ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
TƏKƏSUR (ÇOXLUQLA ÖYÜNMƏK) SURƏSİ
Məkkədə nazil olmuşdur, səkkiz ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اَلْهٰٮكُمُ التَّكَاثُرُۙ‏(1)
(1) (Mal-dövlət, rütbə və övlad) çoxluğ(u) ilə öyünmək və (onları) çoxaltmaqda bir-birinizlə yarışa girmək sizi (Allahın zikrindən) yayındırdı.
حَتّٰى زُرْتُمُ الْمَقَابِرَؕ‏(2)
(2) O vaxta qədər ki, qəbiristanlıqları ziyarət etdiniz (ölüb getdiniz. Ölüm anınıza kimi belə idiniz, yaxud fəxr etmək üçün qohumlarınızın qəbirlərini saymağa getdiniz).
كَلَّا سَوْفَ تَعْلَمُوْنَۙ‏(3)
(3) Belə deyildir. (Sizin güman etdiyiniz kimi deyildir. Siz güman edirsiniz ki, yalnız dünya üçün çalışmaq lazımdır), tezliklə (Bərzəx aləminə daxil olduğunuz zaman) biləcəksiniz.
ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُوْنَؕ‏(4)
(4) Əsla belə deyildir, tezliklə (Cəza günü) biləcəksiniz.
كَلَّا لَوْ تَعْلَمُوْنَ عِلْمَ الْيَقِيْنِؕ‏(5)
(5) Belə deyildir. Əgər (işin həqiqətini) elmül-yəqinlə (şəkk-şübhə ehtimalı olmayan bir elmlə) bilsəydiniz,
لَتَرَوُنَّ الْجَحِيْمَۙ‏(6)
(6) Şübhəsiz, Cəhənnəmi (qəlb gözü ilə) görərdiniz (lakin bilmədiniz və görmədiniz).
ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ الْيَقِيْنِۙ‏(7)
(7) Sonra, şübhəsiz, onu (Cəza günü) eynül-yəqinlə (Cəhənnəmə daxil olub, orada yanmaqdan hasil olan tam bir yəqinliklə) görəcəksiniz.
ثُمَّ لَتُسْئَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعِيْمِ‏(8)
(8) Sonra isə o gün, şübhəsiz, siz (dünyada Allahın) əta etdiyi nemətilər barəsində sorğu-sual olunacaqsınız.