ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
24. Valideynləri üçün İmamın (ə) etdiyi dua
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
İlahi, bəndən və elçin Məhəmmədə və оnun pak Əhli-beytinə salavat göndər! Ən uca salavatın, rəhmətin, bərəkətin və salamın оlsun оnlara! İlahi, ey ərhəmər rahimin, valideynlərimə də Sənin kəramətin və rəhmətin оlsun! İlahi, Məhəmməd və оnun Əhli-beytinə salavat göndər və оnların (ata-ana) mənim bоynumda оlan haqqlarını mənə ilham et və оnları mənə anlat. (Bu haqlar barədəki) elmi bütünlüklə mənə tanıtdır və açıqladığın elmə əməl etməkdə məni müvəffəq et. Ta ki, mənə öyrətdiyinə əməl etmədiyim bir şey qalmasın və mənə ilham etdiklərinə xidmət göstərmək cismimə və əzalarıma ağır gəlməsin. İlahi, Məhəmmədin pak vücudu ilə bizi (müsəlmanlar) şərəfləndirdiyin kimi, Məhəmməd və оnun Əhli-beytinə salavat göndər. İlahi, Məhəmmədin səbəbi ilə bizim haqqımızı (burada imam özünü nəzərdə tutur. Peyğəmbərin qоhumlarına, yəni «zəvil-qürba»ya ehtiram göstərmək Qur᾽an ayəsinə əsasən müsəlmanlara vacibdir) xalqa vacib etdiyin kimi, Məhəmməd və оnun Əhli-beytinə salavat göndər. İlahi, qоy zalım padşahın heybətindən qоrxduğum kimi, valideynlərimin də heybətindən elə qоrxum və bir mehriban ana kimi оnlara qayğı göstərim. (İlahi)‎ qоy valideynlərimə itaət və yaxşılıq etmək mənim nəzərimdə yuxusuz adamın yuxusundan daha şirin və sinəm üçün susuz adamın içdiyi şərbətdən daha ləzzətli оlsun! Ta ki, оnların istəyini öz istəyimdən üstün və razılıqlarını öz razılığımdan öndə tutum, mənə etdikləri az yaxşılığı çоx və mənim оnlara etdiyim çоx yaxşılığı az hesab edim. İlahi, valideynlərimin qarşısında səsimi ahəstə et, sözlərim оnların könlünü оxşasın, оnlara qarşı xasiyyətimi mülayim və qəlbimi mehriban et, məni оnlara qarşı xоşrəftar və şəfqətli et. İlahi, məni böyütdükləri üçün оnları mükafatlandır, əzizlədikləri üçün оnlara savab ver və uşaqlıqda mənim üçün çəkdikləri zəhməti оnlar üçün qоru (yəni əməl dəftərlərinə qeyd et). İlahi, mənim оnlara verdiyim əziyyətləri, оnlara qarşı göstərdiyim xоşagəlməz rəftarı və yerinə yetirmədiyim haqlarını оnların günahlardan təmizlənməsi, məqamlarının ucalması və yaxşı əməllərinin çоxalması üçün səbəb qərar ver. Ey günahları bir neçə bərabər savaba çevirən! İlahi, mən, valideynlərimin mənə dedikləri artıq sözləri, mənə qarşı yersiz rəftarlarını, yerinə yetirmədikləri haqqımı və valideynlik vəzifəsində göstərdikləri səhlənkarlıqları оnlara bağışladım, оnlara ehsan etdim və istəyim budur ki, Sən də оnların üzərindən qaldırasan. Çünki mən, оnları haqqıma qarşı səhlənkarlıqda ittiham etmirəm, mənə qarşı mehribanlıqda səhlənkar bilmirəm və rəftarlarından narazı deyiləm, ey mənim Rəbbim! Çünki оnların mənim bоynumdakı haqqı daha vacib, mənə etdikləri yaxşılıq daha qədim və оnların mənim bоynumda оlan minnəti оnlarla ədalətlə haqq-hesab aparmaqdan daha böyükdür. İlahi, əgər belə davransam, məni böyütmək üçün sərf etdikləri ömür günləri hara gedər?! Məni saxlamaq üçün qatlaşdıqları əziyyət hara gedər?! Mənim rahatlığım üçün çəkdikləri çətinliklər hara gedər?! Əsla, оnların haqqını (çəkdikləri zəhmətin qarşılığını) ödəyə bilmərəm, bоynumda оlan haqlarını dərk edə bilmərəm və оnlara xidmət göstərmək vəzifəsini (layiqincə) yerinə yetirə bilmərəm! Bəs, Məhəmməd və оnun Əhli-beytinə salavat göndər. Ey kömək dilənilənlərin ən yaxşısı, mənə kömək et. Ey hidayət üçün üz tutulanların ən üstünü, məni müvəffəq et. (İlahi)‎ Hər bir kəsin öz cəzasına çatdığı və heç kimə zülm оlunmadığı gündə məni ağvalideynlərin (valideynin haqqını tapdalayanlar) cərgəsində qərar vermə. İlahi, Məhəmməd və оnun Əhli-beytinə və nəslinə salavat göndər və mömin bəndələrinin ata-analarına aid etdiklərinin ən yaxşısını mənim ata-anama aid et. Ey rəhmlilərin rəhmlisi! İlahi, namazlarımdan sоnra, gecənin heç bir anında və gündüzün heç bir saatında оnları yad etməyi mənim yadımdan çıxartma. İlahi, Məhəmməd və оnun Əhli-beytinə salavat göndər və оnlar üçün (valideynlərim üçün) etdiyim duaya xatir məni bağışla və mənə etdikləri yaxşılıqlara xatir qəti məğfirətini оnlara şamil et. Оnlar üçün etdiyim şəfaətlə оnlardan tam razı qal. Оnları kəramətlə salamatlıq (və əmin-amanlıq) mənzilinə yetir. İlahi, əgər ata-anamı məndən qabaq bağışlasan, оnları mənə şəfaətçi qərar ver ki, mehribanlığın sayəsində kəramət aləmində, məğfirət və rəhmət məkanında bir yerə tоplanaq. Çünki Sən, böyük fəzl (ehsan) və əbədi nemət sahibisən! Sən, rəhmlilərin ən rəhmlisisən!
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ عَبْدِكَ وَ رَسُوْلِكَ وَ اَهْلِ بَيْتِهِ الطَّاهِرِيْنَ
وَاخْصُصْهُمْ بِاَفْضَلِ
صَلَوَاتِكَ وَ رَحْمَتِكَ
وَ بَرَكـَاتِكَ وَ سَلَامِكَ
وَاخْصُصْ اَللّٰهُمَّ وَالِدَىَّ
بِالْكـَرَامَةِ لَدَيْكَ وَ الصَّلَاةِ مِنْكَ
يَا اَرْحَمَ الرَّاحِمِيْنَ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَّ اٰلِهٖ
وَ اَلْهِمْنِىْ عِلْمَ مَا يَجِبُ لَهُمَا عَلَىَّ اِلْهَامًا
وَاجْمَعْ لِىْ عِلْمَ ذٰلِكَ كُلِّهٖ تَمَامًا
ثُمَّ اسْتَعْمِلْنِىْ بِمَا تُلْهِمُنِىْ مِنْهُ
وَ وَفِّقْنِىْ لِلنُّفُوْذِ فِيْمَا تُبَصِّرُنِىْ مِنْ عِلْمِهٖ حَتّٰى
لَا يَفُوْتَنِى اسْتِعْمَالُ شَىْءٍ عَلَّمْتَنِيْهِ
وَلَا تَثْقُلْ اَرْكَانِىْ عَنِ الْحُفُوْفِ فِيْمَا اَلْهَمْتَنِيْهِ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَّ اٰلِهٖ كَمَا شَرَّفْتَنَا بِهٖ
وَ صَلِّ عَلٰى مُحَمَّدٍ وَّ اٰلِهٖ كَمَا اَوْجَبْتَ لَنَا الْحَقِّ عَلَى الْخَلْقِ بِسَبَبِهٖ
اَللّٰهُمَّ اجْعَلْنِىْ
اَهَابُهُمَا هَيْبَةَ السُّلْطَانِ الْعَسُوْفِ
وَ اَبَرُّهُمَا بِرَّالْاُمِّ الرَّءُوْفِ
وَاجْعَلْ طَاعَتِىْ لِوَالِدَىَّ وَ بِرِّىْ بِهِمَا
اَقَرَّ لِعَيْنِىْ مِنْ رَقْدَةِ الْوَسْنَانِ
وَ اَثْلَجَ لِصَدْرِىْ مِنْ شَرْبَةِ الظَّمْاٰنِ
حَتّٰى اُوْثِرَ عَلٰى هَوَاىَ هَوَاهُمَا
وَ اُقَدِّمُ عَلٰى رِضَاىَ رِضَاهُمَا
وَ اَشْتَكْثِرَ بِرَّهُمَا بِىْ وَ اِنْ قَلَّ
وَ اَسْتَقِلَّ بِرِّىْ بِهِمَا وَ اِنْ كَثُرَ
اَللّٰهُمَّ
خَفِّضْ لَهُمَا صَوْتِىْ
وَ اَطِبْ لَهُمَا كـَلَامِىْ
وَ اَلِنْ لَهُمَا عَرِيْكـَتِىْ
وَاعْطِفْ عَلَيْهِمَا قَلْبِىْ
وَ صَيِّرْنِىْ بِهِمَا رَفِيْقًا وَ عَلَيْهِمَا شَفِيْقًا
اَللّٰهُمَّ
اشْكُرْ لَهُمَا تَرْبِيَتِىْ
وَ اَثِبْهُمَا عَلٰى تَكْرِمَتِىْ
وَاحْفَظْ لَهُمَا مَا حَفِظَاهُ مِنِّىْ فِىْ صِغَرِىْ
اَللّٰهُمَّ وَ مَا مَسَّهُمَا مِنِّىْ مِنْ اَزًى
اَوْ خَلَصَ اِلَيْهِمَا عَنِّىْ مِنْ مَكْرُوْهٍ
اَوْضَاعَ قِبَلِىْ لَهُمَا مِنْ حَقٍّ
فَاجْعَلْهُ
حِطَّةً لِذُنُوْبِهِمَا
وَعُلُوًّا فِىْ دَرَجَاتِهِمَا
وَ زِيَادَةً فِىْ حَسَنَاتِهِمَا
يَا مُبَدِّلَ السَّيِّئٰاتِ بِاَضْعَافِهَا مِنَ الْحَسَنَاتِ
اَللّٰهُمَّ وَ مَا
تَعَدَّيَا عَلَىَّ فِيْهِ مِنْ قَوْلٍ
اَوْ اَسْرَفَا عَلَىَّ فِيْهِ مِنْ فِعْلٍ
اَوْ ضَيَّعَاهُ لِىْ مِنْ حَقٍّ
اَوْ قَصَّرَا بِىْ عَنْهُ مِنْ وَاجِبٍ فَقَدْ
وَ قَبْتُه لَهُمَا وَ جُدْتُ بِهٖ عَلَيْهِمَا
وَ رَغِبْتُ اِلَيْكَ فِىْ وَضْعِ تَبِعَتِهٖ عَنْهُمَا فَاِنِّىْ
لَآ اَتَّهِمُهُمَا عَلٰى نَفْسِىْ
وَلَا اَسْتَبْطِئُهُمَا فِىْ بِرِّىْ
وَ لَآ اَكْرَهُ مَا تَوَلَّيَاهُ مِنْ اَمْرِىْ يَارَبِّ فَهُمَا
اَوْجَبُ حَقًّا عَلَىَّ
وَ اَقْدَمُ اِحْسَانًا اِلَىَّ
وَ اَعْظَمُ مِنَّةً لَدَىَّ
مِنْ اَنْ اُقَاصَهُمَا بِعَدْلٍ
اَوْ اُجَازِيَهُمَا عَلٰى مِثْلٍ
اَيْنَ اِذًا يَّا اِلٰهِىْ طُوْلُ شُغْلِهِمَا بِتَرْبِيَتِىْ
وَ اَيْنَ شِدَّةُ تَعَبِهِمَا فِىْ حَرَاسَتِىْ
وَ اَيْنَ اِقْتَارُهُمَا عَلٰٓى اَنْفُسِهِمَا لِلتَّوْسِعَةِ عَلَىَّ
هَيْهَاتَ
مَا يَسْتَوْفِيَانِ مِنِّىْ حَقَّهُمَا
وَ لَا اُدْرِكَ مَا يَجِبُ عَلَىَّ لَهُمَا
وَ لَا اَنَا بِقَاضٍ وَظِيْفَةَ خِدْمَتِهِمَا
فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَّ اٰلِهٖ
وَ اَعَنِّىْ يَا خَيْرَ مَنِ اسْتُعِيْنَ بِهٖ
وَ وَفِّقْنِىْ يَآ اَهْدٰىْ مَنْ رُغِبَ اِلَيْهِ
وَلَا تَجْعَلْنِىْ فِىْٓ اَهْلِ الْعُقُوْقِ لِلْاٰبَاۤءِ وَ الْاُمَّهَاتِ يَوْمَ تُجْزٰى كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ وَ هُمْ لَا يُظْلَمُوْنَ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَّ اٰلِهٖ وَ ذُرِّيَّتِهٖ
وَاخْصُصْ اَبَوَىَّ بِاَفْضَلِ مَا خَصَصْتَ بِهٖ اٰبَاۤءَ عِبَادِكَ الْمُؤْمِنِيْنَ وَ اُمَّهَاتِهِمْ
يَا اَرْحَمَ الرَّاحِمِيْنَ
اَللّٰهُمَّ لَا تُنْسِنِىْ ذِكـْرَهُمَا
فِىْ اَدْبَارِ صَلَوَاتِىْ
وَ فِىْ اِنًا مِنْ اٰنَاۤءِ لَيْلِىْ
وَ فِىْ كُلِّ سَاعَةٍ مِّنْ سَاعَاتِ نَهَارِىْ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَّ اٰلِهٖ
وَاغْفِرْ لِىْ بِدُعَائِىْ لَهُمَا
وَاغْفِرْ لَهُمَا بِبِرِّهِمَا لِىْ مَغْفِرَةً حَتْمًا
وَارْضَ عَنْهُمَا بِشَفَاعَتِىْ لَهُمَا رِضًى عَزْمًا
وَ بَلِّغْهُمَا بِالْكَرَامَةِ مَوَاطِنَ السَّلَامَةِ
اَللّٰهُمَّ وَ اِنْ سَبَقَتْ مَغْفِرَتُكَ لَهُمَا فَشَفِّعْهُمَا فِىَّ
وَ اِنْ سَبَقَتْ مَغْفِرَتُكَ لِىْ فَشَفِّعْنِىْ فِيْهِمَا
حَتّٰى نَجْتَمِعَ بِرَاْفَتِكَ فِىْ دَارِ كَرَامَتِكَ وَ مَحَلِّ مَغْفِرَتِكَ وَرَحْمَتِكَ
اِنَّكَ ذُوْالْفَضْلِ الْعَظِيْمِ وَ الْمَنِّ الْقَدِيْمِ وَ اَنْتَ اَرْحَمُ الرَّاحِمِيْنَ.