⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
HƏZRƏT MEHDİNİN (Ə.F) DUASI
Bu duanı Seyid İbn Tavus "Muhəcud-də'əvat"da nəql etmişdir.
Dua belədir:
اِلٰهِيْ بِحَقِّ مَنْ نَاجَاكَ
Ey mənim Məbudum! Səninlə minacat edən kəsə xatir,
وَ بِحَقِّ مَنْ دَعَاكَ فِي الْبَرِّ وَ الْبَحْرِ
və quruda və suda Səni çağıran kəsə xatir,
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
وَ تَفَضَّلْ عَلٰى فُقَرَاۤءِ الْمُؤْمِنِيْنَ وَ الْمُؤْمِنَاتِ
və fəqir mömin və möminələrə təfəzzül et (bəxş et)
بِالْغَنَاۤءِ وَ الثَّرْوَةِ
ehtiyacsızlıq (qəni olmaq) və sərvət,
وَ عَلٰى مَرْضَى الْمُؤْمِنِيْنَ وَ الْمُؤْمِنَاتِ
və xəstə mömin və möminələrə (bəxş et)
بِالشِّفَاۤءِ وَ الصِّحَّةِ
şəfa və sağlamlıq,
وَ عَلٰۤى اَحْيَاۤءِ الْمُؤْمِنِيْنَ وَ الْمُؤْمِنَاتِ
və diri mömin və möminələrə (bəxş et)
بِاللُّطْفِ وَ الْكَرَمِ
lütf və kəramət,
وَ عَلٰۤى اَمْوَاتِ الْمُؤْمِنِيْنَ وَ الْمُؤْمِنَاتِ
və ölü mömin və möminələrə (bəxş et)
بِالْمَغْفِرَةِ وَ الرَّحْمَةِ
bağışlanma və rəhmət,
وَ عَلٰى غُرَبَاۤءِ الْمُؤْمِنِيْنَ وَ الْمُؤْمِنَاتِ
və qərib (səfərdə olan) mömin və möminələrə (bəxş et)
بِالرَّدِّ اِلٰۤى اَوْطَانِهِمْ سَالِمِيْنَ غَانِمِيْنَ
salamatlıq və uğurla (qənimətlə) vətənlərinə qayıtmağı.
بِمُحَمَّدٍ وَ اٰلِهِ اَجْمَعِيْنَ۔
Məhəmmədə və onun bütün Əhli-beytinə xatir!