ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
İMAM CAVADIN (Ə) ÜÇÜNCÜ ZİYARƏTİ
İbn Quləvəyh "Kamiluz-ziyarat" kitabında İmam Hadidən (ə) İmam Cavada (ə) məxsus olan üçüncü bir ziyarəti də nəql etmişdir. O qeyd edir:
Ziyarət qüslu etdikdən sonra de:
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدِ بْنِ عَلِيٍّ
Ey Allahım, yaxşı əməl və təqva sahibi, pakizə, bəyənilən və razı imam, yer üzündə və torpağın altında olanların hamısına Sənin hüccətin olan Məhəmməd ibn Əliyə çoxlu, kamil, daim artan, pakizə, bərəkətli, davamlı, ardı-arası kəsilməyən salam göndər: övliyalarından hər birinə göndərdiyin salamların ən yaxşısını. Salam olsun sənə ey Allahın vəlisi. Salam olsun sənə ey Allahın nuru. Salam olsun sənə ey Allahın hüccəti. Salam olsun sənə ey möminlərin imamı. Salam olsun sənə ey peyğəmbərlərin canişini və canişinlərin nəslindən olan. Salam olsun sənə ey yerin zülmətlərində Allahın nuru. Ziyarət üçün hüzuruna gəlmışəm, bir halda ki, haqqını tanıyıram, düşmənlərinin düşməni və dostlarının dostuyam. Elə isə, Rəbbinin dərgahında mənə şəfaət et, ey mövlam.
اِلْاِمَامِ التَّقِيِّ النَّقِيِّ
الرَّضِيِّ الْمَرْضِيِّ
وَ حُجَّتِكَ عَلٰى مَنْ فَوْقَ الْاَرْضِ
وَ مَنْ تَحْتَ الثَّرٰى
صَلٰوةً كَثِيْرَةً
نَامِيَةً زَاكِيَةً مُبَارَكَةً
مُتَوَاصِلَةً مُتَرَادِفَةً مُتَوَاتِرَةً
كَاَفْضَلِ مَا صَلَّيْتَ عَلٰىۤ اَحَدٍ مِنْ اَوْلِيَاۤئِكَ
وَ السَّلَامُ عَلَيْكَ يَا وَلِيَّ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا نُوْرَ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا حُجَّةَ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا اِمَامَ الْمُؤْمِنِيْنَ
وَ وَارِثَ عِلْمِ النَّبِيِّيْنَ
وَ سُلَالَةَ الْوَصِيِّيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا نُوْرَ اللّٰهِ فِيْ ظُلُمَاتِ الْاَرْضِ
اَتَيْتُكَ زَاۤئِرًا
عَارِفًا بِحَقِّكَ
مُعَادِيًا لِاَعْدَاۤئِكَ
مُوَالِيًا لِاَوْلِيَاۤئِكَ
فَاشْفَعْ لِيْ عِنْدَ رَبِّكَ۔
Sonra istəklərini dilə, inşaallah həyata keçər.