⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
0:00
41. Günahların üstünün örtülməsini və hadisələrdən amanda qalmağı diləyərkən İmamın (ə) etdiyi dua
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهٖ
İlahi, Muhəmməd və onun Əhli-beytinə salavat göndər
وَ اَفْرِشْنِىْ مِهَادَ كـَرَامَتِكَ
və kəramət büsatını mənim üçün aç.
وَ اَوْرِدْ نِىْ مَشَارِعَ رَحْمَتِكَ
Məni Öz rəhmət yoluna daxil et
وَ اَحْلِلْنِىْ بُحْبُوْحَةَ جَنَّتِكَ
və Cənnətində yerləşdir.
وَ لَا تَسُمْنِىْ بِالرَّدِّعَنْكَ
Məni Özündən qovmaqla xar etmə.
وَ لَا تَحْرِمْنِىْ بِالْخَيْبَةِ مِنْكَ
Məni Sənə olan ümidimdən məhrum etmə.
وَ لَا تُقَآصَّنِىْ بِمَا اجْتَرَحْتُ
Günahlarıma görə məndən intiqam alma.
وَ لَا تُنَا قِشْنِىْ بِمَا اكْتَسَبْتُ
Etdiyim əməllərə görə mənimlə pis rəftar etmə.
وَ لَا تُبْرِزْ مَكْتُوْمِىْ
Sirrimi aşkara çıxartma.
وَ لَا تَكْشِفْ مَسْتُوْرِى
Və gizlətdiklərimi aşkar etmə.
وَلَا تَحْمِلْ عَلٰى مِيْزَانِ الْاِنْصَافِ عَمَلِىْ
Əməllərimi ədalət tərəzisində ölçmə.
وَلَا تُعْلِنْ عَلٰى عُيُوْنِ الْمَلَاءِ خَبَرِىْ
Gizli xəbərlərimi hamının gözü qarşısında aşkar etmə.
اَخْفِ عَنْهُمْ مَا يَكُوْنُ نَشْرُه عَلَىَّ عَارًا
Aşkar olduğu halda məni rüsvay edən əməllərimi onlardan gizlət.
وَاطْوِ عَنْهُمْ مَا يُلْحِقُنِىْ عِنْدَكَ شَنَارًا
Sənin hüzurunda məni bədnam edən əməllərimin üstünü ört.
شَرِّفْ دَرَجَتِىْ بِرِضْوَانِكَ
Məqamımı razılığınla şərafətli et,
وَ اَكْمِلْ كَرَامَتِىْ بِغُفْرَانِكَ
və kəramətimi əfvinlə kamil et.
وَ اَنْظِمْنِىْ فِىْٓ اَصْحَابِ الْيَمِيْنَ
Məni sağ tərəfdə olanların sırasına daxil et.
وَ وَجِّهْنِىْ فِىْ مَصَالِكِ الْاٰمِنِيْنَ
Üzümü əminlik yoluna döndər
وَ اجْعَلْنِىْ فِىْ فَوْجِ الْفَاۤئِزِيْنَ
və məni nicat tapmışlardan qərar ver.
وَاعْمُرْبِىْ مَجَالِسِ الصَّالِحِيْنَ
Salehlərin məclisini mənimlə abad et.
اٰمِيْنَ رَبِّ الْعَالَمِيْنَ.
Duamı qəbul et, ey aləmlərin Rəbbi!