Rəhman və Rəhim Allahın adı ilə.
اَللّٰهُمَّ وَ اَتْبَاعُ الرُّسُلِ وَ مُصَدِّقُوْهُمْ مِنْ اَهْلِ الْاَرْضِ بِالْغَيْبِ عِنْدَ مُعَارَضَةِ الْمُعَانِدِيْنَ لَهُمْ بِالتَّكْذِيْبِ
İlahi, peyğəmbərlərin ardıcıllarına və qeybə (görmədən) inanaraq yer üzündə onları səmimi təsdiq edənlərə (salam göndər), inadkarların onları təkziblə qarşıladığı bir vaxtda.
وَالْاِشْتِيَاقِ اِلَى الْمُرْسَلِيْنَ بَحَقَائِقِ الْاِيْمَانِ
Və (o kəslərə ki) imanın həqiqətləri ilə (həqiqi imanla) peyğəmbərlərə şövqlə üz tutdular (aşiq oldular).
فِىْ كُلِّ دَهْرٍ وَّ زَمَانٍ
(Və) hər bir əsr və zamanda,
اَرْسَلْتَ فِيْهِ رَسُوْلًا
ki, Sən o zamanlarda bir peyğəmbər (elçi) göndərdin,
وَّ اَقَمْتَ لِاَهْلِهٖ دَلِيْلًا
və o zamanın əhli üçün (onu) bir dəlil (bələdçi) qərar verdin.
مِّنْ لَّدُنْ اٰدَمَ اِلٰى مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَ اٰلِهٖ وَ سَلَّمَ
Adəmin dövründən Məhəmmədin (Allahın salamı ona və xanidanına olsun) dövrünədək,
مِنْ اَئِمَّةِ الْهُدٰى
(göndərdiyin) o hidayət rəhbərlərinə (imamlarına),
وَ قَادَةِ اَهْلِ التُّقٰى
və təqva əhlinin öndərlərinə (başçılarına).
عَلٰى جَمِيْعِهِمُ السَّلَامُ
Onların hamısına salam olsun.
فَذْكُرْهُمْ مِنْكَ بِمَغْفِرَةٍ وَّ رِضْوَانٍ
Onları (möminlərin hamısını) Öz məğfirətin (bağışlamaq) və rizvanınla yad et.
اَللّٰهُمَّ وَ اَصْحَابُ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَ اٰلِهٖ وَ سَلَّمَ خَآصَّةً
İlahi, xüsusilə də Məhəmmədin (Allahın salamı ona və xanidanına olsun) səhabələrini (yad et).
الَّذِيْنَ اَحْسَنُوا الصَّحَابَةَ
O kəslər ki, (Peyğəmbərlə) ən gözəl (layiqli) dostluq (səhabəlik) etdilər,
وَ الَّذِيْنَ اَبْلَوُ الْبَلَاءَ الْحَسَنَ فِىْ نَصْرِهٖ وَ كَانْفُوْهُ وَ اَسْرَعُوْا اِلٰى وِفَادَتِهٖ
və o kəslər ki, ona kömək (yardım) etməkdə gözəl sınaqlardan keçdilər, onu himayə etdilər və onun yanına getmək üçün tələsdilər.
وَ سَابَقُوْا اِلٰى دَعْوَتِهٖ وَاسْتَجَابُوْا لَهٗ حَيْثُ اَسْمَعَهُمْ حُجَّةَ رِسَالَاتِهٖ
Və onun dəvətini qəbul etməkdə yarışdılar və peyğəmbərlik dəlillərini (hüccətini) eşitdirən kimi (dərhal) ona icabət etdilər.
وَ فَارَقُوا الْاَزْوَاجَ وَ الْاَوْلَادَ فِىْ اِظْهَارِ كَلِمَتِهٖ
Və onun sözünü (dəvətini) aşkar (uca) etmək üçün həyat yoldaşlarından və övladlarından ayrı düşdülər.
وَ قَاتَلُوا الْاٰبَاۤءَ وَ الْاَبْنَاۤءَ فِىْ تَثْبِيْتِ نُبُوَّتِهٖ وَ انْتَصَرُوْا بِهٖ
Və onun peyğəmbərliyini bərqərar etmək üçün (öz) ataları və övladları ilə vuruşdular və onun vasitəsilə qələbə çaldılar.
وَ مَنْ كَانُوْا مُنْطَوِيْنَ عَلٰى مَحَبَّتِهٖ يَرْجُوْنَ تِجَارَةً لَنْ تَبُوْرَ فِىْ مَوَدَّتِهٖ
Və səmimi-qəlblə ona (Peyğəmbərə) məhəbbət bəsləyirdilər və onun məhəbbətində (bataqlığa yuvarlanmayan) ziyana uğramayan bir ticarət ümidində idilər.
وَ الَّذِيْنَ هَجَرَتْهُمُ الْعَشَاۤئِرُ اِذْ تَعَلَّقُوْا بِعُرْوَتِهٖ
O kəslər ki, onun ipindən (ətəyindən) yapışdıqları üçün qəbilələri (qohum-əqrabaları) onları tərk etdi,
وَ انْتَفَتْ مِنْهُمُ الْقَرَابَاتُ اِذْ سَكَنُوْا فِىْ ظِلِّ قَرَابَتِهٖ
və onun qohumluq (himayəsi) kölgəsinə sığındıqda öz qohumları onlarla əlaqəni kəsdi (uzaqlaşdırdı).
فَلَا تَنْسَ لَهُمْ اَللّٰهُمَّ مَا تَرَكُوْا لَكَ وَ فِيْكَ
Ey Allahım, Sənə xatir və Sənin yolunda tərk etdiklərini (itirdiklərini) onlar üçün unutma,
وَ اَرْضِهِمْ مِنْ رِضْوَانِكَ
və Öz razılığınla onları sevindir (razı sal),
وَ بِمَا حَاشُوْا الْخَلْقَ عَلَيْكَ
və camaatı (xalqı) Sənin ətrafına topladıqları (dininə cəlb etdikləri) üçün,
وَ كَانُوْا مَعَ رَسُوْلِكَ دُعَاةً لَكَ اِلَيْكَ
və Sənin elçinlə birgə Sənə doğru (insanları) dəvət edənlər olduqları üçün (onları mükafatlandır).
وَاشْكُرْهُمْ عَلٰى
Və onlara təşəkkür et (mükafatlandır) o şeylərə görə ki,
هِجْرِهِمْ فِيْكَ دِيَارَ قَوْمِهِمْ
Sənin (dinin) yolunda qövmlərinin diyarlarından hicrət etdilər,
وَ خُرُوْجِهِمْ مِنْ سَعَةِ الْمَعَاشِ اِلٰى ضِيْقِهٖ
və rahat (geniş) həyatdan çıxaraq çətinliyə (darlığa) düşdülər,
وَ مَنْ كَثَّرْتَ فِىْ اِعْزَازِ دِيْنِكَ مِنْ مَظْلُوْمِهِمْ
və Sənin dinini əziz tutmaq (ucaltmaq) üçün o məzlumların (zülmə məruz qalanların) sayını çoxaltdın.
اَللّٰهُمَّ وَ اَوْصِلْ اِلَى التَّابِعِيْنَ لَهُمْ بِاِحْسَانِ الَّذِيْنَ
İlahi, onlara (səhabələrə) yaxşılıqla (ehsanla) tabe olanlara da (Öz ehsanını) çatdır, o kəslər ki,
يَقُوْلُوْنَ رَبَّنَا اغْفِرْ لَنَا وَ لِاِخْوَانِنَا الَّذِيْنَ سَبَقُوْنَا بِالْاِيْمَانِ خَيْرَ جَزَاۤئِكَ الَّذِيْنَ
deyərlər: "Ey Rəbbimiz, bizi və imanda bizdən öncə gəlmiş (üstün olan) qardaşlarımızı bağışla" (və Özünün) ən xeyirli mükafatını ver. O kəslər ki,
قَصَدُوْا سَمْتَهُمْ
onların (səhabələrin) yolunu qəsd etdilər (seçdilər),
وَ تَحَرَّوْا وِجْهَتَهُمْ
və onların istiqamətinə üz tutdular (hərəkət etdilər),
وَ مَضَوْا عَلٰى شَاكِلَتِهِمْ
və onların yolu (şəkli, üslubu) üzrə getdilər (davrandılar).
لَمْ يَثْنِهِمْ رَيْبٌ فِىْ بَصِيْرَتِهِمْ
Heç bir rəyb (şəkk-şübhə) onları öz bəsirətlərindən döndərmədi,
وَ لَمْ يَخْتَلِجْهُمْ شَكٌّ فِىْ قَفْوِ اٰثَارِهِمْ وَ الْاِئْتِمَامِ بِهِدَايَةِ مَنَارِهِمْ
və onların iziylə getməkdə və onların hidayət mayakına (nuruna) tabe olmaqda heç bir şəkk onları tərəddüdə (məyusluğa) salmadı.
مُكَانِفِيْنَ وَ مَوَازِرِيْنَ لَهُمْ
(Onlar səhabələrin) köməkçiləri, yavərləri və arxaları olaraq (qaldılar),
يَدِيْنُوْنَ بِدِيْنِهِمْ
onların dininə bağlandılar (dinləri ilə dinləndilər),
وَ يَهْتَدُوْنَ بِهَدْيِهِمْ
və onların hidayəti (yolu) ilə hidayət oldular,
يَتَّفِقُوْنَ عَلَيْهِمْ
onlarla müttəfiq (həmməslək) oldular,
وَ لَا يَتَّهِمُوْنَهُمْ فِيْمَا اَدَّوْا اِلَيْهِمْ
və onlara (Səndən) çatdırdıqları şeylərdə onlara şübhə (ittiham) etmədilər.
اَللّٰهُمَّ وَ صَلِّ عَلَى التَّابِعِيْنَ مِنْ يَوْمِنَا هٰذَا اِلٰى يَوْمِ الدِّيْنِ
İlahi, bu günümüzdən Qiyamət (Din) gününədək tabeinlərə (ardıcıllara) salam göndər,
وَ عَلٰى اَزْوَاجِهِمْ
və onların zövcələrinə,
وَ عَلٰى ذُرِّيَّاتِهِمْ
və onların övladlarına (zürriyyətlərinə),
وَ عَلٰى مَنْ اَطَاعَكَ مِنْهُمْ
və onlardan Sənə itaət edənlərə,
صَلٰوةً تَعْصِمُهُمْ بِهَا مِنْ مَعْصِيَتِكَ
elə bir salam ki, o (salamla) onları Sənə qarşı üsyankarlıqdan (günahdan) qoruyasan,
وَ تَفْسَحُ لَهُمْ فِىْ رِيَاضِ جَنَّتِكَ
və Cənnət bağlarında onlar üçün (firavanlıq) genişlik yaradasan,
وَ تَمْنَعُهُمْ بِهَا مِنْ كَيْدِ الشَّيْطَانِ
və onunla onları şeytanın hiyləsindən amanda saxlayasan (mane olasan),
وَ تُعِيْنُهُمْ بِهَا عَلٰى مَا اسْتَعَانُوْكَ عَلَيْهِ مِنْ بِرٍّ
və yaxşı işlərdə Səndən köməklik istədikdə onunla onlara kömək edəsən,
وَ تَقِيْهِمْ طَوَارِقَ اللَّيْلِ وَ النَّهَارِ اِلَّا طَارِقًا يَطْرُقُ بِخَيْرٍ
və onları gecə və gündüz (baş verən) pis hadisələrdən (qəzalardan) qoruyasan, xeyirlə üzləşən (gələn) hadisədən başqa.
وَ تَبْعَثُهُمْ بِهَا عَلٰى
Və o (salamla) onları oyanışa (şuura) gətirəsən (bunlara):
اعْتِقَادِ حُسْنِ الرَّجَاءِ لَكَ وَ الطَّمَعِ فِيْمَا عِنْدَكَ
Sənə qarşı gözəl ümidə etiqad etməyə və yalnız Sənin dərgahındakılara tamah (ümid) salmağa,
وَ تَرَكِ التُّهْمَةِ فِيْمَا تَحْوِيْهِ اَيْدِى الْعِبَادِ
və bəndələrin əlində olanlar (ucbatından) Sənə qarşı bədgüman (töhmət) olmaqdan çəkinməyə.
لِتَرُدَّهُمْ اِلَى الرَّغْبَةِ اِلَيْكَ وَ الرَّهْبَةِ مِنْكَ
Bununla (bu salamla) onları yalnız Sənə rəğbət bəsləməyə və yalnız Səndən qorxmağa (çəkinməyə) qaytarasan.
وَ تُزَهِّدَهُمْ فِىْ سَعَةِ الْعَاجِلِ
Və onları bu (fani) dünyanın (ötəri) genişliklərinə (ləzzətlərinə) qarşı zahid (meylsiz) edəsən,
وَ تُحَبِّبَ اِلَيْهِمُ الْعَمَلَ لِلْاٰجِلِ وَ الْاِسْتِعْدَادَ لِمَا بَعْدَ الْمَوْتِ
və Axirət (gələcək) üçün əməl etməyi və ölümdən sonrakı həyata hazırlaşmağı onlara sevdirəsən (qəlblərinə salasan).
وَ تُهَوِّنَ عَلَيْهِمْ كُلَّ كَرْبٍ يَحِلُّ بِهِمْ يَوْمَ خُرُوْجِ الْاَنْفُسِ مِنْ اَبْدَانِهَا
Və canların bədənlərindən çıxdığı (can verdikləri) gün onların üzləşdikləri hər bir çətinliyi (kərbi) onlar üçün asanlaşdırasan.
وَ تُعَافِيَهُمْ مِمَّا تَقَعُ بِهٖ الْفِتْنَةُ مِنْ مَحْذُوْرَاتِهَا وَ كَبَّةِ النَّارِ وَ طُوْلِ الْخُلُوْدِ فِيْهَا
Və onları fitnələrdən doğan təhlükələr (qorxular) qarşısında salamat (afiyətdə) edəsən. Eləcə də Cəhənnəm odundan (üzüqoylu düşməkdən) və orada uzunmüddətli əbədi (əzabdan) qurtarasan.
وَ تُصَيِّرَهُمْ اِلٰى اَمْنٍ مِنْ مَقِيْلِ الْمُتَّقِيْنَ
Və (nəhayət) onları təqvalıların (əmin-amanlıq) məskənində amanda qərar verəsən.