⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
0:00
CÜMƏ GÜNÜNÜN DUASI
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Rəhman və Rəhim Allahın adı ilə.
اَلْحَمْدُ لِلّٰهِ الْاَوَّلِ قَبْلَ الْاِنْشَاۤءِ وَالْاِحْيَاۤءِ
Həmd-səna əvvəl olan Allaha məxsusdur ki, yaratmaqdan və diriltməkdən qabaqdır;
وَالْاٰخِرِ بَعْدَ فَنَاۤءِ الْاَشْيَاۤءِ
axır olan Allaha (məxsusudur) ki, hər şey fani olduqdan sonradır;
الْعَلِيْمِ الَّذِىْ لَا يَنْسٰى مَنْ ذَكـَرَهٗ
alim olan (Allaha məxsusdur) ki, Onu yad edəni unutmur,
وَ لَا يَنْقُصُ مَنْ شَكـَرَهٗ
Ona şükür edəndən (nemətini) əskiltmir,
وَ لَا يَخِيْبُ مَنْ دَعَاهُ
Onu çağıranı naümid etmir,
وَ لَا يَقْطَعُ رَجَاۤءَ مَنْ رَجَاهُ
Ona ümid bağlayanın ümidini qırmır.
اَللّٰهُمَّ اِنِّىْ اُشْهِدُكَ
Ey Allahım, mən Səni şahid tuturam
وَ كَفٰى بِكَ شَهِيْدًا
və Sənin şahidliyin yetər,
وَّ اُشْهِدُ جَمِيْعَ مَلَاۤئِكَتِكَ
və Sənin bütün mələklərini şahid tuturam,
وَ سُكَّانَ سَمٰوَاتِكَ
səmalarının sakinlərini
وَ حَمَلَةَ عَرْشِكَ
və ərşini daşıyanları,
وَ مَنْ بَعَثْتَ مِنْ اَنْبِيَاۤئِكَ وَ رُسُلِكَ
göndərdiyin peyğəmbərləri və elçiləri,
وَ اَنْشَاْتَ مِنْ اَصْنَافِ خَلْقِكَ
və yaratdığın bütün məxluqatı şahid tuturam,
اَنِّىْ اَشْهَدُ اَنَّكَ اَنْتَ اللهُ
və şəhadət verirəm ki, Sən o Allahsan,
لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ وَحْدَكَ
Səndən qeyri İlah yoxdur, yeganəsən,
لَا شَرِيْكَ لَكَ وَ لَا عَدِيْلَ
şərikin, tayın-bərabərin yoxdur,
وَ لَا خُلْفَ لِقَوْلِكَ وَ لَا تَبْدِيْلَ
sözünə xilaf çıxmaz və onu dəyişməzsən;
وَ اَنَّ مُحَمَّدً صَلَّى اللهُ عَلَيْهِ وَ اٰلِهٖ عَبْدُكَ وَ رَسُوْلُكَ
(həmçinin şəhadət verirəm ki,) Məhəmməd – Allahın salamı olsun ona və xanidanına – Sənin bəndən və elçindir,
اَدّٰى مَا حَمَّلْتَهٗ اِلَى الْعِبَادِ
o, bəndələrə çatdırmaq üçün ona tapşırdıqlarını çatdırdı,
وَجَاهَدَ فِىْ اللهِ عَزَّ وَ جَلَّ حَقَّ الْجِهَادِ
izzətli və cəlalətli Allah yolunda layiqincə cihad etdi,
وَ اَنَّهٗ بَشَّرَ بِمَا هُوَ حَقٌّ مِنَ الثَّوَابِ
haqq olan savabı müjdə verdi,
وَ اَنْذَرَ بِمَا هُوَ صِدْقٌ مِنَ الْعِقَابِ
haqq olan əzab ilə qorxutdu.
اَللّٰهُمَّ ثَبِّتْنِىْ عَلٰى دِيْنِكَ مَا اَحْيَيْتَنِىْ
Ey Allahım, nə qədər ki sağam, məni Öz dinində sabitqədəm et,
وَ لَا تُزِغْ قَلْبِىْ بَعْدَ اِذْ هَدَيْتَنِىْ
məni hidayət etdikdən sonra qəlbimi azdırma,
وَ هَبْ لِىْ مِنْ لَدُنْكَ رَحْمَةً
Öz tərəfindən mənə rəhmət bəxş et,
اِنَّكَ اَنْتَ الْوَهَّابُ
həqiqətən Sən çox bəxş edənsən;
صَلِّ عَلٰى مُحَمَّدٍ وَّ عَلٰى اٰلِ مُحَمَّدٍ
Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
وَّاجْعَلْنِىْ مِنْ اَتْبَاعِهٖ وَ شِيْعَتِهٖ
məni onun davamçılarından və ardıcıllarından qərar ver,
وَاحْشُرْنِىْ فِىْ زُمْرَتِهٖ
məni onun zümrəsində məhşur et,
وَ وَفِّقْنِىْ لِاَدَاۤءِ فَرْضِ الْجُمُعَاتِ
cümə günlərində vacib əməlləri yerinə yetirməyə müvəffəq et,
وَ مَا اَوْجَبْتَ عَلَىَّ فِيْهَا مِنَ الطَّاعَاتِ
və mənə onda vacib etdiyin itaətlərə,
وَ قَسَمْتَ لِاَهْلِهَا مِنَ الْعَطَاۤءِ
və Qiyamət günü cümə əhlinə qismət etdiyin bəxşişə (müvəffəq et),
فِىْ يَوْمِ الْجَزَاۤءِ
cəza günündə,
اِنَّكَ اَنْتَ الْعَزِيْزُ الْحَكِيْمُ۔
həqiqətən Sən izzət və hikmət sahibisən.