ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
مناجات الزَّاهِدين
ZAHİDLƏRİN MİNACATI
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Rəhman və Rəhim Allahın adı ilə. Ey mənim Məbudum! Bizi elə bir evdə yerləşdirmisən ki, bizim üçün məkrli çalalarını qazmış və bizi arzuların əli ilə hiylə iplərindən asmışdır. Odur ki, onun məkrli tədbirlərindən Sənə pənah aparır və onun rəngarəng zinətləri ilə qürrələnməkdən Sənə sığınırıq. Çünki o, onu istəyənləri məhv edər və ona daxil olanları həlak edər; bəla və müsibətlərlə doludur. Ey mənim Məbudum! Bizi o evdə zahid et. Tövfiqin və mühafizənlə bizi o evdə qoru. Sənə itaətsizlik libasını əynimizdən çıxart. Gözəl tədbirinlə (idarə etməyinlə) işlərimizi idarə et. Rəhmətinin genişliyindən bizim payımızı çox et. Firavan bəxşişlərindən bizim hədiyyələrimizi gözəl et. Sənə məhəbbət ağacını qəlbimizdə ək. Mərifətin (Səni tanıma) nurunu bizim üçün kamilləşdir. Güzəştinin şirinliyini və əfvinin ləzzətini bizə dadızdır. Səninlə görüş günündə görüşünlə gözlərimizi aydın et. Dünya məhəbbətini qəlbimizdən çıxart. Necə ki, seçilmişlərinin salehləri və xas bəndələrinin yaxşıları ilə rəftar etmisən, (bizimlə də elə rəftar et). Rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi və ey sevimlilərin ən sevimlisi!
اِلٰهِىْ اَسْكَنْتَنَا دَارًا حَفَرَتْ لَنَا حُفَرَ مَكْرِهَا،
وَ عَلَّقَتْنَا بِاَيْدِى الْمَنَايَا فِىْ حَبَاۤئِلِ غَدْرِهَ،
فَاِلَيْكَ نَلْتَجِئُ مِنْ مَكَاۤئِدِ خُدَ عِهَا،
وَ بِكَ نَعْتَصِمُ مِنَ الْاِغْتِرَارِ بِزَخَارِفِ زِيْنَتِهَا،
فَاِنَّهَا الْمُهْلِكَةُ طُلاَّبَهَا الْمُتْلِفَةُ حَلاّٰلَهَا،
الْمَحْشُوَّةُ بِالاٰفَاتِ الْمَشْحُوْنَةُ بِالنَّكـَبَاتِ.
اِلٰهِىْ فَزَهِّدْنَا فِيْهَا، وَ سَلِّمْنَا مِنْهَا بِتَوْفِيْقِكَ وَ عِصْمَتِكَ،
وَانْزَعْ عَنَّا جَلَابِيْبَ مُخَالَفَتِكَ، وَ تَوَّلَ اُمُوْرَنَا بِحُسْنِ كـِفَايَتِكَ،
وَ اَوْفِرْ مَزِيْدَنَا مِنْ سَعَةِ رَحْمَتِكَ، وَ اَجْمِلْ صِلَاتِنَا مِنْ فَيْضِ مَوَاهِبِكَ،
وَ اَغْرِسْ فِىْ اَفْئِدَتِنَا اَشْجَارَ مَحَبَّتِكَ، وَ اَتْمِمْ لَنَا اَنْوَارَ مَعْرِفَتِكَ،
وَ اَذِقْنَا حَلَاوَةَ عَفْوِكَ وَ لَذَّةَ مَغْفِرَتِكَ،
وَ اَقْرِرْ اَعْيُنَنَا يَوْمَ لِقَاۤئِكَ بِرُؤْيَتِكَ،
وَ اَخْرِجْ حُبَّ الدُّنْيَا مِنْ قُلُوْبِنَا،
كَمَا فَعَلْتَ بِالصَّالِحِيْنَ مِنْ صَفْوَتِكَ،
وَالْاَبْرَارِ مِنْ خَآصَّتِكَ بِرَحْمَتِكَ،
يَآ اَرْحَمَ الرَّاحِمِيْنَ وَ يَا اَكْرَمَ الْاَكْرَمِيْنَ.