⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
0:00
BAZAR ERTƏSİ GÜNÜNÜN DUASI
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Rəhman və Rəhim Allahın adı ilə.
اَلْحَمْدُ لِلّٰهِ الَّذِىْ لَمْ يُشْهِدْ اَحَدًا
Həmd-səna o Allaha məxsusdur ki, şahid tutmadı
حِيْنَ فَطَرَ السَّمٰوَاتِ وَالْاَرْضَ
göyləri və yeri vücuda gətirdikdə
وَ لَا اتَّخَذَ مُعِيْنًا حِيْنَ بَرَءً النَّسَمَاتِ
və məxluqatı yaratdıqda Özünə köməkçi götürmədi;
لَمْ يُشَارَكْ فِى الْاِلٰهِيَّةِ
ilahlıqda şəriki
وَ لَمْ يُظَاهَرْ فِى الْوَحْدَانِيَّةِ
və yeganəlikdə dayağı yoxdur;
كَلَّتِ الْاَلْسُنُ عَنْ غَايَةِ صِفَتِهٖ
dillər Onu vəsf etməkdə
وَالْعُقُوْلُ عَنْ كُنْهِ مَعْرِفَتِهٖ
və ağıllar Onun zatının həqiqətini dərk etməkdə acizdir,
وَ تَوَاضَعَتِ الْجَبَابِرَةُ لِهَيْبَتِهٖ
təkəbbürlülər Onun heybəti qarşısında baş əymiş,
وَ عَنَتِ الْوُجُوْهُ لِخَشْيَتِهٖ
üzlər Onun qorxusundan aşağı dikilmiş
وَ انْقَادَ كُلُّ عَظِيْمٍ لِعَظَمَتِهٖ
və böyüklər Onun əzəməti qarşısında müti olmuşlar;
فَلَكَ الْحَمْدُ مُتَوَاتِرًا مُتَّسِقًا
ardıcıl və həmahəng həmd-səna Sənə məxsusdur;
وَ مُتَوَالِيًا مُسْتَوْسِقًا
və ardı-arası kəsilməyən, həmişəlik
وَ صَلَوَاتُهٗ عَلٰى رَسُوْلِهِ اَبَدًا
Allahın daimi salamı olsun Onun elçisinə,
وَ سَلَامُهٗ دَاۤئِمًا سَرْمَدًا
və əbədi salamı olsun.
اَللّٰهُمَّ اجْعَلْ اَوَّلَ يَوْمِىْ هٰذَا صَلَاحًا
Ey Allahım, bu günümün başlanğıcını xeyir,
وَّ اَوْسَطَهٗ فَلَاحًا
ortasını nicat
وَاٰخِرَهٗ نَجَاحًا
və axırını uğur qərar ver;
وَ اَعُوْذُ بِكَ مِنْ يَوْمٍ اَوَّلُهٗ فَزَعٌ
başlanğıcı qorxu,
وَ اَوْسَطُهٗ جَزَعٌ
ortası nalə
وَ اٰخِرُهٗ وَجَعٌ
və axırı əzab olan gündən Sənə pənah aparıram.
اَللّٰهُمَّ اِنِّىْ اَسْتَغْفِرُكَ لِكُلِّ نَذْرٍ نَذَرْتُهٗ
Ey Allahım, mən Səndən bağışlanma istəyirəm etdiyim hər nəzirə görə,
وَكُلِّ وَعْدٍ وَعَدْتُهٗ
və verdiyim hər vədə görə,
وَكُلِّ عَهْدٍ عَاهَدْتُهٗ
və bağladığım hər əhd-peymana görə
ثُمَّ لَمْ اَفِ بِهٖ
ki, sonra ona əməl etməmişəm.
وَ اَسْأَلُكَ فِىْ مَظَالِمِ عِبَادِكَ عِنْدِىْ
Sənin bəndələrinə etdiyim haqsızlıqlar barədə Səndən istəyirəm:
فَاَيُّمَا عَبْدٍ مِنْ عَبِيْدِكَ
Sənin qullarından hansısa bir qula
اَوْ اَمَةٍ مِنْ اِمَاۤئِكَ
və ya kənizlərindən hansısa bir kənizə
كَانَتْ لَهٗ قِبَلِىْ مَظْلِمَةٌ ظَلَمْتُهَا اِيَّاهُ
mənim tərəfimdən ona bir haqsızlıq olubsa,
فِىْ نَفْسِهٖ اَوْ فِىْ عِرْضِهٖ
onun canına və ya heysiyyətinə,
اَوْ فِىْ مَالِهٖ اَوْ فِىْ اَهْلِهٖ وَ وَلَدِهٖ
və ya malına, yaxud ailəsinə və övladına,
اَوْ غِيْبَةُ اغْتَبْتُهٗ بِهَا
yaxud onun qeybətini etmişəmsə,
اَوْ تَحَامُلٌ عَلَيْهِ بِمَيْلٍ اَوْ هَوًى
yaxud istək və ya həvayi-nəfs üzündən rəva görmüşəmsə,
اَوْ اَنَفَةٍ اَوْ حَمِيَّةٍ
yaxud təkəbbür, yaxud qəzəb,
اَوْ رِيَاۤءٍ اَوْ عَصَبِيَّةٍ
yaxud riya, yaxud təəssüb (üzündən),
غَاۤئِبًا كَانَ اَوْ شَاهِدًا
istər qiyabi, istərsə də hüzurunda,
وَّ حَيًّا كَانَ اَوْ مَيِّتًا
istər həyatda olduğu, istərsə də öldükdən sonra,
فَقَصُرَتْ يَدِىْ
indi isə əlim qısa olduğuna (çatmadığına),
وَضَاقَ وُسْعِىْ عَنْ رَدِّهَا اِلَيْهِ
ona qaytarmağa (əvəzini verməyə) vəsaətim olmadığına
وَالتَّحَلُّلِ مِنْهُ
və halallıq ala bilmədiyimə görə
فَاَسْئَلُكَ يَا مَنْ يَمْلِكُ الْحَاجَاتِ
Səndən istəyirəm, ey istəkləri həyata keçirən,
وَ هِىَ مُسْتَجِيْبَةٌ لِمَشِيَّتِهٖ
belə ki, istəklər Sənin istəyinlə həyata keçir
وَ مُسْرِعَةٌ اِلٰى اِرَادَتِهٖ
və Sənin iradənə sürətlənir -
اَنْ تُصَلِّىَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
وَ اَنْ تُرْضِيَهٗ عَنِّىْ بِمَا شِئْتَ
və istədiyin şəkildə onu məndən razı et,
وَ تَهَبَ لِىْ مِنْ عِنْدِكَ رَحْمَةً
Öz tərəfindən mənə rəhmət bəxş et,
اِنَّهٗ لَا تَنْقُصُكَ الْمَغْفِرَةُ
çünki bağışlamaq Səndən heç nəyi əskiltmir
وَ لَا تَضُرُّكَ الْمَوْهِبَةُ
və bəxş etmək Sənə ziyan vurmur,
يَا اَرْحَمَ الرَّاحِمِيْنَ
ey rəhimlilərin ən rəhimlisi.
اَللّٰهُمَّ اَوْلِنِىْ فِىْ كُلِّ يَوْمٍ ۟اِثْنَيْنِ
Ey Allahım, hər "yəvmul-isnəyn" (bazar ertəsi günü) mənə bəxş et
نِعْمَتَيْنِ مِنْكَ ثِنْتَيْنِ
Öz tərəfindən iki nemət:
سَعَادَةً فِىْ اَوَّلِهٖ بِطَاعَتِكَ
günün əvvəlində Sənə itaət etmək sayəsində "səadət"
وَ نِعْمَةً فِىْ اٰخِرِهٖ بِمَغْفِرَتِكَ
və günün axırında Sənin məğfirətin sayəsində "nemət";
يَا مَنْ هُوَ ا لْاِلٰهُ
ey o kəs ki, O, Məbuddur
وَلَا يَغْفِرُ الذُّنُوْبَ سِوَاهُ۔
və Ondan qeyri kimsə günahları bağışlamır.