⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
DÜŞMƏNLƏRİN ŞƏRRİNDƏN AMANDA QALMAQ ÜÇÜN DUA
Mərhum Şeyx Kəf'əmi "Misbah" kitabında yazır ki, Seyid İbn Tavus bu duanı zalım hökmdarın zülmündən, düşmənin bəlasından və onun hakim kəsilməsindən, yoxsulluq qorxusundan və qəm-qüssədən amanda qalmaq üçün qeyd etmişdir. Bu dua "Səhifeyi Səccadiyyə"nin dualarındandır:
يَا مَنْ تُحَلُّ بِهِ عُقَدُ الْمَكَارِهِ
Ey o kəs ki, çətinliklərin (xoşagəlməz işlərin) düyünü Onun vasitəsilə açılır;
وَ يَا مَنْ يُفْثَاُ بِهِ حَدُّ الشَّدَاۤئِدِ
və ey o kəs ki, çətinliklərin (şiddəti) kəsəri Onun vasitəsilə səngiyir;
وَ يَا مَنْ يُلْتَمَسُ مِنْهُ المَخْرَجُ اِلٰى رَوْحِ الْفَرَجِ
və ey o kəs ki, asayişə (fərəcə) çıxış yolu Ondan istənilir.
ذَلَّتْ لِقُدْرَتِكَ الصِّعَابُ
Çətinliklər Sənin qüdrətin qarşısında xar (asan) olmuş,
وَ تَسَبَّبَتْ بِلُطْفِكَ الْاَسْبَابُ
və səbəblər Sənin lütfünlə səbəb (hazır) olmuş,
وَ جَرٰى بِقُدْرَتِكَ الْقَضَاۤءُ
və qəzavü-qədər Sənin qüdrətinlə cərəyan etməyə başlamış,
وَ مَضَتْ عَلٰۤى اِرَادَتِكَ الْاَشْيَاۤءُ
və əşyalar (hər şey) Sənin iradənlə həyata keçmişdir.
فَهِيَ بِمَشِيَّتِكَ دُوْنَ قَوْلِكَ مُؤْتَمِرَةٌ
Belə ki, onlar (hər şey) Sən bir söz demədən Sənin istəyinlə itaətdədirlər
وَ بِاِرَادَتِكَ دُوْنَ نَهْيِكَ مُنْزَجِرَةٌ
və Sən çəkindirmədən Sənin iradənlə çəkinirlər (geri çəkilirlər).
اَنْتَ الْمَدْعُوُّ لِلْمُهِمَّاتِ
Sənsən mühüm işlər üçün çağırılan,
وَ اَنْتَ الْمَفْزَعُ فِيْ الْمُلِمَّاتِ
və Sənsən müsibətlərdə (çətinliklərdə) pənahgah.
لَا يَنْدَفِعُ مِنْهَاۤ اِلَّا مَا دَفَعْتَ
Bu işlərdən Sənin dəf etmədiyin (uzaqlaşdırmadığın) dəf olmaz,
وَ لَا يَنْكَشِفُ مِنْهَاۤ اِلَّا مَا كَشَفْتَ
və Sənin aradan qaldırmadığın aradan qalxmaz (kəşf olmaz).
وَ قَدْ نَزَلَ بِيْ يَا رَبِّ مَا قَدْ تَكَاَّدَنِيْ ثِقْلُهُ
Və ey Rəbbim, ağırlığı məni zəhmətə salan iş mənə nazil olmuş,
وَ اَلَمَّ بِيْ مَا قَدْ بَهَظَنِيْ حَمْلُهُ
və daşıması mənə ağır olan iş (dərd) mənim qarşıma çıxmışdır.
وَ بِقُدْرَتِكَ اَوْرَدْتَهُ عَلَيَّ
Və Sən Öz qüdrətinlə onu mənim qarşıma çıxartmış (mənə daxil etmiş),
وَ بِسُلْطَانِكَ وَجَّهْتَهُ اِلَيَّ
və Öz hökmdarlığınla onu mənə tərəf yönəltmişsən.
فَلَا مُصْدِرَ لِمَاۤ اَوْرَدْتَ
Sənin qarşıya çıxartdığını (gətirdiyini) geri qaytara biləcək,
وَ لَا صَارِفَ لِمَا وَجَّهْتَ
və Sənin yönəltdiyini kənarlaşdıra (qaytara) biləcək,
وَ لَا فَاتِحَ لِمَاۤ اَغْلَقْتَ
və Sənin bağladığını aça biləcək,
وَ لَا مُغْلِقَ لِمَا فَتَحْتَ
və Sənin açdığını bağlaya biləcək,
وَ لَا مُيَسِّرَ لِمَا عَسَّرْتَ
və Sənin çətin etdiyini asanlaşdıra biləcək,
وَ لَا نَاصِرَ لِمَنْ خَذَلْتَ
və Sənin xar (köməksiz) qoyduğuna kömək edə biləcək kimsə yoxdur.
فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ
Elə isə, Məhəmmədə və onun xanidanına salam göndər,
وَ افْتَحْ لِيْ يَا رَبِّ بَابَ الْفَرَجِ بِطَوْلِكَ،
və ey Rəbbim, Öz qüdrətinlə (lütfünlə) asayiş (fərəc) qapısını üzümə aç,
وَ اكْسِرْ عَنِّيْ سُلْطَانَ الْهَمِّ بِحَوْلِكَ
və Öz gücünlə (qüvvənlə) qəm-kədərin hakimiyyətini məndən (üzərimdən) sındır;
وَ اَنِلْنِيْ حُسْنَ النَّظَرِ فِيْمَا شَكَوْتُ
şikayət etdiyim işlərdə məni gözəl nəzərinə (xoş gümanıma) çatdır,
وَ اَذِقْنِيْ حَلَاوَةَ الصُّنْعِ فِيْمَا سَاَلْتُ
və Səndən istədiyim istəklərdə mənə Öz lütfünün şirinliyini dadızdır;
وَ هَبْ لِيْ مِنْ لَدُنْكَ رَحْمَةً وَ فَرَجًا هَنِيْۤئًا
və Öz tərəfindən mənə rəhmət və xoş fərəc (asanlıq) əta et,
وَ اجْعَلْ لِيْ مِنْ عِنْدِكَ مَخْرَجًا وَحِيًّا
və Öz tərəfindən mənim üçün təcili (tezliklə) çıxış yolu qərar ver;
وَ لَا تَشْغَلْنِيْ بِالْاِهْتِمَامِ عَنْ تَعَاهُدِ فُرُوْضِكَ
və (məni) bu qəm-kədərlə Sənin vacib buyurduqlarını yerinə yetirməkdən məşğul (qafil) etmə,
وَ اسْتِعْمَالِ سُنَنِكَ [سُنَّتِكَ‏]
və Sənin sünnələrinə (sünnənə) əməl etməkdən (saxlama).
فَقَدْ ضِقْتُ لِمَا نَزَلَ بِيْ يَا رَبِّ ذَرْعًا
Ey Rəbbim, başıma gələnlərdən (sinəm) daralmış (çarəsiz qalmışam),
وَ امْتَلَأْتُ بِحَمْلِ مَا حَدَثَ عَلَيَّ هَمًّا
və qarşıma çıxanları (daşımaqdan) qəm-qüssə ilə dolmuşam.
وَ اَنْتَ الْقَادِرُ عَلٰى كَشْفِ مَا مُنِيْتُ بِهِ
Və Sən düçar olduğum çətinlikləri kəşf etməyə (aradan qaldırmağa) qadirsən,
وَ دَفْعِ مَا وَقَعْتُ فِيْهِ
və içinə düşdüyüm (bu bəlaları) dəf etməyə (qadirsən).
فَافْعَلْ بِيْ ذٰلِكَ
Elə isə, bunu mənim üçün et,
وَ اِنْ لَمْ اَسْتَوْجِبْهُ مِنْكَ
baxmayaraq ki, Sənin tərəfindən buna layiq deyiləm.
يَا ذَا الْعَرْشِ الْعَظِيْمِ
Ey əzəmətli ərşin sahibi
وَ ذَا الْمَنِّ الْكَرِيْمِ
və ey kərim nemətin (minnətin) sahibi,
فَاَنْتَ قَادِرٌ يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ
Sən qadirsən, ey rəhimlilərin rəhimlisi,
اٰمِيْنَ رَبَّ الْعَالَمِيْنَ‏۔
duamı qəbul et (amin), ey aləmlərin Rəbbi!