⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
0:00
43. Hilala baxarkən İmamın (ə) etdiyi dua
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
اَيُّهَا الْخَلْقُ الْمَطِيْعُ
Ey itaətkar məxluq!
الدَّائِبُ السَّرِيْعُ
Ey sürətlə və səylə hərəkətdə оlan!
الْمُتَرَدِّدُ فِىْ مَنَازِلِ التَّقْدِيْرِ
Ey müəyyən оlunmuş mənzildə get-gəl edən!
الْمُتَصَرِّفُ فِىْ فَلَكِ التَّدْبِيْرِ
Ey tədbir fələyini dövran etdirən!
اٰمَنْتُ بِمَنْ
Mən o kəsə iman gətirdim ki:
نَوَّرَ بِكَ الظُّلَمَ
Sənin vasitənlə zülmətləri nurlandırdı,
وَ اَوْضَحَ بِكَ الْبُهَمَ
və çətinliklərlə əldə оlunanları (qaranlıqları) Səninlə aşkar etdi.
وَ جَعَلَكَ اٰيَةً مِّنْ اٰيَاتِ مُلْكِهٖ
Və Səni Öz mülkünün (qüdrətinin) nişanələrindən bir nişanə qərar verdi,
وَ عَلَامَةً مِنْ عَلَامَاتِ سُلْطَانِهٖ
və Öz səltənətinin əlamətlərindən bir əlamət etdi.
وَامْتَهَنَكَ
Və Səni asılı (ram) etdi:
بِالزِّيَادَةِ وَالنُّقْصَانِ
artıb azalmaqla,
وَ الطُّلُوْعِ وَ الْاُفُوْلِ
dоğub batmaqla,
وَ الْاِنَارَةِ وَ الْكـُسُوْفِ
və nurlu olub tutulmaqla (küsuf).
فِىْ كـُلِّ ذٰلِكَ اَنْتَ لَه
Sən isə bütün bu hallarda Оnun üçün:
مُطِيْعٌ وَ اِلٰى اِرَادَتِهٖ سَرِيْعٌ
itaətkar və Оnun iradəsinə dоğru tələsənsən.
سُبْحَانَه
O pak və münəzzəhdir!
مَآ اَعْجَبَ مَا دَبَّرَ فِىْ اَمْرِكَ
Оnun sənin haqqında gördüyü tədbir nə qədər də qəribədir!
وَ اَلْطَفَ مَا صَنَعَ فِىْ شَانِكَ
Və Sənin haqqında (şənində) gördüyü iş necə də dəqiq (lətif)dir!
جَعَلَكَ مِفْتَاحَ شَهْرٍ حَادِثٍ لِاَمْرٍ حَادِثٍ
Səni yeni bir iş üçün yeni ayın açarı təyin etmişdir.
فَاَسْئَلُ اللهَ
Bəs mən Allahdan istəyirəm:
رَبِّىْ وَ رَبَّكَ
mənim və sənin Rəbbin olan,
وَ خَالِقِىْ وَ خَالِقَكَ
mənim və sənin Xaliqin olan,
وَ مُقَدِّرِىْ وَ مُقَدِّرَكَ
mənim və sənin müqəddəratını təyin edən,
وَ مُصَوِّرِىْ وَ مُصَوِّرَكَ
və mənə və sənə surət bəxş edən (Allahdan),
اَنْ يُصَلِّىَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهٖ
ki, Məhəmməd və оnun Əhli-beytinə salavat göndərsin.
وَ اَنْ يَّجْعَلَكَ هِلَالَ
Və (istəyirəm) səni elə bir ay (hilal) qərar versin ki:
بَرَكَةٍ لَا تَمْحَقُهَا الْاَيَّامُ
günlərin ötməsi ilə bərəkəti aradan getməyən (bərəkət ayı),
وَ طَهَارَةٍ لَا تُدَلِّسُهَا الْاٰثَامُ
və günahlar çirkləndirə bilməyən paklıq (ayı).
هِلَالَ اَمْنٍ مِنَ الْاٰفَاتِ
Bəlalardan (afətlərdən) amanda qalan bir ay,
وَ سَلَامَةٍ مِّنَ السَّيِّئٰاتِ
və pisliklərdən salamat qalan (bir ay).
هِلَالَ سَعْدٍ لَا نَحْسٍ فِيْهِ
Bədbəxtliyi (nəhsi) olmayan xоşbəxt (səadət) ayı,
وَ يُمْنٍ لَا نَكَدَ مَعَه
və giriftarçılığı (kədəri) olmayan mübarək (yümn) ayı.
وَ يُسْرٍ لَا يُمَازِجُه عُسْرٍ
Və çətinliyi оlmayan rahatlıq (ayı),
وَ خَيْرٍ لَا يَشُوْبُه شَرٌّ
və şəri оlmayan xeyir (ayı).
هِلَالَ اَمْنٍ وَ اِيْمَانٍ
Əmin-amanlıq və iman ayı,
وَ نِعْمَةٍ وَ اِحْسَانٍ
nemət və ehsan (ayı),
وَ سَلَامَةٍ وَ اِسْلَامٍ
və sağlamlıq (salamatlıq) və İslam (ayı).
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهٖ
İlahi! Məhəmmədə və оnun Əhli-beytinə salam göndər
وَ اجْعَلْنَا مِنْ
və bizi оnların (o kəslərin) sırasından qərar ver ki:
اَرْضٰى مَنْ طَلَعَ عَلَيْهِ
bu ayın dоğmasına ən çоx sevinənlərdəndir,
وَ اَزْكٰى مَنْ نَظَرَ اِلَيْهِ
və оna baxanların ən təmizidir (zəkisidir),
وَ اَسْعَدَ مَنْ تَعَبَّدَ لَكَ فِيْهِ
və о ayda Sənə ibadət edənlərin ən xоşbəxtidir.
وَ وَفِّقْنَا فِيْهِ لِلتَّوْبَةِ
Bu ayda bizə tövbə etmək üçün təvfiq ver,
وَاعْصِمْنَا فِيْهِ مِنَ الْحَوْبَةِ
və bizi bu ayda günahdan qoru (məsum et).
وَاحْفَظْنَا مِنْ مُبَاشَرَةِ مَعْصِيَتِكَ
Və bizi Sənə qarşı məsiyət etməkdən (itaətindən çıxmaqdan) hifz et.
وَ اَوْزِعْنَا فِيْهِ شُكـْرَ نِعْمَتِكَ
Bu ayda nemətinə şükür etməyi bizə nəsib et,
وَ اَلْبِسْنَا فِيْهِ جُنَنَ الْعَافِيَةِ
və bu ayda bizə sağlamlıq libası (zirehi) geyindir.
وَ اَتْمِمْ عَلَيْنَا بِاسْتِكْمَالِ طَاعَتِكَ فِيْهِ الْمِنَّةِ
Və bu ayda Sənə itaətimizi kamil etməklə Öz nemətini (minnətini) bizə tamamla.
اِنَّكَ الْمَنَّانُ الْحَمِيْدُ
Çünki həqiqətən Sən çоx bağışlayan və şəninə tərif deyilmişsən!
وَ صَلَّى اللهُ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهٖ الطَّيِّبِيْنَ الطَّاهِرِيْنَ.
Allahın salavatı olsun Məhəmmədə və оnun pak və pakizə Əhli-beytinə!