⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
İMAM KAZİMİN (Ə) DUASI
اِلٰهِيْ خَشَعَتِ الْاَصْوَاتُ لَكَ
Ey mənim Məbudum, səslər Sənin qarşında alçalmış
وَ ضَلَّتِ الْاَحْلَامُ فِيْكَ
və ağıllar Sənin barəndə heyrətdədir,
وَ وَجِلَ كُلُّ شَيْ‏ءٍ مِنْكَ
hər şey Səndən (əzəmətindən) qorxuya düşmüş
وَ هَرَبَ كُلُّ شَيْ‏ءٍ اِلَيْكَ
və hər şey Sənə tərəf fərar etmişdir,
وَ ضَاقَتِ الْاَشْيَاۤءُ دُوْنَكَ
hər şey Sənin qarşında məhduddur
وَ مَلَاَ كُلَّ شَيْ‏ءٍ نُوْرُكَ
və Sənin nurun hər şeyi bürümüşdür.
فَاَنْتَ الرَّفِيْعُ فِيْ جَلَالِكَ
Cəlalətin ucadır,
وَ اَنْتَ الْبَهِيُّ فِي جَمَالِكَ
və gözəlliyin gözəldir,
وَ اَنْتَ الْعَظِيْمُ فِي قُدْرَتِكَ
və qüdrətin əzəmətlidir,
وَ اَنْتَ الَّذِي لَا يَئُوْدُكَ شَيْ‏ءٌ
və Sən eləsən ki, heç nə Səni zəhmətə salmır.
يَا مُنْزِلَ نِعْمَتِيْ
Ey nemətimi (ruzimi) nazil edən,
يَا مُفَرِّجَ كُرْبَتِيْ
ey qəm-qüssəmi dağıdan,
وَ يَا قَاضِيَ حَاجَتِيْ
və ey istəklərimi həyata keçirən,
اَعْطِنِيْ مَسْاَلَتِيْ
mənim istəyimi həyata keçir (mənə əta et),
بِلَا اِلٰهَ اِلَّا اَنْتَ
"Səndən qeyri İlah yoxdur" kəlməsinə xatir,
اٰمَنْتُ بِكَ مُخْلِصًا لَكَ دِيْنِيْ
dinimi Sənin üçün xalis edərək Sənə iman gətirdim,
اَصْبَحْتُ عَلٰى عَهْدِكَ وَ وَعْدِكَ مَا اسْتَطَعْتُ
gücüm çatdığı qədər Sənin əhd-peymanına (vəfa edib) sübhü açdım,
اَبُوۤءُ لَكَ بِالنِّعْمَةِ
Sənin nemətinlə Sənə tərəf qayıdıram,
وَ اَسْتَغْفِرُكَ مِنَ الذُّنُوْبِ الَّتِيْ لَا يَغْفِرُهَا غَيْرُكَ
günahlarım üçün Səndən bağışlanma istəyirəm: o günahlar ki, Səndən qeyri kimsə onları bağışlamır.
يَا مَنْ هُوَ فِي عُلُوِّهِ دَانٍ
Ey o kəs ki, yüksəkdə olduğun halda yaxınsan
وَ فِي دُنُوِّهِ عَالٍ
və yaxın olduğun halda yüksəkdəsən,
وَ فِيْ اِشْرَاقِهِ مُنِيْرٌ
nur saçdığın halda nur səpirsən
وَ فِيْ سُلْطَانِهِ قَوِيٌّ
və hökmdarlıqda qüdrətlisən,
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ۔
Məhəmmədə və onun xanidanına salam göndər.