⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
CÜMƏ GÜNÜNDƏ ƏSR NAMAZININ ƏMƏLİ
1) Rəvayət olunub ki, cümə gününün ən fəzilətli vaxtı əsr namazından sonra olan vaxtıdır. Bu vaxtda aşğıda qeyd olunan zikri yüz dəfə təkrar etmək tövsiyə olunmuşdur:
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ وَ عَجِّلْ فَرَجَهُمْ۔
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, onların fərəcini tezləşdir.
2) Şeyx Tusi bu vaxtda həmçinin bu zikri də yüz dəfə deməyi tövsiyə edir:
صَلَوَاتُ اللّٰهِ وَ مَلَاۤئِكَتِهِ
Allahın və Onun mələklərinin salavatı (salamı),
وَ اَنْبِيَاۤئِهِ وَ رُسُلِهِ
Onun peyğəmbərlərinin və elçilərinin,
وَ جَمِيْعِ خَلْقِهِ
və bütün məxluqatının (salamı)
عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدَ
Məhəmməd və Ali-Məhəmmədə olsun,
وَ السَّلَامُ عَلَيْهِ وَ عَلَيْهِمْ
və salam olsun ona və onlara,
وَ عَلٰى اَرْوَاحِهِمْ وَ اَجْسَادِهِمْ
və onların ruhlarına və bədənlərinə,
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ۔
Allahın rəhməti və bərəkətləri (olsun).
3) Möhtərəm şeyx İbn İdris "Sərair" kitabında "Came-e Bəzənti" kitabına istinadən yazır ki, Əbu Bəsir dedi: "İmam Sadiqdən (ə) eşitdim ki, zöhr və əsr namazları arasında Məhəmmədə və Ali-Məhəmmədə salavat demək, yetmiş rəkət namaza bərabərdir. Cümə günü əsrdən sonra isə de:
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
الْاَوْصِيَاۤءِ الْمَرْضِيِّيْنَ
(o) razı qaldığın canişinlərə (vəsilərə),
بِاَفْضَلِ صَلَوَاتِكَ
ən yaxşı salamlarınla (salam göndər),
وَ بَارِكْ عَلَيْهِمْ
və onlara bərəkət ver,
بِاَفْضَلِ بَرَكَاتِكَ
ən üstün bərəkətlərinlə,
وَ السَّلَامُ عَلَيْهِمْ
və salam olsun onlara,
وَ عَلٰى اَرْوَاحِهِمْ وَ اَجْسَادِهِمْ
və onların ruhlarına və bədənlərinə,
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ۔
Allahın rəhməti və bərəkətləri (olsun).
4) Şeyx Kuleyni Kafi kitabında nəql edir ki, cümə günü əsr namazından sonra aşağıdakı duanı oxuyan şəxsə Allah-Təala yüz min savab yazar, yüz min günahını silər, yüz min hacətini qəbul edər və yüz min dərəcəsini yüksəldər:
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
الْاَوْصِيَاۤءِ الْمَرْضِيِّيْنَ
(o) razı qaldığın canişinlərə,
بِاَفْضَلِ صَلَوَاتِكَ
ən yaxşı salamlarınla,
وَ بَارِكْ عَلَيْهِمْ
və onlara bərəkət ver,
بِاَفْضَلِ بَرَكَاتِكَ
ən üstün bərəkətlərinlə,
وَ السَّلَامُ عَلَيْهِ وَ عَلَيْهِمْ
və salam olsun ona və onlara,
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ ۔
Allahın rəhməti və bərəkətləri (olsun).
5) Cümə günü əsr namazından sonra günahların bağışlanması üçün yetmiş dəfə bu zikri de:
اَسْتَغْفِرُ اللهَ رَبِّىْ وَ اَتُوْبُ اِلَيْهِ۔
Rəbbim olan Allahdan bağışlanma diləyib Ona tərəf tövbə edirəm.
6) Bu saatlarda Əşərat duasını oxumaq tövsiyyə olunur.
7) Şeyx Tusi nəql edir ki, cümə gününün axır saatları duaların qəbul olunan saatlarıdır. Odur ki, Peyğəmbərdən (s) rəvayət olunan bu duanı oxumaq tövsiyə olunur:
سُبْحَانَكَ لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ
Sən pak və münəzzəhsən, Səndən qeyri İlah yoxdur,
يَا حَنَّانُ يَا مَنَّانُ
ey qəmxar, ey səxavətli (nemət verən),
يَا بَدِيْعَ السَّمَاوَاتِ وَ الْاَرْضِ
ey göyləri və yeri vücuda gətirən,
يَا ذَا الْجَلَالِ وَ الْاِكْرَامِ۔
ey cəlalət və ikram sahibi.
8) Cümə gününün axır saatlarında Simat duasını oxumaq tövsiyyə olunur.