ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
FİL SURƏSİ
Məkkədə nazil olmuşdur, beş ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِاَصْحٰبِ الْفِيْلِؕ‏(1)
(1) (Ya Peyğəmbər!) Məgər (qəlb gözü ilə) görmədin və bilmədinmi ki, Rəbbinin fil sahibləri (Allahın evi Kəbəni dağıtmaq üçün gəlmiş Əbrəhənin qoşunu ilə) necə rəftar etdi?!
اَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِىْ تَضْلِيْلٍۙ‏(2)
(2) Məgər (Rəbbin) onların məkr və hiyləsini puç etmədimi?!
وَّاَرْسَلَ عَلَيْهِمْ طَيْرًا اَبَابِيْلَۙ‏(3)
(3) Və onların üzərinə qatar-qatar quşlar göndərdi.
تَرْمِيْهِمْ بِحِجَارَةٍ مِّنْ سِجِّيْلٍۙ‏(4)
(4) (O quşlar) onlara bişmiş gildən (xırda) daşlar atırdı.
فَجَعَلَهُمْ كَعَصْفٍ مَّاْكُوْلٍ‏(5)
(5) Beləliklə, onların hamısını əzilmiş və çeynənmiş saman çöpü kimi etdi!