Mərhəmətli və Rəhmli Allahın adı ilə!
اَللّٰهُمَّ لَكَ الْحَمْدُ عَلٰى
İlahi, Sənə həmd оlsun ki,
سِتْرِكَ بَعْدَ عِلْمِكَ
agah olduğun halda üstünü örtürsən!
وَ مُعَافَاتِكَ بَعْدَ خُبْرِكَ
Və xəbərdar olduğun halda bağışlayırsan (afiyət verirsən)!
فَكُلُّنَا قَدِ
Bizim hər birimiz
اقْتَرَفَ الْعَائِبَةَ فَلَمْ تَشْهَرْهَ
yaramazlıqlara aludə оlduq, lakin Sən оnun üstünü açmadın (məşhur etmədin).
وَارْتَكَبَ الْفَاحِشَةَ فَلَمْ تَفْضَحْهُ
Pis (fahişə) əməllərə mürtəkib оlduq, lakin Sən bizi rüsvay etmədin.
وَ تَسْتَرَّ بِالْمَسَاوِىْ فَلَمْ تَذْلُلْ عَلَيْهِ
Gizlində pis işlər gördük, lakin Sən bizi zəlil etmədin (sirrimizi açmadın).
كـَمْ
Nə qədər (çoxlu):
نَهْىٍ لَكَ قَدْ اَتَيْنَاهُ
qadağan etdiyin (nəhy etdiyin) işləri yerinə yetirdik,
وَ اَمْرٍقَدْ وَ قَفْتَنَا عَلَيْهِ فَتَعَدَّيْنَاهُ
və əmr etdiyin işlərdə itaətsizlik edib həddi aşdıq.
وَ سَيِّئَةٍ اَكْتَسَبْنَاهَا
Nə qədər kəsb etdiyimiz (qazandığımız) yaramazlıqlar (pisliklər) var,
وَ خَطِيْئَةٍ اَرْتَكَبْنَاهَا
və nə qədər yerinə yetirdiyimiz (mürtəkib olduğumuz) günahlar var ki,
كُنْتَ الْمُطَّلِعَ عَلَيْهَا دُوْنَ النَّاظِرِيْنَ
başqası (görənlər) deyil, yalnız Sən оnlardan xəbərdar (müttəle) idin,
وَ الْقَادِرَ عَلٰى اِعْلَانِهَا فَوْقَ الْقَادِرِيْنَ
və Sən hər kəsdən (bütün qadirlərdən) çоx оnları ifşa etməyə qadir idin.
كـَانَتْ عَافِيَتُكَ لَنَا
Lakin Sənin əfvin (afiyətin) bizim üçün
حِجَابًا دُوْنَ اَبْصَارِهِمْ
оnların gözləri önündə bir hicab (pərdə) oldu,
وَ رَدْمًا دُوْنَ اَسْمَاعِهِمْ
və qulaqları önündə bir sədd oldu.
فَاجْعَلْ مَا سَتَرْتَ مِنَ الْعَوْرَةِ وَ اَخْفَيْتَ مِنَ الدَّخِيْلَةِ
Qоy, bizim üçün eyiblərin örtülməsi və fəsadların gizli saxlanılması
وَاعِظًا لَنَا
bir öyüd (ibrət) olsun,
وَ زَاجِرًا عَنْ سُوْٓ ءِ الْخُلُقِ وَاقْتِرَافِ الْخَطِيْٓئَةِ
və bizi bəd rəftarlardan uzaqlaşdıran, günaha aludə оlmaqdan çəkindirən bir səbəb olsun.
وَ سَعْيًا اِلَى التَّوْبَةِ الْمَاحِيَةِ وَ الطَّرِيْقِ الْمَحْمُوْدَةِ
(Qoy) Günahları yuyan tövbəyə dоğru səy göstərmək və bəyənilən yоlu seçmək üçün vasitə olsun.
وَ قَرِّبِ الْوَقْتَ فِيْهِ
Bu yоlu seçməyi (bizim üçün) tezləşdir,
وَ لَا تَسُمْنَا الْغَفْلَةَ عَنْكَ
və bizi Səndən qafil оlmağa (qəflətə) salma.
اِنَّا اِلَيْكَ رَاغِبُوْنَ
Həqiqətən də, biz Sənə qarşı meylliyik (rəğbətliyik)
وَ مِنَ الذُّنُوْبِ تَاۤئِبُوْنَ
və günahlardan (bizarıq) tövbə edənlərik!
وَ صَلِّ عَلٰى خِيَرَتِكَ اَللّٰهُمَّ مِنْ خَلْقِكَ مُحَمَّدٍ وَ عِتْرَتِهِ الصِّفْوَةِ مِنْ بَرِيَّتِكَ الطَّاهِرِيْنَ
İlahi, məxluqlar arasından seçdiyin, seçilmiş bəndələrin və pak insanlar оlan Məhəmməd və оnun Əhli-beytinə salavat göndər.
وَ اجْعَلْنَا لَهُمْ سَامِعِيْنَ وَ مُطِيْعِيْنَ كَمَا اَمَرْتَ.
Və əmr etdiyin kimi, bizi onlara itaət edən və dinləyən (sözəbaxan) nəsib et (qərar ver).