⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
0:00
HƏZRƏT MƏHDİNİN (Ə.F) BAŞQA BİR DUASI
Bu dua məşhur dualardan olub ali məzmuna malikdir.
Mərhum Kəf'əmi onu "Misbah" kitabında nəql etmişdir.
اَللّٰهُمَّ ارْزُقْنَا تَوْفِيْقَ الطَّاعَةِ
Ey Allahım! Bizə (Sənə) itaət etmək tövfiqi (müvəffəqiyyəti) ruzi et,
وَ بُعْدَ الْمَعْصِيَةِ
və günahdan (asi olmaqdan) uzaq olmaq (tövfiqini),
وَ صِدْقَ النِّيَّةِ
və sadiq niyyət (sahibi olmaq),
وَ عِرْفَانَ الْحُرْمَةِ
və haramları (hörmətləri) tanımaq (tövfiqini ruzi et).
وَ اَكْرِمْنَا بِالْهُدٰى وَ الْاِسْتِقَامَةِ
Və bizə hidayət və dözümlülük (istiqamət) ikram et.
وَ سَدِّدْ اَلْسِنَتَنَا بِالصَّوَابِ وَ الْحِكْمَةِ
Dilimizi doğru (söz) və hikmətlə möhkəmləndir.
وَ امْلَأْ قُلُوْبَنَا بِالْعِلْمِ وَ الْمَعْرِفَةِ
Qəlbimizi elm və mərifət(nur) ilə doldur.
وَ طَهِّرْ بُطُوْنَنَا مِنَ الْحَرَامِ وَ الشُّبْهَةِ
Qarınlarımızı (batinimizi) haram və şübhəli (yeməkdən) pak et.
وَ اكْفُفْ اَيْدِيَنَا عَنِ الظُّلْمِ وَ السَّرِقَةِ
Əllərimizi zülm və oğurluqdan saxla.
وَ اغْضُضْ اَبْصَارَنَا عَنِ الْفُجُوْرِ وَ الْخِيَانَةِ
Gözlərimizi (haram) və xəyanətə bağla.
وَ اسْدُدْ اَسْمَاعَنَا عَنِ اللَّغْوِ وَ الْغِيْبَةِ
Qulaqlarımızı boş (lağ-lağı) sözlərə və qeybətə bağla.
وَ تَفَضَّلْ عَلٰى عُلَمَاۤئِنَا بِالزُّهْدِ وَ النَّصِيْحَةِ
Alimlərimizə zöhd və xeyirxahlıq (nəsihət) bəxş et (təfəzzül et),
وَ عَلَى الْمُتَعَلِّمِيْنَ بِالْجُهْدِ وَ الرَّغْبَةِ
və elm öyrənənlərə çalışqanlıq və şövq,
وَ عَلَى الْمُسْتَمِعِيْنَ بِالْاِتِّبَاعِ وَ الْمَوْعِظَةِ
və (elmi) dinləyənlərə tabe olmaq və öyüd almaq (bəxş et).
وَ عَلٰى مَرْضَى الْمُسْلِمِيْنَ بِالشِّفَاۤءِ وَ الرَّاحَةِ
Və müsəlman xəstələrə şəfa və rahatlıq,
وَ عَلٰى مَوْتَاهُمْ بِالرَّأْفَةِ وَ الرَّحْمَةِ،
və onların (müsəlmanların) ölülərinə rəhmət və mərhəmət,
وَ عَلٰى مَشَايِخِنَا بِالْوَقَارِ وَ السَّكِيْنَةِ
və qocalarımıza vüqar və mətanət (səkinət),
وَ عَلَى الشَّبَابِ بِالْاِنَابَةِ وَ التَّوْبَةِ
və cavanlara (Allaha tərəf) qayıtmaq və tövbə,
وَ عَلَى النِّسَاۤءِ بِالْحَيَاۤءِ وَ الْعِفَّةِ
və qadınlara həya və iffət,
وَ عَلَى الْاَغْنِيَاۤءِ بِالتَّوَاضُعِ وَ السَّعَةِ
və dövlətlilərə təvazökarlıq və əliaçıqlıq (genişlik),
وَ عَلَى الْفُقَرَاۤءِ بِالصَّبْرِ وَ الْقَنَاعَةِ
və yoxsullara (fəqirlərə) səbir və qane olmaq (bəxş et).
وَ عَلَى الْغُزَاةِ بِالنَّصْرِ وَ الْغَلَبَةِ
Və döyüşçülərə (qazilərə) yardım və qələbə,
وَ عَلَى الْاُسَرَاۤءِ بِالْخَلَاصِ وَ الرَّاحَةِ
və əsirlərə xilas olmaq və asayiş (rahatlıq),
وَ عَلَى الْاُمَرَاۤءِ بِالْعَدْلِ وَ الشَّفَقَةِ
və əmirlərə (hökmdarlara) ədalət və mehribanlıq (şəfqət),
وَ عَلَى الرَّعِيَّةِ بِالْاِنْصَافِ وَ حُسْنِ السِّيْرَةِ
və rəiyyətə insaf və yaxşı davranmaq bəxş et.
وَ بَارِكْ لِلْحُجَّاجِ وَ الزُّوَّارِ فِيْ الزَّادِ وَ النَّفَقَةِ
Hacıların və zəvvarların azuqəsinə (və xərclərinə) bərəkət ver,
وَ اقْضِ مَاۤ اَوْجَبْتَ عَلَيْهِمْ مِنَ الْحَجِّ وَ الْعُمْرَةِ
onlara vacib etdiyin həcc və ümrəni yerinə yetirməyi qismət et (qəbul et).
بِفَضْلِكَ وَ رَحْمَتِكَ يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔
Öz fəzlin və rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi!