ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
ÇƏRŞƏNBƏ GÜNÜNÜN DUASI
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Rəhman və Rəhim Allahın adı ilə. Həmd-səna o Allaha məxsusdur ki, gecəni örtük və yuxunu rahatlıq səbəbi qərar verdi, gündüzü yenidən həyata başlamaq səbəbi qərar verdi; həmd-səna Sənə məxsusdur, ondan ötrü ki, məni yatağımdan qaldırdın, çünki əgər istəsəydin, yuxumu həmişəlik edərdin; daimi həmd (Sənə məxsusdur): elə bir həmd ki, ardı-arası kəsilmir və həmişəlikdir, məxluqat onu saymağa qadir deyildir. Ey Allahım, həmd-səna Sənə məxsusdur, ondan ötrü ki, yaratdın və qaydaya saldın, ölçü (qədər) müəyyən etdin və hökm verdin (qəzavü-qədər müəyyən etdin), öldürdün və diriltdin, xəstələndirdin və şəfa verdin, salamatlıq verdin və giriftar etdin, ərşə müsəllət oldun, hakimiyyətinin altında olanlara əhatən vardır; Səni çağırıram o kəs kimi ki, vəsiləsi zəif və çarəsi yoxdur, ölümü yaxınlaşmış, dünyada arzuları azalmış və Sənin rəhmətinə ehtiyacı çoxalmışdır, səhlənkarlığına görə həsrəti çoxalmış, sapqınlığı və xətası artmış, Sənin dərgahına tövbəsi xalis olmuşdur; elə isə, peyğəmbərlərin sonuncusu Məhəmmədə və onun pak və pakizə Əhli-beytinə salam göndər, Məhəmmədin – Allahın salamı olsun ona və xanidanına! – şəfaətini mənə ruzi et və onunla birlikdə olmaqdan məni məhrum etmə, çünki Sən rəhimlilərin ən rəhimlisisən. Ey Allahım, "yəvmul-ərbə`a"da (çərşənbə günü) mənim dörd istəyimi həyata keçir: güc-qüvvəmi Sənə itaətdə, şövqümü Sənə ibadətdə, rəğbətimi Sənin savabında və zöhdümü Sənin acınacaqlı əzabına səbəb olan şeydə qərar ver, həqiqətən Sən istədiyinə mehribansan.
اَلْحَمْدُ لِلّٰهِ الَّذِىْ جَعَلَ اللَّيْلَ لِبَاسًا
وَّالنَّوْمَ سُبًاتًا
وَّ جَعَلَ النَّهَارَ نُشُوْرًا
لَكَ الْحَمْدُ اَنْ بَعَثْتَنِىْ مِنْ مَّرْقَدِىْ
وَلَوْ شِئْتَ جَعَلْتَهٗ سَرْمَدًا
حَمْدًا دَاۤئِمًا لَا يَنْقَطِعُ اَبَدًا
وَّلَا يُحْصِىْ لَهُ الْخَلَاۤئِقُ عَدَدًا
اَللّٰهُمَّ لَكَ الْحَمْدُ اَنْ خَلَقْتَ فَسَوَّيْتَ
وَ قَدَّرْتَ وَ قَضَيْتَ
وَ اَمَتَّ وَ اَحْيَيْتَ
وَ اَمْرَضْتَ وَ شَفَيْتَ
وَعَافَيْتَ وَ اَبْلَيْتَ
وَ عَلَى الْعَرْشِ اسْتَوَيْتَ
وَ عَلَى الْمُلْكِ احْتَوَيْتَ
اَدْعُوْكَ دُعَاۤءَ مَنْ ضَعُفَتْ وَسِيْلَتُهٗ
وَانْقَطَعَتْ حِيْلَتُهٗ
وَاقْتَرَبَ اَجَلُهٗ
وَ تَدَانٰى فِى الدُّنْيَا اَمَلُهٗ
وَاشْتَدَّتْ اِلٰى رَحْمَتِكَ فَاقَتُهٗ
وَ عَظُمَتْ لِتَفْرِيْطِهٖ حَسْرَتُهٗ
وَ كَـثُرَتْ زَلَّتُهٗ وَ عَثْرَتُهٗ
وَ خَلُصَتْ لِوَجْهِكَ تَوْبَتُهٗ
فَصَلِّ عَلٰى مُحَمَّدٍ
خَاتَمِ النَّبِيِّيْنَ
وَ عَلٰى اَهْلِ بَيْتِهِ الطَّيِّبِيْنَ الطَّاهِرِيْنَ
وَارْزُقْنِىْ شَفَاعَةَ مُحَمَّدٍ
صَلَّى اللهُ عَلَيْهِ وَ اٰلِهٖ
وَ لَا تَحْرِمْنِىْ صُحْبَتَهٗ
اِنَّكَ اَنْتَ اَرْحَمُ الرَّاحِمِيْنَ
اَللّٰهُمَّ اقْضِ لِىْ فِى الْاَرْبَعَاۤءِ اَرْبَعًا
اِجْعَلْ قُوَّتِـىْ فِىْ طَاعَتِكَ
وَ نَشَاطِىْ فِىْ عِبَادَتِكَ
وَ رَغْبَتِىْ فِىْ ثَوَابِكَ
وَ زُهْدِىْ فِيْمَا يُوْجِبُ لِىْ اَلِيْمَ عِقَابِكَ
اِنَّكَ لَطِيْفٌ لِّمَا تَشَاۤءُ۔