⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
Mötəbər bir hədisdə İmam Sadiq (ə) buyurub: "Cümə gecəsi və gümə günü səmadan yerə bir dəstə mələk enir ki, cümə gününün qürubunadək onların işi Məhəmmədə və Ali-Məhəmmədə salavat deyənlərin savabını yazmaqdır."
Sonra o həzrət buyurdu: "Cümə günü min dəfə və başqa günlərdə yüz dəfə salavat demək sünnədir."
Başqa bir hədisdə Həzrət Rəsulallah (s) buyurub: "Çox işıqlı gecədə və çox aydın gündüzdə, yəni cümə gecəsi və cümə günündə mənə çoxlu salavat göndərin." O həzrətdən soruşdular: "Çoxlu salavat dedikdə nə qədər salavatı nəzərdə tutursunuz?" O həzrət buyurdu: "Yüz dəfə və nə qədər artıq olsa daha yaxşıdır."
Hədisə istinadən salavatı bu qaydada demək müstəhəbdir:
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
وَ عَجِّلْ فَرَجَهُمْ
onların fərəcini (zühurunu) tezləşdir,
وَ اَهْلِكْ عَدُوَّهُمْ
və onların düşmənlərini həlak et,
مِنَ الْجِنِّ وَ الْاِنْسِ
cinlərdən və insanlardan olan,
مِنَ الْاَوَّلِيْنَ وَ الْاٰخِرِيْنَ۔
əvvəlincilərdən və axırıncılardan (olan düşmənlərini).