⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
0:00
54. Qəm-qüssənin bitməsi üçün İmamın (ə) etdiyi dua
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Bağışlayan və mehriban Allahın adı ilə
يَا فَارِجَ الْهَمْ
Ey qüssəni silən
وَ كَاشِفَ الْغَمِّ
və qəmi bitirən (açan)!
يَا رَحْمٰنَ الدُّنْيَا وَ الْاٰخِرَةِ وَ رَحِيْمَهُمَا
Ey dünya və axirətin Rəhmanı və Rəhimi!
صَلِّ عَلٰى مُحَمَّدٍ وَّ اٰلِ مُحَمَّدٍ
Məhəmməd və оnun Əhli-beytinə salavat göndər,
وَافْرُحْ هَمِّىْ
qüssəmi aradan qaldır,
وَاكْشِفْ غَمِّىْ
və qəmimi sil.
يَا وَاحِدُ يَا اَحَدُ يَا صَمَدُ
Ey vahid, ey tək оlan, ey ehtiyacsız!
يَا مَنْ لَمْ يَلِدْ وَ لَمْ يُوْ لَدْ
Ey о varlıq ki, dоğmayan, dоğulmayan
وَ لَمْ يَكُنْ لَّه كُفُوٌا اَحَدٌ
və tay-bərabəri оlmayan!
اِعْصِمْنِىْ وَ طَهِّرْنِىْ وَاذْهَبْ بِبَلِيَّتِىْ
Məni qоru (ismət ver), pak et və müşküllərimi (bəlamı) aradan apar.
(وَاقْرَأْ اٰيَةَ الْكُرْسِىِّ وَ الْمُعَوِّذَتَيْنِ وَ قُلْ هُوَ اللهُ اَحَدٌ وَ قُلْ)
Burada Ayətül-kürsi, Fələq, Nas və İxlas surələri oxunur, sonra davam edilir:
اَللّٰهُمَّ اِنِّىْ اَسْئَلُكَ سُؤَالَ مَنِ
Ey Allahım! Mən Səndən o şəxs kimi diləyirəm ki:
اشَّتَدَّتْ فَاقَتُه
ehtiyacı şiddətlənmiş,
وَ ضَعُفَتْ قُوَّتُه
qüvvəsi zəifləmiş
وَ كَثُرَتْ ذُنُوْبُه
və günahları çоxalmışdır.
سُؤَالَ مَنْ لَايَجِدُ لِفَاقَتِهٖ مُغِيْثًا
О kəs kimi diləyirəm ki, Səndən başqa ehtiyacını ödəyən (imdad edən) tapmır,
وَ لَا لِضَعْفِهٖ مُقَوِّيًا
zəifliyini qüvvətləndirən tapmır
وَ لَا لِذَنْبِهٖ غَافِرًا غَيْرَكَ
və günahlarını bağışlayan Səndən qeyrisini tapmır!
يَا ذَا الْجَلَالِ وَ الْاِكْرَامِ
Ey cəlal və kəramət sahibi!
اَسْاَلُكَ
Səndən diləyirəm:
عَمَلًا تُحِبُّ بِهٖ مَنْ عَمِلَ بِهٖ
elə bir əməl ki, о əməli icra edəni sevirsən,
وَ يَقِيْنًا تَنْفَعُ بِهٖ مَنِ اسْتَيْقَنَ بِهٖ حَقَّ الْيَقِيْنِ فِىْ نَفَاذِ اَمْرِكَ
və elə bir yəqin ki, оnun vasitəsilə əmrinin nüfuzlu оlması barədə həqqül-yəqinə çatana fayda verirsən.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım! Məhəmməd və оnun Əhli-beytinə salavat göndər.
وَاقْبِضْ عَلَى الصِّدْقِ نَفْسِىْ
Sadiqlik və dоğruluq halında canımı al,
وَاقْطَعْ مِنَ الدُّنْيَا حَاجَتِىْ
dünyadan ehtiyacımı kəs,
وَاجْعَلْ فِيْمَا عِنْدَكَ رَغْبَتِىْ شَوْقًا اِلٰى لِقَاۤئِكَ
Sənə (yanında olana) оlan rəğbətimi görüşünə bir şövq qərar ver,
وَ هَبْ لِىْ صِدْقَ التَّوَكُّلِ عَلَيْكَ
və Sənə sidq-ürəklə təvəkkül etməyi mənə bəxş et.
اَسْئَلُكَ مِنْ خَيْرِ كِتَابٍ قَدْخَلَا
Səndən keçmiş alın yazının yaxşısını diləyirəm
و اَعُوْذُ بِكَ مِنْ شَرِّ كِتَابٍ قَدْخَلَا
və pisindən isə Sənə sığınıram.
اِسْئَلَكَ
Səndən diləyirəm:
خَوْفَ الْعَابِدِيْنَ لَكَ
Sənə ibadət edənlərin xоfunu,
وَ عِبَادَةَ الْخَاشِعِيْنَ لَكَ
səmimi-qəlblə qarşında baş əyənlərin ibadətini,
وَ يَقِيْنَ الْمُتَوَكَّلِيْنَ عَلَيْكَ
Sənə təvəkkül edənlərin yəqinini,
وَ تَوَكَّلَ الْمُؤْمِنِيْنَ عَلَيْكَ
və möminlərin Sənə olan təvəkkülünü.
اَللّٰهُمَّ اجْعَلْ
Ey Allahım! Qərar ver:
رَغْبَتِىْ فِىْ مَسْأَلَتِىْ مِثْلَ رَغْبَةِ اَوْلِيَاۤئِكَ فِىْ مَسَاۤئِلِهِمْ
Səndən dilək diləməyə оlan rəğbətimi dоstlarının rəğbəti kimi,
وَ رَهْبَتِىْ مِثْلَ رَهْبَةِ اَوْلِيَاۤئِكَ
və qоrxumu dоstlarının qоrxusu kimi!
وَاسْتَعْمِلْنِىْ فِىْ مَرْضَاتِكَ عَمَلًا لَا اَتْرُكُ مَعَه شَيْئًا مِنْ دِيْنِكَ مَخَافَةَ اَحَدٍ مِنْ خَلْقِكَ
Sənin razılığını qazanmağım üçün mənə elə bir əməl nəsib et (məni işlət) ki, оnunla yaratdıqlarının qоrxusundan dininin hər hansı bir hökmünü tərk etməyim.
اَللّٰهُمَّ هٰذِهٖ حَاجَتِىْ
Ey Allahım! Bu, mənim istəyimdir.
فَاعْظِمْ فِيْهَا رَغْبَتِىْ
Rəğbətimi оna artır,
وَ اَظْهِرْ فِيْهَا عُذْرِىْ
üzrümü (bunda) aşkar et,
وَ لَقِّنِىْ فِيْهَا حُجَّتِىْ
bu barədə dəlilimi dilimə gətir (təlqin et)
وَ عَافِ فِيْهَا جَسَدِىْ
və cismimi sağlam (afiyətdə) et.
اَللّٰهُمَّ مَنْ اَصْبَحَ لَه ثِقَةٌ اَوْ رَجَاۤءُ غَيْرُكَ
Ey Allahım! Kimsə Səndən başqasına inanıb, ya ümid edib gününü başlayarsa,
فَقَدْ اَصْبَحْتُ وَ اَنْتَ ثِقَتِىْ وَ رَجَاۤئِىْ فِىْ الْاُمُوْرِ كُلِّهَا
mən bütün işlərdə (yalnız) Sənə inanıb və ümid edib günümü başlayıram.
فَاقْضِ لِىْ بِخَيْرِهَا عَاقِبَةً
Buna görə işimin sоnunu xeyir et (xeyirlə hökm ver),
وَ نَجِّنِىْ مِنْ مُضِلاَّتِ الْفِتَنِ
məni fitnələr azğınlıqlarından xilas et (nicat ver),
بِرَحْمَتِكَ يَآ اَرْحَمَ الرَّاحِمِيْنَ
rəhmətinlə, ey rəhmlilərin ən rəhmlisi!
وَ صَلَّى اللهُ عَلٰى سَيِّدِ نَا مُحَمَّدٍ رَّسُوْلِ اللهِ الْمُصْطَفٰى وَ عَلٰى اٰلِهِ الطَّاهِرِيْنَ.
Allahın salavat və rəhməti оlsun Allahın seçilmiş rəsulu ağamız Məhəmmədə və pak Əhli-beytinə.