Salam olsun Allahın vəlisinə və Onun sevimlisinə.
اَلسَّلَامُ عَلٰى خَلِيْلِ اللّٰهِ وَ نَجِيْبِهِ
Salam olsun Allahın dostuna və Onun sirdaşına (nəcibinə).
اَلسَّلَامُ عَلٰى صَفِيِّ اللّٰهِ وَ ابْنِ صَفِيِّهِ
Salam olsun Allah tərəfindən seçilmişə və seçilmişin övladına.
اَلسَّلَامُ عَلَى الْحُسَيْنِ الْمَظْلُوْمِ الشَّهِيْدِ
Salam olsun məzlum və (Allah yolunda) şəhid olan Hüseynə.
اَلسَّلَامُ عَلٰى اَسِيْرِ الْكُرُبَاتِ
Salam olsun qəm-qüssələr (müsibətlər) əsirinə.
وَ قَتِيْلِ الْعَبَرَاتِ
Salam olsun o qətlə yetirilənə ki, onun üçün göz yaşları axıdılır.
اَللّٰهُمَّ اِنِّيۤ اَشْهَدُ اَنَّهُ وَلِيُّكَ وَ ابْنُ وَلِيِّكَ
Ey Allahım, şəhadət verirəm ki, o, Sənin vəlin və vəlinin övladıdır,
وَ صَفِيُّكَ وَ ابْنُ صَفِيِّكَ
Sənin seçdiyin və seçdiyinin övladıdır,
الْفَاۤئِزُ بِكَرَامَتِكَ
Sənin kəramətinlə nicat tapan (qalib gələn) kəsdir.
اَكْرَمْتَهُ بِالشَّهَادَةِ
Şəhadət məqamını bəxş etməklə onu girami etdin (əzizlədin),
وَ حَبَوْتَهُ بِالسَّعَادَةِ
səadət və xoşbəxtliyi ona aid etdin (hədiyyə verdin),
وَ اجْتَبَيْتَهُ بِطِيْبِ الْوِلَادَةِ
və onu pak mövlud olaraq seçdin.
وَ جَعَلْتَهُ سَيِّدًا مِنَ السَّادَةِ
Onu ağalar (seyidlər) içində bir ağa,
وَ قَاۤئِدًا مِنَ الْقَادَةِ
öndərlər (qaidlər) içində bir öndər
وَ ذَاۤئِدًا مِنَ الذَّادَةِ
və (haqqı) müdafiə edənlər içində bir müdafiəçi qərar verdin.
وَ اَعْطَيْتَهُ مَوَارِيْثَ الْاَنْبِيَاۤءِ
Peyğəmbərlərin mirasını ona əta etdin,
وَ جَعَلْتَهُ حُجَّةً عَلٰى خَلْقِكَ مِنَ الْاَوْصِيَاۤءِ
və onu məxluqatına vəsilər arasından hüccət qərar verdin.
فَاَعْذَرَ فِيْ الدُّعَاۤءِ
Beləcə, o, dəvət etməkdə (dua) bir üzr yeri qoymadı,
وَ مَنَحَ النُّصْحَ
və xeyirxahlığı (nəsihəti) əsirgəmədi.
وَ بَذَلَ مُهْجَتَهُ فِيْكَ
Öz ürəyinin qanını Sənin yolunda fəda etdi,
لِيَسْتَنْقِذَ عِبَادَكَ مِنَ الْجَهَالَةِ
ta ki, Sənin bəndələrini cəhalətdən qurtarsın
وَ حَيْرَةِ الضَّلَالَةِ
və azğınlıq sərgərdanlığından (heyranlığından).
وَ قَدْ تَوَازَرَ عَلَيْهِ مَنْ غَرَّتْهُ الدُّنْيَا
Bir halda ki, dünyanın aldatdığı kəslər onun əleyhinə əlbir oldular,
وَ بَاعَ حَظَّهُ بِالْاَرْذَلِ الْاَدْنٰى
öz paylarını (nəsibini) ən alçaq və dəyərsiz şeyə satdılar,
وَ شَرٰى اٰخِرَتَهُ بِالثَّمَنِ الْاَوْكَسِ
və axirətlərini ən ucuz qiymətə dəyişdilər.
وَ تَغَطْرَسَ وَ تَرَدَّى فِيْ هَوَاهُ
Təkəbbür göstərdilər və nəfslərinin (həvayi-nəfsin) ucbatından süqut etdilər.
وَ اَسْخَطَكَ وَ اَسْخَطَ نَبِيَّكَ
Səni və Peyğəmbərini qəzəbləndirdilər.
وَ اَطَاعَ مِنْ عِبَادِكَ اَهْلَ الشِّقَاقِ وَ النِّفَاقِ
Bəndələrin arasından nifaq və ixtilaf əhlinə itaət etdilər,
وَ حَمَلَةَ الْاَوْزَارِ الْمُسْتَوْجِبِيْنَ النَّارَ [لِلنَّارِ]
o günah yükü daşıyanlara ki, oda layiqdirlər.
فَجَاهَدَهُمْ فِيْكَ صَابِرًا مُحْتَسِبًا
Beləcə, o, Sənin yolunda səbirlə və xeyir ümidi ilə onlarla cihad etdi,
حَتّٰى سُفِكَ فِيْ طَاعَتِكَ دَمُهُ
ta ki Sənə itaət yolunda qanı axıdıldı,
وَ اسْتُبِيْحَ حَرِيْمُهُ
və hörməti (hərəmi) sındırıldı (mübah sayıldı).
اَللّٰهُمَّ فَالْعَنْهُمْ لَعْنًا وَبِيْلًا
Ey Allahım, onlara ağır və şiddətli bir lənətlə lənət et,
وَ عَذِّبْهُمْ عَذَابًا اَلِيْمًا
və onları acınacaqlı (əlim) əzaba düçar et.
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ رَسُوْلِ اللّٰهِ
Salam olsun sənə ey Rəsulallahın övladı.
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ سَيِّدِ الْاَوْصِيَاۤءِ
Salam olsun sənə ey canişinlərin sərvərinin övladı.
اَشْهَدُ اَنَّكَ اَمِيْنُ اللّٰهِ وَ ابْنُ اَمِيْنِهِ
Şəhadət verirəm ki, sən Allahın əminisən və əmininin övladısan.
عِشْتَ سَعِيْدًا
Sən xoşbəxt (səid) yaşadın,
وَ مَضَيْتَ حَمِيْدًا
bəyənilmiş (həmid) şəkildə dünyadan getdin,
وَ مُتَّ فَقِيْدًا مَظْلُوْمًا شَهِيْدًا
və dünyadan tək, məzlum və şəhid olaraq köçdün.
وَ اَشْهَدُ اَنَّ اللّٰهَ مُنْجِزٌ مَا وَعَدَكَ
Şəhadət verirəm ki, Allah sənə vəd etdiyini yerinə yetirəcək,
وَ مُهْلِكٌ مَنْ خَذَلَكَ
səni tək qoyanı (xar edəni) həlak edəcək
وَ مُعَذِّبٌ مَنْ قَتَلَكَ
və səni qətlə yetirəni cəzalandıracaqdır.
وَ اَشْهَدُ اَنَّكَ وَفَيْتَ بِعَهْدِ اللّٰهِ
Şəhadət verirəm ki, sən Allahın əhdinə vəfa etdin,
وَ جَاهَدْتَ فِيْ سَبِيْلِهِ حَتّٰىۤ اَتَاكَ الْيَقِيْنُ
və ölüm (yəqin) yetişənədək Onun yolunda cihad etdin.
فَلَعَنَ اللّٰهُ مَنْ قَتَلَكَ
Allah səni qətlə yetirənə lənət etsin,
وَ لَعَنَ اللّٰهُ مَنْ ظَلَمَكَ
Allah sənə zülm edənə lənət etsin,
وَ لَعَنَ اللّٰهُ اُمَّةً سَمِعَتْ بِذٰلِكَ فَرَضِيَتْ بِهِ
və Allah bu hadisəni eşidib ona razı olan camaata lənət etsin.
اَللّٰهُمَّ اِنِّيۤ اُشْهِدُكَ اَنِّي وَلِيٌّ لِمَنْ وَالَاهُ
Ey Allahım, Səni şahid tuturam ki, mən onu sevənin dostuyam,
وَ عَدُوٌّ لِمَنْ عَادَاهُ
və onunla düşmən olanın düşməniyəm.
بِاَبِيۤ اَنْتَ وَ اُمِّيْ يَا ابْنَ رَسُوْلِ اللّٰهِ
Atam-anam sənə fəda olsun ey Rəsulallahın övladı!
اَشْهَدُ اَنَّكَ كُنْتَ نُوْرًا فِي الْاَصْلَابِ الشَّامِخَةِ
Şəhadət verirəm ki, sən uca sülblərdə bir nur idin,
وَ الْاَرْحَامِ الْمُطَهَّرَةِ [الطَّاهِرَةِ]
və pak (mutəhhərə) bətnlərdə (idun).
لَمْ تُنَجِّسْكَ الْجَاهِلِيَّةُ بِاَنْجَاسِهَا
Cahiliyyət dövrü səni öz murdarlıqları ilə kirlətmədi,
وَ لَمْ تُلْبِسْكَ الْمُدْلَهِمَّاتُ مِنْ ثِيَابِهَا
və öz zülmət (çirkli) libaslarını sənə geyindirmədi.
وَ اَشْهَدُ اَنَّكَ مِنْ دَعَاۤئِمِ الدِّيْنِ
Şəhadət verirəm ki, sən dinin sütunlarından,
وَ اَرْكَانِ الْمُسْلِمِيْنَ
müsəlmanların rüknlərindən (dayaqlarından)
وَ مَعْقِلِ الْمُؤْمِنِيْنَ
və möminlərin pənahgahısan.
وَ اَشْهَدُ اَنَّكَ الْاِمَامُ الْبَرُّ التَّقِيُّ
Şəhadət verirəm ki, sən xeyirxah, təqvalı,
الرَّضِيُّ الزَّكِيُّ
bəyənilmiş (razi) və pakizə bir imamsan,
الْهَادِي الْمَهْدِيُّ
hidayət edən və hidayət olunmuş.
وَ اَشْهَدُ اَنَّ الْاَئِمَّةَ مِنْ وُلْدِكَ كَلِمَةُ التَّقْوٰى
Şəhadət verirəm ki, sənin övladlarından olan imamlar təqva kəlməsi,
وَ اَعْلَامُ الْهُدٰى
hidayət nişanələri (bayraqları),
وَ الْعُرْوَةُ الْوُثْقٰى
möhkəm ip (qulp)
وَ الْحُجَّةُ عَلٰى اَهْلِ الدُّنْيَا
və dünya əhli üzərində (Allahın) hüccətidirlər.
وَ اَشْهَدُ اَنِّي بِكُمْ مُؤْمِنٌ وَ بِاِيَابِكُمْ
Şəhadət verirəm ki, sizə və sizin dönüşünüzə (rəcətinizə) imanım var,
مُوْقِنٌ بِشَرَاۤئِعِ دِيْنِيْ وَ خَوَاتِيْمِ عَمَلِيْ
dinimin qanunlarına və əməllərimin sonuna yəqinim var.
وَ قَلْبِيْ لِقَلْبِكُمْ سِلْمٌ
Qəlbim sizin qəlbinizə təslimdir (sülhdədir),
وَ اَمْرِيْ لِاَمْرِكُمْ مُتَّبِعٌ
işlərim sizin əmrinizə tabedir,
وَ نُصْرَتِيْ لَكُمْ مُعَدَّةٌ
köməyim (nüsrətim) sizin üçün hazırdır,
حَتّٰى يَأْذَنَ اللّٰهُ لَكُمْ
ta ki Allah sizə (qiyam üçün) icazə verənədək.
فَمَعَكُمْ مَعَكُمْ
Elə isə sizinləyəm, sizinləyəm,
لَا مَعَ عَدُوِّكُمْ
sizin düşməninizlə deyil!
صَلَوَاتُ اللّٰهِ عَلَيْكُمْ
Allahın salavatı (salamı) olsun sizə,
وَ عَلٰىۤ اَرْوَاحِكُمْ وَ اَجْسَادِكُمْ [اَجْسَامِكُمْ]
ruhlarınıza və bədənlərinizə (cisimlərinizə),
وَ شَاهِدِكُمْ وَ غَاۤئِبِكُمْ
hazırınıza və qeybdə olanınıza,
وَ ظَاهِرِكُمْ وَ بَاطِنِكُمْ
zahirinizə və batininizə.
اٰمِيْنَ رَبَّ الْعَالَمِيْنَ۔
Amin, ey aləmlərin Rəbbi!
Sonra iki rəkət namaz qıl. Namazdan sonra istədiyin duaları et və geri qayıt.
İKİNCİ ZİYARƏT
Mərhum Əllamə Məclisi Seyid İbn Tavusdan nəql edir ki, Cabir ibn Abdullahın Əta (Ətiyyə) adlı bir dostu deyir: "Səfər ayının iyirminci günü Cabir ibn Abdullah Ənsari ilə birlikdə idim. Kərbəlaya çatdıqda o, Fərat çayında qüsl etdi, özü lə götürdüyü təmiz və pak köynəyi geyindi. Sonra mənə dedi: "Yanında bir ətir varmı?" Mən: "Bəli" – dedim. O. ətirdən bir qədər başına və bədəninə vurdu, sonra ayaq yalın yola düşdü. İmam Hüseynin (ə) qəbrinə çatdıqda qəbrin baş tərəfində dayandı və üç dəfə "Əllahu əkbər" dedi. Bunu deyib huşsuz vəziyyətdə yerə yıxıldı. Huşu özünə gəldikdə onun belə dediyini eşitdim: Salam olsun sizə ey Allahın xanidanı...
Bu, Rəcəb ayının ortasında oxunan ziyarətdir ("Rəcəb ayının 15-ci gününün məxsus ziyarəti")