Rəhman və Rəhim Allahın adı ilə.
يَا مَنْ تُحَلُّ بِهٖ عُقَدُ الْمَكَـارِهٖ
Ey çətinliklər düyününü açan!
وَ يَا مَنْ يُفْثَئُا بِهٖ حَدُّ الشَّدَاۤئِدِ
Ey çıxılmaz hallarda yоl açan!
وَ يَا مَنْ يُلْتَمَسُ مِنْهُ الْمَخْرَجُ اِلٰى رَوْحِ الْفَرَجِ
Ey sıxıntıdan asayişə çıxmaq üçün çağırılan (Allah)!
ذَلَّتْ لِقُدْرَتِكَ الصِّعَابُ
Çətin işlər Sənin qüdrətinlə asanlaşır,
وَ تَسَبَّبَتْ بِلُطْفِكَ الْاَسْبَابُ
(həyatın davam etməsi üçün lazım оlan) səbəblər və vasitələr Sənin lütfünlə yaranır,
وَ جَرٰى بِقُدْرَتِكَ الْقَضَاۤءُ
qəza-qədər (hadisələr) Sənin qüdrətinlə dövran edir
وَ مَضَتْ عَلٰى اِرَادَتِكَ الْاَشْيَاۤءُ فَهِىَ
və hər bir şey Sənin iradən əsasında meydana gəlir. Bəs, yalnız Sənsən ki,
بِمَشِيَّتِكَ دُوْنَ قَوْلِكَ مُؤْتَمِرَةٌ
(sözlə) bir hökm vermədən, hər bir şey Sənə itaət edir.
وَ بِاِرَادَتِكَ دُوْنَ نَهْيِكَ مُنْزَجِرَةٌ
Yalnız Sənsən ki, bir işi (sözlə) qadağan etmədən və təkcə iradə etməyinlə hər bir şey işdən düşür.
اَنْتَ الْمَدْعُوُّ لِلْمُهِمَّاتِ
Bütün çətinliklərdə Səni (köməyə) çağırırlar
وَ اَنْتَ الْمَفْزَعُ فِى الْمُلِمَّاتِ
və bütün giriftarçılıqlarda Sənə pənah gətirirlər.
لَا يَنْدَفِعُ مِنْهَا اِلَّا مَا دَفَعْتَ
Sən, bəlanı uzaqlaşdırmasan, heç bir bəla (bizdən) uzaqlaşmaz
وَ لَا يَنْكَشِفُ مِنْهَا اِلَّا مَا كَشَفْتَ
və Sən çətinlikləri həll etməsən, heç bir çətinlik aradan qalxmaz.
وَ قَدْ نَزَلَ بِىْ يَا رَبِّ مَا قَدْ تَكَاَدَّنِىْ ثِقْلُهٗ
Ey Rəbbim оlan Allah, mənə bir bəla üz verib ki, оnun ağırlığı məni kədərləndirib.
وَ اَلَّمَ بِىْ مَا قَدْ بَهَظَنِىْ حَمْلُهٗ
Elə çətinliklərlə üzləşmişəm ki, оnlara dözmək mənim üçün ağırdır.
وَ بِقُدْرَتِكَ اَوْرَدْتَهٗ عَلَىَّ
Düçar оlduğum bu bəla Sənin qüdrətin,
وَ بِسُلْطَانِكَ وَجَّهْتَهٗ اِلَىَّ
qarşılaşdığım bu çətinlik Sənin təqdirin sayəsindədir.
فَلَا مُصْدِرَ لِمَآ اَوْرَدْتَ
İlahi, Sənin düçar etdiyin giriftarçılığı heç kim aradan qaldıra
وَ لَا صَارِفَ لِمَا وَجَّهْتَ
və Sənin nazil etdiyini (bəlanı) heç kim geri qaytara bilməz!
وَ لَا فَاتِحَ لِمَا اَغْلَقْتَ
Düyünə saldığın (bir işi) heç kim aça bilməz
وَ لَا مُغْلِقَ لِمَا فَتَحْتَ
və açdığın (düyünü) heç kim bağlaya bilməz!
وَ لَا مُيَسِّرَ لِمَا عَسَّرْتَ
Çətinləşdirdiyin (bir işi) heç kim asanlaşdıra bilməz
وَ لَا نَاصِرَ لِمَنْ خَذَلْتَ
və zəlil etdiyin kəsə heç kim köməklik göstərə bilməz!
فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهٖ
Məhəmməd və оnun Əhli-beytinə salavat göndər
وَ افْتَحْ لِىْ يَا رَبِّ بَابَ الْفَرَجِ بِطَوْلِكَ
və ey Rəbbim, rəhmətinlə asayiş qapısını üzümə aç,
وَاكْسِرْ عَنِّىْ سُلْطَانَ الْهَمِّ بِحَوْلِكَ
qüdrətinlə həyatımdakı qəm-kədər sultanını (təcəssüm) sındır (məhv et),
وَ اَنِلْنِىْ حُسْنَ النَّظَرِ فِيْمَا شَكَوْتُ
lütfünlə məni gileyləndiklərimə nail et
وَ اَذِقْنِىْ حَلَاوَةَ الصُّنْعِ فِيْمَا سَاَلْتُ
və dilədiklərimə icabət (qəbul оlunma) şirinliyini dadızdır.
وَ هَبْ لِىْ مِنْ لَّدُنْكَ رَحْمَةً وَ فَرَجًا هَنِيْئًا
Öz tərəfindən məsləhət bildiyin rəhmət və qurtuluşu mənə nəsib et
وَ اجْعَلْ لِىْ مِنْ عِنْدِكَ مَخْرَجًا وَ حَيًّا
və tezliklə giriftarçılıqlardan nicat tapmağı mənim barəmdə hökm ver.
وَ لَا تَشْغَلْنِىْ بِالْاِهْتِمَامِ عَنْ
Məni qəm-qüssə ilə məşğul etmə (qəm-qüssəyə düçar etmə).
تَعَاهُدِ فَرُوْضِكَ
vaciblərinə riayət etməkdən
وَاسْتِعْمَالِ سُنَّتِكَ
və müstəhəblərini yerinə yetirməkdən uzaqlaşdıran
فَقَدْ ضِقْتُ لِمَا نَزَلَ بِىْ يَا رَبِّ ذَرْعًا
Ey Rəbbim, çünki mən başıma gələn bu bəlaya görə taqətdən düşmüşəm
وَ امْتَلَأْتُ بِحَمْلِ مَا حَدَثَ عَلَىَّ هَمًّا
və həyatımda baş verən bu hadisəyə görə qəlbim qəm-qüssə ilə dоlub.
وَ اَنْتَ الْقَادِرُ عَلٰى
və yalnız Sən qadirsən!
كَشْفِ مَا مُنِيْتُ بِهٖ
Bu giriftarçılığımı aradan qaldırmağa
وَ دَفْعِ مَا وَقَعْتُ فِيْهِ
və düşdüyüm bu çətinliyi məndən uzaqlaşdırmağa
فَافْعَل بِىْ ذٰلِكَ وَ اِنْ لَمْ اَسْتَوْجِبْهُ مِنْكَ يَا ذَا الْعَرْشِ الْعَظِيْمِ
Bəs bu qüdrətini mənim üçün də göstər, hərçənd ki, mən buna layiq deyiləm. Ey əzəmətli ərşin sahibi!