⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
CÜMƏ GÜNÜNÜN ƏMƏLLƏRİ
1) Cümə günü sübh namazının birinci rəkətində Fatihədən sonra Cümə surəsini, ikinci rəkətində İxlas surəsini oxu.
2) Sübh namazından sonra heç nə danışmadan qabaq bu duanı oxu ki, bu cümədən gələn cüməyədək günahlarının kəffarəsi olsun:
اَللّٰهُمَّ مَا قُلْتُ فِي جُمُعَتِيْ هٰذِهِ مِنْ قَوْلٍ
Ey Allahım, bu cümədə dediyim hər söz,
اَوْ حَلَفْتُ فِيْهَا مِنْ حَلْفٍ
(və ya) içdiyim hər and
اَوْ نَذَرْتُ فِيْهَا مِنْ نَذْرٍ
və (ya) etdiyim hər nəzirdə
فَمَشِيَّتُكَ بَيْنَ يَدَيْ ذٰلِكَ كُلِّهِ
Sənin istəyin bütün bunların qarşısındadır (bunlara hakimdir),
فَمَا شِئْتَ مِنْهُ اَنْ يَّكُوْنَ كَانَ
bu işlərdən hansını Sən istəsən, o olacaqdır
وَ مَا لَمْ تَشَأْ مِنْهُ لَمْ يَكُنِ
və istəmədiyin olmayacaqdır.
اللّٰهُمَّ اغْفِرْ لِيْ وَ تَجَاوَزْ عَنِّي
Ey Allahım, məni bağışla və (günahımdan) keç.
اَللّٰهُمَّ مَنْ صَلَّيْتَ عَلَيْهِ فَصَلَوَاتِي عَلَيْهِ
Ey Allahım, salam göndərdiyin hər kəsə mənim də salamım olsun
وَ مَنْ لَعَنْتَ فَلَعْنَتِيْ عَلَيْهِ۔
və lənət etdiyin hər kəsə mənim də lənətim olsun.
3) Hədisdə deyilir ki, hər kim cümə günü sübh namazından sonra əyləşib günəş doğanadək namazın təqibatı ilə məşğul olsa, Allah "firdovsi-əla"da (cənnətin ali məqamlarında) onun üçün yetmiş dərəcə qərar verər.
4) Şeyx Tusi nəql edir: Cümə günü sübh namazının təqibatında bu duanı oxumaq müstəhəbdir:
اَللّٰهُمَّ اِنِّي تَعَمَّدْتُ اِلَيْكَ بِحَاجَتِي
Ey Allahım, hacətimlə Sənə ümid bağlamışam
وَ اَنْزَلْتُ اِلَيْكَ الْيَوْمَ فَقْرِيْ
və bu gün yoxsulluğumu Sənin dərgahına gətirmişəm,
وَ فَاقَتِيْ وَ مَسْكَنَتِيْ
(həmçinin) ehtiyacımı və çarəsizliyimi;
فَاَنَا لِمَغْفِرَتِكَ اَرْجٰى مِنِّي لِعَمَلِيْ
mən öz əməlimdənsə, Sənin məğfirətinə daha çox ümid edirəm
وَ لِمَغْفِرَتُكَ وَ رَحْمَتُكَ اَوْسَعُ مِنْ ذُنُوْبِيْ
və heç şübhəsiz, Sənin məğfirətin və rəhmətin mənim günahlarımdan daha böyükdür;
فَتَوَلَّ قَضَاۤءَ كُلِّ حَاجَةٍ لِيْ بِقُدْرَتِكَ عَلَيْهَا
istəklərimi həyata keçirməyə sahib olduğun o qüdrətinlə onları həyata keçirməyi öhdənə götür,
وَ تَيْسِيْرِ [تَيَسُّرِ] ذٰلِكَ عَلَيْكَ
onları həyata keçirmək Sənin üçün asandır
وَ لِفَقْرِيْ اِلَيْكَ
və mənim də onlara (Sənə) ehtiyacım vardır;
فَاِنِّي لَمْ اُصِبْ خَيْرًا قَطُّ اِلَّا مِنْكَ
çünki mənə çatan xeyir yalnız Sənin tərəfindən olub
وَ لَمْ يَصْرِفْ عَنِّي سُوۤءًا قَطُّ اَحَدٌ سِوَاكَ
və şəri məndən uzaqlaşdıran yalnız Sən olmusan;
وَ لَسْتُ [لَيْسَ‏] اَرْجُوۤ لِاٰخِرَتِي وَ دُنْيَايَ
axirət və dünyam üçün ümidim yoxdur,
وَ لَا لِيَوْمِ فَقْرِيْ
ehtiyac günüm üçün də (ümidim yoxdur) –
يَوْمَ يُفْرِدُنِي النَّاسُ فِي حُفْرَتِيْ
o gün ki, camaat məni qəbirdə tənha qoyacaqlar
وَ اُفْضِيْ اِلَيْكَ بِذَنْبِيْ سِوَاكَ۔
və günahlarımla Sənin dərgahına gələcəyəm - Səndən qeyrisinə.
5) İmam Sadiq (ə) buyurub: "Hər kim cümə günü və başqa günlərdə zöhr və sübh namazından sonra bu salavatı desə, Həzrət Qaimi (ə.f) görməyənədək ölməz:
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ وَ عَجِّلْ فَرَجَهُمْ۔
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, onların fərəcini tezləşdir.
Möhtərəm şeyx İbn İdris "Sərair" kitabında "Came-e Bəzənti" kitabına istinadən yazır ki, Əbu Bəsir dedi: "İmam Sadiqdən (ə) eşitdim ki, zöhr və əsr namazları arasında Məhəmmədə və Ali-Məhəmmədə salavat demək, yetmiş rəkət namaza bərabərdir.
6)
7) Nisa, Hud, Kəhf, Saffat surələrini də oxumaq tövsiyə olunubdur.
8) Sübh namazından sonra "ər-Rəhman" surəsini oxu və "Fə-bi-əyyi ələi rəbbikumə tukəzzibən" ayəsindən sonra de: "Lə bi-şəyʼin min ələikə rəbbi ukəzzibu."
9) Günəş doğan vaxt on dəfə Kafirun surəsini oxu və dua et, etdiyin dua qəbul olar.
10) Ayətəl-Kürsi oxumaq tövsiyə olunmuşdur.
11) Cümə qüslü et. Cümə qüslü təkid olunan müstəhəb əməllərdəndir. Hədislərin birində oxuyuruq ki, Həzrət Rəsulallah (s) Əmirəl-möminin Əliyə (ə) buyurmuşdur: "Hər cümə qüsl et, hətta yemək pulunu buna sərf etsən belə. Çünki bundan böyük sünnə yoxdur.
Başqa bir hədisdə İmam Sadiq (ə) buyurub: "Hər kim cümə günü qüsl etsə və bu duanı oxusa, gələn cüməyədək təmiz olar:
اَشْهَدُ اَنْ لَاۤ اِلٰهَ اِلَّا اللهُ
Şəhadət verirəm ki, Allahdan qeyri ilah yoxdur,
وَحْدَهُ لَا شَرِيْكَ لَهُ
yeganədir və şəriki yoxdur.
وَ اَشْهَدُ اَنَّ مُحَمَّدًا عَبْدُهُ وَ رَسُوْلُهُ
Şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi və elçisidir.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَّ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
وَ اجْعَلْنِيْ مِنَ التَّوَّابِيْنَ
məni tövbə edənlərdən qərar ver
وَ اجْعَلْنِيْ مِنَ الْمُتَطَهِّرِيْنَ۔
və paklardan qərar ver.
Təmiz olar, yəni günahlardan təmizlənər və ya əməllərinin mənəvi paklığı olar və qəbul olunar.
Cümə qüslünün vaxtı cümə günü sübh azanından zöhr azanına qədərdir.
12) Çox hədisdə oxuyuruq ki, cümə günü təmizlənmək olduqca yaxşı və bəyənilən bir işdir. O cümlədən, başı "xətmi" ilə yumaq, cüzam, bərəs və dəliliyin qarşısını alar.
13) İmam Sadiq (ə) bir neçə hədisdə buyurub ki, cümə günü dırnağı tutmaq və bığı təmizləmək, qısaltmaq ruzinin artmasına səbəb olar. Dırnaq tutan zaman bu sözləri deyin:
بِسْمِ اللّٰهِ
Allahın adı ilə;
وَ بِاللّٰهِ
Allahın köməyi ilə,
وَ عَلٰى سُنَّةِ مُحَمَّدٍ [رَسُوْلِ اللّٰهِ ‏] وَ اٰلِ مُحَمَّدٍ۔
və Məhəmməd (Allahın elçisi) və onun Əhli-Beytinin sünnəsinə görə.
Dırnaqları kəsərkən sol əlin kiçik barmağı ilə başlayıb sağ əlin barmağı ilə bitirmək tövsiyə olunur. Eyni şey ayaq dırnaqlarına da tətbiq olunur. Kəsilmiş dırnaqlar isə basdırılmalıdır.
14) Bu gün ətirlənmək müstəhəbdir. Hədislərin birində İmam Musa ibn Cəfər (ə) buyurub: "Hər gün, əgər imkan çatmasa, günaşırı və əgər buna da imkan çatmasa, cümə günü ətirləməyi tərk etmək bəyənilmir."
15) Cümə günü sədəqə vermək də təkid olunan müsətəhəb əməllərdəndir. İmam Sadiq (ə) buyurur ki, cümə gecəsi və cümə günü verilən sədəqə, başqa vaxtlarda verilən sədəqənin min qatına bərabərdir.
16) Ailə və övladlar üçün gözəl bir şey alıb onları cümənin gəlişi ilə sevindir.
17) İmam Kazım (ə) buyurub: "Hər kəs cümə günü acqarına bir nar yeyərsə, o şəxsin qəlbi qırx gün, iki nar yeyərsə, o şəxsin qəlbi səksən gün, üç nar yeyərsə, qəlbi yüz iyirmi gün nurlanar, şeytanın vəsvəsəsindən uzaq olar. Hər kəsdən şeytanın vəsvəsəsi uzaq olarsa, o şəxs Allaha günah etməyən şəxsi də Allah Cənnətə daxil edər".
18) Dünya işlərini kənara qoyub günün bir hissəsində dini məsələləri öyrənməklə məşğul ol.
Belə ki, İmam Sadiq (ə) buyurub: "Nifrin olsun o müsəlmana ki, həftə ərzində cümə gününü (günün bir hissəsini) dini məsələlərini öyrənməyə sərf etmir və bu iş üçün digər işlərini kənara qoymur."
19) Cümə günü Peyğəmbər (s) və Əhlibeytə (ə) min dəfə salavat demək tövsiyə olunub.
20) Əsr namazından sonra yetmiş dəfə "Əstəğfirulla͂hə və ətu͂bu iləyh" de. Allah sənin günahlarını bağışlayar:
اَستَغفِرُاللهَ رَبِّی وَ اَتُوْبُ اِلَیْهِ۔
Rəbbim olan Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm.
21) Həzrət Rəsulallahı (s) və Məsum İmamları (ə) ziyarət et. Ziyarətin qaydası "Ziyarətlər" bölümündə qeyd olunub.
22) Dünyadan köçənləri ziyarət et. Bunun çox böyük savabı vardır. İmam Baqir (ə) buyurub: "Cümə günü ölülərinizi ziyarət edin, çünki onlar cümə günü sübh azanından günəş doğanadək onları ziyarət edənləri tanıyar və sevinərlər." Əlbəttə, həyatda olan ata və ananı, qohum-əqrəbanı ziyarət etmək, onların görüşünə getməyin əhəmiyyəti daha çoxdur.
23) "Nudbə" duasını oxu. Bu duanı oxumaq dörd bayramın (Qədir-xum, Fitr, Qurban və cümə) əməllərindəndir.