İMAM ZAMANIN (Ə.F) SALAVATI
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اَهْلِ بَيْتِهِ
Ey Allahım, Məhəmmədə və onun xanidanına salam göndər. Salam göndər İmam Həsənə (İmam Həsən Əskəriyə (ə)) və onun canişininə və varisinə; Sənin əmrinlə qiyam edənə, Sənin məxluqatın arasında pünhan olan və Sənin icazəni gözləyənə. Ey Allahım, ona salam göndər, zühurunu tezləşdir, vədinə və əhdinə vəfa et, qeyb pəsdəsini onun köməkçiləri üzərindən kənara çək, onun zühuru ilə qəm-qüssə vərəqlərini kanara çək, onun xofunu (düşmənlərin qəlbində) qərar ver, qəlbi onun vasitəsilə aram et, (batil əleyhinə) müharibəni onun vasitəsilə başlat, ona nişanəli mələklər qoşunu ilə kömək et, onu dininin bütün düşmənlərinə müsəllət et; ona ilham et ki, din düşmənlərinin başçılarından kimsəni yaşatmasın, onların başını iki yerə ayırsın, onların hiyləsini özlərinə yönəltsin, fasiqlərə şəri cəzanı icra etsin, tüğyankarları həlak etsin, onların heysiyyətini ayaq altına atsın, bayraqlarını devirsin, səltənətlərinə hücum etsin, nizələrini qırsın, qalxanlarını sındırsın, qoşunlarını darmadağın etsin, (təbliğat) minbərlərini yandırsın, qılınclarını sındırsın, bütlərini param-parça etsin, qanlarını töksün, zülmlərinə son qoysun, qalalarını viran etsin, qapılarını bağlasın, qəsrlərini xaraba qoysun, mənzillərini təftiş etsin, torpaqlarını tapdaq altında qoysun, dağları fəth etsin, xəzinələrini üzə çıxartsın. Öz rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi.
وَ صَلِّ عَلٰى وَلِيِّ الْحَسَنِ
وَ وَصِيِّهِ وَ وَارِثِهِ
وَ الْغَاۤئِبِ فِي خَلْقِكَ
وَ الْمُنْتَظِرِ لِاِذْنِكَ
اَللّٰهُمَّ صَلِّ عَلَيْهِ
وَ اكْشِفْ عَنْ بَأْسِهِ حِجَابَ الْغَيْبَةِ
وَ اَظْهِرْ بِظُهُوْرِهِ صَحَاۤئِفَ الْمِحْنَةِ
وَ قَدِّمْ اَمَامَهُ الرُّعْبَ
وَ ثَبِّتْ بِهِ الْقَلْبَ
وَ اَيِّدْهُ بِجُنْدٍ مِنَ الْمَلَاۤئِكَةِ مُسَوِّمِيْنَ
وَ سَلِّطْهُ عَلٰىۤ اَعْدَاۤءِ دِيْنِكَ اَجْمَعِيْنَ
وَ اَلْهِمْهُ اَنْ لَا يَدَعَ مِنْهُمْ رُكْنًا اِلَّا هَدَّهُ
وَ لَا هَامًا اِلَّا قَدَّهُ
وَ لَا كَيْدًا اِلَّا رَدَّهُ
وَ لَا فَاسِقًا اِلَّا حَدَّهُ
وَ لَا فِرْعَوْنَ اِلَّاۤ اَهْلَكَهُ
وَ لَا سِتْرًا اِلَّا هَتَكَهُ
وَ لَا عَلَمًا اِلَّا نَكَسَهُ
وَ لَا سُلْطَانًا اِلَّا كَسَبَهُ
وَ لَا رُمْحًا اِلَّا قَصَفَهُ
وَ لَا مِطْرَدًا اِلَّا خَرَقَهُ
وَ لَا جُنْدًا اِلَّا فَرَّقَهُ
وَ لَا مِنْبَرًا اِلَّاۤ اَحْرَقَهُ
وَ لَا سَيْفًا اِلَّا كَسَرَهُ
وَ لَا صَنَمًا اِلَّا رَضَّهُ
وَ لَا دَمًا اِلَّاۤ اَرَاقَهُ
وَ لَا جَوْرًا اِلَّاۤ اَبَادَهُ
وَ لَا حِصْنًا اِلَّا هَدَمَهُ
وَ لَا بَابًا اِلَّا رَدَمَهُ
وَ لَا قَصْرًا اِلَّا خَرَّبَهُ [اَخْرَبَهُ]
وَ لَا مَسْكَنًا اِلَّا فَتَّشَهُ
وَ لَا سَهْلًا اِلَّاۤ اَوْطَاَهُ
وَ لَا جَبَلًا اِلَّا صَعَدَهُ
وَ لَا كَنْزًا اِلَّاۤ اَخْرَجَهُ
بِرَحْمَتِكَ يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔
Şeyx Mufid bu cümlələrlə başlayan ziyarəti ("Sərdabəyə məxsus ziyarət"də qeyd olunan ziyarət):
اَللهُ اَكْبَرُ اَللهُ اَكْبَرُ اَللهُ اَكْبَرُ
Allah böyükdür, Allah böyükdür, Allahdan qeyri İlah yoxdur, Allah böyükdür,...
لَاۤ اِلٰهَ اِلَّا اللهُ وَ اللهُ اَكْبَرُ...
nəql edərkən qeyd edir ki, başqa bir rəvayətə əsasən sərdabəyə enərkən bu cümləni deyə bilərsən:
اَلسَّلَامُ عَلَى الْحَقِّ الْجَدِيْدِ
Salam olsun sənə ey cədid həqiqət...
Daha sonra həmin ziyarəti ("Sərdabəyə məxsus ziyarət"i) sona qədər oxu.
Sonra on iki (iki rəkət-iki rəkət) rəkət namaz qıl. Hər iki rəkət namazı bitirdikdən sonra salamları de.
Namazı bitirdikdən sonra "Fərəc" duasını oxu. Dua Belədir:
اَللّٰهُمَّ عَظُمَ الْبَلَاۤءُ
İlahi! bəlalar böyüdü, gizli sirlər aşkarlandı, pərdələr kənara çəkildi, ümidlər kəsildi. Yer (bizi) sıxdı, göylər (öz nemətini) əsirgədi. Yardımçımız, arxamız Sənsən. Şikayətlərimizi yalnız Sənə edirik. Asanlıq və çətinlikdə yalnız Sənə sığınır və etimad edirik. İlahi! Bizlərə itaətlərini vacib etdiyin, bununla da (bu itaət vasitəsilə də) onların məqamını bizə tanıtdırdığın əmr sahiblərimiz olan Muhəmməd və Ali Muhəmmədə salam və salavatını göndər. Onların haqqına xatir bizlərə təcili olaraq, tezliklə, bir göz qırpımında və ondan da tez (bir vaxtda) fərəc (çətinliklərin düyünü üçün açılış) və rahatlıq bəxş et. Ya Muhəmməd! Ya Əli! Ya Əli! Ya Muhəmməd! Siz (Allahın vacib buyurduğu (sizə olan) bağlılığım, məhəbbətim və itaətimə görə) mənə kifayət edin. Həqiqətən də, siz kifayət edənsiniz (Həqiqətən də, sizə itaət, məhəbbət və bağlılıq hər şeyə kifayətdir). Mənə (Allahın sizlərə bəxş etdiyi ixtiyar vasitəsilə) kömək edin. Həqiqətən də, siz (Allahın sizlərə bəxş etdiyi ixtiyar vasitəsilə sizə tabe olanlara) kömək edənsiniz. Ey mənim mövlam, ey Sahibəzzaman! Fəryada yetiş, fəryada yetiş, fəryada yetiş! Əlimi tut, əlimi tut, əlimi tut! Elə indicə, elə indicə, elə indicə. Təcili, təcili, təcili!
وَ اِلَيْكَ يَا رَبِّ الْمُشْتَكٰى
وَ عَلَيْكَ الْمُعَوَّلُ فِيْ الشِّدَّةِ وَ الرَّخَاۤءِ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ
الَّذِيْنَ فَرَضْتَ عَلَيْنَا طَاعَتَهُمْ
فَعَرَّفْتَنَا بِذٰلِكَ مَنْزِلَتَهُمْ
فَرِّجْ عَنَّا بِحَقِّهِمْ
كَلَمْحِ الْبَصَرِ اَوْ هُوَ اَقْرَبُ
يَا مُحَمَّدُ يَا عَلِيٌّ
يَا عَلِيُّ يَا مُحَمَّدُ
انْصُرَانِيْ فَاِنَّكُمَا نَاصِرَايَ
وَ اكْفِيَانِيْ فَاِنَّكُمَا كَافِيَانِ
يَا مَوْلَايَ يَا صَاحِبَ الزَّمَانِ
اَلْغَوْثَ الْغَوْثَ الْغَوْثَ
اَدْرِكْنِيۤ اَدْرِكْنِيۤ اَدْرِكْنِيْ.
Seyid ibn Tavus daha sonra qeyd edir:
İki rəkət namaz qıl və "İmam Zamana (ə.f) istiğasə" duasını oxu. Dua belə başlayır:
سَلَامُ اللهِ الْكَامِلُ التَّآمُّ الشَّامِلُ
Allahın kamil, tam, əhatə edən və şamil olan salamı, daimi salamları, davamlı və tam bərəkətləri olsun Allahın hüccətinə,...