وَ تَرْحَمَنِىْ بِصَدِّىْ عَنْ مَعَاصِيْكَ مَا اَحْيَيْتَنِىْ
nə qədər ki sağam, məni Sənə qarşı itaətsizlikdən çəkindirməklə mənə rəhm edəsən,
وَ تُوَفِّقَنِىْ لِمَا يَنْفَعُنِىْ مَا اَبْقَيْتَنِىْ
mənə faydalı olan işlərə həyatım boyu məni müvəffəq edəsən,
وَ اَنْ تَشْرَحَ بِكِتَابِكَ صَدْرِىْ
Kitabın (Quran) ilə qəlbimi (həqiqətləri dərk etmək üçün) açasan,
وَ تَحُطَّ بِتِلَاوَتِهٖ وِزْرِىْ
onu oxumaqla günahlarımı təmizləyəsən,
وَ تَمْنَحَنِىْ السَّلَامَةَ فِىْ دِيْنِىْ وَ نَفْسِىْ
dinimdə və nəfsimdə mənə salamatlıq əta edəsən,
وَلَا تُوْحِشَ بِىْ اَهْلَ اُنْسِىْ
yaxınlarımı məndən incik salmayasan,
وَ تُتِمَّ اِحْسَانَكَ فِيْمَا بَقِىَ مِنْ عُمْرِىْ
qalan ömrümdə Öz ehsanını mənə tamamlayasan,
كَمَا اَحْسَنْتَ فِيْمَا مَضٰى مِنْهُ
necə ki, ömrüm boyu mənə ehsan etmisən,
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔
ey rəhimlilərin ən rəhimlisi.