ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
مناجات المطيعين لِلّٰهِ
ALLAHA MÜTİ OLANLARIN MİNACATI
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Rəhman və Rəhim Allahın adı ilə. Ey Allahım! Bizi Öz itaətinə yönəlt və Sənə itaətsizlikdən uzaq et. Arzuladığımız razılığına çatmağı bizə müyəssər et. Bizə Cənnətində yer ver. Şəkk və tərəddüd buludlarını gözlərimizin önündən dağıt. Qəlbimizin üzərindən şəkk və tərəddüd pərdələrini kənara çək. Daxilimizdəki batili məhv et. Haqqı batinimizdə təsbit et. Çünki tərəddüd və güman fitnələrin mənşəyi, pak bəxşişləri və yaxşılıqları qaraldandır. Ey Allahım! Bizi nicat gəminə mindir, minacatının ləzzətindən bəhrələndir və məhəbbətinin dənizinə daxil et. Sənə məhəbbətin və Sənə yaxın olmağın şirinliyini bizə dadızdır. Səyimizi Öz yolunda və himmətimizi Sənə itaətkarlıqda qərar ver. Səninlə ünsiyyətdə niyyətimizi xalis et. Çünki biz Səninləyik və Səndənik. Sənin dərgahına çatmaq üçün Səndən qeyri vəsiləmiz yoxdur. Ey mənim Məbudum! Məni yaxşıların seçilmişlərindən qərar ver və yaxşıların əməlisalehləri sırasına qat. O kəslər ki, üstün xislətlərdə öndədirlər, yaxşı işlərə can atırlar, davamı olan yaxşı işlərin sahibidirlər, ən uca dərəcələrə çatmağa cəhd göstərirlər. Həqiətən, Sən hər şeyə qadirsən və (bəndələrinin istəyini) icabət etməyə layiqsən. Rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi!
اَللّٰهُمَّ اَلْهِمْنَا طَاعَتَكَ، وَ جَنِّبْنَا مَعْصِيَتَكَ،
وَ يَسِّرْلَنَا بُلُوْغَ مَا نَتَمَنّٰى مِنِ ابْتِغَاۤءِ رِضْوَانِكَ،
وَ اَحْلِلْنَا بُحْبُوْحَةَ جِنَانِكَ، وَاقْشَعْ عَنْ بَصَائِرِنَا سَحَابَ الْاِرْتِيَابِ،
وَاكْشِفْ عَنْ قُلُوْبِنَا اَغْشِيَةَ الْمِرْيَةِ وَالْحِجَابِ، وَ اَزْهِقِ الْبَاطِلَ عَنْ ضَمَاۤئِرِنَا،
وَ اَثْبِتِ الْحَقَّ فِىْ سَرَاۤئِرِنَا، فَاِنَّ الشُّكُوْكَ وَالظُّنُوْنَ لَوَاقِحُ الْفِتَنِ،
وَ مُكَدِّرَةٌ لِصَفْوِ الْمَنَائِيْحِ وَالْمِنَنِ. اَللّٰهُمَّ احْمِلْنَا فِىْ سُفُنِ نَجَاتِكَ،
وَ مَتِّعْنَا بِلَذِيْذِ مُنَاجَاتِكَ، وَ اَوْرِدْنَا حِيَاضَ حُبِّكَ، وَ اَذِقْنَا حَلَاوَةَ وُدِّكَ وَ قُرْبِكَ،
وَاجْعَلْ جِهَادَنَا فِيْكَ وَ هَمَّنَا فِىْ طَاعَتِكَ، وَ اَخْلِصْ نِيَّاتِنَا فِىْ مُعَامَلَتِكَ،
فَاِنَّابِكَ وَ لَكَ وَلَا وَسِيْلَةَ لَنَا اِلَيْكَ اِلَّا اَنْتَ.
اِلٰهِىْ اِجْعَلْنِىْ مِنَ الْمُصْطَفَيْنَ الْاَخْيَارِ، وَ اَلْحِقْنِىْ بِالصَّالِحِيْنَ الْاَبْرَارِ،
السَّابِقِيْنَ اِلَى الْمَكْرُمَاتِ، الْمُسَارِعِيْنَ اِلَى الْخَيْرَاتِ ،الْعَامِلِيْنَ لِلْبَاقِيَاتِ الصَّالِحَاتِ،
السَّاعِيْنَ اِلٰى رَفِيْعِ الدَّرَجَاتِ، اِنَّكَ عَلٰى كُلِّ شَىْءٍ قَدِيْرٌ،
وَ بِالْاِجَابَةِ جَدِيْرٌ بِرَحْمَتِكَ، يَآ اَرْحَمَ الرَّاحِمِيْنَ.