Salam olsun Allahın övliyalarına və seçdiklərinə.
اَلسَّلَامُ عَلٰىۤ اُمَنَاۤءِ اللّٰهِ وَ اَحِبَّاۤئِهِ
Salam olsun Allahın (vəhyinin) əmanətdarlarına və sevimlilərinə.
اَلسَّلَامُ عَلٰىۤ اَنْصَارِ اللّٰهِ وَ خُلَفَاۤئِهِ
Salam olsun Allahın yavərlərinə (ənsarlarına) və xəlifələrinə.
اَلسَّلَامُ عَلٰى مَحَآلِّ مَعْرِفَةِ اللّٰهِ
Salam olsun Allah mərifətinin məkanlarına.
اَلسَّلَامُ عَلٰى مَسَاكِنِ ذِكْرِ اللّٰهِ
Salam olsun Allah zikrinin məskənlərinə.
اَلسَّلَامُ عَلٰى مُظْهِرِيۤ اَمْرِ اللّٰهِ وَ نَهْيِهِ
Salam olsun Allahın əmr və qadağalarının zahir olduğu məkanlara (təzahürlərinə).
اَلسَّلَامُ عَلَى الدُّعَاةِ اِلَى اللّٰهِ
Salam olsun Allaha doğru dəvət edənlərə.
اَلسَّلَامُ عَلَى الْمُسْتَقِرِّيْنَ فِيْ مَرْضَاةِ اللّٰهِ
Salam olsun Allahın razılığını cəlb etməkdə sabitqədəm olanlara.
اَلسَّلَامُ عَلَى الْمُخْلِصِيْنَ فِي طَاعَةِ اللّٰهِ
Salam olsun Allaha itaətdə xalis olanlara.
اَلسَّلَامُ عَلَى الْاَدِلَاۤءِ عَلَى اللّٰهِ
Salam olsun Allaha doğru yönəldənlərə (bələdçilərə).
اَلسَّلَامُ عَلَى الَّذِيْنَ مَنْ وَالَاهُمْ فَقَدْ وَالَى اللّٰهَ
Salam olsun o kəslərə ki, kim onları sevərsə (vəli tutarsa), Allahı sevmişdir,
وَ مَنْ عَادَاهُمْ فَقَدْ عَادَى اللّٰهَ،
və kim onlarla düşmənçilik edərsə, Allahla düşmənçilik etmişdir;
وَ مَنْ عَرَفَهُمْ فَقَدْ عَرَفَ اللّٰهَ
kim onları tanıyıbsa, həqiqətən Allahı tanımışdır,
وَ مَنْ جَهِلَهُمْ فَقَدْ جَهِلَ اللّٰهَ
kim onlardan cahil qalarsa (tanımazsa), Allahdan cahil qalmışdır (Onu tanımamışdır);
وَ مَنِ اعْتَصَمَ بِهِمْ فَقَدِ اعْتَصَمَ بِاللّٰهِ
kim onlardan möhkəm yapışarsa (sığınarsa), Allaha sığınmışdır,
وَ مَنْ تَخَلَّى مِنْهُمْ فَقَدْ تَخَلَّى مِنَ اللّٰهِ عَزَّ وَ جَلَّ
və kim onları tərk edərsə (ayrılarsa), izzətli və cəlalətli Allahı tərk etmişdir.
وَ اُشْهِدُ اللّٰهَ اَنِّيْ سِلْمٌ لِمَنْ سَالَمْتُمْ
Allahı şahid tuturam ki, mən sizinlə sülhdə olanla sülhdəyəm,
وَ حَرْبٌ لِمَنْ حَارَبْتُمْ
və sizinlə mübarizədə (hərbdə) olanla mübarizədəyəm;
مُؤْمِنٌ بِسِرِّكُمْ وَ عَلَانِيَتِكُمْ
sizin gizlinizə (sirrinizə) və aşkarınıza imanım vardır,
مُفَوِّضٌ فِيْ ذٰلِكَ كُلِّهِ اِلَيْكُمْ
bütün bu işlərin hamısını sizə həvalə etmişəm;
لَعَنَ اللّٰهُ عَدُوَّ اٰلِ مُحَمَّدٍ
Allah Ali-Məhəmmədin düşmənlərinə lənət etsin,
مِنَ الْجِنِّ وَ الْاِنْسِ
cinlərdən və insanlardan olan (düşmənlərinə),
وَ اَبْرَاُ اِلَى اللّٰهِ مِنْهُمْ
və mən onlardan Allah dərgahına bəraət edirəm (şikayətçiyəm).
وَ صَلَّى اللّٰهُ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ۔
Allahın salamı olsun Məhəmmədə və onun xanidanına (Alinə).
Bu ziyarət digər ziyarətləri əvəz edə bilər. Bu ziyarəti oxuduqdan sonra Məhəmmədə və Ali-Məhəmmədə çoxlu salavat göndər, İmamların (ə) adını bir-bir çək və onların düşmənlərinə lənət oxu. Özün üçün, bütün mömin və möminələr üçün istədiyin duaları et."