ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
ÇƏTİNLİK ZAMANI OXUNAN DUA
Bu duanı Şeyx Kəfəmi "Bələdul Əmin" kitabında İmam Əlidən (ə) nəql edir. Çətinlik üz verdikdə bu duanı oxumaq məsləhət görünür. Dua belədir:
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِیْمِ
یَا عِمَادَ مَنْ لَا عِمَادَ لَہٗ، وَ یَا ذُخْرَ مَنْ لَا ذُخْرَ لَہٗ، وَ یَا سَنَدَ مَنْ لَا سَنَدَ لَہٗ، وَ یَا حِرْزَ مَنْ لَا حِرْزَ لَہٗ، وَ یَا غِیَاثَ مَنْ لَا غِیَاثَ لَہٗ، وَ یَا كَنْزَ مَنْ لَا كَنْزَ لَہٗ، وَ یَا عِزَّ مَنْ لَا عِزَّ لَہٗ، یَا كَرِیْمَ الْعَفْوِ، یَا حَسَنَ التَّجَاوُزِ، یَا عَوْنَ الضُّعَفَاۤءِ، یَا كَنْزَ الْفُقَرَاۤءِ، یَا عَظِیْمَ الرَّجَاۤءِ، یَا مُنْقِذَ الْغَرْقیٰ، یَا مُنْجِیَ الْھَلْكیٰ، یَا مُحْسِنُ یَا مُجْمِلُ یَا مُنْعِمُ یَا مُفْضِلُ، اَنْتَ الَّذِیْ سَجَدَ لَكَ سَوَادُ اللَّیْلِ وَ نُوْرُ النَّھَارِ وَ ضَوْءِ الْقَمَرِ وَ شُعَاعُ الشَّمْسِ وَ خَفِیْفُ الشَّجَرِ وَ دَوِیُّ الْمَاۤءِ، یَاۤ اَﷲُ یَاۤ اَﷲُ یَاۤ اَﷲُ، لَاۤ اِلٰہَ اِلَّاۤ اَنْتَ، وَحْدَكَ لَا شَرِیْكَ لَكَ، یَا رَبَّاہُ یَاۤ اَﷲُ، صَلِّ عَلیٰ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ، وَ افْعَلْ بِنَا مَاۤ اَنْتَ اَھْلُہٗ۔
Bağışlayan və mehriban Allahın adıyla. Ey dayağı olmayanların dayağı, ey ehtiyatı olmayanların ehtiyatı, ey çarəsizlərin mühafizi, ey sığınacağı olmayanların sığınacağı, ey fəryad edənlərin fəryadına yetən, ey kimsəsizlərin xəzinəsi, ey izzəti olmayanların izzəti, ey əfvi böyük və güzəşti gözəl olan, ey zəiflərin köməkçisi, ey fəqirlərin xəzinəsi, ey qərq olanlara nicat verən, ey həlak olanların xilaskarı, ey yaxşılıq edən, ey xeyirxah, ey nemət verən, ey lütf və kərəm sahibi! Sənsən o Allah ki, gecənin qaranlığı, gündüzün aydınlığı, ayın nuru, günəşin şüası, ağacın xışıltısı və suyun şırıltısı Sənə səcdə edir. Ey Allah, ey Allah, ey Allah! Səndən başqa heç bir tanrı yoxdur. Sən birsən və Sənin şərikin yoxdur. Ey bizim Rəbbimiz, ey Allah, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir və Sənə layiq olduğu kimi mənimlə rəftar et!.
Daha sonra öz istəklərinizi deyin.