ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
KÖVSƏR SURƏSİ
Məkkədə nazil olmuşdur, üç ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اِنَّاۤ اَعْطَيْنٰكَ الْكَوْثَرَؕ‏(1)
(1) (Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər əta etdik. (Çoxlu xeyir, sabit din, baqi kitab, sonsuz elm, Həzrət Fatimeyi–Zəhranın (s.ə) gündən-günə artıb çoxalan baqi nəslini, ümmətin alimlərini, Kövsər hovuzu və Cənnətdə çay əta etdik).
فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ ؕ‏(2)
(2) Odur ki, (şükranlıq üçün) Rəbbinə itaət et və namaz qıl, (ona təkbir deyərək) əllərini boğazına qədər yuxarı qaldır (yaxud dəvə qurbanı kəs!).
اِنَّ شَانِئَكَ هُوَ الْاَبْتَرُ‏(3)
(3) Həqiqətən, (sən sonsuz və nəsilsiz deyilsən), sənin düşmənin özü sonsuz və nəsli kəsilmişdir.