ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
ÇƏRŞƏNBƏ AXŞAMI GÜNÜNDƏ İMAM SƏCCAD (Ə), İMAM BAQİR (Ə) VƏ İMAM SADİQİN (Ə) ZİYARƏTİ
اَلسَّلَامُ عَلَيْكُمْ يَا خُزَّانَ عِلْمِ اللّٰهِ
Salam olsun sizə ey Allah elminin xəzinələri. Salam olsun sizə ey Allah vəhyinin müfəssirləri. Salam olsun sizə ey hidayət rəhbərləri. Salam olsun sizə ey təqva nişanələri. Salam olsun sizə ey Rəsulallahın övladları. Mən sizin haqqınızı və məqamınızı tanıyıram; sizin düşmənlərinizlə düşmən və dostlarınızla dostam; atam-anam sizə fəda olsun, Allahın salamı olsun sizə. Ey Allahım, onların axırıncısını birincisini dost tutduğum kimi dost tuturam və onlardan başqa hər bir sirdaşdan uzağam; cibtə, tağuta,Lat və Uzzaya kafirəm; Allahın salamı olsun sizə ey mövlalarım, Allahın rəhməti və bərəkəti olsun sizə. Salam olsun sənə ey abidlərin ağası və canişinlər nəslindən olan. Salam olsun sənə ey peyğəmbərlərin elmini yaran. Salam olsun sənə ey sözdə və əməldə doğru olduğu təsdiq edilən. Ey mövlalarım, bu gün sizin gününüzdür, bu gün "yəvmul-suləsa"dır (çərşənbə axşamı günüdür). Mən bu gün sizin qonağınızam və sizə pənah gətirmişəm. Elə isə, məni qonaq edin və mənə pənah verin, Allahın sizin və sizin pak-pakizə xanidanınızın yanında olan məqamına xatir.
اَلسَّلَامُ عَلَيْكُمْ يَا تَرَاجِمَةَ وَحْيِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكُمْ يَا اَئِمَّةَ الْهُدٰى
اَلسَّلَامُ عَلَيْكُمْ يَا اَعْلَامَ التُّقٰى
اَلسَّلَامُ عَلَيْكُمْ يَا اَوْلَادَ رَسُوْلِ اللّٰهِ
اَنَا عَارِفٌ بِحَقِّكُمْ
مُسْتَبْصِرٌ بِشَأْنِكُمْ
مُعَادٍ لِاَعْدَاۤئِكُمْ
مُوَالٍ لِاَوْلِيَاۤئِكُمْ
بِاَبِيْ اَنْتُمْ وَ اُمِّيْ
صَلَوَاتُ اللّٰهِ عَلَيْكُمْ
اَللّٰهُمَّ اِنِّي اَتَوَالٰى اٰخِرَهُمْ كَمَا تَوَالَيْتُ اَوَّلَهُمْ
وَ اَبْرَاُ مِنْ كُلِّ وَلِيْجَةٍ دُوْنَهُمْ
وَ اَكْفُرُ بِالْجِبْتِ وَ الطَّاغُوْتِ وَ اللَّاتِ وَ الْعُزّٰى
صَلَوَاتُ اللّٰهِ عَلَيْكُمْ يَا مَوَالِيَّ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
اَلسَّلَامُ عَلَيْكَ يَا سَيِّدَ الْعَابِدِيْنَ وَ سُلَالَةَ الْوَصِيِّيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا بَاقِرَ عِلْمِ النَّبِيِّيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا صَادِقًا مُصَدَّقًا فِي الْقَوْلِ وَ الْفِعْلِ
يَا مَوَالِيَّ هٰذَا يَوْمُكُمْ
وَ هُوَ يَوْمُ الثُّلَاثَاۤءِ
وَ اَنَا فِيْهِ ضَيْفٌ لَكُمْ
وَ مُسْتَجِيْرٌ بِكُمْ
فَاَضِيْفُوْنِيْ وَ اَجِيْرُوْنِيْ
بِمَنْزِلَةِ اللّٰهِ عِنْدَكُمْ
وَ اٰلِ بَيْتِكُمْ اَلطَّيِّبِيْنَ الطَّاهِرِيْنَ۔