ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
İMAM KAZİMİN (ə) SALAVATI
Seyid İbn Tavus İmam Musa ibn Cəfər (ə) üçün bir salavat da nəql etmişdir. Bu salavat o həzrətin bir sıra fəzilətlərini və müsibətlərini ehtiva edir. Hörmətli zəvvar bu salavatı da deyib onun savabından bəhrələnə bilər. Salavat belədir:
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اَهْلِ بَيْتِهِ
Ey Allahım, Məhəmmədə və onun Əhli-beytinə salam göndər. (Ey Allahım,) yaxşıların canişini, yaxşı əməl sahiblərinin imamı, nurlar mədəni, aramlıq, vüqar, hikmətlər və (əvvəlkilərin) izlərinin varisi olan Musa ibn Cəfərə salam göndər: o kəsə ki, gecələri sübhədək əhya saxlayıb bağışlanma diləmişdir; uzun səcdələr, axan göz yaşları, uzun-uzadı minacat və ardı-arası kəsilməyən nalələrlə həmpeyman olmuşdur; ağıl, ədalət, yaxşılıq, ehsan, səxavət və bəxşiş ünvanı olmuşdur; çətinlik və dözüm həmdəmi olmuşdur; zülm ilə əzilmiş və sitəmlə dəfn edilmişdir; qaranlıq zirzəmilərdə və zindanlarda işkəncə görmüşdür; zəncir halqaları onun qollarını yara etmişdir; hörmətsizliklə cənazəsinə səslənilmişdir; babası Məhəmməd Mustəfa, atası Əli Murtəza və anası xanımlar-xanımının yanına irsi qəsb edilərək, xilafəti əlindən alınaraq, əmri icra olunmayaraq, qanbahası tələb edilərək və zəhər içildirilərək getmişdir. Ey Allahım, o, ağır giriftarlıqlara dözdüyü, giriftarlıqların qüssəsini udduğu, Sənin razılığına xatir təslim olduğu, Sənə ixlasla itaət etdiyi, sədaqətlə təvazökarlıq etdiyi, başdan-başa təvazökarlıq mücəssəməsi olduğu, bidət və bidətçilərlə düşmən olduğu, Sənin əmrlərinin icrasında məzəmmət edənlərin məzəmməti ona təsir etmədiyi üçün ona daim artan, çoxlu və pak salam göndər: elə bir salam ki, keçmiş ümmətlərin şəfaətinə səbəb olsun. Bizim salamımızı ona çatdır. Ona tabe olmaqla Öz lütfünü, ehsanını, əfvini və razılığını bizə əta et. Həqiqətən Sən hamıya şamil olan fəzl sahibi və böyük güzəştsən. Öz rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi.
وَ صَلِّ عَلٰى مُوْسَى بْنِ جَعْفَرٍ
وَصِيِّ الْاَبْرَارِ
وَ اِمَامِ الْاَخْيَارِ
وَ عَيْبَةِ الْاَنْوَارِ
وَ وَارِثِ السَّكِيْنَةِ وَ الْوَقَارِ
وَ الْحِكَمِ وَ الْاٰثَارِ
الَّذِيْ كَانَ يُحْيِيْ اللَّيْلَ بِالسَّهَرِ اِلَى السَّحَرِ
بِمُوَاصَلَةِ الْاِسْتِغْفَارِ
حَلِيْفِ السَّجْدَةِ الطَّوِيْلَةِ
وَ الدُّمُوْعِ الْغَزِيْرَةِ
وَ الْمُنَاجَاةِ الْكَثِيْرَةِ
وَ الضَّرَاعَاتِ الْمُتَّصِلَةِ
وَ مَقَرِّ النُّهٰى وَ الْعَدْلِ
وَ الْخَيْرِ وَ الْفَضْلِ
وَ النَّدٰى وَ الْبَذْلِ
وَ مَأْلَفِ الْبَلْوٰى وَ الصَّبْرِ
وَ الْمُضْطَهَدِ بِالظُّلْمِ
وَ الْمَقْبُوْرِ بِالْجَوْرِ
وَ الْمُعَذَّبِ فِيْ قَعْرِ السُّجُوْنِ
وَ ظُلَمِ الْمَطَامِيْرِ
ذِي السَّاقِ الْمَرْضُوْضِ بِحَلَقِ الْقُيُوْدِ
وَ الْجَنَازَةِ الْمُنَادٰى عَلَيْهَا بِذُلِّ الْاِسْتِخْفَافِ
وَ الْوَارِدِ عَلٰى جَدِّهِ الْمُصْطَفٰى وَ اَبِيْهِ الْمُرْتَضٰى
وَ اُمِّهِ سَيِّدَةِ النِّسَاۤءِ
بِاِرْثٍ مَغْصُوْبٍ
وَ وَلَاۤءٍ مَسْلُوْبٍ
وَ اَمْرٍ مَغْلُوْبٍ
وَ دَمٍ مَطْلُوْبٍ
وَ سَمٍّ مَشْرُوْبٍ
اَللّٰهُمَّ وَ كَمَا صَبَرَ عَلٰى غَلِيْظِ الْمِحَنِ
وَ تَجَرَّعَ غُصَصَ الْكُرَبِ
وَ اسْتَسْلَمَ لِرِضَاكَ
وَ اَخْلَصَ الطَّاعَةَ لَكَ
وَ مَحَضَ الْخُشُوْعَ
وَ اسْتَشْعَرَ الْخُضُوْعَ
وَ عَادَى الْبِدْعَةَ وَ اَهْلَهَا
وَ لَمْ يَلْحَقْهُ فِيْ شَيْ‏ءٍ مِنْ اَوَامِرِكَ وَ نَوَاهِيْكَ لَوْمَةُ لَاۤئِمٍ
صَلِّ عَلَيْهِ صَلَاةً نَامِيَةً
مُنِيْفَةً زَاكِيَةً
تُوْجِبُ لَهُ بِهَا شَفَاعَةَ اُمَمٍ مِنْ خَلْقِكَ
وَ قُرُوْنٍ مِنْ بَرَايَاكَ
وَ بَلِّغْهُ عَنَّا تَحِيَّةً وَ سَلَامًا
وَ اٰتِنَا مِنْ لَدُنْكَ فِيْ مُوَالَاتِهِ فَضْلًا وَ اِحْسَانًا
وَ مَغْفِرَةً وَ رِضْوَانًا
اِنَّكَ ذُوْ الْفَضْلِ الْعَمِيْمِ
وَ التَّجَاوُزِ الْعَظِيْمِ
بِرَحْمَتِكَ يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔