ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
مناجات الذاكرين
ZİKR EDƏNLƏRİN MİNACATI
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Rəhman və Rəhim Allahın adı ilə. Ey mənim Məbudum! Əgər vacib əmrini qəbul etmək olmasaydı, heç şübhəsiz, mən Səni, Səni yad etməkdən münəzzəh bilərdim. Üstəlik, mənim Səni yad etməyim mənim (gücüm) qədərdir, nəinki Sənin (layiq olduğun) qədər. Ümid etmirəm, dəyərim o qədər artsın ki, Sənin təqdirinə (qiymətləndirməyinə) layiq görülüm. Dilimizin Sənin adını çəkməsi, habelə, bizə Sənə dua etmək, Səni münəzzəh bilmək və Sənə təsbih demək izni verməyin bizə əta etdiyin ən böyük nemətlərdəndir. Ey mənim Məbudum! Xəlvətdə və aşkarda, gecə və gündüz, aşkarda və gizlində, şad ikən və qəmgin ikən bizi Səni yad etməyə yönəlt. Səni gizlində yad etməyi bizə munis et. Bizi pakizə işlərə və bəyənilən səylərə yönəlt. Bizə dolu peymanə ilə mükafat ver. Ey mənim Məbudum! Sənə vurğun qəlblər aşiqin olmuş və pərakəndə ağıllar Səni tanımaq üçün bir yerə cəm olmuşlar. Qəlblər yalnız Səni yad etməklə və Sənin görüşünlə aram olur. Sənsən hər məkanda paklıqla yad olunan, hər zamanda ibadət olunan, hər an var olan, hər bir dildə çağırılan, hər bir ürəkdə əzəmətlə yad olunan. Sənin yadından qeyri hər bir ləzzətə, Səninlə ünsiyyətdən qeyri hər bir asayişə, Sənə yaxın olmaqdan qeyri hər bir sevincə və Sənə bəndəlikdən qeyri hər bir məşğuliyyətə görə Səndən bağışlanma diləyirəm. Ey mənim Məbudum! Sən buyurdun və Sənin buyuruğun haqqdır: "Ey iman gətirənlər! Allahı çox yad edin. Sübh və şam Ona təsbih deyin!" (Həmçinin) Sən buyurmusan və Sənin buyuruğun haqqdır: "Məni yad edin ki, sizi yad edim." Bizə Səni yad etməyi əmr etdin və vəd verdin ki, bunun müqabilində bizi uca tutmaq, bizə dəyər vermək və bizi təqdir etmək üçün bizi yad edəcəksən. İndi biz Səni yad edənlərdənik, necə ki, Sən əmr etmisən. Elə isə, bizə vəd verdiyinə vəfa et. Ey yad edənləri yad edən! Ey rəhimlilərin ən rəhimlisi!
اِلٰهِىْ لَوْلَا الْوَاجِبُ مِنْ قَبُوْلِ اَمْرِكَ، لَنَزَّهْتُكَ مِنْ ذِكْرِىْ اِيَّاكَ،
عَلٰى اَنَّ ذِكْرِىْ لَكَ بِقَدْرِىْ لَا بِقَدْرِكَ،
وَمَا عَسٰى اَنْ يَبْلُغَ مِقْدَارِىْ حَتّٰى اَجْعَلَ مَحَّلًا لِتَقْدِيْسِكْ،
وَ مِنْ اَعْظَمِ النِّعَمِ عَلَيْنَا جَرَيَانُ ذِكْرِكَ عَلٰۤى اَلْسِنَتِنَا،
وَ اِذْنُكَ لَنَا بِدُعَاۤئِكَ وَ تَنْزِيْهِكَ وَ تَسْبِيْحِكَ.
اِلٰهِىْ فَاَلْهِمْنَا ذِكْرَكَ فِى الْخَلاۤءِ وَالْمَلاۤءِ، وَ اللَّيْلِ وَالنَّهَارِ،
وَالْاِعْلَانِ وَ الْاِسْرَارِ، وَ فِى السَّرَّاۤءِ وَالضَّرَّاۤءِ،
وَ اٰنِسْنَا بِالذِّكْرِا لْخَفِىِّ، وَاسْتَعْمِلْنَا بِالْعَلِىِّ الزَّكِىِّ وَالسَّعْىِ الْمَرْضِىِّ،
وَ جَازِنَا بِالْمِيْزَانِ الْوَفِىِّ. اِلٰهِىْ بِكَ هَامَتِ الْقُلُوْبُ الْوَالِهَةُ،
وَ عَلٰى مَعْرِفَتِكَ جُمِعَتِ الْعُقُوْلُ الْمُتَبَايِنَةُ، فَلَا تَطْمَئِنُّ الْقُلُوْبُ اِلَّا بِذِكْرَاكَ،
وَلَا تَسْكُنُ النُّفُوْسُ اِلَّا عِنْدَ رُؤْيَاكَ، اَنْتَ الْمُسَبَّحُ كُلِّ مَكَانٍ، وَالْمَعْبُوْدُ فِىْ كُلِّ زَمَانٍ،
وَالْمَوْجُوْدُ فِىْ كُلِّ اَوَانٍ، وَالْمَدْعُوُّ بِكُلِّ لِسَانٍ، وَالْمُعَظَّمُ فِىْ كُلِّ جَنَانٍ،
وَ اَسْتَغْفِرُكَ مِنْ كُلِّ لَذَّةٍ بِغَيْرِ ذِكْرِكَ، وَ مِنْ كُلِّ رَاحَةٍ بِغَيْرِ اُنْسِكَ،
وَ مِنْ كُلِّ سُرُوْرٍ بِغَيْرِ قُرْبِكَ، وَ مِنْ كُلِّ شُغْلٍ بِغَيْرِ طَاعَتِكَ.
اِلٰهِىْ اَنْتَ قُلْتَ وَ قَوْلَكَ الْحَقُّ، يَآ اَيُّهَا الَّذِيْنَ اٰمَنُوْا اذْكُرُوا اللهَ ذِكْرًا كَثِيْرًا،
وَ سَبِّحُوْهُ بُكْرَةً وَ اَصِيْلًا، وَ قُلْتَ وَ قَوْلُكَ الْحَقُّ،
فَاذْكُرُونِىْ اَذْكُرْكُمْ، فَاَمَرْتَنَا بِذِكْرِكَ، وَ وَعَدْتَنَا عَلَيْهِ اَنْ تَذْكُرَنَا،
تَشْرِيْفًا لَنَا وَ تَفْخِيْمًا وَ اِعْظَامًا،
وَ هَا نَحْنُ ذَاكِرُوكَ كَمَا اَمَرْتَنَا، فَاَنْجِزْ لَنَا مَا وَ عَدْتَنَا،
يَا ذَاكِرَ الذَّاكِرِيْنَ، وَ يَآ اَرْحَمَ الرَّاحِمِيْنَ.