ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
HƏZRƏT ƏBDUL-ƏZİM HƏSƏNİNİN (Ə) ZİYARƏTİ
Mühəddis Qummi yazır: Alimlər Həzrət Əbdul-Əzim üçün bir ziyarət nəql etməmişlər. Təkcə Ağa Cəmaluddin "Məzar" adlı kitabında yazır: Həzrət Əbdul-Əzimi aşağıdakı qaydada ziyarət etmək daha münasibdir:
اَلسَّلَامُ عَلٰى اٰدَمَ صِفْوَةِ اللّٰهِ
Salam olsun Allahın seçdiyi Adəmə. Salam olsun Allahın peyğəmbəri Nuha. Salam olsun Allahın dostu İbrahimə. Salam olsun Allahın kəlmə kəsdiyi Musaya. Salam olsun Allahın ruhu İsaya. Salam olsun sənə ey Rəsulallah. Salam olsun sənə ey Allahın məxluqatının ən üstünü. Salam olsun sənə ey Allahın seçdiyi. Salam olsun sənə ey peyğəmbərlərin sonuncusu Məhəmməd ibn Abdullah. Salam olsun sənə ey Əmirəl-möminin Əli ibn Əbu Talib, Rəsulallahın canişini. Salam olsun sənə ey dünya xanımlarının sərvəri Fatimə. Salam olsun sizə ey rəhmət peyğəmbərinin iki nəvəsi və cənnət cavanlarının sərvərləri. Salam olsun sənə ey abidlərin sərvəri və görənlərin gözünün nuru Əli ibn Hüseyn. Salam olsun sənə ey Peyğəmbərdən sonra elmləri yaran Məhəmməd ibn Əli. Salam olsun sənə ey doğru danışan, yaxşı əməl sahibi və əmanətdar Cəfər ibn Məhəmməd. Salam olsun sənə ey pak və pakizə Musa ibn Cəfər. Salam olsun sənə ey razı qalan və (Allahın) razı qaldığı Əli ibn Musa. Salam olsun sənə ey təqva sahibi Məhəmməd ibn Əli. Salam olsun sənə ey pak, xeyirxah və əmanətdar Əli ibn Məhəmməd. Salam olsun sənə ey Həsən ibn Əli və salam olsun onun canişininə. Ey Allahım, salam göndər Öz nuruna və (hidayət) çırağına, Sənin vəlinin vəlisinə, Sənin canişininin canişininə və məxluqatına olan hüccətinə. Salam olsun sənə ey pak, pakizə və ixlaslı seyid. Salam olsun sənə ey pak seyidlərin övladı. Salam olsun sənə ey seçilmişlərin ən üstün övladı. Salam olsun Rəsulallaha və Rəsulallahın nəslinə, Allahın rəhməti və bərəkəti olsun ona. Salam olsun ləyaqətli bəndəyə, aləmlərin Rəbbi Allaha, Onun elçisinə və Əmirəl-mömininə müti olana. Salam olsun sənə ey (Peyğəmbərin) seçilmiş nəvəsi Müctəbanın övladı Əbul-Qasim. Salam olsun sənə ey o kəs ki, səni ziyarət etməklə Seyyiduş-Şuhədanın ziyarətinin savabına ümid bəslənilir. Salam olsun sənə, Allah Cənnətdə bizi sizinlə birgə qərar versin, bizi sizin dəstənizdə məhşur etsin, bizi sizin Peyğəmbərinizin (Kövsər) hovuzu başında hazır etsin, cəddinizin piyaləsi və Əli ibn Əbu Talibin əli ilə bizi sirab etsin, Allahın salamı olsun sizə. Allahdan istəyirəm ki, sevinci və işlərimdə uğuru sizin vasitənizlə mənə göstərsin, bizi sizinlə birlikdə cəddiniz Məhəmmədin – Allahın salamı olsun ona və xanidanına – dəstəsində qərar versin, sizi tanımanı məndən almasın, çünki O, vəli və qadirdir. Sizə olan məhəbbətim, sizin düşmənlərinizdən uzaq durmağım və Allah qarşısında razılıqla, heç nəyi danmadan və təkəbbürlük etmədən, Məhəmmədin gətirdiklərinə yəqinlik etdiyim bir halda təslim olmağım səbəbilə Allaha yaxınlaşmaq istəyirəm; bunlar səbəbilə sənin mənə nəzər salmağını istəyirəm, ey sərvərim. Ey Allahım, Sənin razılığını və axirətdə nicatı istəyirəm. Ey seyid övladı seyid, Cənnətdə mənə şəfaətçi ol, çünki Allah qarşısında sənin uca məqamın vardır. Ey Allahım, Səndən istəyirəm ki, aqibətimi xeyirli edəsən, elə isə, sahib olduğum imanı məndən alma, uca və əzəmətli Allahdan qeyri güc-qüvvə yoxdur. Ey Allahım, dualarımızı qəbul et və lütfün, izzətin, rəhmətin və qüdrətinlə onları həyata keçir, Məhəmmədə və Ali-Məhəmmədin hamısına çoxlu salam göndər, ey rəhimlilərin ən rəhimlisi.
اَلسَّلَامُ عَلٰى نُوْحٍ نَبِيِّ اللّٰهِ
اَلسَّلَامُ عَلٰىۤ اِبْرَاهِيْمَ خَلِيْلِ اللّٰهِ
اَلسَّلَامُ عَلٰى مُوْسٰى كَلِيْمِ اللّٰهِ
اَلسَّلَامُ عَلٰى عِيْسٰى رُوْحِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا رَسُوْلَ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا خَيْرَ خَلْقِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا صَفِيَّ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا مُحَمَّدَ بْنَ عَبْدِ اللّٰهِ
خَاتَمَ النَّبِيِّيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَمِيْرَ الْمُؤْمِنِيْنَ
عَلِيَّ بْنَ اَبِيْ طَالِبٍ
وَصِيَّ رَسُوْلِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكِ يَا فَاطِمَةُ
سَيِّدَةَ نِسَاۤءِ الْعَالَمِيْنَ
اَلسَّلَامُ عَلَيْكُمَا يَا سِبْطَيِ الرَّحْمَةِ
وَ سَيِّدَيْ شَبَابِ اَهْلِ الْجَنَّةِ
اَلسَّلَامُ عَلَيْكَ يَا عَلِيَّ بْنَ الْحُسَيْنِ
سَيِّدَ الْعَابِدِيْنَ وَ قُرَّةَ عَيْنِ النَّاظِرِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا مُحَمَّدَ بْنَ عَلِيٍّ
بَاقِرَ الْعِلْمِ بَعْدَ النَّبِيِّ
اَلسَّلَامُ عَلَيْكَ يَا جَعْفَرَ بْنَ مُحَمَّدٍ
۟اِلصَّادِقَ الْبَآرَّ الْاَمِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا مُوْسَى بْنَ جَعْفَرٍ
۟اِلطَّاهِرَ الطُّهْرَ
اَلسَّلَامُ عَلَيْكَ يَا عَلِيَّ بْنَ مُوْسَى
الرِّضَا الْمُرْتَضٰى
اَلسَّلَامُ عَلَيْكَ يَا مُحَمَّدَ بْنَ عَلِيٍّ ۟اِلتَّقِيَّ
اَلسَّلَامُ عَلَيْكَ يَا عَلِيَّ بْنَ مُحَمَّدٍ
۟اِلنَّقِيَّ النَّاصِحَ الْاَمِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا حَسَنَ بْنَ عَلِيٍّ
اَلسَّلَامُ عَلَى الْوَصِيِّ مِنْ بَعْدِهِ
اَللّٰهُمَّ صَلِّ عَلٰى نُوْرِكَ وَ سِرَاجِكَ
وَ وَلِيِّ وَلِيِّكَ
وَ وَصِيِّ وَصِيِّكَ
وَ حُجَّتِكَ عَلٰى خَلْقِكَ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا السَّيِّدُ الزَّكِيُّ
وَ الطَّاهِرُ الصَّفِيُّ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ السَّادَةِ الْاَطْهَارِ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ الْمُصْطَفَيْنَ الْاَخْيَارِ
اَلسَّلَامُ عَلٰى رَسُولِ اللّٰهِ
وَ عَلٰى ذُرِّيَّةِ رَسُوْلِ اللّٰهِ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ۔
اَلسَّلَامُ عَلَى الْعَبْدِ الصَّالِحِ
الْمُطِيْعِ لِلّٰهِ رَبِّ الْعَالَمِيْنَ
وَ لِرَسُوْلِهِ وَ لِاَمِيْرِ الْمُؤْمِنِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا اَبَا الْقَاسِمِ
ابْنَ السِّبْطِ الْمُنْتَجَبِ الْمُجْتَبٰى
اَلسَّلَامُ عَلَيْكَ يَا مَنْ بِزِيَارَتِهِ ثَوَابُ زِيَارَةِ سَيِّدِ الشُّهَدَاۤءِ يُرْتَجٰى
اَلسَّلَامُ عَلَيْكَ
عَرَّفَ اللّٰهُ بَيْنَنَا وَ بَيْنَكُمْ فِي الْجَنَّةِ
وَ حَشَرَنَا فِيْ زُمْرَتِكُمْ
وَ اَوْرَدَنَا حَوْضَ نَبِيِّكُمْ
وَ سَقَانَا بِكَأْسِ جَدِّكُمْ
مِنْ يَدِ عَلِيِّ بْنِ اَبِيْ طَالِبٍ
صَلَوَاتُ اللّٰهِ عَلَيْكُمْ
اَسْاَلُ اللّٰهَ اَنْ يُرِيَنَا فِيْكُمُ السُّرُوْرَ وَ الْفَرَجَ
وَ اَنْ يَجْمَعَنَا وَ اِيَّاكُمْ فِيْ زُمْرَةِ جَدِّكُمْ
مُحَمَّدٍ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
وَ اَنْ لَا يَسْلُبَنَا مَعْرِفَتَكُمْ
اِنَّهُ وَلِيٌّ قَدِيْرٌ
اَتَقَرَّبُ اِلَى اللّٰهِ بِحُبِّكُمْ
وَ الْبَرَاۤءَةِ مِنْ اَعْدَاۤئِكُمْ
وَ التَّسْلِيْمِ اِلَى اللّٰهِ
رَاضِيًا بِهِ غَيْرَ مُنْكَرٍ وَ لَا مُسْتَكْبِرٍ
وَ عَلٰى يَقِيْنِ مَا اَتٰى بِهِ مُحَمَّدٌ
وَ بِهِ رَاضٍ
نَطْلُبُ بِذٰلِكَ وَجْهَكَ
يَا سَيِّدِيْ اَللّٰهُمَّ وَ رِضَاكَ
وَ الدَّارَ الْاٰخِرَةَ
يَا سَيِّدِيْ وَ ابْنَ سَيِّدِيْ اِشْفَعْ لِيْ فِي الْجَنَّةِ
فَاِنَّ لَكَ عِنْدَ اللّٰهِ شَأْنًا مِنَ الشَّأْنِ
اَللّٰهُمَّ اِنِّيۤ اَسْاَلُكَ اَنْ تَخْتِمَ لِيْ بِالسَّعَادَةِ
فَلَا تَسْلُبْ مِنِّيْ مَا اَنَا فِيْهِ
وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ الْعَلِيِّ الْعَظِيْمِ
اَللّٰهُمَّ اسْتَجِبْ لَنَا
وَ تَقَبَّلْهُ بِكَرَمِكَ وَ عِزَّتِكَ
وَ بِرَحْمَتِكَ وَ عَافِيَتِكَ
وَ صَلَّى اللّٰهُ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ اَجْمَعِيْنَ
وَ سَلَّمَ تَسْلِيْمًا يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔