Rəhman və Rəhim Allahın adı ilə.
اَللّٰهُمَّ وَ حَمَلَةُ عَرْشِكَ الَّذِيْنَ
İlahi! Ərşini saxlayan mələklərə (salam olsun) ki,
لَا يَفْتُرُوْنَ مِنْ تَسْبِيْحِكَ
Sənə həmd-səna etməkdən yorulmurlar,
وَ لَا يَسْاَمُوْنَ مِنْ تَقْدِيْسَكَ
və Səni təqdis etməkdən usanmırlar,
وَ لَا يَسْتَحْسِرُوْنَ مِنْ عِبَادَتِكَ
və Sənə ibadət etməkdən aciz qalmırlar,
وَ لَا يُؤْثِرُوْنَ التَّقْصِيْرَ عَلَى الْجِدِّ فِىْ اَمْرِكَ
və əmrlərini icra etməkdə ciddiyyəti səhlənkarlığa dəyişmirlər,
وَ لَا يَغْفُلُوْنَ عَنِ الْوَلَهِ اِلَيْكَ
və Sənə olan eşq və məhəbbətdən bir an belə qafil olmurlar.
وَ اِسْرَافِيْلُ صَاحِبُ الصُّوْرِ الشَّاخِصُ الَّذِىْ يَنْتَظِرُ مِنْكَ الْاِذْنَ وَ حُلُوْلَ الْاَمْرِ فَيُنَبِّهُ بِالنَّفْخَةِ صَرْعٰى رَهَائِنَ الْقُبُوْرِ
Sur sahibi olub, qəbirdə həbs olunanları (ölüləri) ölüm yuxusundan oyatmaq üçün suru çalıb Sənin izninin və əmrinin gəlməsinin intizarını çəkən İsrafilə (salam olsun)!
وَ مِيْكَائِيْلُ ذُوالْجَاهِ عِنْدَكَ وَ الْمَكَانِ الرَّفِيْعِ مِنْ طَاعَتِكَ
Dərgahında əzəmət sahibi və itaətkarlığına görə Sənin yanında yüksək məqamı olan Mikayıla (salam olsun)!
وَ جِبْرِيْلُ الْاَمِيْنُ عَلٰى وَحْيِكَ
Vəhyinə əmanətdar olan Cəbrayıla (salam olsun),
الْمُطَاعُ فِىْ اَهْلِ سَمٰوَاتِكَ
göy əhli (səmavat əhli) arasında itaət edilənə,
الْمَكِيْنُ لَدَيْكَ الْمُقَرَّبُ عِنْدَكَ
dərgahında əzəmət sahibi və Sənə yaxın (müqərrəb) olana.
وَ الرُّوْحُ الَّذِىْ هُوَ عَلٰى مَلَائِكَةِ الْحُجُبِ
Və salam olsun hicab (hücub) mələklərinə başçılıq edən Ruha!
وَ الرُّوْحُ الَّذِىْ هُوَ مِنْ اَمْرِكَ
Və salam olsun Sənin əmrindən (sirlərindən) olan Ruha!
اَللّٰهُمَّ فَصَلِّ عَلَيْهِمْ وَ عَلٰى الْمَلَائِكَةِ الَّذِيْنَ مِنْ دُوْنِهِمْ
İlahi, onlara və onlardan aşağı məqamda olan (digər) mələklərə salam göndər,
مِنْ سُكَّانِ سَمٰوَاتِكَ
(o mələklərə ki,) Sənin göylərinin sakinləridir,
وَ اَهْلِ الْاَمَانَةِ عَلٰى رِسَالَاتِكَ
və xitablarına (risalətlərinə) əmanətdardırlar.
وَ الَّذِيْنَ لَا تَدْخُلُهُمْ
O kəslər ki, onlara yol tapmaz (daxil olmaz)
سَامَةٌ مِنْ دُءُوْبٍ
işləməkdən (daimi ibadətdən) gələn yorğunluq,
وَ لَا اِعْيَاۤءٌ مِنْ لُغُوْبٍ وَ لَا فُتُوْرٌ
və zəhmətdən yaranan əziyyət və süstlük.
وَ لَا تَشْغَلُهُمْ عَنْ تَسْبِيْحِكَ الشَّهَوَاتُ
İstəklər (şəhvətlər) onları Səni zikr etməkdən (təsbihdən) ayırmır,
وَ لَا يَقْطَعْهُمْ عَنْ تَعْظِيْمِكَ سَهْوُ الْغَفَلَاتِ
və qəflətdən yaranan səhv onları Sənə təzim etməkdən uzaqlaşdırmır.
الْخُشَّعُ الْاَبْصَارِ فَلَا يَرُوْمُوْنَ النَّظَرَ اِلَيْكَ
Təvazökarcasına baxışlarını (başlarını) aşağı endirib, Sənə nəzər etməkdən çəkinirlər (istəməzlər).
النَّوَاكِسُ الْاَذْقَانِ الَّذِيْنَ قَدْ طَالَتْ رَغْبَتُهُمْ فِيْمَا لَدَيْكَ
Çənələri sinələrinə əyilmiş (təvazökar) haldadırlar, Sənin dərgahındakılara qarşı olan şövqləri çox uzundur.
الْمُسْتَهْزِءُوْنَ بِذِكْرِ اٰلَائِكَ
Nemətlərini xatırlamağa (zikrinə) aşiqdirlər (Sənin nemətlərinlə valehdirlər),
وَ الْمُتَوَاضِعُوْنَ دُوْنَ عَظْمَتِكَ وَ جَلَالِ كِبْرِيَاۤئِكَ
və Sənin əzəmətin və kibriyanın cəlalı qarşısında təvazökardırlar.
وَ الَّذِيْنَ يَقُوْلُوْنَ اِذَا نَظَرُوْا اِلٰى جَهَنَّمَ تَزْفِرُ عَلٰى اَهْلِ مَعْصِيَتِكَ سُبْحَانَكَ مَا عَبَدْنَاكَ حَقَّ عِبَادَتِكَ
O kəslər ki, günahkarlar (asi olanlar) üçün alovlanan Cəhənnəmi gördükdə, deyərlər: "Ey pak və münəzzəh Allah! Biz Sənə layiqincə ibadət etmədik!"
فَصَلِّ عَلَيْهِمْ وَ عَلَى
(İlahi) bu mələklərin hamısına salam göndər, və həmçinin
الرَّوْحَانِيِّيْنَ مِنْ مَلَائِكَتِكَ
Sənin ruhani mələklərinə,
وَ اَهْلِ الزُّلْفَةِ عِنْدَكَ
və Sənə yaxın olanlara (zülfə əhlinə),
وَ حُمَّالِ الْغَيْبِ اِلٰى رُسُلِكَ
və peyğəmbərlərinə qeybi xəbərləri çatdıranlara,
وَ الْمُؤْتَمِنِيْنَ عَلٰى وَحْيِكَ
və vəhyinə əmanətdar olanlara.
وَ قَبَائِلِ الْمَلَائِكَةِ الَّذِيْنَ
Və mələklərin o qəbilələrinə (dəstələrinə salam olsun) ki,
اخْتَصَصْتَهُمْ لِنَفْسِكَ
onları Özün üçün xüsusiləşdirmisən,
وَ اَغْنَيْتَهُمْ عَنِ الطَّعَامِ وَ الشَّرَابِ بِتَقْدِيْسِكَ
və Səni təqdis etdiklərinə görə onları yeyib-içməkdən ehtiyacsız etmisən,
وَ اَسْكَنْتَهُمْ بُطُوْنَ اَطَبَاقِ سَمٰوَاتِكَ
və onları göylərinin mərtəbələri daxilində məskunlaşdırmısan.
وَ الَّذِيْنَ عَلٰٓى اَرْجَاۤئِهَآ اِذَا اَنْزَلَ الْاَمْرُ بِتَمَامِ وَعْدَكَ
Həmçinin, verdiyin vədin icrasına qərar çıxardığın (əmr nazil olan) vaxt səmaların ətrafında (sıra ilə) düzülən mələklərinə.
وَ خُزَّانِ الْمَطَرِ وَ زَوَاجِرِ السَّحَابِ
Və yağışın xəzinədarlarına və buludları hərəkətə gətirən mələklərə.
وَ الَّذِىْ بِصَوْتِ زَجْرِهٖ يُسْمَعُ زَجَلُ الرَّعُوْدِ وَ اِذَا سَبَحَتْ بِهٖ حَفِيْفَةُ السَّحَابِ الْتَمَعَتْ صَوَاعِقُ الْبُرُوْقِ
O mələyə ki, səsi (fəryadı) göy gurultusu kimi eşidilir və sıxılmış buludları hərəkətə gətirdikdə (təsbih etdikdə) ildırım şölələri parlayır.
وَ مُشَيِّعِىْ الثَّلْجِ وَ الْبَرَدِ
Və qar və dolu damlalarını (göydən yerə tərəf) yola salan (müşayiət edən) mələklərə.
وَ الْهَابِطِيْنَ مَعَ قَطْرِ الْمَطَرِ اِذَا نَزَلَ
Və yağış damlaları yerə endikdə onlarla birlikdə enən mələklərə.
وَالْقُوَّامِ عَلٰى خَزَائِنِ الرِّيَاحِ
Və külək xəzinələrinə nəzarət edən (vəkil olan) mələklərə.
وَ الْمُوَكَّلِيْنَ بِالْجِبَالِ فَلَا تَزُوْلُ
Həmçinin, yerindən sürüşməsin deyə, dağlara təyin (müvəkkil) etdiyin mələklərə.
وَ الَّذِيْنَ عَرَّفْتَهُمْ مَثَاقِيْلَ الْمِيَاهِ وَ كَيْلَ مَا تَحْوِيْهِ لَوَاعِجُ الْاَمْطَارِ وَ عَوَالِجُهَا
O (mələklər ki) suların çəkisini və daşqınlar yaradan (şiddətli) dolu yağışların miqdarını onlara öyrətmisən.
وَ رُسُلِكَ مِنَ الْمَلَائِكَةِ اِلٰٓى اَهْلِ الْاَرْضِ بِمَكْرُوْهِ مَا يَنْزِلُ مِنَ الْبَلَاءِ وَ مَحْبُوْبِ الرَّخَاءِ
Və yer əhlinə göndərilən və onlar üçün xoşagəlməz bəlalar və ya sevimli (ürəkaçan) asanlıqlar (rəxalar) gətirən (nazil edən) mələk elçilərinə.
وَ السَّعَرَةِ الْكِرَامِ الْبَرَرَةِ
Həmçinin səfirlərə (mələklərə) – kəramətli və yaxşılıq edənlərə.
وَ الْحَفَظَةِ الْكِرَامِ الْكَاتِبِيْنَ
Və (insanların əməllərini qoruyub yazan) kiramül-katibinə (əziz qoruyuculara).
وَ مَلَكِ الْمَوْتِ وَ اَعْوَانِهٖ
Və ölüm mələyinə və onun yardımçılarına.
وَ مُنْكَرٍ وَّ نَكِيْرٍ
Və Münkər və Nəkirə.
وَّ رُوْمَانَ فَتَّانِ الْقُبُوْرِ
Və qəbirdəkiləri sınağa çəkən Romana.
وَ الطَّاۤئِفِيْنَ بِالْبَيْتِ الْمَعْمُوْرِ
Və "Beytül-məmur"u təvaf edənlərə.
وَ مَالِكٍ وَ الْخَزَنَةِ وَ رِضْوَانَ وَ سَدَنَةِ الْجِنَانِ
Və Malikə, (Cəhənnəm) xəzinədarlarına, Rizvana və Cənnətdə xidmət göstərən (Cənnət gözətçiləri) mələklərə.
وَ الَّذِيْنَ لَا يَعْسُوْنَ اللهَ مَآ اَمَرَهُمْ وَ يَفْعَلُوْنَ مَا يُؤْمَرُوْنَ
Və o mələklər ki, Allahın əmrlərinə asi olmaz (qarşı çıxmaz) və onlara tapşırılanları edərlər.
وَ الَّذِيْنَ يَقُوْلَوْنَ سَلَامٌ عَلَيْكُمْ بِمَا صَبَرْتُمْ فَنِعْمَ عُقْبَى الدَّارِ
Və o mələklər ki, (Cənnət əhlinə) deyərlər: "Səbrinizə görə salam olsun sizə! Axirət dünyası (bu evin aqibəti) necə də gözəldir!"
وَ الزَّبَانِيَةِ الَّذِيْنَ اِذَا قِيْلَ لَهُمْ خُذُوْهُ فَغُلُّوْهُ ثُمَّ الْجَحِيْمَ صَلُّوْهُ ابْتَدَرُوْهُ سِرَاعًا وَ لَمْ يُنْظِرُوْهُ
Və Cəhənnəmin (zəbaniyyə) gözətçilərinə! Onlara "Onu tutub zəncirləyin və Cəhənnəmə atın!" deyildiyi vaxt, ona möhlət verməyib cəld yaxalayarlar.
وَ مَنْ اَوْهَمْنَا ذِكْرَهٗ وَ لَمْ نَعْلَمْ مَكَانَهٗ مِنْكَ وَ بِاَىِّ اَمْرٍ وَكَّلْتَهٗ
Və adını çəkmədiyimiz, Sənin dərgahındakı məqamından xəbərsiz olduğumuz və hansı iş üçün təyin etdiyini bilmədiyimiz bütün mələklərə (salam olsun).
وَ سُكَّانِ الْهَوَاۤءِ وَ الْاَرْضِ وَ الْمَاۤءِ
Və havada, yerdə və suda məskunlaşan (mələklərə).
وَ مَنْ مِنْهُمْ عَلَى الْخَلْقِ
Və onlardan məxluqat üzərinə (vəkil) olanlara.
فَصَلِّ عَلَيْهِمْ يَوْمَ يَاتِىْ كُلُّ نَفْسٍ مَعَهَا سَاۤئِقٌ وَ شَهِيْدٌ
Onlara salam göndər o gün ki, hər bir kəs (nəfs) özü ilə bir bələdçi (sürən) və bir şahidlə (mələklə) gələcək.
وَ صَلِّ عَلَيْهِمْ صَلٰوةً تَزِيْدُهُمْ
Və onlara elə bir salam göndər ki, artırsın onlara
كَرَامَةً عَلٰى كَرَامَتِهِمْ وَ طَهَارَةً عَلٰى طَهَارَتِهِمْ
kəramətləri üzərinə bir kəramət, və paklıqları üzərinə bir paklıq.
اَللّٰهُمَّ وَ اِذَا صَلَّيْتَ عَلٰى مَلَائِكَتِكَ وَ رُسُلِكَ وَ بَلَّغْتَهُمْ صَلٰوتَنَا عَلَيْهِمْ فَصَلِّ عَلَيْنَا بِمَا فَتَحْتَ لَنَا مِنْ حُسْنِ الْقَوْلِ فِيْهِمْ
İlahi, mələklərinə və elçilərinə salam göndərdiyin və bizim də salamımızı onlara çatdırdığın vaxt, onların vəsfində bizim dilimizə (qəlbimizə) açdığın bu gözəl sözlərə görə bizə də salam göndər.
اِنَّكَ جَوَادٌ كَرِيْمٌ
Həqiqətən, Sən bəxş edən (Cəvad) və Kərimsən!